Nəqliyyat haqqında


Maddə 14. Tranzit yük və sərnişin daşımaları



Yüklə 128,2 Kb.
səhifə6/9
tarix19.05.2023
ölçüsü128,2 Kb.
#116996
1   2   3   4   5   6   7   8   9
683 q

Maddə 14. Tranzit yük və sərnişin daşımaları
Azərbaycan Respublikasının ərazisindən tranzit yük və sərnişin daşımaları: dəmiryol, hava, avtomobil, dəniz, daxili su nəqliyyatı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq müqavilələrinə uyğun beynəlxalq (dövlətlərarası) daşımalar üçün açılmış marşrutlar (yollar, trassalar və su yolları) üzrə həyata keçirilir.
IV fəsil. Nəqliyyatda təhlükəsizlik və məsuliyyət
Maddə 15. Nəqliyyat vasitələrini idarəetmə hüququ
1. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxsə verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlərlə təsdiq edilir.
2. Nəqliyyat vasitəsini idarəetmə üzrə ixtisas tələbləri və sürücünün sağlamlıq vəziyyətinə dair tibbi normalar müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
Maddə 16. Daşıyıcının məsuliyyəti
1. Daşıyıcı sərnişinin təhlükəsizliyini, ona lazımi xidmət şəraitinin yaradılmasını, təhvil aldığı baqajın, yükün vaxtında daşınmasını və qorunmasını təmin etməlidir.
2. Daşımaların yerinə yetirilməsi ilə əlaqədar öz vəzifələrini (öhdəliklərini) icra etmədikdə, daşıyıcı bu Qanunla, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrlə, nizamnamələrlə və digər normativ hüquqi aktlarla, həmçinin daşıma müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.
Qanunvericilikdə nəzərdə tutulmamış hallarda, daşıyıcının maddi məsuliyyətinin məhdudlaşdırılması və ya götürülməsi haqqında müştərilərlə əldə etdiyi razılaşmalar etibarsız hesab edilir.
3. Şəhər və şəhərətrafı daşımalar istisna olmaqla sərnişin daşımaları üzrə elan olunmuş reyslərin cədvəlində və ya müqavilədə müəyyən edilmiş reyslərin təxirə salınması və ya pozulması daşıyıcının təqsiri üzündən baş veribsə, o müvafiq normativ hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə, habelə müqavilədə müəyyən edilmiş qaydada sərnişin qarşısında maddi məsuliyyət daşıyır.
Sərnişin daşımalarının pozulması qarşısıalınmaz qüvvənin təsiri nəticəsində, sərnişinlərin həyat və sağlamlığına təhlükə yaranması, yaxud daşıyıcıdan asılı olmayan digər səbəblərdən baş verdiyi sübut edilərsə, daşıyıcı maddi məsuliyyət daşımaqdan azad olunur.
4. Nəqliyyat vasitəsinin yola düşməsi ləngidildiyinə görə sərnişin daşımadan imtina edərsə, daşıyıcı sərnişinin ödədiyi gediş haqqını ona tam həcmdə qaytarmalıdır.
5. Sərnişin daşımaları üzrə reyslərin 8 saat və ondan artıq müddətdə gecikdirilməsi zamanı daşıyıcı öz hesabına sərnişinləri mehmanxanada yerlə və yeməklə təmin etməlidir.
6. Sərnişinin tələbi ilə daşımanın gecikdirilməsi, yaxud reysin dəyişdirilməsi barədə ona rəsmi sənəd verilir və ya biletdə müvafiq qeydiyyat aparılır.
7. Qanunvericilikdə və ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə daşıyıcının məsuliyyətinin başqa növləri də nəzərdə tutula bilər.

Yüklə 128,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin