Nəqliyyat haqqında


Maddə 23. Nəqliyyatda sığorta



Yüklə 128,2 Kb.
səhifə9/9
tarix19.05.2023
ölçüsü128,2 Kb.
#116996
1   2   3   4   5   6   7   8   9
683 q

Maddə 23. Nəqliyyatda sığorta
1. Qanunla və ya beynəlxalq müqavilə ilə başqa hallar nəzərdə tutulmayıbsa nəqliyyat sahəsində yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin sığortası qanunvericiliyə uyğun olaraq könüllü formada həyata keçirilir.
2. Qanunla nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin istismarına onların sahiblərinin (daşıyıcıların) mülki məsuliyyətinin məcburi sığorta olunması şərti ilə icazə verilir.
3. Beynəlxalq daşımalar üzrə məcburi sığorta müvafiq beynəlxalq müqavilələrə və (və ya) qanuna uyğun olaraq həyata keçirilir.
Maddə 24. Nəqliyyatın fəaliyyətini tənzimləyən norma və qaydaların pozulmasına görə məsuliyyət
Nəqliyyatın fəaliyyətini tənzimləyən norma və qaydaların pozulmasına görə təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
V fəsil. Yekun müddəalar
Maddə 25. Nəqliyyatda nəzarət
1. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Nəqliyyat vasitələrinə texniki baxış yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir.
Maddə 26. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq
Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr (sazişlər, kontraktlar), habelə qanunvericiliyə uyğun olaraq nəqliyyat müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr (sazişlər, kontraktlar) əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 11 iyun 1999-cu il
683-IQ
Yüklə 128,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin