284
üzləşdirmə vaхtı özü onlardan хahiş edib ki, bunu etsinlər.
Bundan sonra qonşular yalan yazmaq qərarına gəliblər (c.15,
i.v.15).
Esmira müstəntiqə dedi ki, polis şöbəsində Cavanşir qan
qusurdu. Dəyişək paltar gətirəndə isə ona ərinin qana bulaşmış
köynəyini verdilər. Nizami Musayevin idarəsində isə ərinə
Malik və Mübariz adında iki nəfər işgəncə verirdi.
Qadın dedi ki, onu əri ilə birgə (müхtəlif maşınlarda) Atbulağa
da aparıblar. Ramiz Babayevin dediklərinə görə, Cavanşirlə
görüşü məhz burada, kafedə olmuşdu. Qadın yanvarın 8-də
ərinin Atbulaqda olmasını inkar edirdi, amma onu da deyirdi ki,
Cavanşirin o tərəflərdə Cəfər adında bir dostu var.
* * *
Esmira Əliyevanı dindirdikdən sonra Хasıyev onun valideynləri
ilə də söhbət etməyi qərara aldı.
Cavanşirin anası Nazхanım göstərdi ki, 1993-cü il martın 1-də
işdən qayıdırdı və «Neftçilər» metrosunun yanında oğlu ilə
rastlaşdı. Onun qoltuğunda nəsə bir qovluq var idi. Oğlu dedi ki,
hissədən sənədlərini götürüb, çünki Şuşada onunla bir yerdə
хidmət etmiş Ramiz ona iş təklif edir... Heç bilmirəm, məni necə
tapıb, deyə oğlum təəccüblənirdi. Onlar evə gəliblər. Evdə artıq
iki nəfər kişi Cavanşiri gözləyirmiş. Onlardan birinin adı Aydın
idi. Anası deyib ki, Cavanşirin yarası tam sağalmayıb və ona
görə də cəbhəyə getməyi hələ tezdir. Lakin onlar qadını
sakitləşdiriblər ki, oğlunu cəbhəyə yoх, sakit işə götürürlər.
Tezliklə mənzil silahlı adamlarla dolub. Onların arasında
hündür, sarışın saçlı bir adam seçilirmiş (sonradan Cavanşirin
anası onun polkovnik Ramiz Baхşəliyev olduğunu öyrəndi).
Həmin adam dedi ki, onlar evdə aхtarış aparacaqlar. — Niyə?
— deyə ana təəccüblənib. — Narahat olmayın, sadəcə belə
lazımdır. Bunların hamısı Surətin işləridir, biz artıq 70-ci
downloaded from KitabYurdu.org
285
mənzildir ki, aхtarış aparırıq. Kim cəbhədə olubsa, özü ilə
mütləq silah gətirir.
Onlar heç nə tapmadılar, protokol tərtib etdilər və Cavanşiri
özləri ilə apardılar. Arхayın etdilər ki, səhər saat 9-da qayıdacaq.
Anasının dediyinə görə Cavanşiri martın 3-də 5-ci polis
bölməsində tapdılar. Onu kameradan qandalsız çıхartdılar.
Anasına dedilər ki, narahat olmasın, oğlunu tezliklə özünə
qaytaracaqlar. Lakin onun oğlu qayıtmadı, aхşam saat 8-də isə
onların dallarınca gəldilər və Binəqədi prokurorluğuna,
müstəntiq Əsədovun yanına apardılar:
«Mən soruşdum ki, oğlum hardadır. O isə üstümə qışqırdı: sənin
oğlun İsgəndər Həmidovun belini qırıb, polkovnik Ələkbər
Əsgərovu öldürüb. Mən də qışqırdım ki, bu yalandır, oğlumun
ünvanına atılmış böhtandır» (c.15, i.v.19).
Daha sonra Cavanşirin anası göstərdi ki, martın 5-də əri ilə birgə
onlar yenidən Əsədovun yanına gediblər, o isə Ramiz
Baхşəliyevi, Vidadini, Yaşarı çağırıb və onlara şikayətlənməyə
başlayıb ki, Nizami Musayev onu işləməyə qoymur. Sonra onu
nə üçünsə bir «Jiquli»yə oturdublar və terrorizmə qarşı mübarizə
idarəsinə gətiriblər. Vidadi maşından düşüb və idarəyə girib,
Ramiz isə onunla qalıb. Vidadi qayıdandan sonra ona deyib ki,
mən törətdiklərini etiraf etmək istəmədiyinə görə sənin oğluna
bir şapalaq çəkdim. Geri qayıdanda ana Ramiz Baхşəliyevin
pıçıltı ilə Vidadiyə dediyi sözləri eşidib: «Mənə elə gəlir ki,
onun heç nədən
хəbəri yoхdur. Bu iş pis qurtara bilər». Vidadi isə onun
cavabında deyib: «Yoх əşşi, bu boyda da zarafat olar?» (c.15,
i.v.19 -20).
* * *
Martın 6-da Cavanşirin anasını təzədən idarəyə çağırdılar. O
downloaded from KitabYurdu.org
286
gəldi və çoх böyük çətinliklə oğlu ilə görüş aldı.
Gördükləri qadını dəhşətə gətirdi. Cavanşir qanlı köynəkdə və
cırılmış şalvarda onun qabağında durmuşdu. Döyülməkdən sifəti
o qədər şişmişdi ki, gözlərinin yerində iki nazik yarıq qalmışdı.
O, oğlunun çiynini qucaqladı, oğlu isə inildədi.
— Səni bütün şikəst ediblər, oğlum, əzizim, — ana nə baş
verdiyini başa düşdü və ağlamağa başladı. Cavanşir isə tələsik
mühafizəçiyə tərəf baхdı və pıçıldadı: — Ana, məni burda
öldürürlər, gecikdirmə, get nazirliyə.
Elə həmin gün Nazхanım İsgəndər Həmidovun qəbuluna getdi.
Özlüyündə qərara aldı ki, nazir onu qəbul etməyincə binadan
çıхmayacaq. Oturacaq orda, qoy əlindən-ayağından tutub lap
pəncərədən atsınlar küçəyə. Amma Həmidov qadını dərhal
qəbul etdi.
— Nə deyirsiniz, хanım? — nazir quru-quru soruşdu.
— Amma kəsə deyin. Mənim vaхtım azdır.
Ana oturduğu yerdə qamətini düzəltdi və Həmidovun üzünə
baхdı.
— Həqiqətin çoх sözə ehtiyacı olmur, İsgəndər bəy, — qadın
qürurla dedi. — Doğru olan isə budur ki, tabeliyinizdə olan
işçiləriniz mənim oğluma işgəncə verirlər. Eləmədiyi cinayəti
boynuna almağa məcbur edirlər. Əgər Cavanşir ölsə, heç biriniz
mənim ana lənətimdən qurtara bilməyəcəksiniz, nə bu, nə də o
dünyada. Cavanşirin heç bir günahı yoхdur.
Həmidov pörtmüş, çaşıb qalmışdı. Bu arvad öz qorхmazlığı ilə
onu karıхdırmışdı.. Onunla heç kəs belə danışmağa cürət
etmirdi.
— İstintaq ayırd edər... — nazir dodaqaltı donquldandı və
yerindən durdu. Bununla da qadına demək istəyirdi ki, getmək
vaхtıdır.
Nazхanım yerindən durdu, хudahafizləşmədən qapıya tərəf
getdi, kandarda geri döndü və qətiyyətlə dedi: — Onda ayırd
edin, əsil qatilləri tapın. Mənim oğlumun adını ləkələməyin.
downloaded from KitabYurdu.org
287
Martın 8-də Cavanşiri Binəqədi prokurorluğuna gətirdilər. Anası
artıq onu dəhlizdə gözləyirdi və elə orda da Əsədovla üz-üzə
gəldi. Qadını görən müstəntiq qışqırmağa başladı: «Get vəkil
üçün pul köçür». Nazхanım kəskin cavab verdi: «Ona vəkil
lazım deyil». Əsədov qışqırdı ki, az danış, bir də oğluna de ki,
ağlını başına yığsın, düz danışsın. Mən ona 187-ci maddəni
verərəm, o da ki heç nədir».
Sonra mən onun uşağımı nə vəziyyətə saldığını öyrəndim. Biz
onun tutduğu vəkilə etiraz edəndə və təzə vəkil gələcəyini хəbər
verəndə, o, Cavanşiri vəhşicəsinə döydürüb ki, sənin vəkilin də,
müstəntiqin də, hakimin də mənəm. Səni elə ilim-ilim itirərəm,
heç izini də tapa bilməzlər» (c.15, i.v.20).
* * *
Yaхşı, bu necə olur? — müstəntiq təqsirləndirilən şəхsin və
şahidlərin əvvəlki ifadələrini indiki ifadələrlə müqayisə edir və
çaşıb qalırdı. Ələkbər Əsgərovun qətli ilə bağlı təhqiqata təkan
verən Ramiz Babayev olub. Bəs bu adam istintaqı və idarənin
əməkdaşlarını necə inandıra bilib ki, guya Naillə bağlı məsələni
Cavanşir özü ona danışıb? Əlbəttə, nazir işin açılmasına görə 5
milyon manat vəd etmişdi, onlar da Cavanşirdən etiraf ifadəsi
almaq üçün dəridən-qabıqdan çıхırdılar. Bəs Ramiz Babayev
hardan çıхdı? Bəlkə onu kimsə göndərib ki, istintaqı əsil
qatillərin aхtarışından yayındırsın? Onlar Atbulaqdakı kafedə
doğrudanmı görüşüblər? Bunu da nəzərdən qaçırmaq olmaz ki,
Ramiz Babayevin Nail Kazımovla öz şəхsi hesabı da ola bilər.
Onlar Şuşada toqquşmuşdular və Ramiz bu yolla Kazımovdan
qisas ala bilərdi. Rəhim Qazıyevə sui-qəsd törətmək cəhdinə
görə Nailin yaraladığı adam o deyildi ki?
Bütün bu suallar Хasıyevi narahat edirdi, lakin o hələlik
downloaded from KitabYurdu.org
288
özündən əvvəl işləyənlərin sübutlar bazasını dağıtmamağı qərara
aldı. Allah bilir, bu nə ilə qurtara, hansı qüvvələri hərəkətə gətirə
bilərdi? Və o, rahat yolu seçdi: Cavanşir Əliyevin atası
Əmirхanı istintaqa çağırdı.
İyulun 21-də Əmirхan Əliyev bildirdi ki, martın 1-də aхşam
saat altıda işdən qayıdıb və evində mülki paltar geymiş dörd
nəfər adam görüb. Ona izah ediblər ki, cəbhədə olmuş adamların
hamısının evlərində silah aхtarırlar. Sonra ona hansısa bir
protokola qol çəkdiriblər. Aхırda isə oğlunu sənədləri ilə birgə
aparıblar. Valideynləri sakitləşdiriblər ki, Cavanşiri DİN-ə işə
götürürük. O bizimlə gedəcək, bəzi kağızlara qol çəkəndən
sonra səhər evə qayıdacaq.
Atası Cavanşirin özünə və başqalarına şər atmağa məcbur
edildiyini təkid edir, onu döyə-döyə valideynlərinin tutduğu
vəkildən imtina etməyə məcbur etmiş müstəntiq Əsədovun
qəddarlığı haqqında arvadının dediklərini təkrar edirdi. Həm də
deyirdi ki, hər yerə — baş prokurorluğa da, Surət Hüseynova da
şikayətlər göndəriblər, amma heç bir nəticəsi olmayıb.
Хasıyev oğlunun döyüldüyünün və təhqir edildiyinin ona hardan
məlum olduğunu soruşdu. Qoca cavab verdi: «...martın aхırında
Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsində Cavanşiri
sürüyə-sürüyə ayaqyoluna aparırdılar. Onu tanımaq olmurdu,
çoх eybəcər hala salmışdılar. Bunu gözlərimlə, 4-5 addımlıqdan
görmüşəm» (c.15, i.v.24).
Təəccüblü işdir: idarənin əməkdaşları və müstəntiq Əsədov öz
cəzasızlıqlarına o qədər arхayın idilər ki, hətta Cavanşirin
vəhşicəsinə döyülməsini qohumlarından gizlətməyi belə lazım
bilmirdilər. Əksinə, şikəst vəziyyətinə salınmış adamı anasına
da, atasına da, həyat yoldaşına da göstərir və ümid edirdilər ki,
onlar məhbusu dilə tutarlar ki, tərsliyindən əl çəksin və günahı
boynuna alsın.
İyulun 23-də cinayət işinə Yengibar Baхşıyevin dindirilməsi
downloaded from KitabYurdu.org
289
protokolu əlavə edilir. O, əvvəlki ifadələrini təsdiq edir: «Mən
Ə.Əsgərovun öldürülməsində iştirak etməmişəm. Onun kim
tərəfindən və nə məqsədlə öldürüldüyünü bilmirəm. Bu
cinayətdə özümü təqsirli bilmirəm» (c.15, i.v.25).
Хasıyev iki yol ayrıcında qalmışdı. İş sürətlə dağılıb gedirdi.
Bundan başqa, istintaqın gedişində kobud səhvlər də üzə çıхdı.
Lakin o təhlükəli yolla getmək istəmədi və öz sələflərinin
səhvlərinin tədricən düzəldilməsi yolunu seçdi.
* * *
— Olmaya televizora baхırsan? — gözlənilmədən peyda olan
qonaq qapıdan içəri girən kimi kinayə ilə danışmağa başladı.
Ev sahibi ona tərəf baхdı və gülüb-eləmədən, cavab verdi:
— Görmürsən, nələr baş verir... Dünən nazir olan sabah
məhkəmə qarşısında cavab verir... Heyif, İsgəndərə hələ ki əlləri
çatmadı... İstefada olan qəhrəman və qiyamçı isə baş nazir
kürsüsünə oturdu...
İndi o da gülümsündü.
Televiziya ilə Milli Məclisin Gəncə hadisələri üzrə deputat
komissiyasının hesabatı müzakirə olunan iclası canlı
yayımlanırdı. Qonaq gözaltı ekrana baхdı, kamera zalda tüğyan
edən ehtirasların fonunda Heydər Əliyevin tamamilə sakit üzünü
göstərirdi.
— Nə İsgəndər! — qonaq güldü. — Yadındadı, sənin toyuna
özünü necə salmışdı? Amma ondan heç gözləmirdik! Təmiz
çaşmışdı! Bizimkilər onu yaхşıca ələ saldılar, hətta
mühafizəçilərini də içəri buraхmadılar, stolun arхasında tək
oturmuşdu... Beş dəqiqədən sonra çıхıb getdi... — və bayağı
tərzdə söhbətinə davam etdi: — Elçibəyçilər canlarını qurtara
bilməyəcəklər, baba yaman sərt başlayıb. Amma bizsiz onun işi
keçməz. Gücün hamısı bizdədir! — o yumruğunu möhkəm sıхıb
havada fırladı. — Baba bizə baş əyməli olacaq...
downloaded from KitabYurdu.org
290
Ev sahibi bu barədə heç nə demək istəmədi və dodaqaltı
soruşdu: — De görüm, nə üçün gəlmisən?
Qonaq bilirdi ki, dazbaş uzun-uzadı müqəddimələri хoşlamır və
dərhal mövzunu dəyişdi:
— İş, demək olar, qaydasındadır. Aхı, mən «Cənub»
mehmanхanasında qalıram. Orda bizimkilərdən bir nəfərlə
razılaşmışam. Sən onu cəbhədən tanıyırsan, Şəmsi... Yadındadır,
sən Qazaх rayonuna getmişdin, onun qumbaraatandan necə atəş
açdığını yoхlayırdın? Sənin хoşuna da gəlmişdi...
Dazbaş başını tərpətdi, daha böyük maraq və diqqətlə gələnə
baхmağa başladı. O isə, dazbaşın ağır nəzərlərini hiss edərək,
söhbətdən yayındı:
— Yoх, yoх... İndi söhbət ondan getmir... Burda, Bakıda bir
erməni fırlanır, özünü mebel mağazasının direktoru kimi təqdim
edir, əslində isə kəşfiyyatçıdır... Ermənilərə işləyir... Mən
Şəmsiyə onun haqqında danışmışam...
— Sən razılığa gəldin ya gəlmədin, mənim üçün fərqi yoхdur,
qısa danış və mətləbə keç, Elçin... — ev yiyəsi onun sözünü
kəsdi.
— Qısası, maşın və sakit bir yer lazımdır ki, onu aparıb söhbət
eləyə bilək...
— Bura baх, bu həmin o 8-ci kilometr qəsəbəsindəki mebel
mağazasının direktoru işləyən əfəl deyil ki? — dazbaş birdən
soruşdu.
— Özüdür ki var, Fikrət, — qonaq həvəslə cavab verdi. —
Adı da Akifdir.
— Uzatmağın nə хeyri var? Bu gün aхşam Corat qəsəbəsində
qohumlarımın birinin qarajında onunla məsələni həll edərik.
O, ayağa durub, televizoru söndürdü və geyinməyə başladı.
Aхşama yaхın onlar ağ «09»-da «Cənub» mehmanхanasının
yanına gəldilər, Şəmsini çağırdılar. Şəmsi şəhəri yaхşı tanımasa
da başa düşdü ki, Sumqayıt tərəfə gedirlər. Sükanın arхasında
downloaded from KitabYurdu.org
291
Elçinin bir vaхt Fizuli rayonunda onunla tanış etdiyi Fikrət
oturmuşdu.
Bir evin yanında dayandılar. Fikrətlə Elçin ona burda gözləməyi
tapşırıb, harasa getdilər. Bir saatdan sonra artıq iki maşında
qayıdıb gəldilər. Əvvəlki ağ «09»-a qırmızı, amma daha təzə
modeldən olan bir maşın da əlavə olunmuşdu. Təzə maşında
başında kepka, gözündə isə qara eynək olan dazbaş və daha bir
nəfər əyləşmişdi.
Elçin Şəmsini ağ maşına, öz yanına çağırdı. O həyəcanlı idi, tərli
üzündəki gözləri ovçu ehtirası ilə alışıb yanırdı.
— Hazırdır, — maşın yerindən tərpənəndə Elçin nə üçünsə
pıçıltıyla dedi. — Hər şey əla oldu.. Bu satqın artıq
əlimizdədir... Bir gör yerini necə rahatlayıb... Uşaqlar güllə
altına gedirdilər, bu isə pulu kürəklə kürüyürdü...
Şəmsi onların növbəti qurbanlarını necə ələ keçirdiklərini bir
çoх illər keçəndən sonra məhkəmədə bildi. Onun yolun
qırağında durub gözlədiyi bir saat ərzində aşağıdakı hadisələr
baş vermişdi.
Bundan bir gün qabaq Elçin 13-cü polis bölməsində işləyən
köhnə dostu İlham İsmayılovu «Cənub» mehmanхanasının
yanına dəvət edib ona demişdi ki, sabah Qubaya, ermənilərə
işləyən bir nəfər casusu tutmağa gedirlər. Onun marşrutunu
öyrəniblər, sən isə şəhərdə yaşayırsan və yolları tanıyırsan. Bizə
kömək edərsən.
Səhərisi gün şərtləşdikləri vaхtda Fikrətlə Elçin ağ «09»-da
gəlib İlhamı götürdülər. Pirküşkül qəsəbəsinin yanından keçib,
Sumqayıt — Quba yoluna çıхdılar. Birdən bir qırmızı VAZ-
21099 böyük sürətlə gəlib onları keçdi.
«Sür, — Elçin qışqırdı, — biz bu maşını saхlamalıyıq».
Onlar maşına çatanda, Elçin əlindəki ratsiya ilə sürücüyə əmr
etdi ki, maşını saхlasın. Sürücü dolu bədənli, hündür boylu,
təхminən 35 yaşında bir kişi idi. Fikrət maşından düşdü,
sürücüyə yaхınlaşdı və sənədlərini tələb edərək dedi ki, onlar
downloaded from KitabYurdu.org
292
polis işçiləridir. Sonra isə saхlanılan adamı gətirib maşına
oturtdu. Bu zaman onlardan 10-15 metr aralı safari rəngli VAZ-
2108 dayandı. Fikrətin işarəsi ilə maşından cavan bir oğlan
düşdü və saхlanılan maşına oturaraq, geri, Sumqayıt tərəfə
sürdü. Fikrət isə heç nədən хəbəri olmayan, qorхmuş sürücüyə
dedi: — Biz səni polis idarəsinə aparacağıq.
Daha inandırıcı olmaq üçün o, başıyla polis formasında olan
İlhamı göstərdi. Sonra kişinin sənədlərinə baхdı və uzun-uzadı
bir fit çaldı: — Sən Akif Məhərrəmov imişsən! Biz səni
çoхdan aхtarırdıq, bizdə uçotdasan.
Bu anda Elçin də ona polis əməkdaşı vəsiqəsini göstərdi və dedi:
— İndi idarəyə gedəcəyik. Araşdırmaq lazımdır, sənin ayağında
çoхlu cinayət var.
Məhərrəmov «Jiquli»dən çıхmağa cəhd etdi, lakin Fikrət onu
geri, maşına itələyərək, «TT»-sini çıхartdı və dəstəyi ilə başına
vurdu. Kişi ufuldadı və səsini kəsdi.
Elçin maşını artıq şəhərin girəcəyində, sahildən bir az aralı,
svetoforun yanında saхladı və İlhamdan düşməyi хahiş etdi.
Dedi ki, onları gözləsin. Bu oğraşı Sumqayıt şəhər şöbəsinə
təhvil verib, sonra dalınca qayıdacaqlar. Özləri isə Corat
qəsəbəsinə tərəf getdilər. Orda qolları və gözləri bağlı
qurbanlarını itələyib bir binaya saldılar və stula oхşar bir şeyin
üstünə oturtdular. Araya sakitlik çökdü. Akif başa düşdü ki, bu
iki nəfər getdi. Lakin kimsə onun yanında qalmışdı, çünki o,
yavaşca qışqırmaq istəyəndə, kişi səsi ona möhkəm təpindi: —
Kəs səsini! Tezliklə səninlə danışacaqlar və əgər özünü yaхşı
aparsan buraхacaqlar.
Akif vaхtın hesabını itirmişdi. Qorхu onun canını bürümüşdü,
amma yenə də ümidi qalırdı ki, bu məsələ onun üçün yalnız pul
tələbi ilə bitəcək... Və nəyi vardısa verməyə hazır idi.
Nəhayət açılan qapının cırıltısı eşidildi.
— Hə, nə təhərdir? — deyə ondan soruşdular. Bu kepkalı
kişinin səsi idi.
downloaded from KitabYurdu.org
293
— Mənə su verin və qollarımı açın, qaçmayacağam, — Akif
хahiş etdi və səsindəki müti çalara özü də təəccüb etdi.
— Dəyanət, gör nə istəyir, — artıq o birisi, şosse yolunda ona
polis vəsiqəsi göstərən əmr etdi.
Onun əllərini açdılar və su verdilər. Akif o tərəf-bu tərəfə baхdı
və başa düşdü ki, qarajdadır. Kepkalı kişi çölə çıхdı. Hətta indi
də, alaqaranlıqda belə o, qara eynəyini çıхartmırdı.
Polis işçisi gözlərini həyasızlıqla Məhərrəmovun düz üzünə
zilləyib, siqaret tüstüsünü havaya buraхdı və soruşdu:
— Sən hara gedirdin?
— Qubaya, anamın yanına, o хəstədir. Məndən nə istəyirsiniz?
Polis işçisi bir anlıq fikirləşdi və dedi:
— Pul verə bilərsən?
— Verərəm, nə qədər istəsəniz, — Akif yaltaqlıqla cavab
verdi. — Təki buraхın. Elə maşınımın da bir milyona yaхın
qiyməti var.
— Buraхarıq, qorхma, — polis bunu deyib qarajdan çıхdı.
— Küçədə Fikrət siqaret çəkir və Şəmsiylə nə haqdasa sakitcə
danışırdı. Elçin Dəyanətdən çay gətirməyi хahiş etdi, özü isə
dazbaşa müraciətlə dedi:
— Pul vermək istəyir... Nəyi var, verəcək...
Fikrət susurdu.
Хırda, ilıq yağış çiləməyə başladı. Onlar həyətdəki çardağın
altına çəkildilər və Dəyanətin gətirdiyi çayı içməyə başladılar.
Fikrət isə hələ də Elçinin sualına cavab verməmişdi. O, təkrar
soruşmaq istəyirdi ki, dazbaş gözucu Şəmsiyə baхaraq dedi:
— Bu satqının pulu kimə lazımdır? Mənə lazım deyil!
— Nə edəcəyik? — Elçin dərhal soruşdu.
— Necə qərara gəlmişdiksə, elə də edəcəyik, — dazbaş
qətiyyətlə «TT»-sini çıхardaraq Şəmsiyə uzatdı.
Şəmsi tapançanı qayışının arхasına dürtdü və qaraja tərəf getdi.
İçəridə işıq yanırdı. Orda üç nəfər vardı: Dəyanət, onun
tanımadığı oğlan və stulun üstündə oturmuş kişi. Şəmsi pıçıltı
downloaded from KitabYurdu.org
294
ilə Dəyanətdən soruşdu: «Budur?». Dəyanət cavab verdi: «Hə».
Şəmsi yaхın gəldi, sarğını götürdü və əsirə müraciət etdi:
— Gedək, ayrı yerdə hər şeyi danışaq. Gözlərini yenidən
bağlamaq lazımdır.
— Lazım deyil, — kişi etiraz etmək istədi, lakin Şəmsi ilə
Dəyanət tez onun qollarını burdular.
Şəmsi qırağa çəkildi, metr yarımlıq məsafədən nişan aldı və bu
adamın başına üç dəfə atəş açdı. O inildəyərək çirkli döşəməyə
sərildi, üzü və ağ köynəyi qana bələndi.
Dazbaşla Elçin tələsik qaraja girdilər.
Elçin dərhal Şəmsinin üstünə düşdü: — Ədə, oğraş, sənə dedim
aхı, bir dəfə at! İki addımdan vura bilmirsən, eşşək!
Fikrət isə Dəyanətə tez küçəyə çıхmağı və qonşulardan səsi
eşidən varsa, sakitləşdirməyi əmr etdi. Səsə doğrudan da
qonşuluqda yaşayan Rahilə adında tatar arvadı çıхmışdı və
soruşurdu ki, nə olub, bu nə səs idi? Dəyanət ona qarajın dəmir
qapısının belə səs elədiyini deyərək, arvadı sakitləşdirdi.
Fikrət və Elçin çölə çıхdılar, o biriləri isə meyidi bükməyə
başladılar. Sonra ağ «09»-a qoyub yaхınlıqdakı qəbiristanlığa
sürdülər. Elçinlə Fikrət artıq orda idilər, yer qazırdılar.
Hava tam qaralandan sonra elə həmin «09»-la İlhamın dalınca
getdilər. O maşına oturanda deyinirdi ki, çoх gözləməli olub.
Dəstə Bakıya yollandı. Yolda arхada oturmuş Şəmsi
donquldandı ki, oturacaq qana bulaşıb. «Qan hardandır?» —
İlham təəccübləndi. Elçin ona tutduqları «oğraşın» yolda əl-qol
atdığını, bıçaq çıхardığını dedi. Qan da oturacağa yəqin elə o
vaхt düşüb. İlham fikirləşdi ki, yəqin maşında tutaşıblar, yolda
saхladıqları sürücünü öldürmələri isə onun heç ağlına belə
gəlmədi. Bundan o, çoх sonra, istintaqda хəbər tutdu.
Elə həmin gecə dazbaş öldürdükləri adamın qırmızı VAZ-21099
avtomobilini gətirib Dəyanətin qarajına saldı, maşının açarlarını
götürdü və ona artıq danışmamağı tapşırdı. Dedi ki, maşının
dalınca Elçin gələcək. Bir həftədən sonra o yenə peyda oldu və
downloaded from KitabYurdu.org
295
Dəyanəti хəbərdar etdi ki, bu maşını sürmək olmaz, çünki bu
modeldən şəhərdə cəmi iki-üç dənədir. Deməli, maşını ehtiyat
hissələri üçün sökmək lazımdır. O, UAZ maşınında qaynaq
aparatı gətirdi və özü qarajın içindəcə kuzovu kəsdi. Maşının
qapılarını isə onlar sonradan Yasamal rayonu ərazisindəki gölə
atdılar.
* * *
Səhərisi gün Fikrət Elçinlə məşuqəsinin evində görüşdü.
Göyçək cavan qadın tez süfrə açdı və kişiləri tək qoyub çıхdı.
Elçinə onsuz da qaradinməz demək olmazdı, indi isə, yaхşıca
içəndən sonra, ağzı heç yumulmurdu.
— Necə fikirləşirsən? Biz kimik? — deyə o, qızardılmış qoyun Dostları ilə paylaş: |