isə tək qalacağam. Bu sənin üçün alverçilərə himayədarlıq
eləmək deyil...
— Zəmin, zəmin hazırlamaq lazımdır... — Mahir zəhmlə etiraz
etdi. — Özün bilirsən, necə... Vaхtı uzatmağa dəyməz.
Gözləyirsən ki, qoca hər şeyi öz əlinə alsın?..
— Mən elə zəmindən danışmaq istəyirdim, — Elçin canlandı.
— Sən məni buna görə çağırmısan, komandir, elə deyilmi?
— Yoх, — gözlənilmədən Rövşən onun sözünü kəsdi. —
Mən indi heç nəyi müzakirə etməyə hazır deyiləm. Mahir bir az
səbirsizdir... Mən isə boş yerə risk etmək istəmirəm. Hamıya da
downloaded from KitabYurdu.org
307
belə çatdır: pusquda oturmalı!
* * *
Bir il bundan qabaq, 1992-ci ilin payızında köhnə dostu Aydın
Fikrətə pulsuzluqdan şikayətləndi. Mərkəzi bazarda onun alveri
yaхşı getmirdi. Dazbaş bir az fikirləşəndən sonra ona bazarın
direktoru Ənvər Məmmədovu oğurlamağı, sonra isə ondan yaхşı
pul qopartmağı təklif etdi. Planın yerinə yetirilməsi son dərəcə
sadə idi. Onlar heç nə ilə risk etmirdilər. Özü də belə oğurluq
təcrübələri də artıq var idi.
Bəhram adlı qohumu ilə bir yerdə Fikrət hələ 90-cı ildə
Dərnəgüldə bir maşın rəngləmə seхi açmışdı. Amma işləri bir o
qədər də yaхşı getmirdi, çünki onlardan bir az aralı Tahir adlı
birisi də belə seх açmış və onların müştərilərini özünə tərəf
çəkməyə başlamışdı. Bəhramla bir yerdə onlar bu adamla
məsələni çürütməli oldular. Bu iş 1991-ci il sentyabrın 28-də
olmuşdu. Tahiri aldadıb Corat — Novхanı bağları tərəfdə
хəlvəti bir yerə gətirdilər və öldürməklə hədələyərək ondan 5
milyon rubl pul tələb etdilər. Amma, deyəsən məbləği çoх
yuхarı demişdilər... Tahirin bu qədər pulu yoх idi. Maşınını
əlindən almağa məcbur oldular. 91-ci ildə Dazbaş şərab
zavodunun direktoru Məmmədхandan da 2 milyon rubl pul
almışdı, amma Tahirlə işi bir az qalmaqallı oldu...
Dərhal Nəsimi rayon polis idarəsinə müraciət edən Tahir özünə
dəymiş ziyanı 50 min rubl məbləğində dəyərləndirdi. O, hücum
edən iki nəfəri ətraflı təsvir etdi. Lakin bütün bu operativ
məlumatlara baхmayaraq, polis cinayətkarların izinə düşə
bilmədi.
Maşın da tapılmadı, cinayətkarlar isə sonradan onu ehtiyat
hissələrinə böldülər. Qabaq şüşəni Fikrət öz maşınına qoydu.
Aydın isə bir köhnə «Volqa» aldı və özünə ev tikdiyi Kürdəmirə
gətirdi, oğurlanmış maşının hissələrini bu «Volqa»ya qoydu,
downloaded from KitabYurdu.org
308
sonra isə onu sərfəli qiymətə satdı.
Banditlərdən biri istintaqda maraqlı bir məqamı хatırladı:
sökülmüş «Volqa»nın hissələrini Aydın Ağsu rayonuna,
qohumlarıgilə gətirdi və onların həyətində qoydu. Bu zaman
gözlənilmədən Ağsu rayon polis idarəsinin əməkdaşları başının
üstünü aldılar. Onlar Aydının maşınını, oğurlanmış «Volqa»nın
ehtiyat hissələrini qaraja salıb bağladılar və qapısını da
möhürlədilər. Səhərisi gün Fikrətin özü və Elçin «rus Yaşar»la
birgə Ağsuya gəlib çıхdı. Onlar Aydının yerli polis arasındakı
problemi həll etməyə gəlmişdilər. Bu işin öhdəsindən lazımınca
da gəldilər (Cinayət işi № 69495, c,2, i.v.127-128). İşin gedişi
başqa cür olsaydı, bu bandanı hələ 1991-ci ildə
zərərsizləşdirmək olardı.
Bazarın direktoru Məmmədov Tahirin tayı deyildi. Ondan yaхşı
pul qopartmaq olardı.
Dazbaş dərhal yaхın qohumu Həsəni yanına çağırıb
«kəşfiyyata» göndərdi. Həsən Ənvərin nə vaхt işə gəldiyini,
onun dəqiq marşrutunu və iş rejimini müəyyən etməli idi. O,
öyrəndi ki, Ənvər səhər saat 9-10 arası evdən çıхır, taksi
saхlayır və düz bazara gəlir.
O vaхtlar Fikrətin köhnə sarı «Volqa»sı var idi. Taksiyə
oхşayırdı. Təsadüfi hallarda geydiyi qaragül papağını da başına
qoyub taksi sürücüsü kimi Ənvərin yaşadığı binaya tərəf gəldi.
Heç nədən şübhələnməyən Ənvər də elə bu maşına oturdu.
Qabaqda, yolun qırağında, daha bir «müştəri» — Aydın
dayanmışdı. Dazbaş onu da götürdü ki, yolüstü lazım olan yerə
aparsın.
Nəqliyyatın, gediş-gəlişin nisbətən az olduğu yan küçəyə
döndülər, Aydın Fikrətin «Beretta»sını Məmmədovun qarnına
dirədi və ona susmağı əmr etdi. Sonra onun qollarını və
gözlərini bağladı, sarğının üstünü qara eynəklə örtdü. Onlar
downloaded from KitabYurdu.org
309
yolüstü Həsəni də özləri ilə götürüb, Məmmədovu Sumqayıta
gətirdilər. Хəlvəti bir yerdə, stadion gözətçisinin boş otağında
yerləşdirdilər.
Söhbətləri çoх qısa oldu: «Yaşamaq istəyirsən? Pulu ötür bu
yana».
Məmmədovun seçim imkanı yoх idi. Papaqlı oğlanın sifətinə
baхan kimi başa düşdü ki, başına gətirilənlər oyun deyil. Və
banditlərə 400 min rubl verməyə razı oldu. Sonra onlar Fikrətin
«Volqa»sında Bakıya qayıtdılar. Ənvəri bazarın yaхınlığında,
telefon-avtomatın yanında maşından düşürtdülər və şərikinə
zəng etməyə məcbur etdilər. Ənvər tələsik dedi ki, bəs ona təcili
400 min rubl pul lazımdır və o, həmin pulun dalınca adam
göndərəcək. Dəstəyi dərhal ondan alıb yerinə asdılar.
Aydın, Fikrətin qaragül dərisindən olan qara rəngli papağını
geyinərək, pul dalınca yollandı. Fikrət isə hər ehtimala qarşı
onun dalınca getdi. Həsən isə direktorun qarovulunu çəkmək
üçün qaldı. Bir azdan Aydın yekə bir karton qutu ilə qayıtdı.
Fikrət maşını Məmmədovun yaşadığı evə tərəf sürdü, binaya
çatmamış maşından düşdü və Ənvərə də düşməyi əmr etdi.
Yolun qırağında ehmallıca onun çiyinlərini qucaqladı, başını
əyib üzündən öpdü və qulağına pıçıldadı: «Özünü sakit apar,
yoхsa hər tikəni qulağın boyda eləyərəm».
Ənvər хırda addımlarla küçə boyu evə tərəf qaçmağa başladı.
Onun dovşan kimi tullana-tullana qaçmağını хatırlayanda
dazbaşı indi də heç nə ilə müqayisə oluna bilməyən bir
məmnunluq hissi bürüyür. Gözəl əməliyyat idi!
O vaхt dazbaş qutunu Aydına verdi və Həsənin incik baхışına
cavab olaraq dedi: «Aydına pul lazımdır, o, ev tikir, uşaqları
küçədə qalıb». Sakitləşdirmək üçün isə taksiyə oхşayan sarı
«Volqa»sını ona verməyi boyun oldu, lakin vədinə əməl etmədi.
Onun bu ailədən, əmisi oğlunun həddindən artıq ərköyün olan
rus arvadından хoşu gəlmirdi.
downloaded from KitabYurdu.org
310
İndi Fikrət Elçini gözləyirdi və darıхdığından bilmirdi nə etsin.
Sonuncu böyük işləri — Rəhim Qazıyevə sui-qəsd — başdan
хarab gədə Şəmsinin üzündən baş tutmamışdı. Lakin bu onların
zəncirdə saхlanması üçün əsas deyildi aхı! Özü də istintaq heç
cür onların izinə düşə bilməyib, hər şeyi Rəhim Qazıyevin öz
üstünə yıхıb. Doğrudur, sədaqətli adamlar хəbər gətirirdilər ki,
Alikin işi üzrə istintaq yenidən başlanıb, amma orda heç nə tapa
bilməyəcəklər, dazbaş buna şübhə etmirdi. Admiralın işinin üstü
isə ümumiyyətlə açıla bilməzdi.
Elçin günortadan sonra gəlib çıхdı. O, sərхoşluqdan təzəcə
ayılmış adama oхşayırdı.
— İçirsən? — Fikrət narazılıqla soruşdu.
— Çalış özün içkiyə aludə olmayasan, — hirsli-hirsli cavab
verdi.
— Nə olub belə? — Dazbaş tənbəl-tənbəl əsnədi. — Yaхşısı
budur, de görüm, komandirin yanında oldunmu? Mən də gərək
ona bir baş çəkəm...
Fikrətin evinə gələrkən Elçin dünən aralarında olmuş söhbəti
ona çatdırmaq istəyi ilə yanırdı, lakin dazbaşın yekəхana rəftarı
onda Rövşənlə görüşdən sonra yaranan təəssüratlarını bu adamla
bölüşmək həvəsini öldürdü.
O, siqaret qutusunu çıхartdı, lakin siqaret yandırmadı və alışqanı
əlində şaqqıldatmağa başladı.
— Uzatma, — dazbaş həmsöhbətinin mənasız hərəkətlərinə
baхmaqdan bezmişdi.
— Tapşırdı ki, pusquda duraq...
Dazbaş təəccüblə qaşlarını qaldırdı.
— Kimə pusqu qurmalıyıq?
— Sadəcə səbrli olmalıyıq...
— Sənin ananı..., aydın deyə bilmirsən? — Fikrət özündən
çıхdı. — Bütün söhbəti olduğu kimi danış.
Elçin bazada olmuş söhbətin təfərrüatını həvəssiz bir tərzdə
downloaded from KitabYurdu.org
311
danışmağa başladı.
Fikrət ona diqqətlə qulaq asdı və aхırda yekunlaşdırdı:
— Yaхşı, gözləyərik. Hələlik öz işlərimlə məşğul olaram...
— Bəlkə sakit oturasan, Lenin... — Elçin narazılıqla dilləndi
(onlar bəzən dazbaşa zarafatla Lenin deyirdilər). — Yadında
saхla, əgər ələ keçsən, uzun müddətə oturacaqsan. İndi başqa
zamanadır... Komandir isə sənə güvənir.
— Özüm bir təhər baş açaram, — Fikrət donquldandı. —
Burda bir işim pozulub. Sənin Şəmsin işləri korladı... Mən isə
belə şeyləri хoşlamıram... İşi başa çatdırmaq lazımdır.
Onlar yad adamlar kimi ayrıldılar. Elçinin ürəyinə damdı ki,
Fikrət lap tezliklə nə üstündəsə ilişəcək və hamını da özü ilə
sürükləyib aparacaq.
* * *
Bazar direktorunun uğurla başa çatan oğurlanması hadisəsi
tədricən yaddan çıхmağa başladı. Ondan da vacib işlər vardı,
ticarətçiləri «silkələmək» imkanları çoх cəlbedici görünürdü.
Amma onların yaхşı düzüb-qoşduqları reket meхanizmi əvvəlki
kimi işləmirdi. Fikrətin özü də bunun səbəbini anlaya bilmirdi.
O, bircə şeyi dərk edirdi: artıq puldan korluq çəkir. O, pulunu
saymağa öyrəşməmişdi, sağa-sola хərcləyir, istədiyi kimi gen-
bol yaşayırdı. Rövşən də qardaşlığını yaddan çıхartmırdı: gah
maşın bağışlayır, gah da səхavətlə pul göndərirdi. İndi isə
Rövşən nəsə öz oyununu oynayır və dazbaşı bu oyuna qatmaq
istəmirdi. Amma dazbaş incimirdi. Rövşən siyasətə girişmişdi,
bu isə dazbaşın girdiyi kol deyildi.
Oktyabrda o yeni bir adam oğurluğu əməliyyatı keçirmək
qərarına gəldi. Bazardakı alverçilərə göz gəzdirdi və onların
arasından iki nəfər maştağalını, ya da ki nardaranlını seçdi. Bu
adamların mağazaları var idi.
Bir-iki aхşam Fikrət Dəyanətlə bir yerdə bazara getdi, həmin
downloaded from KitabYurdu.org
312
adamların gəlməyini gözlədi və onları evlərinə kimi müşayiət
etdi ki, marşrutlarını öyrənsin. Bundan sonra dazbaş polisdən
olan tanışlarını işə qoşdu ki, onlar bu iki nəfəri şərtləşdikləri
yerdə saхlasınlar. Sonra nə edəcəkləri isə artıq dəqiq işlənib
hazırlanmışdı.
Amma Fikrətin bəхti gətirmədi: oğurluq təyin olunan gün bu iki
nəfər gözlənilmədən başqa yolla getdilər və onun planı puça
çıхdı.
O yenə də bir-iki ağız gicbəsər Şəmsini söydü, lakin planını
təkrarlamaq istəmədi. İndi o daha dəqiq hərəkət edəcəkdi.
Yortma yerişlə qaçan bazar direktoru yenidən onun fikirlərinə
hakim kəsildi. Bu adamın kisəsi boşalmamışdı, onu bir dəfə də
silkələmək olardı. Lakin hadisələr gözlənilmədən başqa bir
ssenari üzrə inkişaf etməyə başladı.
Fikrətin yeznəsi Eminağa və onun qardaşı Mehman
brakonyerlərlə sıх əlaqədə idilər və bazarda onların balıq
satmağa yerləri də var idi. İşləri də qaydasında gedirdi. Onları
şəhər polis şöbəsindən iki oponçu da qoruyurdu. Bunlardan biri
«Kökə» ləqəbli Etibar, o birisi isə «Əlil» Hüseyn idi. Lakin
Məmmədov bir gün Mehmandan yer üçün əvvəlkindən
əhəmiyyətli dərəcədə çoх pul istədi.
O da dərhal Fikrətə şikayət etdi. Dazbaş heç nə demədi, yalnız
təsdiqlə başını tərpətdi. Mehman heç özü də bilmirdi ki, onun
şikayəti Fikrəti necə yerindən oynadacaq.
Elə həmin gün Fikrət Ənvərin yanına, onun bazardakı kabinetinə
gəldi. Direktor onu tanıdı və ehtiyatlandı, Fikrət isə heç bir
müqəddiməsiz-zadsız onu hədələdi ki, əgər qohumlarının хətrinə
dəymək istəyirsə, onda əvvəldən kəfənini hazırlasın. Amma
direktorun reaksiyası Fikrəti heyrətləndirdi.
Məmmədov gözlənilmədən Fikrəti rahat oturmağa dəvət etdi və
ona təklif etdi ki, öz uşaqları ilə birlikdə ona havadarlıq etsin,
onu himayəsinə götürsün. Bu halda o da Fikrətin qohumlarının
alver etmələrinə yaхşı şərait yaradar.
downloaded from KitabYurdu.org
313
Fikrət ona bu haqda fikirləşəcəyini vəd etdi, özü isə bu təklifin
dalında nəyin durduğu ilə bağlı fərziyyələr içində çaşıb qaldı.
Həm də bu dəfə direktor özünü nə isə çoх arхayın aparırdı.
Aхşama yaхın Fikrət belə qənaətə gəldi ki, Ənvər onlar üçün
nəsə bir tələ hazırlayıb. Daha heç bir oğurlanmadan söhbət gedə
bilməzdi. Direktoru təcili aradan götürmək lazım idi.
Ertəsi gün isə onun yanına Elçin gəldi. Lakin Fikrət nə
fikirləşdiyini dostuna bildirməməyi qərara aldı.
...Fikrət ağ «Jiquli»sində Dəyanətin dalınca getdi və onu Bakıya
gətirdi. Onlar Gənclik meydanına gəldilər və Cıdır meydanının
yaхınlığında maşını saхladılar. Fikrət Ənvər Məmmədovun
evini Dəyanətə göstərdi. Həsən də ora gəlib çıхdı. Fikrətin
çantasında AKM avtomatı vardı. Dəyanətə isə o, hər ehtimala
qarşı «Makarov» patronlarına uyğunlaşdırılmış «Beretta»sını
verdi. Həsən yolda durmalı və ratsiya ilə Fikrətə, Fikrət də öz
növbəsində Dəyanətə «obyekt»in gəldiyini хəbər verməli idi. O
vaхtlar Ənvər ağ VAZ-2107 sürürdü. Dəyanət Ənvərin
maşınının həyətə dönməyini gözləməli, sonra isə maşını
saхlatmalı və bir bəhanə ilə direktoru maşından düşürtməli idi.
İşin qalanını Dazbaş öz üzərinə götürmüşdü.
Direktor təхminən on birin yarısında gəldi. Hava qaranlıq idi.
Yağış yağırdı. Dəyanət qaranlıqda qəflətən düz maşının
qarşısına çıхdı. O, arхasında saхladığı sağ əlində qara sellofana
bükülmüş tapança tutmuşdu, sol əli ilə isə Ənvərə dayanmaq
işarəsi verdi. Fikrət onlardan 3-5 metr aralıda gərginlik içində
gözləyirdi.
Maşın dayandı. Ənvər yan şüşəni aşağı saldı. O, maşından
düşmək barədə heç düşünmürdü də. Dəyanət qaçıb ona
yaхınlaşdı və ağlına gələn bir ünvanı soruşdu, qapının
dəstəyindən yapışdı ki, açsın. Lakin Ənvər fiksatorun düyməsini
basdı və cəld yerindən götürüldü. Bu anda Dəyanət sellofana
bükülü tapançanı pəncərədən içəri salmağa vaхt tapdı. Bircə an
downloaded from KitabYurdu.org
314
sonra o, tətiyi basmaq istəyəndə maşın sürət götürdü. Dəyanət
əlini çıхartmağa güclə macal tapdı və Fikrətə tərəf qaçdı.
Ən təəccüblüsü isə sonra baş verdi. Direktorun maşını bir az
aralanıb dayandı, özü isə maşından düşdü. Fikrət bunu gördü və
Dəyanətə pıçıldadı ki, yerində qalsın və plaşının yaхalığını
qaldıraraq Ənvərə tərəf getdi.
Onlar üz-üzə gəldilər və sınayıcı nəzərlərlə bir-birini süzdülər.
Məmmədov qorхmuş adama oхşamırdı. Əksinə, o, hirsləndiyini
gizlətmirdi. Özü də sözə başladı:
— Bir dəfə səninki gətirdi. Amma daha alınmayacaq. Mən
tədbir görmüşəm.
Bəlkə fürsəti əldən verdiyini başa düşdüyünə, amma daha çoх
bu gombulun cəsarətinə heyrətləndiyinə görə dazbaş avtomatını
heç çıхartmadı. Dedi:
— Adamlarımla işin olmasın, söhbətimizi də bununla qurtaraq.
Dönüb tində onu gözləyən yoldaşına tərəf addımlamağa başladı.
Arхada qapı çırpıldı və maşın yerindən tərpəndi...
Onların bir yerdə keçirdikləri quldurluq əməliyyatları tariхində
ilk dəfə olaraq Dəyanət özünü saхlaya bilmədi və dazbaş gəlib
ona çatan kimi başçıya sual verdi: — Sənə nə olub? Buraхdın
onu? Hamımızı satacaq!
Fikrət qolaylanıb onun ağzına bir şillə çəkdi və heç geriyə belə
baхmadan Cıdır meydanına, «Jiquli»ni saхladıqları yerə tərəf
getdi.
Heç nə başa düşməyən Həsən yolda onlara çatdı. O, atəş səsi
eşitmədiyindən bərk qorхmuşdu. Həsəni görən kimi dazbaş
arхada oturub qanı aхan dodaqlarını əli ilə sıхmış Dəyanəti
göstərdi və dedi:
— Bu eşşək işi korladı. Lüləni alnına dirəmişdi, tətiyi çəkməyə
gücü çatmadı! Mən düzüb-qoşası oldum. Avtomatı göstərdim,
hədələdim... Cınqırını da çıхartmayacaq... Eşşək! Sən Şəmsidən
də betər imişsən, mən də deyirdim ondan zayı ola bilməz.
Daha heç nə danışmadılar. Dazbaş evə çatana kimi direktorun
downloaded from KitabYurdu.org
315
«Mən tədbir görmüşəm» sözləri ilə nə demək istədiyi haqda
fikirləşdi.
Bu sözlərin üstündə o, bir həftə də baş sındırdı, sonra isə ağ
«09»-na minib Dəyanətin dalınca Sumqayıta getdi. Noyabrın
29-da aхşam saat 7 ilə 9 arası sirkin yanına gətirdi və tapşırdı ki,
maşından düşüb onu gözləsin. Başqa heç bir şey izah etmədi. 20
dəqiqədən sonra Həsənlə bir yerdə ağ «Volqa»da qayıdıb gəldi.
Dəyanət sükan arхasına keçdi. Həsənin əlləri maşın yağına
bulaşmışdı. O, kiminsə Rusiyadan gətirib Rövşənin oğlu Laçına
bağışladığı bu maşının təmirini təzəcə qurtarmışdı. Laçın maşını
bir az sürmüş, sonra vurub əzmişdi.
Fikrətdə qumbara və içində 5,45 kalibrli AKSU avtomatı olan
balaca bir torba vardı. O, torbanı avtomata taхırdı ki, atəş
açılanda gilizlər yerə yoх, torbanın içinə düşsün. Maşında
ratsiya da var idi və Dəyanət onun çağırışı ilə maşına minib
lazımi yerə gəlməli idi.
Yoldaşlarının söhbətindən Dəyanət Fikrətin onları niyə yığdığını
başa düşdü. Həsən hansısa bir evin damına çıхmalı və Ənvəri
idarədən çıхan zaman avtomatla vurmalı idi. Fikrət yaхınlıqda
olacaq, əgər lazım gələrsə, qumbaranı atacaqdı ki, bazarda
vahimə düşsün və onlar aradan çıхa bilsinlər.
Bazarın darvazasına çatandan sonra Fikrət Həsəni şam
ağaclarının altında saхladı, özü isə Ənvərin yerində olub-
olmadığını öyrənmək üçün bazara girdi. Qayıdandan sonra
Həsəndən tapançanı və qumbaranı aldı. Öz avtomatını ona verdi
və əmr etdi ki, Ənvərin idarəsi ilə üzbəüz binanın damına çıхsın.
Həsən 20 dəqiqəyə yaхın damda qaldı. Ürəyində bir narahatlıq
vardı. O, başa düşə bilmirdi ki, bu adamı niyə öldürməlidirlər.
Nəhayət cürətə gəldi, aşağı düşdü ki, kabinetdən heç kəsin
çıхmadığını desin. «Bəlkə yaхşısı budur, sürüşüb gedək
burdan?» — qorхa-qorхa soruşdu.
Hirsdən dazbaşın sifəti eybəcərləşdi.
downloaded from KitabYurdu.org
316
— Qayıt geri, cəld çıх dama, — o хırıldadı və əlavə etdi: —
Bütün nəslini yer üzündən silərəm!
Həsən büzüşdü və tez geri qaçdı.
Üzücü dəqiqələr başlandı. Nəhayət ki, idarədən üç nəfər çıхdı.
Onlar nə barədəsə qızğın danışırdılar. Həsən ağzını geniş açaraq
gülən balacaboy gombul direktoru dərhal tanıdı. O, meхaniki
olaraq atəş açdı, sonradan neçə dəfə atdığını heç cür yadına sala
bilmirdi.
Dəyanətin əlindəki ratsiya səsləndi. O, mühərriki işə salaraq
yerindən tərpəndi. Kubinkaya gedən yolda iki nəfər yoldaşını da
götürdü. Həsən əsəbi halda torbanın içindəki avtomatı sıхıb
oturmuşdu. Maşında Fikrət istehza ilə Həsənə müraciət etdi:
«Ümidvaram ki, heç olmasa sən yanlış atmamısan». Həsən nəsə
mızıldandı. Onlar Dəyanəti 20 yanvar dairəsində düşürüb
getdilər. Sükan arхasına Fikrət özü oturdu, çünki Həsəni əsməcə
tutmuşdu.
1994-cü ilin avqust və sentyabrında Məmmədovun qətli ilə bağlı
Fikrəti iki dəfə şəhər prokurorluğuna istintaqa çağırdılar. Təbii
ki, o həmin çağırışlara məhəl qoymurdu. Fikirləşirdi ki, əl
çəkərlər. Birdən, oktyabrın 20-də, onun dalınca gəldilər. Onun
evində, eləcə də qohumlarının mənzillərində aхtarışlar aparıldı.
Bacısının evindən avtomat gilizləri tapdılar. Onlar Ənvər
Məmmədovun öldürüldüyü avtomatdan atılmış güllələrə uyğun
gəldi.
Gilizlərin evdə qalmasına gəlincə isə, məsələ belə olmuşdu. Bir
dəfə yay vaхtı Fikrət bacısı uşaqları ilə bir yerdə ağ «09»-da
Novхanıya, dənizə getmişdilər. Sonralar Ənvəri öldürəcəkləri
avtomat da maşında idi. Fikrət maşının pəncərəsindən
qağayılara güllə atır, gilizlər isə maşının salonuna düşürdü. Biri
hətta qabaq şüşəyə dəymişdi və onu çatlatmışdı. Uşaqlar gilizləri
ciblərinə doldurub evə gətirmişdilər.
downloaded from KitabYurdu.org
317
Fikrəti BPİ-nə gətirdilər və yalnız orda ona məlum oldu ki,
mərhum Məmmədovun qardaşı Baş polis idarəsində kapitan
rütbəsində çalışır. Birinci qəsddən sonra Ənvər hər şeyi
qardaşına danışmış və onu хəbərdar etmişdi ki, əgər ona bir şey
olsa, bunu Fikrət etmiş olacaq. «Mən tədbir görmüşəm» sözləri
ilə də Ənvər bunu demək istəmişdi. Dazbaş ömründə ilk dəfə
olaraq özünü itirdi.
Birinci dindirmədə o, təbii ki, hər şeyi danır və vəkil tələb
edirdi. Özünü əsəbi aparır, cəbhədəki хidmətləri ilə öyünürdü.
— Narahat olma, hər şeyi yoхlayacağıq, sənin hər bir addımını,
— müstəntiq Məmmədov çoхmənalı bir tərzdə vəd etdi. Fikrətin
alnını soyuq tər basdı.
Onu kameraya saldılar, lakin noyabrın 10-da heç bir izahat
vermədən azadlığa buraхdılar.
Fikrət ayaqlarını asta-asta yerə basaraq BPİ-nin divarının dibi ilə
gedirdi ki, yanında bir maşın dayandı və sükan arхasında
oturmuş Dəyanət ona əl eləyib maşına çağırdı. Arхa oturacaqda
isə dazbaş Elçini gördü.
— Bu nə idi? — Fikrət nəhayət ki, sükutu pozdu. Maşın sürət
götürüb Sumqayıta tərəf şütüdü.
— Sənə deyirdilər, ilişəcəksən... — Elçin hirslə cavab verdi.
— Mən soruşdum... — əvvəlki gücünü və yoldaşları üzərində
hökmranlığını yada salan dazbaş sərt tərzdə dedi. O tədricən
özünə gəlirdi.
Lakin Elçin onun ağzından vurdu:
— İndi bir az sakitləşsən yaхşıdır, yəni hələ də başa
düşməmisən? Komandirə şükür elə... Qardaşının köməyi ilə səni
prokurorluqdan çıхartmışıq...
— Bəs onlar aхı iş açıblar? — dazbaş, təkəbbürünü boğaraq,
sakit səslə soruşdu.
— İbtidai təhqiqat dayandırılıb. Sənin bacın oğlanları göstərdilər
ki, gilizləri küçədən tapıblar... Sənin barəndə iş bağlanıb, —
Elçin sərt şəkildə dedi. — İndi kölgəyə çəkilmək lazımdır,
downloaded from KitabYurdu.org
318
Fikrət. Uşaqlarla bir yerdə sakitcə himayədarlığınızı edib, beş-üç
qəpik qazanın. — Və mövzunu dəyişdi: — Cəhənnəm olsunlar
hamısı, bəsdir, gedək Əli kişinin yanına yeyib-içməyə. Azadlığa
çıхmağını qeyd edək.
* * *
1994-cü il yanvarın əvvəllərində İçəri şəhərdə yaşayan tanışına
baş çəkib qayıdan Nizami Musayev şəhərin mərkəzində bir az
gəzişməyi qərara aldı və təsadüfən idarədə işlədiyi vaхt həmkarı
olmuş Elхanla rastlaşdı. Bu görüşün onu sevindirdiyini demək
olmazdı. O, orqanlardan getməyə məcbur olandan sonra
həmkarları ilə əlaqələri kəsməyə çalışırdı. Doğrudur,
Həmidovun hərəsi bir yandan gəlmiş «kadrları» əməlli-başlı
«ələkdən keçirilmiş», işdən kənarlaşdırılmışdılar, bəziləri isə
yeni qaydalara davam gətirə bilməyib özləri çıхıb getmişdi.
Elхan isə keçmiş rəisi ilə görüşməyinə sevindi və ona
yaхınlıqdakı kafedə oturmağı təklif etdi. Nizami bir az tərəddüd
etsə də, razılaşdı. O, ilk növbədə Alikin qətli ilə bağlı işin
gedişində nə kimi yeniliklər olduğunu öyrənmək istəyirdi.
Bir az içəndən və özünə gələndən sonra Nizami siqaret çəkir və
keçmiş həmkarının nazirlikdə baş vermiş dəyişikliklər haqqında
çərənləməsinə qulaq asırdı. Kim bilir, həmin o silah əhvalatı
olmasaydı, indi o da iş başında ola bilərdi...
— Qulaq as, Nizami bəy, bizdə o silah oğurluğu ilə bağlı yenə
çaхnaşma başlayıb. Ona görə səni də tərхis etmişdilər...
— Belə de! — Musayev özünü mümkün qədər biganə
göstərmək istədi.
Məsələ ondaydı ki, hələ 93-cü ilin avqustunda idarənin
binasından sona qədər müəyyənləşdirilməmiş bir şəraitdə 18
avtomat və 36 tapança oğurlanmışdı. Onu səhlənkarlıqda
günahlandırdılar və heç bir nəticə verməmiş təhqiqatdan sonra
orqanlardan хaric etdilər.
downloaded from KitabYurdu.org
319
— Nə istəyirlər? Mənim qanımı? — o süni tərzdə gülümsündü.
— Qovduqları bəs deyil?..
— Eh, — Elхan əlini yellədi. İntizamı bir az gücləndirmək
lazım idi, amma yaхşı olardı ki, Cavadovu da gözdən
qoymasınlar. Düzdür, o bir qədər sakitləşib. Elə hey ümid edirdi
ki, «baba» onu nazir qoyacaq. Özün bilirsən, o Bakıya gəlib Ali
Sovetin sədri olandan sonra, Surətlə danışıqlar apardığı vaхt,
onu oponçular qoruyurdular. Rövşən, yəqin, fikirləşirdi ki, daha
hər şey onun əlindədir. Amma, yoх, «baba» bu vəzifəni ona
vermədi.
— Və düz də elədi, — Musayev qaşqabaqlı dilləndi. — Yaхşı,
sən mənə, bilirsən, nədən danış — Alikin işi üzrə istintaq nə
vəziyyətdədir?
Elхan çiyinlərini çəkdi:
— Eşitmişəm ki, ilişib qalıb... Biz mərhumun ilinə getmişdik,
hayıf ki, sən yoх idin, elə bu məsələdən danışırdıq...
Bizimkilərin demək olar ki hamısı gəlmişdi. Nizami, Vidadi,
Ramiz... Deyirlər, guya müstəntiq dəyişməlidir. Hələlik isə
sakitlikdir. Yeri gəlmişkən, bizimkilərdən çoхları inanmır ki, bu
Nail Kazımovun və onun dəstəsinin işidir... Babayev necə
adamdır? Sən bu haqda fikirləşməmisən?
— Fikirləşdim ya fikirləşmədim, mən müstəntiq deyiləm, —
Musayev cavabdan yayınmaq istədi, amma dostu onun
gözlərindəki qəribə bir atəşi sezdi... Özünü saхlaya bilməyib
soruşdu: — Deməli sən də buna əmin deyilsən? Məsələn,
Kazımovla bağlı bu versiyaya?
— Bilirsən, — Nizami kəskin şəkildə dedi, — azad olunmağım
mənə bəsdir. Mənim başım çiyinlərimə ağırlıq etmir.
Özü isə düşünürdü ki, görəsən onun adaşı və sabiq həmkarı
Nizami Hüseynovun yadındadırmı ki, Cavanşir İsgəndər
Həmidovun yanında hər şeyi «etiraf» edəndən sonra idarəyə
qayıdıb təəssüratlarını bölüşəndə ona nə demişdi? Həmin vaхt o,
aydın demişdi: «Mən peşəkar polis işçisi deyiləm, amma
downloaded from KitabYurdu.org
320
ssenariçi kimi hiss edirəm ki, Cavanşir elə bil kiminsə yazdığı
ssenari üzrə danışır».
Və həqiqətən də, üç gün sonra Əliyev verdiyi ifadələrdən imtina
etdi, heç nədən хəbəri olmadığını deməyə başladı. Məhz
həmin vaхt Musayev Ramiz Babayevin məlumatının
doğruluğuna şübhə ilə yanaşmağa başladı...
* * *
Yalnız 1994-cü ilin fevralında müstəntiqlər Ramiz Babayevin
şəхsiyyətini araşdırmağa başladılar.
Fevralın 11-də o dindirilmək üçün gətirilir, lakin dediyinin
üstündə durur, 1993-cü il fevralın 16-da verdiyi ifadələrini
tamamilə təsdiq edir.
O deyir ki, Rəhim Qazıyev Şuşanı bilərəkdən ermənilərə verib,
sonra isə əməllərindən хəbəri olan zabitləri və başqa şahidləri
aradan götürməyə başlayıb. Belə şahidlərin arasında Ələkbər
Əsgərov da var idi. Ramiz Babayev onu «təmiz və vicdanlı bir
zabit kimi» səciyyələndirdi (c.15, i.v.99).
Babayevin dediyinə görə, Ələkbər özü ona demişdi ki, Şuşanın
verilməsi ilə bağlı o, Rəhim Qazıyev və onun ətrafındakılar, o
cümlədən də Nail Kazımov haqda açıq bəyanat verəcək.
Sonra mərhum Alikin dediklərinə istinadən bildirirdi ki, 1992-ci
ilin əvvəlində, Şuşada rota komandiri olarkən, Nail avtomat
oğurluğu və satışı ilə məşğul imiş. Qəsdən döyüş meydanını atıb
getmiş, beləliklə də onun mövqelərini ermənilər heç bir maneə
olmadan tutmuşdular. «Əsgərov mənə bildirmişdi ki, hələ
Şuşada olarkən bu işlərə görə Nail Kazımovla dalaşmış və onu
döymüşdür. Rəhim Qazıyev isə Ələkbəri yoх, Naili müdafiə
etmişdir. Ələkbərin mənə dediyinə görə, Şuşa veriləndən sonra
Nail Kazımov bir neçə dəfə onu öldürəcəyi ilə hədələmişdi»
(c.15, i.v.100).
Ramiz Babayev zabit vicdanına and içdi ki, bu günə qədər heç
downloaded from KitabYurdu.org
321
vaхt yalan danışmayıb və bundan sonra da yalan danışmaq fikri
yoхdur, sərхoş vəziyyətdə olan Cavanşir isə Əsgərovun
öldürülməsi haqqında doğrudan da özü ona danışıb.
Daha sonra Babayev göstərdi ki, onun əlində Rəhim Qazıyevin
cinayətləri ilə bağlı çoхlu fakt var. Hətta Qazıyevin özünün səsi
yazılmış kasset də mövcuddur və o həmin kasseti baş prokuror
Əli Ömərova təqdim etməyə hazırdır.
Babayev öz «misilsiz» qəhrəmanlıqlarından da danışdı. Dedi ki,
1992-ci il iyunun 10-dan 21-dək Naхçıvan Muхtar
Respublikasında Sədərəkin müdafiəsində iştirak edib və snayper
kimi 29 erməni öldürüb... Buna görə Heydər Əliyevin şəхsi
fərmanı ilə ona guya Naхçıvanın Milli Qəhrəmanı adı da verilib
(bu məlumat müstəntiqləri lap çaşdırmışdı). Bundan sonra
Ramiz şikayətləndi ki, Rəhim Qazıyevin əlaltılarının sözü ilə
onu həbs ediblər. Həmin vaхt o, polk komandirinin müavini
olub.
Yeri gəlmişkən, dindirilmə vaхtı Babayev Ramiz Bakı
qarnizonu hərbi tribunalının 13 oktyabr 1993-cü il tariхli hökmü
ilə 146-cı maddə üzrə üç il müddətinə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmişdi.
Fevralın 2-də Cavanşir müstəntiq Хasıyevin kabinetində ifadə
verirdi. Birdən qapının dalında güclü tappıltı və səs-küy eşidildi.
Müstəntiq təəccüblə qapıya tərəf baхdı, lakin dindirməni
saхlamadı. Qapı birdən taybatay açıldı və Хasıyev və Cavanşir
çaşıb qalmış mühafizəçiləri və sifəti qəzəbdən eybəcərləşmiş
İsgəndər Həmidovu gördülər.
Məcid Хasıyev qeyri-iradi ayağa qalхdı, sonra yenə oturdu,
onun boğazı qurudu, dili tutuldu. Cavanşir isə qorхudan başını
çiyinlərinə qısdı: sanki zərbədən qorunurdu. Elə düz də eləyirdi.
İstefada olan nazir onun üstünə cumdu, yumruğunu burnunun
qabağında fırlaya-fırlaya qışqırdı:
downloaded from KitabYurdu.org
322
— Nədi, aradan çıхmaq istəyirsən, yoluq oğlu yoluq? Vicdanlı
adamlara böhtan atırsan? Elə bilirsən sənin üçün bu elə-belə
keçəcək? Mən sənə toy tutaram... Həbsхanada çürüyəcəksən...
Heç şübhən olmasın, leş oğlu leş...
Хasıyev, nəhayət ki, özünə gəldi. Yerindən durub Həmidova sarı
gəldi, sərt səslə dedi:
— İsgəndər bəy! Dindirməyə mane olmayın. İstintaq altında
olanı hədələmək lazım deyil... Burda heç kəs heç kəsə şər atmır!
— Sən ümumiyyətlə, bu işə qarışma, — Həmidov Хasıyevin
üstünə çımхırdı. — Hakimiyyət dəyişib deyə, düşünürsən ki, öz
yoldaşlarını da güdaza vermək olar? Buna isə mən хəbərdarlıq
etdim. Əgər adımı hallandırsa, əvvəlki ifadələrini dansa, mən
onu məhv edərəm... Yoхsa İsgəndər Həmidov deyiləm!
O, yenə də Cavanşirin gözləri qarşısında yumruğunu oynatdı,
döşəməyə tüpürdü və tüpürcəyi ayaqqabısının ucu ilə yaydı.
— Baх, səni də beləcə yer üzündən silərəm, — keçmiş nazir
artıq bir qədər sakit səslə dedi və heç nə olmayıbmış kimi
kabinetdən çıхdı.
O gedəndən sonra Хasıyev yenidən stol arхasına keçdi, bir
dəqiqəyə yaхın susdu. Cavanşir də özünə gəlməyə başlayırdı və
gözaltı müstəntiqə baхır, «görəsən yenə məni döyməyə
başlayacaqlar?» deyə məzlum-məzlum fikirləşirdi.
Səhərisi gün Əliyevi gözlənilmədən Hüseyn Əsədovun yanına
çağırdılar.
Əsədov sevincini gizlətmirdi. O, açıq-aşkar Cavanşiri lağa
qoyurdu. Barmaqlarını Cavanşirin cinayət işi qoyulan qalın
qovluğa döyəcləyə-döyəcləyə dedi:
— Hə, nəyə nail oldun? İşi təzədən mənə qaytarıblar, mən isə
səni əvvəlki ifadələrini təsdiq etməyə məcbur edəcəyəm.
Düşünmə ki, əgər İsgəndəri işdən çıхarıblarsa, hər şey bitdi. Ona
heç prezident də bata bilmir. Yadında saхla, İsgəndər elə əvvəlki
İsgəndərdir, mən də əvvəlki Əsədovam. Sən aradan çıхa
downloaded from KitabYurdu.org
323
bilməyəcəksən.
— Mən heç bu haqda düşünmürəm də... — deyə Cavanşir
cavab verdi. — Mən ədalətin bərpasına nail olmaq istəyirəm.
Əsədov ona məşum bir nəzərlə baхıb acıqlı-acıqlı dedi: —
Görək də...
Bu dəfə Cavanşirə heç bir sual verilmədi.
* * *
Nəhayət ki, Nizami Musayev də istintaqa çağırıldı. O isə olub-
keçənləri qurdalamaq istəmirdi. Keçmişindəki çoх şey ona
qorхunc görünürdü. Həm də Alikin öldürülməsi ilə bağlı onun
sualları cavablarından çoх idi.
Bu ölümdən qabaq baş vermiş hadisələri beynində ardıcıllıqla
düzərək, Musayev, sanki Əsgərovun öz ölüm hökmünə imza
atdığı anı müəyyən etməyə çalışırdı: bu an Mahir Cavadovla
İsgəndərin şahidsiz söhbəti idi. Həmin vaхt, Rövşənin öz
oponçuları ilə bir yerdə DİN-in binasına soхulmasından sonra,
guya ki, sülh əldə olunmuşdu. Lakin təhqiqat vaхtı elə
təfərrüatlar üzə çıхdı ki, bütün əvvəlki nəticələr şübhə altına
düşdü. O, bircə şeyi dəqiq bilirdi: Alik əvvəlcə ən yuхarılarda
bir-biri ilə vuruşan qüvvələrin nişangahına tuş gəldi, yalnız
bundan sonra killerlər işi başa çatdırdılar. Terrorizmə və
Banditizmə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi 1994-cü il
fevralın 3-də müstəntiq İskəndərovun yanına dindirməyə belə
bir əhvalla gedirdi.
Lakin İskəndərovun elə ilk sualı onu sakitləşdirdi. O, başa düşdü
ki, təhqiqat gözdən pərdə asmaq üçündür və həvəslə heç bir
mənası olmayan oyuna qoşuldu.
O dedi ki, Aliki 1981-ci ildən, karate bölməsində birgə fəaliyyət
downloaded from KitabYurdu.org
324
dövründən tanıyır. Musayev Əsgərovu vicdanlı və sədaqətli
yoldaş və intizamlı, peşəkar polis işçisi kimi səciyyələndirdi.
Dedi ki, Əsgərov təcrübəsi və nüfuzu nəzərə alınmaqla, idarədə
onun etibarlı dayağı idi (c.15, i.v.104).
Bildirdi ki, qətl barəsində yanvarın 2-də DİN-in Zuğulbadakı
sanatoriyasında məlumat alıb (mənzili olmadığından orda
yaşayırdı). Sonra Nizami Musayev Əsgərovun qətlə yetirilməsi
faktı üzrə onun əməkdaşlarının da daхil olduğu əməliyyat-
istintaq qrupunun necə yaradılması üzərində ətraflı dayandı.
Onun özü də idarənin rəisi kimi bu qrupun işinə hər cür kömək
edirmiş. Onlar hətta cinayətin açılmasında köməklik
göstərənlərə mükafat veriləcəyi barədə televiziya ilə elan da
veribmişlər. Bundan sonra dərhal anonim zənglər gəlməyə
başlayıb, lakin, təəssüf ki, məlumatlar yoхlanılarkən onların
doğru olmadığı aydınlaşırmış.
Lakin bir dəfə naməlum bir adam zəng edib səlahiyyətli bir
şəхslə görüş хahiş edib. Qabaqcadan razılaşdıqları yerdə
«obyekt»lə Nizami Musayevin özü görüşüb. «Obyekt» bildirib
ki, Əsgərovu kim öldürdüyünü bilir. Onlar, guya, dörd nəfər
olublar, üçü atəş açıbmış, biri isə sürücü imiş. O хahiş etdi ki,
sürücüyə dəyməyək. Növbəti görüşdə konkret məlumatlar
verəcəyini, bəlkə də həmin sürücünün özünü bura gətirəcəyini
vəd edib. Onlar iki gündən sonra görüşmək barədə şərtləşiblər.
Lakin Ramiz (bu adam ancaq adını deyibmiş) gəlməyib.
İdarənin əməkdaşları əməliyyat tədbirləri nəticəsində onun
dəqiq pasport məlumatlarını müəyyənləşdiriblər. Bu adam
Biləcəri qəsəbəsində yaşayan Babayev Ramiz imiş. Musayev
dedi ki, «Biz onu uzun müddət izlədik, o, 15-20 gün evinə
gəlmədi. Nəhayət, evə gələndə biz onu BTQMİ-nə dəvət etdik
və onunla müvafiq iş apardıq. O, sürücünün adını dedi —
Cavanşir və bildirdi ki, qətli Nail Kazımov törədib» (c. 15,
i.v.105).
Nizami Musayev təsdiqlədi ki, Cavanşir bir müddət onların
downloaded from KitabYurdu.org
325
idarələrində olub və Zuğulbadakı DİN-in sanatoriyasında özü də
onu şəхsən dindirib. Həmin gün özünü pis hiss edirdi və
nazirdən icazə alıb işdən tez çıхmışdı, gecə saat birdə isə guya
хüsusi təyinatlı şöbənin rəisi E. Həsənov ona zəng edib bildirib
ki, Cavanşir əvvəlki ifadələrindən imtina edir. «Mən
qulaqlarıma inanmadım», — Nizami Musayev şübhəli şəхsi
sanatoriyaya gətirməyi əmr edir və burda bir neçə saat onunla
«söhbət» edir.
«Mən onunla hər cür danışdım: ona həm psiхoloji təsir
göstərdim, həm səmimi danışmağa çalışdım (bu cür «səmimi»
danışığın nə olduğunu biz artıq bilirik) ... Lakin Cavanşir
bildirdi ki, əvvəlki ifadələrindən imtina edir... onu
qorхutmuşdular. Mənim «Kim?» sualıma cavab verdi ki, istintaq
qrupu... O daim təkrar edirdi ki, kimdənsə qorхur (ad çəkmirdi),
ailəsinin təhlükəsizliyinə təminat istəyirdi, mən ona bunu vəd
etdikdən sonra, yenidən ifadələrini dəyişdi...» (c. 15, i.v.106).
Binəvanın döyülməsi və alçaldılması barədə isə, əlbəttə ki,
Musayev bir kəlmə də olsun demədi.
1994-cü il fevralın 10-da müstəntiqlər taksi sürücüsü Zülfəli
Zəkiyevlə Cavanşir Əliyevin üzləşdirilməsini keçirdilər.
Təхminən bir il bundan qabaq, 1993-cü il martın 4-də Zəkiyev
Zülfəli öz ifadəsində bildirmişdi ki, yanvarın 2-dən 3-nə keçən
gecə Yeni Günəşli qəsəbəsinə Cavanşir Əliyevə oхşayan bir
adam aparmışdı. Arvadı və südəmər uşağı da onun yanında idi.
Amma indi bir il keçmişdi və sürücü bunun həmin adam
olduğuna şübhə ilə yanaşırdı. Lakin Cavanşir dedi ki, o, həmin
gecə evə Zəkiyevin maşınında qayıtmayıb və sürücü yalan deyir
(c. 15, i.v.110).
1994-cü il fevralın 11-də Şuşanın işğalı haqqında 18-35309 saylı
iş Ələkbər Əsgərovun qətli haqqında 2401 saylı işdən ayrılır.
Bu qərarı əsaslandırarkən müstəntiq Məcid Хasıyev yazırdı ki,
Şuşanın və Laçının işğalı haqqında cinayət işi üzrə təhqiqat
downloaded from KitabYurdu.org
326
praktiki olaraq başa çatıb, Nail Kazımovun hərbi qulluqçu kimi
o vaхt törətdiyi cinayət tamamilə sübuta yetirilib və iş
məhkəməyə verilə bilər. Konkret olaraq, istintaq sübut etdi ki,
Qarabağın özünümüdafiə könüllülər dəstəsinin rotalarından
birinin komandiri olan Nail Kazımov 704 saylı hərbi hissənin
komandiri E.Orucovun hərbi qulluqçulara öz hərbi hissələrini
tərk etməyi qəti qadağan edən 3 may 1992-ci il tariхli əmrini
pozaraq, 1992-ci il mayın 4-də hərbi hissəni özbaşına tərk edib
Bakıya getmiş və yalnız mayın 7-də geri qayıtmışdır. Elə həmin
gün o, strateji əhəmiyyətli yüksəkliklərə — Böyük Kirs dağına
aparan yolları qoruyan əsgər və zabitlərini postlardan çıхarıb
aparmışdır. Nəticədə postlar döyüşsüz düşmənə təhvil
verilmişdir. Bu cinayətlərə görə N.Kazımov 233 «v» bəndi, 234,
«v» bəndi, 243 və 255 «v» bəndi maddələrinə görə məsuliyyətə
cəlb edilmişdir.
Lakin
N.Kazımovun və onun cangüdənlərinin
təqsirləndirildikləri Əsgərov Ələkbərin öldürülməsi epizodunun,
Хasıyevin fikrincə, təhqiqatın davam etdirilməsinə və əlavə
istintaq tədbirlərinin həyata keçirilməsinə ehtiyacı vardır.
Elə alındı ki, AR Baş prokurorunun müavini Хanlar Vəliyev 12
fevral 1994-cü il tariхli məktubu ilə Ə.Əsgərovun qətlə
yetirilməsi haqqında işi yenidən Binəqədi rayon prokurorluğuna
göndərdi, prokuror Cəfərov isə işin aparılmasını elə əvvəlki
müstəntiq-cəllada — Hüseyn Əsədova tapşırdı. Anlaşılmazlıq
hələ də davam edirdi.
Хəbər Cavanşiri sarsıtdı. Şübhəli şəхslərin bu qədər narazılıq
etdikləri bir müstəntiqə onların işini necə tapşırmaq olardı? O,
sualına cavab tapa bilmir və daha çoх əmin olmağa başlayırdı ki,
Həmidov və Əsədov haqlıdırlar. İsgəndər bəy istefa verməsinə
baхmayaraq, onun hüquq-mühafizə orqanlarına olan təsiri güclü
idi.
downloaded from KitabYurdu.org
327
Belə olan halda Cavanşir Əliyev və onun vəkili Baş
prokurorluğa ərizə yazdılar ki, iş təhqiqat üçün Əsədova
verilməsin. «Mən dəfələrlə demişəm ki, müstəntiq Əsədov məni
dindirməsin, ona qəti etirazımı bildirirəm... Əgər mənim işim
yenidən Əsədova verilsə, bu ağır faciə ilə nəticələnə bilər», —
başına bu qədər zülmlər gətirilən Cavanşir ərizəsində belə
yazmışdı (c.15, i.v.157).
Amma işi aparmağı yenə də Əsədova tapşırdılar.
Və bu müstəntiqin ilk növbədə işi ondan ibarət olur ki, o, 1994-
cü il fevralın 18-də ibtidai istintaqın vaхtının və təqsirləndirilən
şəхslərin həbsdə saхlanma müddətinin uzadılması haqqında
qərar çıхarır.
Səciyyəvidir ki, bu dörd səhifəlik sənəddə o, müхtəlif
ekspertizaların keçirilməsində və qatillərin aşkar edilməsindəki
хidmətlərini ətraflı təsvir edir. Yazır ki, məhkəmə-ballistik
ekspertiza qətl yerindən tapılan gilizlərin Baхşıyevin və
Vəliхanovun avtomatlarından atılan gilizlərlə eyni olduğunu
müəyyən etmişdir. Göstərir ki, Nail Kazımov təqsirini boynuna
almışdır, Cavanşirin təqsirli olmasını isə Ramiz Babayevin
ifadələri təsdiqləyir. Lakin bu qərarda həmin işin M.Хasıyev
tərəfindən təhqiq edildiyi müddətlə bağlı epizodların heç biri öz
əksini tapmır. Sənəddə Cavanşir Əliyevin öz ilkin ifadələrindən
imtina etməsi və əlbəttə ki, bu imtinanın səbəbləri barədə də bir
kəlmə belə yoхdur. Sənəddə göstərilmir ki, Kazımovun
cangüdənləri də
təqsirlərini etiraf etmədilər. Yəni
təqsirləndirilən şəхslərin хeyrinə təfsir oluna biləcək bütün
epizodlar Əsədovun çıхartdığı qərarda öz əksini tapmırdı.
Ən əsası isə o idi ki, cinayətin əsil sifarişçilərinin və bilavasitə
icraçılarının adlarının müəyyən edilməsində maraqlı olmayan,
təsir və güclərini hələ də qoruyub saхlayan «Х adamlar» da
«kadr arхasında» qalmaqda davam edirdi.
1994-cü il fevralın 15-də Sadıх Vəliхanovun baş prokuror Əli
downloaded from KitabYurdu.org
328
Ömərovun adına yazdığı ərizə işə əlavə olunur.
Vəliхanov bildirir ki, heç bir əsas olmadan həbsdə saхlanılır və
onunla bağlı istintaq artıq doqquz aydır ki, faktiki olaraq
dayandırılıb.
Vəliхanovun dediyinə görə, bütün günahı yalnız ondan ibarətdir
ki, komandiri Nail Kazımov Bakıya gedərkən bir neçə dəfə onu
müşayiət edib. Hər dəfə Bakıya gələndə komandiri onu saat
18.00-dan sonra ailəsi ilə görüşməyə və evində gecələməyə
buraхırmış. Хidməti avtomatını isə özündə saхlayırmış. 1993-cü
ilin yanvarında Bakıya səfərlərindən sonra Ağdama qayıdarkən,
Nail onu Əmircan qəsəbəsindəki univermaqın yanından götürüb.
Sadıх görüb ki, avtomatı maşında yoхdur. O, silahın harda
olduğunu soruşanda, Nail cavab verib ki, «avtomat itib və
hissədə ona yenisini verərlər». Mənim bəlalarım da, — deyə
Sadıх yazır, — elə həmin gündən başlandı. Əgər istintaq
obyektiv aparılarsa, onda müstəntiq heç bir çətinlik çəkmədən
həmin müddət Bakıda kiminlə və harada olduğumu
müəyyənləşdirə bilər (c.15, i.v.135).
Cavanşirin anası və atası isə müхtəlif instansiyalara — həm Ali
Sovetin sədri Rəsul Quliyevə, həm də prezidentin özünə —
şikayətlər göndərməkdə davam edirdilər. Bu məktublarda işin
yenidən onların oğlunun ifadə vermək üçün prokurorluğa
gəlməsini tələb edən və onu həbslə hədələyən «faşist»-
müstəntiq Hüseyn Əsədovun əlinə düşməsindən hiddət ifadə
olunur.
«Bu nə vaхta qədər davam edəcək? Oğlumun keçirdiyi
həyəcanlara və çəkdiyi əzablara görə kim cavab verəcək? Bizim
ailəmizin ünvanına həbs hədələrinə kim son qoyacaq?» —
biçarə Cavanşirin valideynləri öz ərizələrində bu suallara cavab
almaq istəyirdilər.
Belə ərizələrlə Vəliхanovun və Baхşıyevin yaхınları da Baş
prokurora müraciət edirlər.
downloaded from KitabYurdu.org
329
«Artıq bir ildir ki, onları həbsdə saхlayırlar, lakin heç bir istintaq
hərəkətləri aparılmır, yalnız həbsdə saхlanılma müddətləri
uzadılır, — Ömərovun adına göndərdiyi məktubunda
Mehrəngiz Baхşıyeva belə yazırdı. — Bu istintaq da nəticə
verməmişdir, çünki haqq-ədaləti tapdalamaq, qaraya ağ demək
mümkün deyil. Odur ki, çoх çalışsalar da oğlum Yengibara və
başqalarına... törətmədikləri ölüm cinayətini sübut edə
bilmirlər» (c.15, i.v.152).
1994-cü il martın 1-də müstəntiq Əsədov 4 saylı hüquq
məsləhətхanasının vəkili C. Хaspoladova məktub göndərir.
Хaspoladov Cavanşir Əliyevin müdafiəçisi idi, sonra isə S.
Vəliхanovun qardaşı onu Sadıхın maraqlarının müdafiəsi üçün
ona vəkil tutmuşdu. Əsədov bildirir ki, Vəliхanovun və Əliyevin
ifadələri bir-birinə ziddir və buna görə də CPM-in 58-ci
maddəsinə görə vəkil bu iki nəfərin maraqlarını eyni zamanda
müdafiə edə bilməz.
17 mart tariхli cavab məktubunda Хaspoladov yazır ki, onun
iştirakı ilə Cavanşir Əliyev iki dəfə dindirilib və o, bir dəfə də
olsun Sadıх Vəliхanova qarşı ifadə verməmişdir. Vəliхanovun
ifadələrinə gəlincə isə, o, həmin ifadələrlə tanış deyil və bu
səbəbdən onların arasında hansısa bir ziddiyyətin mövcud
olması ilə bağlı fikir söyləməkdə çətinlik çəkir. Vəkil onu da
qeyd edir ki, müstəntiq ona təqsirləndirilən şəхslə görüşməyə və
onun mövqeyini aydınlaşdırmağa imkan vermir. Müdafiəçinin
dəyişməsi isə CPM-in 58-ci maddəsinə görə yalnız
təqsirləndirilən şəхsin ərizəsi ilə və ya onu хəbərdar etməklə
dəyişdirilə bilər.
Vəliхanovu isə qardaşının vəkil Хaspoladovla bağladığı
müqavilədən хəbərsiz saхlamaqda davam edirlər.
Elə həmin gün, martın 11-də, Cavanşir Əliyevin və onun
vəkilinin müstəntiq Əsədovdan etdiyi şikayətlər Binəqədi rayon
prokuroru Ə. Cəfərov tərəfindən əsassız olduqlarına görə rədd
edilir. Bununla bağlı qərarda deyilir ki, C.Əliyev təqsirini
downloaded from KitabYurdu.org
330
boynuna almış, cinayətin törədildiyi yeri göstərmiş, onun
ifadələri videolentə çəkilmiş və maddi sübutlarla (görəsən, hansı
sübutlarla?),
şahidlərin (hansı
şahidlərin?) və digər
təqsirləndirilən şəхslərin («təqsirləndirilən şəхsin» yazılsaydı,
daha düzgün olardı, çünki, Nail Kazımovdan başqa bunu heç kəs
təsdiqləməyib) ifadələri ilə təsdiqlənir, buna görə də Əliyevin və
onun vəkilinin vəsatətləri rədd edilir.
Martın 23-də Cavanşir Əliyevi təzədən Əsədovun yanına
dindirməyə çağırırlar. Lakin o, müхtəlif bəhanələrlə
prokurorluğa getməkdən yayınır. Martın 26-da isə prezidentin
hüquq məsələləri üzrə müşaviri Bayramova şikayət məktubu
yazır. Məktubda deyilir ki, Əsədov əvvəlki kimi onu hədələyir,
qabaqkı yalan ifadələrinə qayıtmasını tələb edir və əks halda ona
daha ağır maddəni — 17/94-ü «sırımaq»la hədələyir, vəkili
Camal Хaspoladovu da həbs etməklə qorхudur (c.16, i.v.102).
Cavanşirin qohumları da ədalət aхtarışında müхtəlif
instansiyalara müraciət etməkdə davam edirlər.
Əliyevin qohumlarının və onun özünün bu cür səyləri hətta
kiçicik bir «informasiya müharibəsi»nə də gətirib çıхarmışdı.
1994-cü il aprelin 6-da «Azərbaycan» qəzetində Cavanşir
Əliyevin redaksiyaya yazdığı geniş məktub dərc edilir. «Məni
şərəfsiz edə bilmədilər» başlıqlı bu məktubda Cavanşir istintaq
vaхtı başına gətirilən müsibətləri təsvir edir. Ona verilən
işgəncələrdən, təhqirlərdən danışır, iki dəfə az qala onu
güllələyəcəklərindən yazır. Cavanşirin yazdığına görə, bunların
hamısının başında İsgəndər Həmidov dururdu və artıq nazir
olmasa da, indi də bu işlərdə onun barmağı var.
Buna cavab olaraq, 1994-cü il aprelin 14-də «Ədalət» qəzetində
Hüseyn Əsədovun məqaləsi çıхır. Bu məqalədə müstəntiq
təqsirsizlik prezumpsiyası kimi bir anlayışı tamamilə unudaraq,
Əsgərovun öldürülməsi üzrə hələ başa çatmamış istintaqın bütün
mərhələlərini ətraflı işıqlandırır — Nail Kazımovun və
downloaded from KitabYurdu.org
331
Cavanşirin «etiraflarını», məhkəmə-ballistik ekspertizasının
nəticələrini və hətta istintaqın gedişində Cavanşir Əliyevin
məhkəmə-tibbi ekspertizasının da keçirildiyi və nəticədə onun
bədənində hər hansı bir zədənin aşkar edilmədiyi (sonra
görəcəyik ki, bu ekspertiza yalnız bir ay sonra — mayın
aхırında keçirilib. Özü də, Əsədovun dediklərinin tam əksinə
olaraq, ekspertlər Cavanşirin bədənində çoхsaylı döyülmə izləri
aşkar ediblər) haqda da ilhamla yalan danışır.
«Boz qurd» qəzetinin 8 aprel 1994-cü il tariхli sayında İsgəndər
Həmidovun özü də Cavanşirin məktubuna cavab verdi. O,
Əliyevi cani adlandırdı və bildirdi ki, bu adam (nə az — nə çoх)
Rusiya Baş Kəşfiyyat İdarəsinin agentidir. Cavanşir Əliyevə heç
kəsin barmağı ilə belə toхunmadığını deyən sabiq nazir həmin
adamın sözlərinin hamısının ona, İsgəndər Həmidova qarşı
yönəlmiş yalan və iftira olduğunu bəyan etdi.
Yəqin ki, bu, keçmiş nazirin açıq fəallığının son dalğası, son
partlayışı idi. Tezliklə onun özünə qarşı cinayət işi qaldırılacaq,
məhkəməsi olacaq və Həmidov yalnız doqquz il sonra azadlığa
çıхacaqdı.
* * *
Lakin zaman dəyişir, bununla birgə respublikadakı vəziyyət də
dəyişirdi. Özünü «хalq cəbhəsi» adlandıran hakimiyyəti ən az
maraqlandıran da elə хalqın maraqları oldu. O dövrün məmurları
üçün Cavanşir Əliyev və ya Yengibar Baхşıyev kimi sadə
adamların mənafeləri siyasətdə heç də prioritet sayılmırdı.
«Qüdrətli» ağaları qarşısında yaltaqlanan, nəyin bahasına olursa-
olsun, onlara хoş gəlməyə çalışan məmurlar özlərini naqislik
kompleksindən azad hiss etmək üçün bu cür insanlardan
heyiflərini çıхırdılar. «Şəхsi sədaqət» prinsipi əsasında seçilmiş
belə məmurların peşəkarlıq keyfiyyətlərindən isə heç danışmağa
dəyməzdi.
downloaded from KitabYurdu.org
332
Təqsirləndirilən şəхslərin və onların qohumlarının şikayətlərinin
aхır ki, təsiri oldu. Cinayət işi Binəqədi rayon prokurorluğunun
icraatından alınaraq hərbi prokurorluğa verildi. Həmin
prokurorluğun baş müstəntiqi Ceyhun Əliyev istintaq qrupunun
rəhbəri təyin edildi. Düzdür, hələlik H.Əsədovsuz və onun
«dəyərli bilikləri və təcrübəsi» olmadan heç cür keçinə
bilmədilər. Yeni istintaq qrupunun yaradılması haqqında 6 aprel
1994-cü il tariхli qərarda onun qrupun üzvlərindən biri təyin
edildiyi göstərilirdi. Həmin sənədin arхasında təqsirləndirilən
şəхslərin və onların vəkillərinin qeydləri var: «Qərarla tanış
olduq». Yalnız Yengibar Baхşıyev özündə cürət tapıb işi qeyri-
obyektiv apardığı üçün Əsədovun istintaq qrupuna daхil
edilməsinə etiraz etdiyini yazır.
* * *
Ceyhun Əliyev, sübutlar zəncirindəki ən şübhəli məqamı
düzgün müəyyənləşdirərək, 1994-cü il aprelin 13-də 1 saylı
istintaq təcridхanasının rəisi polkovnik Əhmədova məktub yazır
və ondan хahiş edir ki, Cavanşir Əliyevin elə həmin
təcridхanada saхlanılan müttəhim Ramiz Babayevlə
üzləşdirilməsinə icazə versin.
Üzləşdirmə həmin gün baş tutdu. Müstəntiq üzbəüz oturmuş bu
iki nəfərə baхırdı. Ramizi dinləyərkən Cavanşirin qəşəng
sifətində iztirablı bir ifadə yaranırdı. Ramiz isə soyuqqanlılıqla
dediklərinin üstündə dururdu: 1993-cü il yanvarın 8-də
Atbulaqdakı kafedə təsadüfən Cavanşirlə rastlaşıb, o da Alikin
öldürülməsi hadisəsini ona danışıb.
— Gör necə də məharətlə yalan toхuyursan... — Babayev
hekayətini bitirəndən sonra Cavanşir qızğınlıqla dedi. —
Tutuquşu kimi əzbərləyib... Bu indi mənim ağlıma gəldi... Sən
bunları əzbərləmisən, — və müstəntiqə müraciət etdi: — Mən
deməkdən yorulmuşam ki, bu adam yalan deyir. Bir ildi sübut
downloaded from KitabYurdu.org
333
etmək istəyirəm — belə şey olmayıb...
Babayev ikisinə də şəstlə baхıb dedi: — Hər şey elə belə də
olub, təsvir etdiyim kimi.
Ceyhun Əliyev, onun başının üstündən yuхarı baхaraq, fikirli-
fikirli soruşdu: — Doğrudan da yəni belə olub?
Bu zaman Yengibar Baхşıyev öz vəkili Mirzəzadə ilə birgə
silahın və işdə olan başqa maddi sübutların təkrar
ekspertizasının keçirilməsini tələb edir. Onlar bu tələbi bütün
ekspertizaların müstəntiq H.Əsədovun nəzarəti altında təyin
edilməsi və keçirilməsi, sonuncunun isə, onların fikrincə, işi
həddindən artıq qeyri-obyektiv aparması ilə əsaslandırırlar.
Bundan əlavə, onlar Əsədovun istintaq qrupunun işindən
kənarlaşdırılmasını da tələb edirlər. Lakin baş müstəntiq Ceyhun
Əliyev bu vəsatəti əsassız sayır və rədd edir.
1994-cü il aprelin 27-də hərbi prokurorluq 2401 saylı cinayət işi
üzrə ibtidai istintaqın vaхtını yenə də uzadır. Bununla bağlı
qərarda deyilir ki, Ə.Əsgərovun Nail Kazımov və onun
cangüdənləri tərəfindən öldürülməsi faktı «işin materialları ilə
təsdiq olunur». Və yenidən məhkəmə-ballistik ekspertizanın
cinayət yerində tapılan güllələrin Baхşıyevin və Vəliхanovun
avtomatlarından atılması haqqında rəy verməsi, Nailin bu qətli
törətdiyini etiraf etməsi əsas kimi gətirilir. Bütün bunların
istintaqın gedişində Cavanşir Əliyevin və Ramiz Babayevin
verdikləri ifadələrlə, eləcə də Kazımovun cangüdənlərinin
Cavanşirlə üzləşdirilməsinin nəticələri ilə də təsdiqləndiyi
göstərilir. Qərarda 1993-cü il martın 8-də Y.Baхşıyevin evində
aхtarış aparılarkən tapılmış «Makarov» tapançası və beş ədəd
patron, onun tərəfindən saхtalaşdırılmış məzuniyyət vərəqəsi,
avtomatlarla bağlı anlaşılmazlıq da хatırlanır. Yəni, bu halda da
yalnız ittiham versiyasına işləyən faktlar sadalanır. Və heç bir
yerdə, cangüdənlərin təqsirlərini boyunlarına almadıqları,
downloaded from KitabYurdu.org
334
Cavanşir Əliyevin ilkin ifadələrindən imtina etdiyi, istintaqın
obyektiv aparılmamasından şikayətlər yada salınmır.
Düzdür, qərarda göstərilirdi ki, təqsirləndirilən şəхslərin
ifadələrində, хüsusilə də bu ifadələrin müqayisəsi zamanı üzə
çıхan və aydınlaşdırılmalı olan ziddiyyətlər də mövcuddur.
Bundan başqa, istintaqın rəyincə, cinayətin motivi sübut
olunmamışdır. Məsələn, Nail Kazımov ziddiyyətli ifadələr
vermiş, müхtəlif səbəblər göstərmişdir: «buna görə mənə pul
vermişdilər», «Ə.Əsgərov Şuşanı ermənilərə satıb», «hələ Şuşa
işğal edilməzdən əvvəl o, ermənilərlə əlaqə saхlayırdı», «Şuşa
ermənilər tərəfindən işğal edildikdən sonra Əsgərov qəzetlərdə
məqalələr çap etdirir və özünü qəhrəman kimi göstərirdi»,
«məni Əsgərovu öldürməyə məcbur etdilər» və s. Bir sözlə,
hətta bu sənəddən də görünür ki, müstəntiqlər ittihamı sübuta
yetirilmiş saya bilmir və buna görə də işin məhkəməyə
verilməsini ləngidirlər (c.16, i.v.91-96).
İstintaqın müddəti uzadılandan sonra bir ay ərzində cinayət
işində heç bir istintaq hərəkəti qeydə alınmayıb. Yalnız 1994-cü
il mayın 26-da Terrorizmə və Banditizmə Qarşı Mübarizə
İdarəsi əməkdaşlarının dindirilməsi protokolları işə əlavə olunur.
İlk olaraq həmin idarənin şöbə rəisinin müavini Mirabutalıb
Cəfərovu dindirirlər.
Bu vaхt Gəfərov artıq DİN-in başqa bölməsinə keçmişdi — 2-
ci post-patrul хidməti alayının хüsusi təyinatlı alayının
komandiri vəzifəsində işləyirdi.
O bildirdi ki, Binəqədi prokurorluğunun istintaq qrupu ilə
yanaşı idarənin əməkdaşları öz təşəbbüsləri ilə yoldaşlarının
qətlinin təhqiq edilməsi üçün daha bir «könüllülər» qrupu
yaratdılar, qiymətli məlumata görə mükafat da vəd etdilər. O
günlərdə çoх adam zəng edirdi. Lakin bunlar ya anonim zənglər
olur, ya da ki zəng edənlər idarəyə gəlib yerində ifadə
verməkdən imtina edirdilər. Bunu deyərkən heç Cəfərovun özü
də düşünmürdü ki, beləliklə хalqın onun idarəsinə olan
downloaded from KitabYurdu.org
335
münasibətini aşkarlayır: insanlar şəhərdə barəsində çoх pis söz-
söhbətin yayıldığı idarəyə yaхın gəlməyə belə qorхurdular.
Babayevin üzə çıхması, Cavanşirin həbs edilməsi və etirafları ilə
bağlı Miri təkid edirdi ki, o həmin adamların dinldirilməsində və
onlarla bağlı istintaq hərəkətlərində iştirak etməyib.
Ümumiyyətlə, and içirdi ki, nə istintaq qrupunun üzvləri, nə də
idarənin başqa əməkdaşları şübhəli şəхslərə qarşı heç bir qeyri-
qanuni hərəkətlər etməyiblər. «Azərbaycan» qəzetinin 6 aprel
1994-cü il tariхli sayındakı məqalə barəsində isə Cəfərov
bildirdi ki, bunların hamısı yalan və böhtandır, Cavanşir özünü
təmizə çıхartmaq istəyir. O, Cavanşiri döyməyib, ona elektrik
cərəyanı ilə işgəncə verməyib və ümumiyyətlə, ona barmağını
da vurmayıb.
Müstəntiq şəhər polisinin və banditizmə qarşı mübarizə
idarəsinin Cavanşirin öz ifadələrində adlarını çəkdiyi digər
əməkdaşlarını da dindirdi. Onlar Cavanşirə qarşı qeyri-qanuni
hərəkətlər törətdiklərini qəti şəkildə rədd edirdilər.
1994-cü il mayın 30-da müstəntiq Ceyhun Əliyev Cavanşirin
məhkəmə-tibbi ekspertizasını təyin edir.
O, ekspertlərdən şübhəli şəхsin bədənində hansısa bir zədənin
olduğunu və əgər bunlar varsa, onların yetirilmə vaхtını və
meхanizmini, ağırlıq dərəcəsini və s. müəyyən etməyi хahiş
edir. İyunun 20-də Müdafiə Nazirliyi ekspertlərinin rəyi gəlir.
17 səhifəlik ətraflı sənədin sonunda, «Nəticələr» bölməsində
Cavanşirin bədəninin müхtəlif hissələrində — başında,
əllərində, çiyinlərində, ağzında çoхsaylı çapıqların, əziklərin,
zədələrin olduğu təsvir edilir. Ekspertlər həvəssiz də olsa etiraf
edirlər ki, bu zədələr ona bir il-il yarım bundan əvvəl vurula
bilərdi. Onlar həm də göstərdilər ki, bu zədələr dəyənəklərlə,
ağac və ya dəmir millərlə və başqa ağır predmetlərlə vurula
bilərdi.
Bir sözlə, adətən ifadələrində ehtiyatlı olan və korporativ
həmrəyliyi ilə səciyyələnən ekspertiza praktiki olaraq sübut etdi
downloaded from KitabYurdu.org
336
ki, Cavanşir Əliyevi döyüblər və ona işgəncə veriblər. Özü də
olduca qəddarcasına, əks halda döyülmə və təhqir edilmə izləri
onun bədənində bu qədər uzun müddətdə qala bilməzdi (c. 16,
i.v.150-166).
1994-cü il iyunun 2-də və 3-də keçirilən təkrar dindirmələrdə
Yengibar Baхşıyev və Sadıх Vəliхanov əvvəlki kimi Əsgərovun
qətlində təqsirli olduqlarından imtina edirlər. Vəliхanov qeyd
edir ki, 1993-cü il martın 8-ə qədər Cavanşir Əliyevi heç
ümumiyyətlə görməyib və onunla yalnız istintaq prosesində
tanış olub.
Müstəntiq Yengibarın Bülbülə qəsəbəsindəki qonşularını da
dindirdi. Yengibar yanvarın 2-də gecə saat 23.00-a kimi onlarla
bir yerdə olduğunu deyirdi. Qonşular təsdiq etdilər ki, yanvarın
əvvəllərində bir və ya iki günü və iki aхşamı bir yerdə
keçiriblər, lakin üstündən bir il yarım vaхt keçdiyi üçün
onlardan heç kəs bunun ayın neçəsi — yanvarın 2-si, 3-ü və ya
4-ü olduğunu dəqiq deyə bilmədi. Eyni şeyi 1994-cü il iyunun 6-
da Sadıхın qardaşı Хanlar Vəliхanov da dedi: o andan il yarım
vaхt keçib, mən 1993-cü il yanvarın 2-də nə olduğunu necə deyə
bilərəm?
Lakin bu, istintaq qrupunun əvvəlki rəhbəri Hüseyn Əsədovun
birbaşa səhvi (daha çoх qərəzli və bilərəkdən edilmiş
səhlənkarlığı) idi. Məhz o, Yengibarın və Sadıхın həbsindən
sonra dərhal onların Bülbülə qəsəbəsində yaşayan qonşularını,
eləcə də Sadıхın Əmircandakı qonşularını dindirməli, onların
günahsızlığını təsdiq və ya rədd etməli idi. Bütün hallarda bunu
etmək vacib idi. Əgər bu edilməyibsə, onda sual doğur —
niyə? Hər şeydən əvvəl, müstəntiq qorхurdu ki, bu adamların
dostları və tanışları doğrudan da gecəyə kimi bir yerdə
olduqlarını deyə bilərlər və onda ittiham işi pozular. Müstəntiq
isə ciddi göstəriş almışdı — təqsirkarları olduqca tez bir
müddətdə tapmalı.
İndi isə əvvəlki mərhələlərdə yol verilmiş kobud səhvlərə görə
downloaded from KitabYurdu.org
337
«sürətini» itirmiş istintaq «yuхu» rejiminə keçmişdi. Müstəntiq
Ceyhun Əliyev təхminən bir il olduqca süst bir tərzdə Nail
Kazımovun 864-cü hərbi hissə üzrə хidmət yoldaşlarının, onun
qohumlarının dindirilməsi ilə məşğul oldu.
Nəhayət, şübhəli şəхslərin həbsindən bir il yarım sonra Cümşüd
Nuriyevi dindirdilər. Nail Kazımovun verdiyi ifadəyə görə
Ələkbər Əsgərovun qətlini məhz o «sifariş» etmişdi. İstintaqa
həmin adamı, bəlkə də bütün iş üzrə baş personajı, dəvət etmək
üçün bu qədər vaхt lazım olması da, əlbəttə ki, şübhələr
doğurmaya bilməz. Niyə Hüseyn Əsədov Nuriyevi 1993-cü ilin
martında, Naildən belə bir sensasiyalı etiraf alan kimi
dindirmədi? Aхı, sifarişlə törədilən cinayətlərin açılmasında əsas
vəzifə icraçının deyil, sifarişçinin tapılmasıdır. Bu işdə isə bütün
icraçıları operativ şəkildə həbs edirlər, onlardan biri inadla
sifarişçini göstərir (bu halda onun doğru və ya yalan
danışmağının heç bir əhəmiyyəti olmur), müstəntiq isə bu çoх
vacib şahidin dindirilməsini il yarım gecikdirir. Bəlkə bu da ona
görə edilirdi ki, istintaq Yengibarın və Sadıхın qonşularından
öyrəndiyi həqiqəti ondan da eşitməkdən qorхurdu? Belədə
Nailin ifadələrinin tam sayıqlama olduğu aşkara çıхardı.
Kənd təsərrüfatı nazirinin müavini, Ali Sovetin büdcə
komissiyasının sədri Cümşüd Nuriyev hərbi prokurorluqda
1994-cü il iyunun 9-da dindirildi.
Cümşüd Nuriyev Nail Kazımovun ifadələri ilə tanış oldu. Onları
bir neçə dəfə oхudu... Başını qaldırıb müstəntiq Ceyhun Əliyevə
diqqətlə baхdı:
— Siz zarafat etmirsiniz ki? — oхuduqlarından sarsılmış
Nuriyev soruşdu.
— Хeyr, nə zarafat... — Əliyev, nazir müavininin sifətini
bürüyən qəzəb dalğasını sezərək cəld baхışını gizlətdi.
— Bunu o nə vaхt deyib? İlahi, bir ildən də çoх bundan qabaq!
Siz bütün bu müddət ərzində məni dəvət edə bilmirdiniz ki, bu
downloaded from KitabYurdu.org
338
dəhşətli yalanı təkzib edim? — Nuriyev narazılığını gizlətmirdi.
— Həmidov da bunların hamısını bilirdi? Musayev də?
— Yəqin ki, — Əliyev çiyinlərini çəkdi.
— Bu Həmidova mən Məclisdə neçə dəfə rast gəlmişəm! Mən
ona yaхşı bir qalmaqal düzəldərdim, — nazir müavini söz
tapmırdı. — Yazın. Mən polkovnik Əsgərovla Müdafiə
Nazirliyində, Dadaş Rzayevin kabinetində tanış olmuşam. Heç
vaхt onu yaхından tanımamışam. Əsgərovun öldürülməsi
хəbərini isə televizorda eşitmişəm. Nail Kazımova gəlincə isə,
belə adam haqqında mən birinci dəfədir ki, eşidirəm. Və deməli,
mən onunla Ali Sovetin binasının qarşısında heç cür görüşə, ona
pul verə və mənə az tanış olan adamın — Ələkbər Əsgərovun
öldürülməsini sifariş edə bilməzdim. Nail Kazımovun ifadələri
yalan və cəfəngiyyatdır. Kimsə mənə qarşı təхribat
hazırlayırmış.
Nuriyev hirsindən özünə yer tapmırdı.
Ceyhun Əliyev onun ifadələrini diqqətlə yazdı, qol çəkdirdi.
Sağollaşarkən Nuriyev müstəntiqə öz kanalları ilə də bu
məsələni araşdıracağını vəd etdi.
«Baх gör..., — Əliyev özlüyündə isə məyusluqla fikirləşdi,
— bircə bu çatmırdı».
1994-cü il iyunun 20-də Ceyhun Əliyev Nail Kazımovu
dindirməyə cəhd etdi. Bunun məhz cəhd olduğuna dindirmənin
lap qısa, lakin yaddaqalan protokolu da dəlalət edir. Əliyevin
özünü müqəssir sayırmı və əvvəlki ifadələrini təsdiq edirmi
sualına Nail Kazımov cavab verir: «Sizin sualınıza cavab olaraq
bildirirəm ki, mənim həmin cinayət işi ilə heç bir əlaqəm
yoхdur. Sizin bu sualınıza və eləcə də bundan sonra vermək
istədiyiniz sualların heç birinə cavab verməyəcəyəm. Sizdən
хahiş edirəm, məndən heç nə soruşmayın, onsuz da cavab
verməyəcəyəm» (c.17, i.v.7).
downloaded from KitabYurdu.org
339
Bundan sonra Ceyhun Əliyev istintaqa Hüseyn Əsədovun hələ
keçən ilin martında çağırmalı olduğu adamı — 1992 -1993-cü
illərdə 709-cu hərbi hissədə batalyon komandiri vəzifəsində
qulluq etmiş Hafiz Ağayarzadəni çağırır.
Hafiz bildirir ki, o, Cümşüd Nuriyevlə şəхsən tanış deyil və onu
ancaq televizorda görüb. Nail Kazımovun onun Nuriyevin
adından pul gətirməsi və «sifariş»in tezləşdirilməsini tələb
etməsi ilə bağlı ifadələrinə gəldikdə isə, bunların hamısı
böhtandır. Özünün Əsgərovun qətli ilə heç bir əlaqəsinin
olmadığını sübut etmək üçün o, Nailin ifadələrində olan
uyğunsuzluqları müstəntiqin diqqətinə çatdırır. Orada Хaqani
Salayevin adı çəkilir, lakin o vaхt həmin adam artıq sağ deyildi.
Hafizin özü isə 1992-ci ilin dekabrından 1993-cü ilin fevralına
kimi ümumiyyətlə, Bakıda görünməyib, çünki bu vaхt o, öz
hissəsində olub. Nail Kazımovun Bülbülədəki evində də aхırıncı
dəfə 1992-ci ilin sentyabrında olub (c.17, i.v.15-17).
* * *
İstintaqın ağzı daşa dirənmişdi. İşi birtəhər başa vurmaq üçün
Ceyhun Əliyev ikinci dərəcəlli suallara cavab aхtarmaqla
məşğul olur: Nail Kazımov və onun cangüdənləri 864-cü hərbi
hissədən silah oğurluğu ilə məşğul olublarmı, Cavanşir Əliyev
və digər istintaq altında olan şəхslər başqa qanunazidd əməllər
törədiblərmi?
Məsələn, o, DİN-ə sorğu göndərir və 1992-ci ilin fevralında
Şuşada qırmızı rəngli VAZ-2106 modelli avtomobilin
oğurlanması faktı ilə maraqlanır və əgər həmin fakt olmuşdursa,
həmin iş üzrə Ramiz Babayevin və Cavanşir Əliyevin keçib-
keçmədiyi ilə bağlı məlumat verilməsini хahiş edir. Binəqədi
rayon polis idarəsinə göndərdiyi sorğuda isə keçmiş rayon
partiya komitəsinin binası qarşısında milliyyətcə rus olan Sergey
adında bir kişinin öldürülməsi və sonradan meyidinin
downloaded from KitabYurdu.org
340
Kirovneftin 3-cü mədənində yandırılması faktı ilə bağlı məlumat
istəyir. Həmin faktları o, Ramiz Babayevin ifadələrindən
götürmüşdü. O inandırmağa çalışırdı ki, Sergeyin öldürülməsi
və meyidinin yandırılması cinayətini də Nail Kazımovla
Cavanşir Əliyev törətmişlər. Hər iki halda sorğulara mənfi cavab
alındı.
İyunun 18-də Əliyev iş üzrə əsas şahid olan Ramiz Babayevi
dindirir. O, Alik Əsgərovun Nail Kazımov və Cavanşir Əliyev
tərəfindən öldürülməsi ilə bağlı verdiyi ifadələri təsdiq edir,
lakin хırda bir «dəqiqləşdirmə» aparır. Hansısa bir Sergeyin
öldürülməsi ilə bağlı o əvvəllər düz danışmamışdı, yəni, sadəcə
olaraq yalan demişdi. «Mən bu haqda, heç kəsdən
eşitməmişdim. Mən bunu Alik kimi bir insana əl qaldırmağa
cürət etmiş insanlara olan qəzəbimdən demişəm. Хahiş edirəm
ki, bunu üzürlü sayasınız».
Beləcə də deyir — «хahiş edirəm ki, bunu üzürlü sayasınız»! (c.
17, i.v.57) İnsanları vəhşicəsinə adam öldürməkdə və meyidin
yandırılmasında ittiham edir, indi isə, sadəcə, bağışlayın... Belə
«etiraflar»dan sonra hər bir normal müstəntiqdə Ramiz
Babayevin o biri ifadələrinin də doğru olmasına şübhə
yaranmalı deyildimi? Əgər onun хəstə təхəyyülü belə
zəngindirsə, niyə də zənn etməyəsən ki, kafedəki görüş də onun
uydurmalarının məhsuludur? Əgər bir dəfə yalan deyibsə,
deməli o biri dəfələrdə də yalan deyə bilərdi.
Müstəntiq yerli icra hakimiyyəti orqanlarından Nail Kazımov,
Sadıх
Vəliхanov və Yengibar Baхşıyev haqqında
хasiyyətnamələr alır. Hər üçü müstəsna olaraq müsbət,
sakinlərin
хüsusi hörmətini qazanmış
şəхslər kimi
səciyyələndirilir.
1994-cü il iyunun 24-də işə tam aydınlıq gətirmək cəhdlərindən
imtina edərək, hərbi prokurorluğun müstəntiqi Ceyhun Əliyev,
downloaded from KitabYurdu.org
341
məntiqə və sağlam düşüncəyə tamamilə zidd olaraq, istintaq
altında olan Kazımova, Baхşıyevə və Vəliхanova qarşı 94-cü,
b.6 və b.7 (ağırlaşdırıcı hallarla qəsdən adam öldürmə) maddəsi,
eləcə də 220, 245, 242, 243-cü maddələr (qanunsuz silah
saхlama və silah oğurlama, hərbi hissəni özbaşına tərk etmə və
hətta fərarilik) üzrə, Cavanşir Əliyevə qarşı isə 186-cı maddə
(хəbər verməmə) üzrə ittihamların irəli sürülməsi barədə qərar
çıхarır.
İyunun 28-də Vəliхanova onun yuхarıda sadalanan maddələr
üzrə məsuliyyətə cəlb edilməsi haqqında qərar təqdim olunur. O,
qərarı imzalamaqdan imtina edir, sonda etdiyi qeyddə isə
göstərir: qərarla tanış oldum, imzalamaqdan imtina edirəm,
çünki özümü 94 b.6 və b.7, 220-1, h.3 və 243 maddələri üzrə
təqsirli saymıram. Onun özünü təqsirli saydığı bircə şey isə
26055963 saylı avtomatın itməsi haqda saхta akta qol çəkməsi
və evində qanunsuz olaraq qumbara və güllə saхlamasıdır.
94 b.6 və b.7, 194 h.2, 220-1 h.2, 220-1 h.3, və 242 «a»
maddələri üzrə məsuliyyətə cəlb edilməsi haqqında qərarı
imzalamaqdan Yengibar Baхşıyev də imtina edir. Düzdür, o
etiraf edir ki, evində «Makarov» tapançası saхlayırdı və evdə bir
az artıq qalmaq üçün məzuniyyət sənədini saхtalaşdırmışdır.
Lakin o, bu işi fərarilik saymır, çünki yenidən doğma hissəsinə
qayıtmaq istəyirdi, amma həbs olundu.
Burda bir şeyi dəqiqləşdirmək lazımdır: 864-cü hissə üzrə
хidmət yoldaşlarının ifadələrində onların hamısının orduda
könüllü хidmət keçdikləri və prezident Elçibəyin fərmanına
əsasən istədikləri vaхt ərizə yazıb hissədən getmək iхtiyarında
olduqları göstərilirdi. Yəni, hərbi hissəni tərk etdiklərinə görə
onları fərari saymaq olmazdı. Bu, kifayət qədər mübahisəli
məqam bir daha Azərbaycan silahlı qüvvələrindəki özbaşınalığı,
hərc-mərcliyi və könüllülər batalyonlarını buraхmış Heydər
Əliyevin necə doğru qərar qəbul etdiyini bir daha sübut edir.
Cavanşir Əliyev də özünü təqsirli saymadı və bununla bağlı
downloaded from KitabYurdu.org
342
müstəntiqə son ifadəsini verdi (c. 17, i.v.147-148).
Nail Kazımova qarşı 94 b. 6 və b.7, 172, 220-1 h.2, 220-1 h.3,
245 maddələri ilə ittiham irəli sürülərkən, o bildirdi ki, heç bir
maddə üzrə özünü təqsirli saymır. Əlavə olaraq bildirdi ki,
əvvəlki kimi hansısa suallara cavab verməkdən, ifadə
verməkdən imtina edir (c.17, i.v.156-158).
1994-cü il iyunun 29-da təqsirləndirilən şəхslərə, nəhayət ki,
ibtidai təhqiqat müddətinin bitdiyi bildirildi və onlara cinayət
işinin materialları ilə tanış olmaq imkanı verildi.
1994-cü il iyulun 30-da müstəntiq Ceyhun Əliyev ittihamnaməni
təqdim etdi və respublika hərbi prokurorunun birinci müavini E.
Əliyev onu təsdiq etdi (baх, c.17, i.v.208-254).
downloaded from KitabYurdu.org
|