Nəqliyyat haqqında


Maddə 19. Yüklərin daşınması üzrə tələb və iddialar



Yüklə 128,2 Kb.
səhifə8/9
tarix19.05.2023
ölçüsü128,2 Kb.
#116996
1   2   3   4   5   6   7   8   9
683 q

Maddə 19. Yüklərin daşınması üzrə tələb və iddialar
1. Daşıyıcıya qarşı daşımadan törəyən iddianın məhkəməyə verilməsindən əvvəl, qanunvericilikdə, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və müddətdə həmin daşıyıcıya tələb təqdim oluna bilər.
2. Daşıyıcı təqdim olunan tələbə müəyyən edilmiş müddətdə baxıb, onun tamamilə və ya qismən təmin edilməsi və ya rədd edilməsi barədə tələbkara xəbər verməlidir.
Maddə 20. Sərnişinin səhhətinə vurulmuş ziyana və ya onun ölümünə görə daşıyıcının məsuliyyəti
Əgər qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, daşıma zamanı sərnişinin səhhətinə vurulmuş ziyanın və ya onun ölümünün qarşısıalınmaz qüvvə və ya sərnişinin öz qəsdi nəticəsində törədilməsi sübut edilmədikdə, daşıyıcı qanunvericilikdə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.
Maddə 21. Nəqliyyatda yüklərin və obyektlərin mühafizəsi
1. Yüklərin və nəqliyyat obyektlərinin mühafizəsi, həmçinin dəmiryolu, dəniz, boru kəməri və hava nəqliyyatında yanğına qarşı profilaktik tədbirlərin (işlərin) keçirilməsi və yanğınların nəticələrinin ləğv edilməsi müəyyən edilmiş qaydada nəqliyyat müəssisəsi və xüsusi hərbiləşdirilmiş mühafizə xidmətləri tərəfindən həyata keçirilir.
Hərbiləşdirilmiş mühafizə xidmətinin əməkdaşları qanunvericilikdə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələrlə təmin olunurlar.
Silahın və xüsusi vasitələrin tətbiq edilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
2. Mühüm nəqliyyat obyektlərinin və xüsusi yüklərin mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və siyahı üzrə həyata keçirilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli və qiymətli yüklərin yolboyu mühafizəsini və müşayiətini yükgöndərənlər (yükalanlar) təmin edirlər.
Maddə 22. Nəqliyyatda təhlükəsizliyin və ekoloji tələblərin təmin edilməsi
1. Nəqliyyat müəssisələri və daşıyıcılar sərnişinlərin həyat, səhhət və əmlakının təhlükəsizliyini, nəqliyyat vasitələrinin hərəkətlərinin təhlükəsizliyini, həmçinin ətraf mühitin mühafizəsini təmin etməyə borcludurlar.
2. Nəqliyyat vasitələri, yollar, habelə nəqliyyatın işini təmin edən müvafiq texniki vasitələr (işlər, xidmətlər) dövlət standartları ilə müəyyən edilmiş insanın həyatı, səhhəti və əmlakının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun olmalıdırlar.
3. Partlayıcı və pirotexniki materialları, tezalışan, radioaktiv, zəhərli və digər təhlükəli yükləri göndərən və alan müştərilər onların daşınma təhlükəsizliyinə zəmanət verməli, yüklərin daşınması zamanı baş vermiş qəza hadisəsi barədə xəbərdarlıq etmək, həmçinin qəzanın nəticələrini ləğv etmək üçün lazımi vasitələrə və işçi qüvvəyə malik olmalıdırlar. Təhlükəli yüklərin daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4. Üzərində nəqliyyat vasitələrinin hərəkəti və yükləmə-boşaltma işləri həyata keçirilən nəqliyyat obyektləri (stansiya, liman, avtovağzal, aeroport, avtonəqliyyat terminalı, su yolları və dəmiryol xətləri) ərazilərinin hissələri yüksək təhlükəli zonalar sayılır. Belə zonalarda kənar şəxslərin olması qadağandır. Yüksək təhlükəli zonada olmanın və orada işlərin aparılmasının qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə zəmanət verən, atmosfer havasının, torpaqların, suyun, bitki və heyvanlar aləminin çirklənmədən qorunmasını, təbii ehtiyatların səmərəli istifadəsini və istehsalını təmin ekoloji norma və qaydalara əməl olunmalıdır.
Xarici ölkələrdən radioaktiv və toksik tullantıların saxlanmaq və basdırılmaq üçün ölkə ərazisinə daşınması və ölkə ərazisindən tranzit yolu ilə aparılması qadağandır.
6. Faydalı qazıntıların olduğu meydançalarda nəqliyyat müəssisələrinin layihələndirilməsi və tikintisi, eləcə də yeraltı qurğuların yerləşdirilməsi qadağandır. Müstəsna hallarda, buna müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir.
7. Nəqliyyat müəssisələri (daşıyıcılar) ətraf mühitin, hava hövzəsinin, su anbarlarının, torpaqların mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üzrə lazımi tədbirləri həyata keçirməyə borcludurlar. Ətraf mühitə vurulmuş ziyana görə nəqliyyat müəssisələri (daşıyıcılar) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Yüklə 128,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin