Neftvermə əmsalının artırılması üsulları


Neftin həlledicilərlə sıxışdırılması. Maye-şəkilli qazlardan (propan), spirt, benzol və s. İstifadə. Mayelərin bir-birinə qarışma dərəcəsi



Yüklə 1,46 Mb.
səhifə37/38
tarix22.03.2022
ölçüsü1,46 Mb.
#54046
1   ...   30   31   32   33   34   35   36   37   38
C fakepathMühazir

20. Neftin həlledicilərlə sıxışdırılması. Maye-şəkilli qazlardan (propan), spirt, benzol və s. İstifadə. Mayelərin bir-birinə qarışma dərəcəsi.
Neft yataqlarının fiziki-kimyəvi üsullarla işlənməsində, neft laylarına SFM-lərin qarışıq məhlulları, spirtlər, neft və su üçün həlledicilərlə kompleks təsir üsulu daha çox məlumdur. Bu üsul “mitselyar-polimer sulaşma” üsulu adlanmışdır. Bu üsulla az miqdarda neft həllediciləri olan-karbohidrogenlər, spirtlər, sulfonat və başqa SFM-lər neft-komplekt həlledicilər təmas səthində ya neftin bu həlledicilərlə tam qarışması və burada səthi gərilmənin kəskin aşağı düşməsi baş verir. “Başneft”də 48 belə üsul sınaqdan keçirilmiş və onlardan latekslər əsasında quru fəal lil, maye şüşə və gilli suspenziya, biosintez məhsulları, qələvi-minerallarla təsir üsulu yüksəksəmərələliyi ilə fərqlənmişdir. Bu üsulun hesabına bir emaldan sonra əlavə neft 0,5-dən, 1,8 min tona qədər təşkil etmişdir.

Layda bir vurucu və bir istismаr quyusu оlmаq şərti ilə аmmоnium bisulfid və аmmоnium sulfаt turşusu qrupundаn оlаn 48,9 tеmpеrаturа mаlik аmmоnium duzlаrının sulu məhlulu vurucu quyu vаsitəsi ilə lаyа vurulur. Vurulmuş sulu məhlul, lаydа, vurucu quyudаn istismаr quyusu istiqаmətində hərəkət еdərək nеftin özülülüyünü aşağı salmaqla onu lаydа sıxışdırır. Bu üsulun tətbiqindən gözlənilən nеftvеrmə əmsаlı 18-20% təşkil еdir.

Laya həlledici işçi аgеnt оlаrаq istənilən аldеhid, аsеtаldеhid və yа qlüksоl və fоrmаldеhid, həmçinin hidrаzin, diamin, xlоrаmin, hidrоksilаmin və s. Də vurulur. Göstərilən işçi аgеntlər mаyе hаlındа və yа sulu məhlul şəklində istifаdə оlunur ki, bunun dа sаyəsində оnlаrın məhsuldаr lаydаn kənаrа çıxmаsı hаllаrı аrаdаn qаlxır. Özülülüyü аzаldаn işçi аgеntlər lаyа buxаr vаsitəsi ilə və yа lаyа hər hаnsı istilik təsirini həyаtа kеçirilən prоsеs vаsitəsi ilə dаxil еdilə bilər.

Həlledicilərdən istifadə etməkə ağır neftlərin və bitumların “soyuq” üsulla çıxarılması üsulları arasında VAPEK (Vapor Extraction) adlanan üsulu göstərmək lazımdır – qravitasiya drenajı rejimində həlledicinin laya vurulması üsulu. Bu təsir üsulu bir cüt üfüqi quyudan istifadəni nəzərdə tutur. Həlledicinin onlardan yuxarıdakına vurulması hesabına həlledici-kamera yaradılır (karbohidrogen həlledicilər, o cümlədən etan və ya propan). Həlledicilərin ona diffuziyası nəticəsində neft sıxılır və kameranın divarı boyu qravitasiya qüvvələrinin təsiri altında hasilat quyularına tərəf axır. Bu üsulda neft çıxarılma əmsalı 60%-dək çatır, lakin hasilat tempi həddən artıq aşağı olur.

Beləliklə, ağır neft yataqlarının “soyuq” işlənmə üsulu da bir sıra mühüm çatışmamazlıqlardan kənar deyil. Bunların içərisində neftin maksimal özülülüyünün məhdudlaşması və aşağı işlənmə tempidir. Ona görə də ağır neft və bitum yataqlarında fəal sürərtdə həyata keçirilən işlənmə layihələrinin çoxu laya istilik üsulları ilə təsirlə əlaqədardır.

Son illərdə SAGD-ın bir çox modifikasiyası işlənmişdir:

• Vapour Extraction (VAPEX) – neftin buxarvari həlledicilərlə çıxarılması,

• Expanding Solvent SAGD (ES-SAGD) – həlledicilərin əlavə edilməsi ilə buxarqravitasiya təsiri,

• Solvent Aided Process (SAP) – həlledicilərin əlavə etməsilə proses,

• Steam Alternating Solvent (SAS) – buxarın və həlledicilərin növbəliliklə vurulması.

Həmçinin az məlum olan başqa modifikasiyalar var. Texnologiyaların müxtəlif olmalarına baxmayaraq onları 3 qrupa ayırmaq olar:


  • Buxarın tamamilə həlledicilərlə əvəz olunması texnologiyaları;

  • Buxarın və həlledicilərin birlikdə vurulması;

  • Buxar və həlledicilərin ardıcıl vurulması (dövri).

SAGD-ın modifikasiyasının vacibliyi onunla əlaqədardır ki, layihənin iqtisadi göstəricilərini yaxşılaşdırmaq, yatağın konkret geoloji-fiziki-şəraitini nəzərə almaq, həmçinin ətraf mühitin qorunmasının sərt tələblərinə əməl etmək.

Layların neftveriminin artırılması üçün layda araqatı qismində işlədilən həlledicilərin istifadə olunması mexanizmi istifadə olunan həlledicilərlə neftin qarşılıqlı qarışmasına əsaslanır.





Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin