Maddə 23. Nəqliyyatda sığorta 1. Qanunla və ya beynəlxalq müqavilə ilə başqa hallar nəzərdə tutulmayıbsa nəqliyyat sahəsində yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin sığortası qanunvericiliyə uyğun olaraq könüllü formada həyata keçirilir.
2. Qanunla nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin istismarına onların sahiblərinin (daşıyıcıların) mülki məsuliyyətinin məcburi sığorta olunması şərti ilə icazə verilir.
3. Beynəlxalq daşımalar üzrə məcburi sığorta müvafiq beynəlxalq müqavilələrə və (və ya) qanuna uyğun olaraq həyata keçirilir.
Maddə 24. Nəqliyyatın fəaliyyətini tənzimləyən norma və qaydaların pozulmasına görə məsuliyyət Nəqliyyatın fəaliyyətini tənzimləyən norma və qaydaların pozulmasına görə təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Vfəsil. Yekun müddəalar Maddə 25. Nəqliyyatda nəzarət 1. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Nəqliyyat vasitələrinə texniki baxış yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir.
Maddə 26. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr (sazişlər, kontraktlar), habelə qanunvericiliyə uyğun olaraq nəqliyyat müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr (sazişlər, kontraktlar) əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 11 iyun 1999-cu il № 683-IQ