Neftvermə əmsalının artırılması üsulları


Şəkil 3. Lаy təzyiqi və qаz аmilinin nеft hаsilаtındаn аsılılığı



Yüklə 1,46 Mb.
səhifə12/38
tarix22.03.2022
ölçüsü1,46 Mb.
#54046
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
C fakepathMühazir

Şəkil 3. Lаy təzyiqi və qаz аmilinin nеft hаsilаtındаn аsılılığı

Təzyiq doyma təzyiqindən aşağı düşdükdə neftvermə əmsalının kiçik olmasının səbəblərindən biri də qaz ayrılması ilə neftin özlülüyünün artmasıdır.

Qaza görə doyma çox olduqda yüksək özlülüklü neft daha pis hərəkət edir və beləliklə onun çox hissəsi layda qalır. Neftin özlülüyü çox olduqca neftvermə əmsalı kiçik olur.

Adətən işlənmə zamanı quyudibi təzyiqi doyma təzyiqindən yüksək olmalıdır. Əks halda neftvermə əmsalı kiçik ola bilər. Son zamanlar aparılan tədqiqatlar göstərmişdir ki, quyudibi təzyiqin doyma təzyiqindən aşağı düşməsi, neftvermə əmsalının artmasına səbəb olur, belə ki, layda ensiz yerlərdə yerləşən qaz, təzyiq aşağı düşdükdə genişlənir və müəyyən həcm nefti sıxışdırır. Buna baxmayaraq bu zaman neftə görə keçiricilik bir qədər azalır.

Neftin sərbəst qazla (qaz papağı olduqda), eləcə də su ilə sıxışdırılması mexanizmləri arasında bir sıra ümumilik vardır. Lakin su nefti layın yuxarı hissəsinə sıxışdırdığı halda qazla sıxışdırma isə yuxarıdan aşağıya doğru gedir. Bundan başqa su qaza nisbətən daha yaxşı yuyucu xassələrə malikdir. Belə ki, qaz suxuru islatmır və buna görə də kapilyardan nefti çətinliklə sıxışdırır.

Təzyiq düşdükcə qaz genişlənir və nefti layın aşağı hissələrinə sıxışdırır. Qaz papağının iştirakı ilə nеftvermə əmsalı 60-70 % -ə qədər çatır. Neft və qazın ayrılması prosesi qaz papağının çox böyük həcmə malik olduğu zaman neftin özlülüyünün kiçik qiymətlərində və layların eynitərkibli olduğu şəraitdə mümkündür.

Çox saylı neft yataqlarının işlənmə təcrübəsi göstərmişdir ki, layın iş rejimindən asılı olaraq son neftvermə (neft ehtiyatından istifadə) əmsalı aşağıdakı qiymətləri ala bilər:


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin