Nəqliyyat haqqında


II fəsil. Nəqliyyat sahəsində dövlət tənzimlənməsi və idarəetmə



Yüklə 128,2 Kb.
səhifə3/9
tarix19.05.2023
ölçüsü128,2 Kb.
#116996
1   2   3   4   5   6   7   8   9
683 q

II fəsil. Nəqliyyat sahəsində dövlət tənzimlənməsi və idarəetmə
Maddə 5. Nəqliyyat sahəsində dövlət tənzimlənməsi
Nəqliyyat sahəsində dövlət tənzimlənməsi hüquqi təminat, vergiqoyma, maliyyələşdirmə, qiymətqoyma, investisiya və vahid elmi-texniki siyasətin həyata keçirilməsi ilə yerinə yetirilir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə orqanlarının nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinə müdaxilə etmələrinə, həmçinin nəqliyyat müəssisələrinin istismar işçilərini başqa işlərə cəlb etmələrinə yol verilmir.
Maddə 6. Nəqliyyat sahəsində dövlət idarəetməsi
Nəqliyyat sahəsində dövlət idarəetməsinin əsas vasitələri aşağıdakılardır:

    • nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair proqramların işlənib-hazırlanmasının və yerinə yetirilməsinin təşkili;

    • nəqliyyat kompleksinin bazar iqtisadiyyatı münasibətlərinə keçidi ilə əlaqədar islahatların aparılmasına rəhbərlik;

    • dövlət, o cümlədən müdafiə ehtiyaclarının, yük daşımalarına və digər nəqliyyat xidmətlərinə olan tələbatların proqnozlaşdırılması, onların təmin olunması üzrə nəqliyyat kompleksinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi;

    • nəqliyyatda inhisar fəaliyyətinin məhdudlaşdırılması və rəqabətin inkişafı üzrə məqsədli tədbirlərin görülməsi, mülkiyyət formasından asılı olmayaraq bütün nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün bərabər şəraitin təmin edilməsi;

    • nəqliyyat kompleksinin təhlükəsiz, səmərəli və ahəngdar işinin təmin edilməsi üzrə dövlət tənzimlənməsinin həyata keçirilməsi;

    • nəqliyyat kompleksinin, nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair normativlərin müəyyən edilməsi və təkmilləşdirilməsi;

    • nəqliyyat məsələləri ilə əlaqədar dövlətin iqtisadi mənafelərinin, nəqliyyat müəssisələrinin və nəqliyyat istehlakçılarının qanuni mənafelərinin və hüquqlarının müdafiəsi;

    • beynəlxalq nəqliyyat xidmətləri bazarında milli nəqliyyat kompleksinin fəaliyyətinin səmərəliliyinin və rəqabətə davamlılığının artırılması, xarici investisiyaların cəlb edilməsi;

    • xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı.


Yüklə 128,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin