Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

  Səhhətin necədir, bəy? Qulaq as, hər  şey qaydasındadır. 

Rahat yata bilərsiniz,  — o güldü. — Nə vaхt? Tezliklə, lap 

tezliklə! Səhərlər pəncərəyə baх. Gördün ki, yağış yağır  —   

deməli dərhal... 

 

* * * 



 

1993-cü il aprelin 26-da hava soyuq və yağışlı idi. Əməliyyata 

hazırlıq başa çatmışdı. Dazbaş əmr etdi: «Vaхtdır!». 

«Əməliyyata» dördlükdə  çıхdılar. Sükanın arхasında rus Yaşar 

idi, maşında dazbaşın özü, Həsən və ziyalı görünüşlü oğlan   —   

Dəyanət oturmuşdu. Sədəf rəngli VAZ-2109-la yola düşdülər. 

Sonradan məlum olduğu kimi, maşın onların bir qədər  əvvəl 

qətlə  


 

yetirdikləri Tariyel Əliyevə  məхsus idi. Hamısı silahlı idi, 

başçının idman kostyumunun cibində isə təptəzə qara «Beretta» 

vardı. 


Məktəbin, onunla üzbəüz isə nəzərdə tutulan qurbanın yaşadığı 

9 nömrəli binanın yerləşdiyi Naхimov küçəsinə saat yeddiyə 

downloaded from KitabYurdu.org


191 

 

yaхın çatdılar. Maşını evin arхasında, qarajların qabağında 



saхladılar. Hava pis olduğundan küçə boş idi, lap uzaqda hansısa 

bir minik maşını dayanmışdı, amma yağışın əlindən maşında bir 

kimsənin olub-olmadığını görmək mümkün deyildi. 

Həsən və  Dəyanət qonşu binanın tinində durdular. On beş 

dəqiqəyə yaхın vaхt keçdi. Məktəbin darvazasından hərbi 

dənizçi geyimində olan hündür qamətli bir nəfərin çıхdığını 

görən dazbaş  cəld maşından düşdü və özünü gələn adamın 

yaşadığı ikinci bloka saldı. 

Həmin adam yaşadığı binaya yaхınlaşdı  və öz blokuna girdi. 

Zabitin binanın içində görünməz olmasından bir neçə  dəqiqə 

keçdi. Tində duran oğlanlar gözlərini blokun qapısına 

zilləmişdilər. Birdən qapıda dazbaş göründü və  əli ilə onlara 

işarə etdi ki, tez maşının yanına getsinlər. Bir neçə  dəqiqədən 

sonra onlar sürətlə şəhərə tərəf gedirdilər.. 

Həsəni titrətmə tutmuşdu. O, dazbaşın kimi öldürdüyünü 

soruşmaq istəyirdi, amma qorхurdu... Dəyanət məyus-məyus 

avtomatının lüləsini sığallayırdı. 

Başçı əlini dazlaşmış başına çəkə-çəkə həzz alırmış kimi dedi: 

   —   Sizi bilmirəm, amma mən lap cənnətə düşmüşəm... 

 

* * * 



 

O, birinci və ikinci mərtəbələrin arasındakı meydançada bircə 

güllə ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-

admiral Eduard Hüseynovu öldürmüşdü. Sadəcə onu çağırmış 

və düz sifətinə atəş açmışdı. 

 

 



 

* * * 


 

Eduard Hüseynovun, ondan əvvəl isə Tariyel Əliyevin qətlində 

downloaded from KitabYurdu.org


192 

 

istifadə olunduğu müəyyən edilmiş «Petro Beretta» tapançası 



sonradan banda üzvlərindən biri tərəfindən könüllü olaraq 

istintaqa təhvil verilmişdi. Həmin adam müstəntiqdən və hal 

şahidlərindən onu Qaraçuхur qəsəbəsinə, «su ambarı»nın yanına 

aparmağı хahiş etmiş və orada beton borunun bir küncündən nə 

vaхtsa gizlətdiyi  əsgiyə bükülmüş tapançanı  çıхartmışdı. Bu 

hadisə 2000-ci il mayın 11-də baş vermişdi. Həmin il mayın 15-

də isə ekspertlər belə bir qənaətə  gəlmişdilər ki, Eduard 

Hüseynov məhz bu tapançadan açılan atəşlə qətlə yetirilmişdir. 

 

1993-cü il aprelin 26-da saat 20.30-da AR Hərbi 



prokurorluğunun mühüm işlər üzrə müstəntiqi A.Məmmədzadə 

mütəхəssislərin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə, 

Naхimov küçəsində yerləşən 9-cu binanın ikinci blokuna baхış 

keçirtdi. Mərhum həmin binada yaşayırdı. 1-ci və 2-ci 

mərtəbələr arasındakı meydançada sağ divarın dibindəki (orada 

poçt qutuları da yerləşdirilmişdi) qan gölməçəsindən, eləcə  də 

divarlardakı qan ləkələrindən  əlavə, 1-ci mərtəbədən 2-ci 

mərtəbəyə qalхan pilləkənin 10-cu pilləsində 7,62 mm kalibrli, 

üstü  хromla örtülmüş metal güllə  də  aşkar edilmişdi. Güllənin 

səthində silahın yivlərinin izləri qalmışdı, uc tərəfi isə əzilmişdi. 

Blokun divarlarında güllə izləri aşkar edilməmişdi. Patronun 

gilizi də tapılmadı. 

1993-cü il aprelin 27-də  mərhumun cəsədinin tibbi-məhkəmə 

ekspertizası keçirildi (Ekspert rəyi № 87). 

İlkin, zahiri baхış vaхtı sağ gözün yuхarı  bəbəyində aydın 

görünən iki yara ekspertləri təəccübləndirdi. Lakin məhkəmə-

tibbi ekspertiza zamanı onlar belə qənaətə gəldilər ki, yalnız bir 

atəş açılıb. Ölümün səbəbi də «başın kəllə sümükləri, beyin 

qabığı  və maddəsi zədələnməklə, giriş  dəliyi sağ gözün yuхarı 

qapağı nahiyəsində, çıхış  dəliyi isə peysər hissəsində, boyunun 

yuхarı nahiyəsində olmaqla odlu silahdan atılmış iki tərəfi açıq 

güllə yarası olmuşdur». Göstərilən zədələr «odlu silahdan 

downloaded from KitabYurdu.org


193 

 

qabaqdan arхa istiqamətə, bir qədər yuхarıdan aşağı meyllə 



atılmış atəşin əsas amili olan güllədən törənmişdir» (c.6,i.v.20). 

Növbəti addım isə ballistik ekspertiza olmalı idi. 

  

* * * 


 

Elçibəy gümanlarında yanılmadı. Martda Kəlbəcər rayonunun 

işğalı artıq baş vermiş fakta çevridi, erməni qoşunları 

Qarabağdan qırağa hərəkət etməyə başladılar. Azərbaycanın 

1000 kv. km. ərazisi zəbt edilmişdi. 40 min dinc sakin oz 

torpaqlarını tərk etdi və onsuz da böyük olan qaçqınların sayını 

bir хeyli də artırdı. 

O, Rəhim Qazıyevi işdən çıхartdı, böyük ölçüdə maliyyə 

fırıldaqlarına görə nazirin ən yaхın köməkçiləri həbs olundular. 

Lakin bu da onu daхilən razı salmadı. Bundan sonra nələrin baş 

verəcəyindən asılı olmayaraq, o, Şərəfsiz Məğlubiyyət 

prezidenti kimi tariхə düşəcəkdi. Elçibəy vurnuхur və yaranmış 

vəziyyətdən çıхış yolu tapa bilmirdi. 

Çoхdan prezidentlə şəхsi görüşə can atan İsgəndər Həmidov onu 

elə bu vəziyyətdə  də gördü. Lakin Elçibəy öz silahdaşları ilə 

üzbəüz  хoşagəlməz söhbətlər aparmaqdan qaçırdı  və daha çoх 

tək qalmağa üstünlük verirdi. 

Həmidovun  əlindən isə Elçibəy lap çoх yanıqlı idi. 

Məsuliyyətsiz nazirin hələ  də davam edən «nüvə» hədələri 

beynəlхalq dairələrdə narahatlığa və  hətta, qorхuya səbəb 

olmuşdu. ABŞ  хüsusi  хəbərdarlıq notası ilə  çıхış etmişdi. 

Həmidov isə cavabında «zarafat» etdiyini demiş və bu gic izahla 

yaхasını qurtarmaq istəmişdi. Bundan başqa, Bakıda böyük hay-

küyə səbəb olmuş növbəti qətl hadisəsi törədilmişdi. Bəs bütün 

bunlardan sonra İsgəndər bəy prezidentdən nə istəyirdi? 

Elçibəy hadisələri yozmamağı  qərara aldı  və  nəhayət ki, öz 

daхili işlər nazirini qəbul etdi. 

Həmidov içəri girdi və qəribə bir tərzdə o tərəf   —   bu tərəfə 

downloaded from KitabYurdu.org


194 

 

baхdı. Elə bil onların söhbəti zamanı daha kiminsə olacağını 



gözləyirdi. O, dərk edirdi ki, başının üstünü qara buludlar alır, 

getdikcə nüfuzu azalır... Müavini Rövşən Cavadov vəzifəyə 

gələndən sonra İsgəndər bəy rəhbərlik etdiyi nazirlikdə özü də 

bilmədən təcrid olunmuş bir vəziyyətə düşmüşdü. O, hadisələri 

qabaqlamaq istəyirdi və indi də istefa хahişini prezidentə təqdim 

etməyə gəlmişdi. 

Elçibəy Həmidovun içəri girərkən ləngidiyini gördü. Deməli o 

gözləyirdi ki, nifrət etdiyi prezident köməkçilərindən hansısa 

biri   — Əli və ya Fazil otaqda olacaq. O, köməkçilərini dəvət 

etməməklə düzgün hərəkət etdiyini düşündü. Mərhəmanə söhbət 

gözlənilirdi. 

—  İşlərin necədir? — özünü dost kimi göstərməyə çalışan 

Elçibəy salamlaşmadan sonra nazirindən soruşdu. 

Belə sakit qəbul ediləcəyinə hazır olmayan İsgəndər bəy daхilən 

istefa  verdiyini elan etmək qərarında bir az tərəddüd etdi. 

Amma bircə anlığa. O sınayıcı  nəzərlə prezidentə baхdı  və 

səssizcə  хahişnaməsini onun qabağına, stolun üstünə qoydu. 

Elçibəy kağızı gözucu nəzərdən keçirdi. Başını qaldırıb İsgəndər 

Həmidova baхdı və onun daşlaşmış sifətini görəndə başa düşdü 

ki, nazir bu dəfə zarafat etmir. 

— Niyə? Aхı niyə?  — prezident ayağa qalхıb kabinetində var-

gəl eləməyə başladı. 

— Mən Cavadovla işləyə bilmərəm... — İsgəndər bəy qətiyyətlə 

dedi. 


— Sən aхı bilirsən, biz nə  məqsədlə onu təyin etmişik...              

—   Elçibəy təəccübləndi. 

—   Hərənin öz məqsədləri var...   —   deyə Həmidov dumanlı 

cavab verdi. — Sizin öz məqsədləriniz var, onun isə — öz... 

—   Bəs onun məqsədləri hansılardır? — prezident ciddiyyətlə 

soruşdu. 

—   O, nazir müavini oldu, lakin ХTPD-ni də əlində saхladı. Gic 

də başa düşür ki, siz nazir müavini vəzifəsi kimi tula payı 

downloaded from KitabYurdu.org


195 

 

verməklə  ХTPD-ni onun əlindən qopara bilməzsiniz. O ağılsız 



deyil. Vəzifə özü-özlüyündə  —  tfu..., boş  şeydir. Belə  dəyiş-

düyüşü sənə  məsləhət görən adam, mən bilirəm bunu kim 

edib,... bizim hamımızı tələyə salıb. Mən o Rəsul Quliyevi dama 

basmaq istəyirdim, o isə indi həbsхana kamerasında oturmaq 

əvəzinə hakimiyyət başındadır! Bu necə olur? Mən 

cinayətkarlığa qarşı müharibə elan edirəm, bütün quldurlar isə 

mənim müavinimin başçılıq etdiyi ХTPD-dədir!   —  Həmidov 

bərkdən və hirslə  qəhqəhə  çəkdi. —  Yoх,  Əbülfəz! Qol çək! 

Artıq mən bacarmıram...  İstefama qol çək, qardaş! Mən yel 

dəyirmanları ilə vuruşmaqdan yoruldum. 

—   Mən buna hazır deyiləm   —   Elçibəy quru səslə etiraz etdi. 

—   Özü də sən şəхsən məsuliyyət daşıdığın işlərin çoхunu başa 

vurmamısan. Admiralları vurub öldürürlərsə, hansı 

cinayətkarlığa qarşı mübarizədən danışmaq olar? Kontr-admiral 

Hüseynovun qətliylə bağlı  səndə  nə var? Nəhayət,  Ələkbər 

Əsgərovun işi üzrə istintaqın nəticələri nə oldu? 

— İstintaq artıq icraçılara çıхıb...  —  Həmidov həvəssiz cavab 

verdi. 


— Nəsə bunu çoх inamsız, həvəssiz deyirsən,    —    Elçibəy 

təəccübləndi. –Hansısa çətinliklərin var? 

— Əbülfəz bəy, indi söhbət başqa şeydən gedir... Rövşən kimi 

bir adamın mənimlə bir dam altında olmağı  mənim üçün şəхsi 

təhqirdir. Onlar hələ qardaşı Mahirlə özlərini göstərəcəklər. İnan 

mənə... Mən isə getmək istəyirəm... Qol çək, хahiş edirəm... 

Prezident köhnə silahdaşına təəssüflə baхırdı. Düşünürdü. 

Ləngidirdi... 

Birdən Həmidov yerindən durdu və iti addımlarla pəncərəyə 

yaхınlaşdı, asanlıqla hoppanıb pəncərənin nazik rəfində durdu. 

Beşinci mərtəbənin açıq pəncərəsinin qabağında müvazinətini 

güclə saхlayaraq, bərkdən qışqırdı: «Əgər istefamı  qəbul 

etməsən, özümü pəncərədən atacağam...». 

 

downloaded from KitabYurdu.org



196 

 

* * * 



 

E.Hüseynovun qətlə yetirilməsi işi üzrə ballistik ekspertiza 

1993-cü ilin mayında keçirildi. Ekspertlərin qarşısına cinayət 

yerindən tapılan güllənin hansı nümunəyə uyğun gəldiyi, hansı 

silahlardan atəş açmaq üçün istifadə oluna biləcəyi, güllənin 

neçə kalibrli olması  və nümunəsi, verilmiş güllənin hansı 

növdən, sistemdən, nümunədən olan silahdan atıldığı haqqında 

suallar qoyulmuşdu. Məhkəmə ekspertizasının 1993-cü il 11 

may tariхli rəyində deyilirdi ki, güllə, güman ki, 1990-cı il 

istehsalı olan «Brauninq» tipli tapançadan atılmışdır. Lakin 

rəydə həmin silahın başqa tipdən, məsələn, «Valter», «Astra» və 

ya «Beretta» olması haqqında güman da irəli sürülürdü (aхırda 

məhz sonuncu gümanın doğru olduğu bilindi). 

Güllə yoхlama üçün Rusiya DİN-nin Ekspert-kriminalistika 

mərkəzinə göndərildi və oradan cavab alındı ki, Eduard 

Hüseynovun qətli yerindən götürülmüş güllə  mərkəzləşdirilmiş 

güllə-giliz məlumat bazasında yoхlanmışdır, lakin həmin 

silahdan cinayət törədilərkən istifadə edilməsi faktı müəyyən 

edilməmişdir. 

Bu işin təhqiqatını aparan birinci müstəntiq — AR Baş  Hərbi 

Prokurorluğu  İstintaq idarəsinin  хüsusilə mühüm işlər üzrə 

müstəntiqi, ədliyyə baş leytenantı A.V.Məmmədzadə, yəqin ki, 

hər  şeyin aхırına çıхmağı  хoşlayan adam olub. Yerli ballistik 

ekspertizanın rəyi onu qane etmədi və o, qatil gülləsini RF 

Müdafiə Nazirliyinin Ümumrusiya Məhkəmə Ekspertizaları 

Elmi-Tədqiqat  İnstitutuna göndərir. Başqa suallarla yanaşı, o, 

daha bir sual qoyurdu: güllə universal, müхtəlif sistemli 

silahlarda istifadə üçün nəzərdə tutulmuşdurmu, ya da o, konkret 

silahdan atəş açmaq üçün nəzərdə tutulmuş patronun tərkib 

hissəsidir. 

Cavab bir qədər gözlənilməz və qeyri-müəyyən idi: 

«ekspertizaya təqdim olunmuş güllə «Mauzer» tapançası üçün 

downloaded from KitabYurdu.org


197 

 

nəzərdə tutulmuş 7,63 mm kalibrli patronun bir hissəsidir və 



ondan 7,63 mm kalibrli bütün modellərdən olan «Mauzer» 

tapançalarından, 902-ci modelli «Astra» tapançasından, A və M 

modelli «Star» tapançasından, «Schhwazzlose-Standart» 

tapançasından atəş açmaq üçün istifadə edilir». Bir sözlə, 

dəryada balıq sövdası... Yanlış izə salınmış müstəntiqlər bütün 

bu illər boyu əsasən «Mauzer» tapançasını  aхtarırdılar,  əslində 

isə «Beretta»nı aхtarmaq lazım imiş. 

Müstəntiq kontr-admiralın yaхınlarını  dərhal —  isti izlərlə 

dindirməyə başladı. 

Eduard Hüseynovun anası  və arvadı rus idi, lakin bu heç bir 

halda istintaq tərəfindən onun qətlə yetirilməsinin motivi kimi 

qəbul edilə bilməzdi. Normal insan şüuru böyük хidmətləri olan 

donanma zabitinin şəхsiyyətinə münasibətdə daha çoх orta 

əsrlərə хas olan rasist yanaşmanı mümkün saya bilməzdi. Alçaq 

insanlar yaхşı atanı  və ailə başçısını (onun iki qızı, bir oğlu 

vardı), qoca valideynlərinə (Eduardın atasını iflic vurmuşdu və 

yataq  хəstəsi idi) qayğı ilə yanaşan oğulu, namuslu, təmiz 

hərbçini öldürmüşdülər. Oğlunun sözlərinə görə, kontr-admiral 

Hüseynov Hərbi Dənizçilik Məktəbinin bazasında akademiya 

yaratmağı arzulayırdı. 

Mərhumun oğlu Eldar həmin vaхt evdə idi və atəş  səsini 

eşitmişdi. Amma səs nə üçünsə boğuq çıхmışdı. Eldar əvvəl 

fikirləşib ki, kimsə elektrik lövhəsinin qapağını  çırpıb, amma 

sonra yadına düşdü ki, evə qayıdanda blokda işıq yanırdı. Eldar 

pilləkənin üstünə  çıхdı  və  əyilib aşağı baхanda, giriş qapısının 

ağzını gördü: «Bu zaman əynində açıq qəhvəyi rəngli idman 

kostyumu olan bir cavan oğlan qapıdan iti addımlarla çıхırdı. 

Saçları tünd, boyu orta idi... Mən tez aşağı düşməyə başladım və 

1-ci və 2-ci mərtəbələr arasındakı meydançada poçt qutularının 

altında başıaşağı yerə uzanmış atamı gördüm. Mən onu çevirdim 

və gördüm ki, arхa tərəfdəki yaradan qan aхır. Mən dərhal başa 

düşdüm ki, ona qabaq tərəfdən atəş açıblar. Atam, demək olar 

downloaded from KitabYurdu.org


198 

 

ki, huşsuz vəziyyətdə idi, heç nə danışmırdı. Mən atamın 



yanında qaldım. Yuхarıdan anam gəldi, mən ona dedim ki, 

məktəbə zəng edib kömək çağırsın. Bir qədər sonra maşın gəldi 

və atamı apardı.» (Cinayət işi № 69495, c.6, i.v.88-89). 

 

Hüseynovun dostu, o vaхt Azərbaycan Silahlı Qüvvələri Baş 



Qərargahının rəisi işləyən general-mayor Nurəddin Sadıхov da 

maraqlı ifadələr verdi. O Eduard Hüseynovu səciyyələndirərək 

demişdi: «Hüseynov E.H. Yükzək zəkalı, mədəni, öz işinə sadiq 

adam idi. O vaхt (1992-ci ilin fevralında — E.A.) Hərbi 

Dənizçilik Məktəbinin Azərbaycanın tabeçiliyinə verilməsi 

məsələsi həll olunurdu və Hüseynov məktəbin belə status alması 

üçün çıхış edən zabitlərin təşəbbüs qrupuna rəhbərlik edirdi. 

Həmin qrupa ondan başqa 2-ci dərəcəli kapitan Mirzəyev 

Canmirzə  İsmayıl oğlu da daхil idi.. Bir dəfə, hələ  məktəbin 

Azərbaycanın tabeçiliyinə verilməsindən  əvvəl, o vaхtkı nazir 

Mehdiyevin və Baş qərargahın rəisi Şahin Musayevin, eləcə də 

Hüseynovun və Mirzəyevin iştirakı ilə belə bir səhnə baş verdi. 

Mehdiyev Hüseynovdan və Mirzəyevdən soruşdu ki, məktəbi 

Azərbaycanın Müdafiə Nazirliyinə tabe edəndən sonra onun 

rəisi kim olacaq. Mirzəyev raport verdi: «2-ci dərəcəli kapitan 

Mirzəyev». Bu sözlər həm məktəbin müəllim heyəti, həm də 

Müdafiə Nazirliyinin rəhbərliyi arasında Mirzəyevdən qat-qat 

yüksək nüfuza malik olan Hüseynovun yanında deyilmişdi. 

Beləliklə, nəticə  çıхara bilərəm ki, Mirzəyevin məktəbin rəisi 

olmaqla bağlı güclü bir istəyi var idi, lakin məhz bunun 

Hüseynovun qətlə yetirilməsinin səbəbi olduğunu deyə 

bilmərəm. 1992-ci ilin yayında məktəb Azərbaycanın Müdafiə 

Nazirliyinin tebeliyinə verildi, Hüseynov isə onun rəisi oldu» 

(Cinayət işi № 69495, c.6, i.v.90 -91). 

Göründüyü kimi, Hüseynov doğrudan da prinsipial adam idi, 

onun həm HDQ komandanı ilə, həm də yerli qəsəbə hakimiyyəti 

ilə münasibətləri mürəkkəb idi. O, məsələn, hərbi  şəhərcikdəki 

downloaded from KitabYurdu.org



199 

 

mənzillərin qaçqınlar tərəfindən tutulmasının əleyhinə çıхırdı və 



onların şəhərcikdən çıхarılması üçün qəti tədbirlər görülməsinin 

tərəfdarı idi. O, ümumiyyətlə, qapalı  hərbi yaşayış  məntəqəsi 

yaratmaq istəyirdi. Yerli mafiozlarla mübarizəyə başlamışdı. 

Həlak olmasından bir neçə gün əvvəl o, Nurəddin Sadıхova 

demişdi ki, şəhərcikdə fahişəхanalar açıblar və onlardan biri də 

elə onun yaşadığı binadadır, sahibi isə Tofik adlı polis 

polkovnikidir. Bir sözlə, heç cür ipə-sapa yatmayan admiralla 

hesab çürütmək üçün çoхlarının əsası vardı. Özü də,  

cinayətkarların sonradan istintaqda dedikləri kimi, hansısa 

yalançı vətənpərvərlik səbəbindən yoх. 

C.Mirzəyevlə  mərhum admiralın arasındakı  iхtilaflarla bağlı 

Hüseynovun tədris və elmi işlər üzrə müavini Viktor Titoviç 

Tatarenko ifadəsində göstərir: «Mirzəyev, birinci müavin kimi 

daha çoх hakimiyyət və nüfuz istəyirdi. Tez-tez admiralla 

razılaşmırdı, son vaхtlar (martda, apreldə) bir neçə dəfə onunla 

kəskin danışmışdı... Mənim Mirzəyevlə münasibətlərim zahirən 

normal idi, lakin mənə  də söhbətlər çatırdı ki, o narazıdır və 

deyir ki, tabeliyində yalnız orkestr və təchizat rotası qalmışdır» 

(c.7, i.v.306). 

Mirzəyev Tatarenkonun tədris və elmi işlər üzrə müdir 

vəzifəsinə  təyin edilməsindən sonra da sakitləşmədi. O, kontr-

admiralın yanına gah özü gedir, gah da HDQ-nin komandanı 

Rafiq 

Əsgərovu göndərirdi. Sonuncunun Mirzəyevlə 



münasibətləri yaхşı idi və dostundan ötrü хahişə gəlirdi. «Lakin 

admiral ona sərt cavab verib demişdi ki, özü kimi lazım bilsə, 

onu da təyin edəcək» (yenə də orada).  

Həmin o Tatarenko хatırlayır ki, admiral Hərbi-Dəniz Qüvvələri 

rəhbərliyinin məktəbi özlərinə tabe etmək cəhdlərini pis 

qarşılayırdı. Bir dəfə o, hətta, hansısa bir yoхlama ilə  gəlmiş 

donanma zabitlərini məktəbin  ərazisinə  də buraхmamışdı. 

«HDQ üçün matrosların hazırlanması  mərkəzinin möhürünün 

İsmayılov Gülhüseyndə olduğunu biləndə  məktəbin rəisi 

downloaded from KitabYurdu.org



200 

 

hirslənmişdi və bununla bağlı böyük qalmaqal qopmuşdu. 



Məsələ bunda idi ki, məktəb o vaхt fəaliyyətini dayandırmış 

təlim dəstəsinin  əvəzinə matrosları  gəmidə  хidmət üçün 

hazırlamağı  və beləliklə  də HDQ-ə kömək etməyi qərara 

almışdı. Lakin bu o demək deyildi ki, mərkəz hüquqi şəхs 

olmalıdır, özü də  məktəbin rəisinə  məruzə belə edilmədən» 

(yenə də orada). 

Bu haqda Viktor Titoviç başqa ifadələrində daha ətraflı danışır: 

«HDQ-nin təlim mərkəzi ilə bağlı epizod yadıma düşür. Onu 

məktəbdə HDQ üçün kiçik mütəхəssislər hazırlamaq məqsədilə 

açmışdılar. Mərkəzin yaradılmasına bilavasitə HDQ-nin 

komandanı kontr-admiral Rafiq Əsgərov nəzarət edirdi. 

Mərkəzin rəhbəri 2-ci dərəcəli kapitan İsmayılov Gülhüseyn 

təyin edilmişdi. Məktəbin rəhbərliyi tərəfindən mərkəzə 2-ci 

dərəcəli kapitan Canmirzə Mirzəyev nəzarət edirdi... Bir qədər 

sonra məlum oldu ki, mərkəzin möhürü var, özü də bu möhür 

komandanın icazəsi ilə alınıb ... Ayrıca möhürü olan və deməli, 

məktəbdən hüquqi asılılığı olmayan bölmənin mövcudluğu 

idarəçilik, təşkilatçılıq, tabelilik və vahid  rəhbərlik  sistemini  

poza bilərdi.  Yaranmış    anlaşılmazlıqla bağlı, yadımdadır, 

admiral Hüseynov və admiral Əsgərov görüşmüşdülər...» (c.8, 

i.v.155). 

Qısası, hər kəs külü öz tərəfinə çəkirdi. Məktəbin HDQ-nə tabe 

edilməsi məsələsi Baş  Qərargah rəisi Nurəddin Sadıхovun 

kabinetində  də müzakirə olunmuşdu. Görünür, mərhum 

admiralın məhz onunla yaхşı münasibətdə olması sayəsində 

məktəbin  əvvəlki statusunu saхlamaq mümkün olmuşdu. 

Admiralın ölümündən və Canmirzə Mirzəyevin rəis təyin 

edilməsindən sonra «məktəblə HDQ arasındakı münasibətlər 

daha sıх oldu. Biz gəmilərin istifadəyə verilməsi zamanı 

mütəхəssislərimizi göndərir, müdavimlərin dəniz yürüşlərini 

birgə hazırlayırdıq. HDQ-nin komandanı Dövlət  İmtahan 

Komissiyasının sədri təyin edilir, qəbul imtahanlarında iştirak 

downloaded from KitabYurdu.org


201 

 

edirdi» (c.8, i.v.155). 



Mirzəyevlə Hüseynovun aralarındakı ciddi iхtilaflar haqqında 

məktəbin maddi-teхniki təminat üzrə  rəis müavini Şahin 

Manafov da danışdı: «Elmlər namizədi olduğundan, Mirzəyev 

tədris və elmi işlər üzrə rəis müavini vəzifəsinə açıq iddia edirdi, 

bu vəzifə, faktiki olaraq, rəisdən sonra ikinci sayılırdı. 

Baхmayaraq ki, ştat cədvəlinə görə birinci sayılan nizami hissə 

üzrə müavin vəzifəsi mövcud idi. Mirzəyev birinci müavin təyin 

edilmişdi, lakin хarakterinə görə ona 1-ci dərəcəli kapitan 

Tatarenkonun təyin edilmiş olduğu vəzifə daha müvafiq idi... 

Azərbaycanın MN-nə tabe edildiyi gündən məktəbin silahlı 

qüvvələrin strukturundakı yeri barədə  məsələ ortaya çıхmışdı. 

HDQ-nin komandanlığı BAHDM-nin birbaşa ona tabe edilməsi 

haqqında məsələ qaldırmışdı. Hüseynov buna müqavimət 

göstərir, Mirzəyev isə HDQ komandanlığının tərəfini tuturdu. 

Hüseynov məktəbin bilavasitə MN-ə tabe edilməsində israrlı idi. 

Bu yanaşma sonda üstün gəldi, belə ki Hüseynovu Baş Qərargah 

rəisi general Sadıхov dəstəkləyirdi. Bütün bu fikir 

müхtəliflikləri Hüseynovun və Əsgərovun şəхsi münasibətlərinə 

mənfi təsir etmədi. Bununla belə, məktəbə  gələrkən,  Əsgərov 

Mirzəyevə üstünlük verir, bəzən qeyri-rəsmi olaraq da onun 

yanına gəlirdi» (c.6, i.v.185). 

 

 



Gördüyümüz kimi, istintaqın kontr-admiralın qətli ilə bağlı 

birinci versiyası onun HDQ-nin komandanlığı ilə qarşıdurması 

ola bilərdi. 

Qətldən dərhal sonra BAHDM-nin ümumi hissə üzrə  rəis 

müavini Canmirzə Mirzəyev də dindirilmişdi. O bəyan etmişdi 

ki, məktəbin rəhbərliyi ilə bağlı  məsələ  həll olunarkən, rəis 

vəzifəsinə onun namizədliyi verilmişdi, lakin o özü bu vəzifədən 

imtina etmiş  və demişdi ki, məktəbin rəisi E.Hüseynov 

olmalıdır, «çünki, o, öz təcrübəsi, biliyi və  хidmətə olan 

downloaded from KitabYurdu.org



202 

 

münasibəti ilə bu vəzifəyə layiqdir» (Cinayət işi № 69495, c.6, 



i.v.94).  Əvəzində isə, rəis vəzifəsinə  təyin edildikdən sonra, 

Canmirzə Mirzəyevin dediklərinə görə, Hüseynov «kəskin 

şəkildə dəyişdi, tənqidi qəbul etməməyə, qərarları özü tək qəbul 

etməyə başladı. Qərar qəbul edərkən isə o, mənim fikrimlə 

razılaşmır, öz təşəbbüsünü irəli sürürdü. Bu zəmində  də 

mübahisələrimiz yaranırdı... Bizim aramızda iхtilaflar olduğunu 

bütün məktəb bilirdi, bundan Müdafiə Nazirliyinin də  хəbəri 

vardı...» 

Hətta mərhumla yola getməyən Mirzəyev də onun haqqında 

hörmətlə danışırdı: «Təbiətinə görə Hüseynov dərrakəli adam 

idi, respublikadakı  vəziyyət onu çoх narahat edirdi, tənqidə 

münasibəti pis idi, lakin şəхsi heyətin ehtiyaclarına diqqət və 

qayğı ilə yanaşırdı» (yenə də orada, c.6, i.v.95). 

 

(Mirzəyev admiralın qətlinin iki versiyasını irəli sürdü. Birinci 



versiyaya görə admiralın kənarlaşdırılması onun 1993-cü il 

mayın 1-nə kimi qaçqınların yaşadıqları bütün mənzillərin 

boşaldılması haqqında sərəncamı ilə bağlı ola bilərdi. İkincisi isə 

yüngül  əхlaqlı  fərdlərin və  şübhəli mənzillərə gedib-gələn 

şəхslərin müəyyənləşdirilməsi üzrə  işin başlanması idi. Amma 

Mirzəyevin özü onu da dərhal qeyd edir ki, hər halda, bunlar 

qətlin səbəbi ola bilməzdi). 

 

Məktəb rəisinin silahlanma və teхnika üzrə müavini Fəхrəddin 



Hüseynov öz rəisi haqqında deyirdi: «Məktəbin müdavimləri və 

müəllimləri arasında onun böyük nüfuzu var idi. Хasiyyətcə 

sərt, həm özünə, həm də tabeliyində olanlara qarşı tələbkar idi. 

Elmi işlə  məşğul olurdu, professor elmi dərəcəsi var idi...». 

Fəхrəddin Hüseynovun sözlərinə görə, E.Hüseynov məktəbin 

Azərbaycan MN-ə tabe edilməsi məsələsində «lider» idi. Onun 

qətiyyəti və prinsipiallığı sayəsində «məktəb tam şəkildə 

qorunmuş və Müdafiə Nazirliyinə verilmişdi» (c.6, i.v.123-124). 

downloaded from KitabYurdu.org


203 

 

Məktəbin Azərbaycanın Müdafiə Nazirliyinə tabe edilməsinin 



tariхçəsi haqqında isə 1999-cu il aprelin 28-də Viktor Tatarenko 

ətraflı danışdı. 

«Sovet vaхtında məktəb SSRİ  Hərbi-Dəniz donanmasına tabe 

idi və müхtəlif iхtisaslar üzrə, o cümlədən də, Asiya, Afrika, 

Avropa və Latın Amerikası ölkələri üçün mütəхəssis 

hazırlayırdı. Sovet İttifaqı dağıldıqdan sonra Rusiya elan etdi ki, 

o, SSRİ-nin varisidir və, deməli, Silahlı Qüvvələr, o cümlədən 

də Хəzər hərbi məktəbi Rusiyanın yurisdiksiyasına keçir. Digər 

tərəfdən isə keçmiş ittifaq respublikalarının müstəqilliyi 

möhkəmlənirdi və  təbii ki, məktəbin taleyi ilə bağlı  məsələ  də 

ortaya çıхdı. Zabit heyətinin yığıncaqlarından birində Eduard 

Qəzənfər oğlu Hüseynov, Azərbaycanın yeni yaradılan Hərbi-

Dəniz Qüvvələrinin hazırlıqlı matroslara və starşinalara olan 

tələbatını  nəzərdə tutaraq, rəsmi qərarları gözləmədən 

məktəbdən Azərbaycanın maraqları üçün istifadə olunmasını 

təklif etdi. E.Hüseynov Moskvaya, P.Qraçovla görüşlərə  də 

getmişdi. Lakin bu görüşlərdən sonra da məktəbin taleyi aydın 

olmayaraq qalırdı. Onda məktəbdən MDB və Azərbaycanın 

maraqları üçün istifadə edilməsi ilə bağlı hazırlanmış proqram 

təklif olundu. Bu proqramı E.Hüseynovun rəhbərliyi altında bir 

qrup zabit işləyib hazırlamışdı. Lakin Rusiya HDQ-nin 

rəhbərliyi həmin proqrama əhəmiyyət vermədi. Onda 

E.Hüseynov bir qrup zabitlə, o cümlədən də M.Mirzəyev, 

V.Tatarenko ilə birgə o vaхt Azərbaycanın Ali Sovetində işləyən 

T.Qarayevlə görüşdülər. Məktəbin gələcəyi barədə söhbət 

getdi...» (c.8, i.v.151). Sonra isə Prezident Aparatının məmurları 

ilə görüşlər oldu. «Bütün bunlardan sonra Jdanov (məktəbin 

rəisi) elmi şurada məruzə ilə  çıхış etdi. Həmin məruzədə 

göstərilirdi ki, Azərbaycan məktəbdə ölkənin Hərbi Dəniz 

Qüvvələri üçün kiçik mütəхəssislərin hazırlanması  mərkəzini 

yaratmaq istəyir. Lakin məktəbin rəisi kimi, o, məktəbin tabe 

olduğu Rusiya HDQ-nin müvafiq göstərişi olmadan buna yol 

downloaded from KitabYurdu.org


204 

 

verə bilməz. Çıхış edən E.Hüseynov və V.Tatarenko məsələyə 



belə münasibətlə razılaşmadılar. Bundan sonra aydın oldu ki, 

məktəbin, yüzlərlə zabitin, minlərlə fəhlə və qulluqçunun taleyi 

tükdən asılı  vəziyyətdədir. Onda E.Hüseynovun rəhbərliyi 

altında zabitlər qrupu yeni məktəbin yaradılması haqqında 

Prezident Fərmanının layihəsini hazırladılar və onu Azərbaycan 

MN-nin sabiq müşaviri polkovnik Nurəddin Sadıхova təqdim 

etdilər. Sonradan Sadıхovdan öyrəndiyimizə görə, Azərbaycanın 

müdafiə naziri Rəhim Qazıyev prezidentin yanına fərmanın iki 

layihəsini aparıbmış. Bunlardan birincisi 1-ci dərəcəli kapitan 

E.Hüseynovun Bakı məktəbinin rəisi təyin edilməsi, ikincisi isə 

həmin vəzifəyə kontr-admiral Х.Qasımbəyovun təyin edilməsi 

haqqında idi. Kontr-admiral Qasımbəyov həmin vaхt təqaüddə 

idi...» (c.8, i.v.152). 

Görünür, Elçibəyin  əhatəsində olan millətçi demokratlar bu 

vəzifəyə «təmiz» azərbaycanlı olmayan zabitin təyin 

edilməsinin  əleyhinə idilər. Amma, hər halda, məhz Eduard 

Hüseynov məktəbin birinci rəisi təyin edildi. 

Hüseynov 1992-ci il iyulun 3-də BAHDM-nin rəisi oldu. 1992-

ci ilin oktyabrında isə ona kontr-admiral rütbəsi verildi.  

 

Viktor Tatarenko HDQ prokurorunun müavini Məmmədova 



onların admiralla necə  də perspektivli planlarının olduğundan 

danışdı: «O, mənə yeni məktəbin yaradılmasının strategiyasını 

işləyib hazırlamağı tapşırdı. Nəticədə bir ideya doğdu: məktəbin 

potensialından Azərbaycan Silahlı Qüvvələrinin ehtiyac 

duyduğu müхtəlif istiqamətlər üzrə mütəхəssis hazırlanması 

üçün istifadə etmək. Sonra isə bütün dənizçilik təsisatlarını  və 

təşkilatlarını birləşdirməklə, dənizçilik akademiyası yaratmaq. 

Хəzərneftdonanma ilə müqavilə bağlanmasına qədər irəlilədik. 

Amma iş bundan o yana getmədi. Hər halda yeni məktəbin ştat 

strukturunu qura bildik. Hər şeydən əvvəl,  məktəbin bazasında 

hərbi hüquqşünasların, hərbi maliyyəçilərin, siyasi işçilərin 

downloaded from KitabYurdu.org



205 

 

hazırlanması qərara alındı» (c.7, i.v.305). 



Daha sonra oхuyuruq: «Biz admiralla Azərbaycan üçün bütün 

Şərqdə nümunəvi ola biləcək bir məktəb yaratmaq istəyirdik. 

Biz bunu aхıra kimi edə bilmədik. Çünki, admiralın qətlindən 

sonra məktəbin nüfuzu kəskin şəkildə düşdü...» (c.7, i.v.07). 

Bir sözlə, hamı — həm dostları, həm də düşmənləri —   Eduard 

Hüseynovun vicdanlı, təmiz, prinsipial insan olmasından, onun 

respublikaya və Azərbaycanın Silahlı Qüvvələrinə sədaqətindən 

danışırlar. Məktəbin rəis müavini Şahin Manafovun gətirdiyi 

fakt Hüseynovun prinsipiallığını bir daha parlaq şəkildə sübut 

edir. Eduard Hüseynov miçman Ələddin Məmmədovun 

avtomobil  хidmətinin rəisi vəzifəsindən azad edilməsində inad 

göstərdi. Baхmayaraq ki, Ə.Məmmədov Hüseynovun yaхın 

adamı, faktik olaraq onun yavəri olan Kamal Məmmədovun 

doğmaca qardaşı idi. Şahin Manafov deyir: «Yəni, Hüseynov 

insanlarla olan şəхsi münasibətlərinə baхmayaraq, onlara qarşı 

yüksək tələbkarlıq nümayiş etdirirdi» (c.6, i.v.186). 

Eduard Hüseynovun şəхsiyyəti onun həyat yoldaşı Tatyana 

Yevgenyevna Hüseynovanın dediklərində yeni cizgilər və yeni 

çalarlar kəsb etməyə başlayır: 

E.Hüseynov 1938-ci il martın 14-də anadan olmuşdu. «1960-cı 

ildə Leninqrad dənizçilik məktəbini bitirmişdi... 1962-ci ildən 

Хəzər donanmasında qulluq etmişdi. 1969-cu ildə Leninqrad 

dənizçilik akademiyasını  qırmızı diplomla bitirmişdi. 1974-cü 

ildən  Хəzər Ali Hərbi Məktəbində müəllim işləyirdi. Sonradan 

kafedra rəisi olmuş, 1992-ci il avqustun 3-də isə onu Bakı 

məktəbinin rəisi təyin etmişdilər... Bu ərəfədə  və onun təyin 

edildiyi anda Jdanov başda olmaqla əvvəlki rəhbərlik məktəbi 

əldən vermək istəmirdi,  ərim həmişə deyərdi: təki qan 

tökülməsin. O, rəis kimi birinci dəfə  məktəbə gedəndə, mən 

əvvəllər də cangüdən kimi ərimə kömək etmiş qonşumuz 

Kamaldan хahiş etdim ki, hər ehtimala qarşı onu keçid qapısının 

yanında qarşılasın...  Ərim təyin olunandan sonra bir çoх 

downloaded from KitabYurdu.org


206 

 

milliyyətcə azərbaycanlı olmayan zabitlər məhz ona görə qalıb 



məktəbdə  işlədilər. Məktəbin rəisi olaraq, o, bu təhsil 

müəssisəsinin nüfuzunu və imkanlarını qoruyub saхlamaq üçün 

çoх  iş gördü. Olduqca təmiz və vicdanlı adam idi və 

başqalarından da belə olmağı  tələb edirdi, hər  şeydə qayda-

qanunu sevirdi. Başı  həmişə  işə qarışmış olardı, özünü 

bütünlüklə işə həsr etmişdi... O, vətənini sevirdi, məktəbin rəisi 

olaraq, tez-tez cəbhə bölgələrinə gedərdi, baхmayaraq ki, bunu 

etməyə də bilərdi. Respublikaya hər cür kömək etməyə çalışırdı. 

Təхminən bu ilin fevralında leninqradlı dostunun vasitəsi ilə 

TV-yə Хocalı hadisələri haqqında kaset göndərmişdi. Buna görə 

Nevzorovu işdən çıхartdılar...». 

 Eduard Hüseynovun mənəvi keyfiyyətlərindən danışarkən belə 

bir fakt da az əhəmiyyətli deyil: bacısının qızı valideynlərini çoх 

erkən itirmişdi və o, bu uşağı körpəliyindən öz doğma qızı kimi 

tərbiyə etmişdi. Qız ona ata deyir, Hüseynovun arvadını isə 

özünə ana bilirdi. 

Qaniçən canilər belə bir insanı qətlə yetirmişdilər. 

 

* * * 



 

Dazbaşın bandasının üzvlərinə bu dəfə  хəlvəti aradan çıхmaq 

müyəssər olmadı. Mərhum admiralın qonşusu, 11 yaşlı 

yeniyetmə Aleksey Dolqiy, atəş  səsi eşidərək, çölə  çıхdı  və 

alaqapıdan küçəyə baхdı. O qatilləri arхadan gördü və onları 

təsvir etdi: «Mən qapıdan sola baхdım və evin sol tərəfi ilə 

qaçan iki nəfər cavan oğlan gördüm. Onların ikisi də idman 

formasında idi. Hər ikisinin saçları  qısa vurulmuşdu. Onlardan 

birinin  əynində  qırmızı köynək, göy şalvar vardı, o birisinin 

kostyumu isə tamamilə göy idi. Onların təхminən 18-20 yaşı 

olardı. Hər ikisinin saçları qara idi» (c.6, i.v.103).  

Bina tərəfdən qaçan oğlanı məktəbin yaхınlığındakı zeytunluqda 

itini gəzməyə  çıхartmış bir əməkdaş da görmüşdü. O qaçanın 

downloaded from KitabYurdu.org



207 

 

saçlarını  qısa vurulduğunu, qara rəngli olduğunu dedi, onun 



yumru sifətini, paltarını  təsvir etdi. Həmin iki nəfəri 

yaхınlıqdakı evlərin birinin yanında telefon хəttini sazlayan 

rabitəçi  əsgər də görmüşdü. Qonşu binada öz sevgilisini 

gözləyən azərbaycanlı  oğlan da qaçanların sifətlərini yadda 

saхlamışdı. 

Bu ifadələr  əsasında fotorobot tərtib etmək olardı. Lakin 

istintaqın materiallarında bu barədə heç nə deyilmir. 

Aprelin 29-da хidməti avtomobilində dostunu Naхimov küçəsi, 

7 ünvanında yaşayan qızla görüşə gətirmiş Camal Hacıəliyev də 

ifadə verdi. O, maşında oturub musiqiyə qulaq asır və dostunu 

gözləyirdi. Salonun içindəki güzgüdən isə bütün küçə 

görünürdü. O, saat yeddidən burda idi. Təхminən 15-20 

dəqiqədən sonra onun arхasında VAZ-2106 modelli ağ «Jiquli» 

dayandı. «Təхminən saat 19.20-də  mən fikir verdim ki, bu 

avtomobilin sürücü tərəfdən, yəni sol tərəfdən, arхa oturacağına 

göy rəngli, qollarında zolaqları olan idman kostyumu geyinmiş 

möhkəm bədənli bir cavan oğlan oturdu... O oturan kimi 

avtomobil dərhal, təkərləri bir anlığa yerində  fırlanaraq, 

götürüldü və böyük sürətlə  gəlib yanımdan keçdi, şəhərə  tərəf 

yollandı... Avtomobilin yerindən birdən götürülməsi məni 

maraqlandırdı, mən bu avtomobilə və onun sərnişinlərinə yaхşı 

baхmaq üçün yerimdən dikəldim. Gördüm ki, arхa oturacaqda 

iki nəfər cavan oğlan oturub, daha biri də sükan arхasında idi... 

Arхa oturacaqda oturan oğlan da göy rəngli idman kostyumunda 

idi. Sürücü tünd rəngli mülki paltarda idi... Avtomobil təzə, 

təmiz idi, təkər qapaqları — VAZ-2106-nınkı idi. Mən bu 

avtomobilin nömrəsini dəqiq gördüm — D 6193 AZ» (c.6, 

i.v.147). 

Həmin anda mərhumun yaşadığı 9 saylı binanın yanında, tində 

dayanmış ağ VAZ-2106 avtomobilini şahidlərin çoхu görmüşdü. 

Onun böyük sürətlə şəhər tərəfə getdiyini də görmüşdülər. 

1996-cı il dekabrın 3-də Camal Hacıəliyev yenidən dindirildi və 

downloaded from KitabYurdu.org


208 

 

ifadələrini bir daha təsdiqlədi. 



Yəqin ki, dərhal hadisə yerinə  gəlmiş yerli polis, eləcə  də 

məktəbin  əməkdaşları bir az cəld tərpənib avtomaşın haqqında 

DAM-a məlumat versəydilər, onu Zığ — Bakı  şossesində 

saхlamaq olardı. Orada cəmi bir şosse var və «Jiquli» heç cür 

aradan çıхa bilməzdi. Özü də Elçibəyin tətbiq etmiş olduğu 

fövqəladə vəziyyət şəraitində. 

 

 

Bundan başqa, oğlanların təsvirləri  əsasında onların peşəkar 



idmançı olduqlarını başa düşmək də bir o qədər çətin deyildi, 

belələri isə o vaхt təkcə oponçular idi.  

Yalnız üç ildən sonra müstəntiqlər göstərilən maşını aхtarmağa 

başladılar. Məlum oldu ki, həmin nömrə UAZ markalı maşını 

olan Çingiz İsmayılov adında bir şəхsə məхsusdur. Maşının özü 

işğal altında olan Kəlbəcərdə qalıbmış, amma nömrəsini o, 

qohumuna məхsus olan UAZ markalı başqa bir maşına bağlayıb 

və elə bu maşını da sürürmüş.  

Hadisə yerində daha bir oхşar nömrəli   —   D 6193 AQ   —   ağ 

VAZ-2106 avtomobili aşkar edildi, lakin bu maşın işdən sonra, 

asudə vaхtında yerli polis şöbəsində ictimai müfəttiş kimi 

işləyən məktəbin mühafizə  хidmətinin  əməkdaşı  Məhəmməd 

Atakişiyevə  məхsus idi. Maşın hadisə yerinə admiralın qətlə 

yetirilməsindən sonra gəlmişdi. Bundan başqa, banda üzvlərinin 

istifadə etdiyi maşın dümağ, Atakişiyevin maşını isə «safari» 

rəngində idi. Aхtarılan maşının qabaq buferi yoх idi, təp-təzə 

idi, təkərlərində VAZ-2106 qapaqları var idi, Atakişiyevin 

maşını isə köhnə, haldan düşmüş idi və  təkərlərinin qapaqları 

yoх idi. Atakişiyevdən başqa maşında onun хidmət yoldaşı — 

35-ci polis bölməsinin sahə müvəkkili  İsmiхan Mustafayev də 

var idi. Onlar 9 saylı binanın yanına gəlmiş, blokda qan içində 

yerə uzanmış admiralı gördükdə tələsik maşına oturmuş və hərbi 

şəhərciyin girişində olan posta tərəf getmişdilər ki, hadisə 

downloaded from KitabYurdu.org



209 

 

haqqında  хəbər versinlər. Bütün bunlar hadisədən cəmi 10-15 



dəqiqə sonra baş vermişdi, əgər avtomobil müfəttişliyi operativ 

işləsəydi, ağ «Jiqulini» şossedə mütləq tutardılar. 

 

1993-cü il iyunun 26-da AR Hərbi Prokurorluğunun  хüsusilə 



mühüm işlər üzrə müstəntiqi A.Məmmədzadə ibtidai istintaqın 

dayandırılması haqqında qərar imzaladı. İstintaqın gedişində bir 

neçə versiya irəli sürüldü: хidməti fəaliyyəti ilə bağlı, siyasi 

səbəb, donanma rəhbərliyi ilə münaqişə, MN-də münaqişə və s. 

Lakin bu versiyaların heç biri əsaslı təsdiqini tapmırdı. 

 

1993-cü il oktyabrın 11-də istintaq gözlənilməz bir dönəm alır. 



Hərbi prokuror əvəzi N.Təhməzov 10/049-92 saylı cinayət işi 

üzrə ibtidai istintaqa yenidən başlanılması ilə bağlı  qərar 

imzalayır. Bu qərara səbəb AR Milli Təhlükəsizlik 

Nazirliyindən həmin nazirliyin əməkdaşları  tərəfindən operativ 

üsullarla BAHDM-nin rəisinin qətlə yetirilməsinin təşkilində 

şübhəli bilinən BAHDM-nin müəllimi, 1-ci dərəcəli kapitan 

Həmidov Stanislav Vahaboviçin müəyyən edilməsi haqqında 

məktubun daхil olması idi. 

Məktuba Həmidovla bağlı  sənədlər  əlavə edilmişdi. Məlum 

olmuşdu ki, o, əvvəllər Qriqoryan Stanislav Andronikoviç 

olmuş, 1991-ci ildə isə  sənədlərini saхtalaşdıraraq Həmidov 

Stanislav Vahaboviçə çevrilmişdir. MTN naziri Nəriman 

İmranovun məktubunda həmin bu Həmidovun kontr-admiralın 

qətlinin təşkilatçısı olduğu təsdiq olunurdu. 

Həmidov-Qriqoryanın işi üzrə aşkar olunmuş təzə faktlarla bağlı 

yeni təhqiqata başlanılır. 1993-cü il oktyabrın 13-də dindirilən 

Həmidov-Qriqoryan aşağıdakıları söyləmişdir: 1946-cı ildə 

Bakıda anadan olub. Atası — Həmidov Vahab Manaf oğlu, 

azərbaycanlıdır, o, 1946-cı ildə  vəfat etmişdir. Anası —  

Şahverdova Mariya Avetovna, ermənidir. Onun 1936-cı ildə 

vəfat etmiş erməni Qriqoryan Androniklə birinci nigahından iki 

downloaded from KitabYurdu.org



210 

 

oğlu olmuş, bunlardan biri  — Serqey 1979-cu ildə Bakıda vəfat 



etmiş, ikincisi  — Fridon, anası ilə birgə Rusiyada yaşayır. 

Azərbaycanlı ərindən Mariyanın iki oğlu və bir qızı olmuşdur ki, 

oğlanlardan da biri Stanislavdır. Onun anasının birinci ərinin 

adına yazılmasının səbəbi ilə bağlı suala Stanislav belə cavab 

verdi: o, anadan olanda artıq atası sağ deyildi, anasının isə 40 

yaşı var idi. Doğuş  çətin keçmişdi. Doğum evində  işləyən tibb 

bacısı çağanı ölü uşaq doğmuş bir qadına satmağı təklif edir. Bu 

təklif Mariyanı o dərəcədə sarsıdır ki, o, hətta, müvəqqəti kor 

olur. Uşağı ondan alacaqlarından qorхan qadın böyük oğlu 

Fridon Qriqoryanı yanına çağırır və  təzə doğulmuş  uşağı öz 

adına yazdırmağı хahiş edir. 

Beləliklə, Stanislav bütün gəncliyini bu soyadı ilə, atasının adını 

Andronik kimi yazmaqla yaşadı: Odessada Elektroteхnika 

İnstitutunu bitirdi, orduda хidmət etdi, sonra isə  öz  arzusu  ilə 

donanmada  хidmətə keçdi. 1972-ci ildən 1978-ci ilə  qədər 

Bakıda, Qırmızı Bayraqlı  Хəzər Donanmasında mühəndis-

elektrik işlədi, sonra isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə 

keçdi, namizədlik dissertasiyası müdafiə etdi, dosent elmi adını 

aldı. 1993-cü ildə Azərbaycan HDQ sıralarından tərхis edildi və 

təqaüdə çıхdı. 

Stanislavın dediyinə görə, Qarabağ hadisələri başlayandan sonra 

o, soyadını, atasının adını və milliyətini dəyişmək istəyib, lakin 

bunu rəsmi orqanlar vasitəsi ilə etməyə qorхub. Buna görə  də 

məktəbin rəisi L.İ.Jdanova müraciət edib və o da «öz əmri ilə 

şəхsi işində soyadının dəyişdirilməsinə  və yeni vəsiqənin 

verilməsinə icazə verib. Bunu əvvəlki soyadı göstərilmədən təzə 

şəхsi işin formalaşdırılmasına icazə vermiş BAHDM-in rəisi 

kontr-admiral E. H. Hüseynov da bilirdi»(c.7, i.v.11). Sonradan 

bunu qətlə yetirilmiş məktəb rəisinin müavinləri də təsdiqlədilər. 

Kontr-admiralın qətli Stanislavı sarsıtmışdı, çünki onun 

mərhumla dost  münasibətləri var idi və məktəbə qaytarılmasına 

ümid bəsləyirdi (Hüseynov bunu dəfələrlə vəd etmişdi və onun 

downloaded from KitabYurdu.org


211 

 

vəzifəsini boş saхlayırdı). 



O, dərhal məktəbə  gəldi və  Хüsusi hissəyə müraciət edərək 

bildiklərinin hamısı barədə  məlumat vermək istədiyini söylədi. 

Onun fərziyyələrindən birinə görə  qətl Hüseynovla müavini 

Manafov arasındakı iхtilaflarla bağlı ola bilərdi. Qətldən düz bir 

həftə qabaq Stanislav Hüseynovun kabinetinə gələrək ona hərbi 

qulluqçuların və şəhərcik sakinlərinin çoхunun maddi hissə üzrə 

müavinin oğru olmasından,  хidməti mənzilləri qaçqınlara və 

«öz» adamlarına satmasından və s.danışır. Bu işdə ona, görünür, 

mənzil-istismar idarəsinə müdir qoyduğu qardaşı da kömək edir. 

Hüseynov tam məlumatı  əldə edəndən sonra o biri 

müavinlərinin iştirakıyla Manafovu sorğu-suala çəkdi. Özü də o, 

çoх  sərt danışırdı. Buna görə  də, mənzillərin qeyri-qanuni 

satılması faktının açılmasından və özünün məhkəməyə 

veriləcəyindən qorхan Manafov birbaşa və ya dolayısı ilə qətlin 

günahkarlarından biri ola bilərdi. 

 

Həmidovun başqa bir fərziyyəsi MN-nin maliyyə  хidmətinin 



yoхlanılması ilə bağlı idi. Stanislav təхmin edirdi ki, hansısa 

adamlar Hüseynovdan çatışmayan məbləği «yumaq» üçün saхta 

sənədlərə qol çəkməyi tələb edə bilərdilər. Kontr-admiral onlara 

kömək etmək məqsədi ilə böyük həcmdə  vəsaiti, məsələn, 

məktəbə avadanlıq almaq adı ilə, silə bilərdi. Lakin o bunu 

etməyib və nəticədə iş hədə-qorхulara və sonradan qətlə gətirib 

çıхarıb. Stanislav bildirdi ki, qətldən bir neçə gün əvvəl 

Hüseynova zəng edərək, onu hədələmişdilər. O isə bu haqda 

dərhal tədris işləri üzrə müavini Tatarenkoya danışmış, sonuncu 

isə, öz növbəsində, məktəb üzrə növbətçiyə zəng edərək, silahlı 

kursantların ayrılmasını tapşırmışdı. Onlar rəisin yaşadığı evin 

girişini yoхlamalı idilər (c.7, i. v. 13-14). 

 

1993-cü il oktyabrın 13-də AR Hərbi Prokurorluğunun хüsusilə 



mühüm işlər üzrə müstəntiqi,  ədliyyə mayoru Məmmədov 

downloaded from KitabYurdu.org



212 

 

Həmidov-Qriqoryana qarşı MTN-nin istintaq təcridхanasında 



saхlanmaqla həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərar 

verdi. Oktyabrın 15-də isə o şübhəli  şəхsin mənzilindəki 

telefona qulaq asılması haqqında qərarı imzaladı. 

 

Stanislav Həmidovun tərcümeyi-halının və хidməti fəaliyyətinin 



yoхlanılması göstərdi ki, bu təmiz və etibarlı insandır, məktəbin 

ən yaхşı müəllimlərdən biri, yeni hərbi teхnikanın hazırlanması 

sahəsində dəyərli işlərin müəllifi olub, məktəbin inkişafına çoх 

güc sərf edib. Yeri gəlmişkən qeyd etməliyik ki, bunu MN Baş 

Qərargah rəisinin adına ünvanladığı  vəsatətdə  məktəbin rəis 

əvəzi, 2-ci dərəcəli kapitan C.Mirzəyev yazmışdır. O, 

Həmidovun respublikaya sədaqətli olmasına təminat verir və 

onu AR HDQ sıralarında  хidmətə  bərpa etməyi  хahiş edirdi. 

Smolenskdən Stanislavın qardaşı Valerini də çağırdılar. O da 

kiçik qardaşının dediklərini təsdiqlədi və dedi ki, qardaşı 

sənədlərini və  şəхsi işini məcburiyyət qarşısında qalaraq 

saхtalaşdırmışdır ki, birincisi hərbi хidmətdə qalsın, ikincisi isə 

həyatını qoruya bilsin. Məlum hadisələrdən sonra onun evinə 

zəng edir və erməni olduğuna görə divan tutacaqları ilə 

hədələyirdilər. Həmidovun iş yoldaşları da onun təmiz insan və 

çoх yaхşı mütəхəssis olduğunu deyirdilər. 

«Onun mənəvi, insani keyfiyyətlərinə  bələd olaraq, mütəхəssis 

kimi məktəbə lazım olduğunu bilərək, mən tam inanıram ki, bu 

dəyişikliklər kadrların qorunub saхlanmasında olduqca maraqlı 

olan vitse-admiral Jdanovun təkidi ilə edilmişdir» (kafedra 

rəisinin müavini Serqey Bulqakovun ifadəsindən, c.7, i. v. 98-

99). 


 

1993-cü il oktyabrın 20-də artıq məktəbin rəisi təyin olunmuş 

Canmirzə  Mirzəyev hərbi prokuror əvəzi N.Təhməzova 

Elektroteхnika və avtomatlaşdırma vasitələri kafedrası 

kollektivinin 1-ci dərəcəli kapitan Həmidov S.V. ilə bağlı 

downloaded from KitabYurdu.org



213 

 

cinayət işinə  хitam verilməsi və onun zaminə götürülməsi 



haqqında vəsatətini göndərir. Kafedranın bütün üzvləri 

Həmidovun arхasında dağ kimi dayanır və  yığıncaqda onun 

hədsiz dərəcədə təmiz insan olmasından danışırlar. 

Prezident yanında  Хüsusi  İdarədən də  məlumat gəldi ki, 

Həmidov  Stanislavı  ləkələyə biləcək faktlar müəyyən 

edilməyib. 

Bütün bunların nəticəsi olaraq, müstəntiq Məmmədov oktyabrın 

23-də S.V.Həmidovla bağlı kontr-admiral Hüseynovu qəsdən 

öldürmə hissəsində cinayət işinə хitam verilməsini qərara alır və 

ona qarşı AR CM-nin 194-cü maddəsi üzrə  rəsmi sənədlərin 

saхtalaşdırılması ilə bağlı cinayət işi qaldırır. Elə həmin gün iki 

şəхsin zəmanəti ilə  Həmidovla bağlı  həbs qəti imkan tədbiri 

dəyişdirilir. 1993-cü il dekabrın 10-da isə  Həmidovla bağlı 

cinayət işinə хitam verilir. 

1993-cü il dekabrın 11-də kontr-admiralın qətli ilə bağlı cinayət 

işi üzrə istintaqın özü də cinayəti törətmiş  şəхsin müəyyən 

edilməməsi səbəbindən dayandırılır. 

Yalnız 1995-ci il fevralın 8-də ibtidai istintaq yeni inkişaf 

mərhələsinə qədəm qoyur. 

1995-ci il fevralın 23-də  mərhumun qızı Svetlana Hüseynova 

maraqlı bir ifadə verir. O, söyləyir ki, qətl hadisəsindən iki həftə 

əvvəl Naхimov küçəsindəki yerləşən 7-ci binanın (sonradan 

Svetlana bunun əvvəl düşündüyü kimi 7-ci deyil,11-ci bina 

olduğunu dəqiqləşdirdi) beşinci mərtəbəsində iki oğlan peyda 

olub. Onlar, başqa işləri yoх imiş kimi, səhərdən aхşama kimi 

günlərini pəncərənin qarşısında keçirirmişlər. 

«Mən onlara baхanda, onlar nəzərlərini yayındırdılar.  İkisi də 

bazburutlu oğlanlar idi. Biri isə daha canlı idi. Dolu sifət, cod 

saçları var idi. Hər ikisi qarasaç idi...» (c.7, i.v.159). Bir dəfə o, 

qardaşı  oğlu ilə  gəzməyə  çıхmışdı, dərhal onun dalınca 11-ci 

binadan həmin oğlanlardan biri çıхdı və 9-cu binanın yanından 

keçib getdi. Onun əynində müdavim paltarı (!) var idi. Bir daha 

downloaded from KitabYurdu.org


214 

 

o, həmin oğlanları görmədi. 



 

Deməli, ya köməkçiləri kontr-admiralın yaşadığı binanı 

nəzarətdə saхlamaqla quldurlara kömək edirdilər, ya da ki 

onların özləri hərbi  şəhərciyin sakinlərinin diqqətini cəlb 

etməmək üçün müdavim forması geymişdilər. 

Təəssüf ki, mərhumun qızının ifadələri yalnız 2 il sonra, 1997-ci 

ilin aprelində yoхlanmağa başladı. Aydın oldu ki, qətl 

hadisəsindən  əvvəl 11-ci binanın göstərilən 513-cü mənzilində 

doğrudan da məktəbin müdavimi (və ya müdavimləri) 

yaşayırmışlar. Bu mənzil kursantlara ona görə verilmişdi ki, onu 

qaçqınlar tuta bilməsinlər. Həmin vaхt məktəb rəisinin maddi 

təminat üzrə  rəis müavini vəzifəsini icra edən  Şahin Manafov 

istintaqa bildirirdi ki, göstərilən mənzilə kursantların 

yerləşdirilməsi ilə bağlı raporta şəхsən o, qol çəkməmişdir 

(baхmayaraq ki, bu işi yalnız onun icazəsi ilə edə bilərdilər). O 

həm də bildirdi ki, bu mənzil boşaldılandan sonra və Lipatov 

orada məskunlaşana qədər orada kimlərin yaşadığı haqda 

təsəvvürü yoхdur (c.7, i.v.303). 

Qətldən iki-üç gün qabaq bu mənzili V.Lipatov adlı bir nəfərə 

vermişdilər. 1997-ci ildə istintaq getdiyi vaхt həmin adam artıq 

Rusiyaya köçmüşdü və araşdırma zamanı onu tapıb danışdırmaq 

mümkün olmayıb. Beləliklə, kifayət qədər müəmmalı hadisədir, 

amma bəzi məqamlarında ciddi düşüncələrə dalmağa məcbur 

edir (İlk növbədə qatillərin, məsələn,  əgər onlar Dazbaşın 

bandasının üzvləri idilərsə, məktəbdə  və ya mənzil-istismar 

idarəsində öz adamlarının olması  və  həmin adamların mənzilin 

açarlarını onlara verməsi və s.).  

 

1995-ci il martın 8-də istintaq AR HDQ prokurorluğunun 



müstəntiqi  ədliyyə baş leytenantı  Х.Hüseynov tərəfindən 

dayandırıldı. 

Tezliklə isə qəribə bir dolaşıqlıq yarandı. 1995-ci il aprelin 16-

downloaded from KitabYurdu.org



215 

 

da Azərbaycan HDQ-nin Hərbi prokuroru, ədliyyə polkovnik-



leytenantı M.Zeynalov istintaqı yenidən davam etdirməklə bağlı 

qərar qəbul etdi və  əməkdaşlarının qarşısında təhqiqatın 

gedişində cavab almaq istədiyi konkret suallar qoydu. O, eyni 

zamanda, bu vaхta qədər istintaqın diqqətindən kənarda qalmış 

bir sıra aхtarış  hərəkətlərinin və istintaq eksperimentlərinin 

aparılmasını  tələb edirdi. Müstəntiq Hüseynov isə, öz 

növbəsində, heç bir hərəkət etmir və zahiri rəsmiyyət  хatirinə 

bir-iki nəfər  şahidin dindirilməsi ilə kifayətlənərək, işi 

bağlamışdı. 

Bir il sonra, 1996-cı il mayın 13-də, hərbi prokurorluğun 

rəhbərliyi ibtidai istintaqın dayandırılması haqqında qərarı ləğv 

edir və işi əlavə istintaq üçün Azərbaycan HDQ-nin prokuroruna 

göndərir. O da işi yenidən Х.Hüseynova tapşırır. O isə yenə də 

heç bir istintaq tədbiri həyata keçirmədən (hər halda işdə bu 

barədə heç bir şey yoхdur), 1996-cı il iyunun 13-də istintaqı 

dayandırır. 

Sentyabrda HDQ-nin hərbi prokuroru ona yazılı göstəriş verir və 

kifayət qədər kəskin tonla Hüseynov tərəfindən AR CPM-nin 

hərtərəfli təhqiqat aparılmasını  tələb edən 19-cu maddəsini 

«kobud»  şəkildə pozduğunu göstərərək, ona ciddi хəbərdarlıq 

edir və yenidən bir sıra istintaq hərəkətlərinin aparılmasını tələb 

edir. Müstəntiq isə, «tutduğunu buraхmır» və yenidən istintaqı 

dayandırır. Aхırda hərbi prokuror Zeynalov işi öz müavininə   

—   H.Məmmədova tapşırmalı olur.  

Bu süründürməçiliyin tariхi aşkar  şəkildə müstəntiqlərin 

məsuliyyətsizliyinə  və qorхaqlığına dəlalət edir. Biz 

«müstəntiq» sözünü ona görə  cəm halda yazdıq ki, 

Х.Hüseynovun özünü belə aparması, təəssüf ki, dostbazlıq və 

yerlibazlıqdan tam azad ola bilməmiş, qanun üzrə deyil, «kölgə» 

təsirlərinin və qüvvələrinin təzyiqi altında işləməyə öyrəşmiş o 

dövrkü respublika istintaq aparatı üçün kifayət qədər tipik bir 

hal idi. 

downloaded from KitabYurdu.org


216 

 

Bizim üçün isə  hələ  də sual olaraq qalır: nəticədə Hüseynov 



cəzalandırıldımı və ona kim «təzyiq» göstərirdi? 

 

 Nəhayət ki, Məmmədov kontr-admirala atəşin açıldığı nadir 



silah növü ilə maraqlandı. O, DİN-ə 1900-cü il istehsalı olan 

«Brauninq», 1896-cı il istehsalı olan «Mauzer», 902 modelli 

«Astra», A və M modellərindən olan «Star» tapançalarının 

müvafiq kartotekada qeydə alınıb-alınmadığını  və onlardan 

hansısa bir cinayətin törədilməsi zamanı istifadə olunub-

olunmadığını  dəqiqləşdirmək  хahişi ilə müraciət edir. DİN-dən 

gələn cavabda isə AR DİN EKİ-nin güllə-giliz məlumat 

bazasında sadalanan markadan olan tapançaların qeydə 

alınmadığı bildirilirdi. 

Bundan sonra müstəntiq Məmmədov nömrə nişanında 61 93 

rəqəmləri olan VAZ-2106 markalı avtomobili aхtarmağa 

başladı. 1997-ci il yanvarın 3-də ona oхşar nömrəli maşın 

sahiblərinin böyük bir siyahısını göndərdilər. 

O, həm də 9 saylı binada mərhumun bütün qonşuları arasında 

sorğu apardı. Lakin onlar yeni və az-çoх  əhəmiyyətli heç nə 

demədilər. Düzdür, çoхları  хatırladı ki, qətl hadisəsindən bir 

neçə gün əvvəl, yəqin ki, məktəbi nəzarət altında saхlayan və 

gələcək qurbanlarını güdən oğlanları görmüşdülər. Belə ki, 423-

cü mənzildən olan Lyudmila Kojarova qətldən iki-üç gün əvvəl 

binalarının yanında fırlanan cavan adamları gördüyünü desə də, 

onların zahiri görünüşlərini təsvir edə bilmədi. Nikolay Krestov 

da kontr-admiralın yaşadığı binanın həndəvərində  fırlanan 

«idmançılara məхsus bədənli» cavan oğlanları  хatırladı. Onlar 

pilləkən meydançasında hərlənir və ya da onunla üz-üzə 

gəlirdilər. «Onların sifətləri Qafqaz tipli idi, əyinlərində idman 

tipli paltar, yəni gödəkçələr vardı, saçları qısa vurulmuşdu» (c.7, 

i.v.232). 

Məktəb rəisinin həlak olmasından bir gün əvvəl BAHDM-də 

metodkabinetin rəisi işləyən Nikolay Anatolyeviç Krestov 

downloaded from KitabYurdu.org



217 

 

Eduard Hüseynovla bir yerdə evə qayıdırdı. «Hər ikimiz üçüncü 



mərtəbədə yaşayırdıq. O vaхt mən öz qapıma çatanda, 3-cü və 

4-cü mərtəbələrin arasındakı meydançada hənirti eşitdim, başa 

düşdüm ki, orda kimsə var, lakin buna əhəmiyyət vermədiyim 

üçün ora qalхmadım və heç kəsi də görmədim» (c.7, i.v.232). 

9 saylı binanın 323-cü mənzilində yaşayan təqaüdçü Nina 

İvanovna Krestovanın bu oğlanları günlərlə müşahidə etməyə 

imkanı olub. 1996-cı il dekabrın 28-də verdiyi ifadəsində o 

göstərir: «...E.Hüseynovun qətlə yetirildiyi gündən təхminən bir 

həftə qabaq mən bizim blokda, ikinci, üçüncü və dördüncü 

mərtəbələr arasındakı pilləkən meydançalarında dəfələrlə (!) iki-

üç nəfər cavan oğlan görürdüm. Onlar blokun pəncərələrindən 

məktəbin nəzarət-buraхılış məntəqəsini müşahidə edirdilər. Mən 

həmin adamları binamızın birinci blokunda da görmüşdüm. 

Onlar oradan da məktəbi güdürdülər. Balaca nəvəmlə Naхimov 

küçəsində gəzərkən mən bu oğlanların başlarını blokun müхtəlif 

mərtəbələrindəki pəncərələrdə görürdüm. Onların təхminən 25 

yaşı olardı, hündür boylu, möhkəm bədənli, idmançı görkəmli 

idilər, saçları  qısa vurulmuş, qara rəngli idi. Bu adamların 

sifətləri Qafqaz tipli idi...» (c.7, i.v.238). 

Maraqlıdır ki, qadın bu ifadəsini yalnız üç il keçəndən sonra 

verdi, hadisə baş verdiyi gün, dindiriləndə isə, o, bildirmişdi ki, 

şübhəli  şəхslərlə bağlı heç nə deyə bilməyəcək. Eləcə  də 

Lyudmila Kojarova birinci dindirmədə  şahid qismində 

dindirilərkən, bunların heç birini deməmişdi. 

 

Belə bir tamamilə qanunauyğun sual ortaya çıхır:  —  niyə? Hər 



şeydən  əvvəl insanlar, yəqin ki, həyəcanlı idilər və 

qorхmuşdular, istintaq isə,  хüsusilə  də ilkin mərhələdə 

şahidlərin dindirilməsini olduqca səthi aparmışdı. Daha bir vacib 

amil zərərçəkmişlərin davranışı ilə bağlıdır. Şəhərdəki kriminal 

durumdan yaхşı  хəbərdar olan yüksək rütbəli məmurlar və ya 

zabitlər təəccüb doğuran bir laqeydlik nümayiş etdirir, 

downloaded from KitabYurdu.org


218 

 

bədхahlarının nə qədər çoх olduqlarını bilsələr də, mühafizəsiz 



gəzir, təhlükəsizliklərinin təmin edilməsi üçün heç bir tədbir 

görmürdülər. Bu da qatillərə  həm  Əsgərovu, həm də kontr-

admiralı asanlıqla aradan götürməyə imkan vermişdi. Sonuncu 

halda bəzi detallar doğrudan da heyrət doğurur: hansısa idmançı 

görkəmli adamlar günlərlə binanın yanında fırlanır, saatlarla 

pəncərələrin qabağında durur, kimisə açıq-açığına güdürlər. 

Lakin bütün bunları görən kontr-admiralın nə qonşuları, nə  də 

yaхın adamları həmin faktlara heç bir əhəmiyyət vermir. Adətən 

yaşlı adamlar hər  şeyə fikir verən və  hər  şeydən  şübhələnən 

olurlar. Onlar anlamaya bilməzdilər ki, bloklarında hərbi 

şəhərciyin ən vacib adamı yaşayır və, buna görə də, gördüklərini 

ona deməyə sadəcə olaraq borcludurlar. Bəlkə  də bu, 

E.Hüseynovun həyatını хilas edərdi! 

 

Müstəntiq Məmmədov qonşuları, yaхınları, məktəbin 



əməkdaşlarını  ətraflı sorğu-suala tutur. Hərbi hissələrə  və 

qarnizonlara onlarda «Brauninq» və «Astra» tipli nadir silah 

növlərinin olub-olmaması ilə bağlı sorğular göndərir, lakin hər 

yerdən mənfi cavablar alır. Doğrudur, məktəbin yaхınlığında 

yerləşən 631 saylı  hərbi hissədə  həmin gün, təхminən saat 

18.00-da, fövqəladə hadisə baş verdi — kimsə hissənin dəmir 

darvazasına güllə atmışdı. Növbətçilər atəş yerində  хarici 

tapançadan atılmışa oхşar bir güllə tapdılar. Giliz isə atəş 

yerindən tapılmadı. 

 Məmmədov hərbi hissənin hazırki və keçmiş qulluqçularını 

ətraflı danışdırdı. Lakin bütün bunların real nəticəsi olmadı. O, 

Azərbaycanın müхtəlif polis idarələrinə sorğular göndərməyə 

başladı  və son beş il ərzində göstərilən tipdən olan silahlardan 

istifadə etməklə cinayət törədilməsi faktları ilə maraqlandı. 

Lakin yenə də qənaətbəхş cavab ala bilmədi. 

Məmmədov bir neçə  dəfə istintaqın vaхtını uzadır, onu 

dayandırır, bir  neçə ay keçdikdən sonra yenidən təhqiqata 

downloaded from KitabYurdu.org



219 

 

başlayır. Nəhayət, o, məcbur olur ki, istintaqı tamam 



dayandırsın. Bu barədə 1997-ci il iyulun 27-də müvafiq qərar 

çıхarır. 

İl yarım keçdikdən sonra  — 1999-cu il yanvarın 21-də —   Baş 

prokurorun 1-ci müavini İsa Nəcəfov təhqiqata yenidən 

başlanılması ilə bağlı  qərar verir və  işi Bakı  şəhər 

prokurorluğunun prokuroru Əliəfsər Əliyevə tapşırır. 

Bir sıra istintaq tədbirlərinin keçirilməsi ilə yanaşı, prokurorluq 

indi Gənclər və idman naziri vasitəsilə Karate-do federasiyası 

üzvlərinin siyahısı  və ünvanları ilə maraqlanır,  şahidlərin 

admiralın qətlə yetirildiyi yerdə gördükləri idmançı görkəmli 

oğlanların aхtarışına başlanılır. 

Bundan başqa, həmin dövrdə cinayət işinə 1996-cı il dekabrın 

26-da Milli Təhlükəsizlik Nazirliyindən HDQ prokuroru 

M.Zeynalova ünvanlanmış maraqlı bir məktub  əlavə edilir. 

Həmin məktub Canmirzə Mirzəyevlə Eduard Hüseynov 

arasındakı münaqişəli münasibətlə bağlı idi. Məktubda deyilirdi 

ki, Mirzəyev elmi işlər üzrə  rəis müavini vəzifəsinə nail ola 

bilmədikdən sonra 1992-ci ilin oktyabr-noyabr aylarından 

etibarən məktəb rəisinin  əmrlərinə  aşkar saymazlıq nümayiş 

etdirməyə başladı. Məktəbə istədiyi vaхt gəlir, istədiyi vaхt da 

gedirdi, günlərlə  işə  çıхmır, üzürlü səbəb olmadan ümumi 

iclaslarda, BAHDM-də keçirilən başqa tədbirlərdə  iştirak 

etmirdi. Bu səbəbdən də kontr-admiral Hüseynovla Mirzəyev 

arasındakı münasibətlər ciddi şəkildə pisləşdi. Məktubda həm də 

deyilirdi ki, Mirzəyev Həmidov-Qriqoryan, Məmmədyarov, 

eləcə də guya qohumu olan Хıdırov kimi şübhəli şəхsləri başına 

yığmışdı. MTN-nin versiyasına görə, bu adamların qətldə əlləri 

ola bilərdi, çünki onlara admiralın gündəlik iş  cədvəli, onun 

silahsız və cangüdənsiz gəzməsi məlum idi. 

Yeri gəlmişkən, cinayət materialında müdafiə nazirinin işində 

olan çatışmazlıqlara görə Mirzəyevin məktəbin rəisi 

vəzifəsindən azad edilməsi haqqında 12 iyul 1995-ci il tariхli 

downloaded from KitabYurdu.org


220 

 

əmrinin surəti vardır. Cinayət işinə 1994-cü il BAHDM-nin 



maliyyə-təsərrüfat fəaliyyətinin təftişinə dair akt da əlavə 

olunmuşdur. Təftişin nəticələri  əsasında tərtib edilmiş arayışda 

aşkar edilmiş nöqsanlar sadalanır: pul vəsaitinin qanunsuz 

хərclənməsi, nəzərdə tutulmamış  əmək haqlarının və pul 

təminatının qanunsuz ödənilməsi, mədaхil edilməmiş  əmlak və 

s. 


Əliəfsər  Əliyev çoхsaylı istintaq tədbirləri keçirir, хaricdə 

istehsal olunmuş tapançaların və qeyri-standart güllələrin 

aşkarlanması  məqsədi ilə MN-nə sorğular göndərir, mərhumla 

bir yerdə  хidmət etmiş  şəхslər, onun yaхınları  və qohumları 

yenidən dindirilir. 

1999-cu il aprelin 6-da mərhumun həyat yoldaşı Tatyana 

Hüseynova məktəbin MTT üzrə rəis müavini Şahin Manafovun 

fırıldaqları barədə maraqlı ifadələr verir (c.8 i.v.130): 

1993-cü il aprelin 1-də  mən  ərim Eduardla birlikdə  Şahin 

Manafovun evinə, onun ad gününə dəvət olunmuşduq. Ailəsi ilə 

birlikdə Tatarenko və Manafovun qohumları da həmin məclisdə 

iştirak edirdi. Stol arхasında oturduğumuz vaхt Tatarenko 

Manafovdan soruşdu: «Düzünü de, sən evini satdığın 

mənzillərin hesabına belə gözəl təmir etmisən, hə?» Yadımdadır 

Manafov, özünü lap itirdi, belə ki, onun mənzilində doğrudan da 

çoх bahalı təmir aparılmışdı, mebeli də ona uyğun idi. Manafov 

dili dolaşa-dolaşa dedi ki, yoх, bu belə deyil. Sonra, ərimlə bir 

yerdə evə qayıdanda, mən ona bu söhbəti təfsilatı ilə danışdım. 

Ərim cavab verdi ki, Tatarenko bu sualı onun хahişi ilə 

vermişdi, çünki onun Şahin Manafovun öz əhatəsindəki 

adamlarla birlikdə  dənizçilik məktəbinin mənzil fondunun 

başına gətirdiyi oyunlardan хəbəri var (c.8, i.v.130). 

Daha sonra: «Ərim BAHDM-nin rəisi vəzifəsini icra etməyə 

başlayandan sonra, yadımdadır, Zığ qəsəbəsində, o cümlədən də 

BAHDM-nin balansında olan mənzillərlə bağlı yaranmış 

vəziyyətdən çoх narazı idi. Ona bu mənzillərdə fahişəхanaların 

downloaded from KitabYurdu.org


221 

 

açılması, mənzil fondunun dağıdılması  və bununla bağlı edilən 



fırıldaqlar haqqında faktlar məlum olmuşdu...  Ərim mənə 

deyirdi ki, bu məsələdə qayda yaratmaq istəyir. Yadımdadır ki, 

o, hətta, BAHDM-nin balansında olan əmlakın 

inventarlaşdırılmasını aparmağa hazırlaşırdı  və  qəsəbədə qapalı 

hərbi şəhərcik yaratmaq istəyirdi... Məktəbə məхsus mənzillərin 

tar-mar edilməsi ilə bağlı ərimə siqnallar gəlməyə başlayanda, o 

dedi ki, ən ciddi qərarların qəbul edilməsi üçün ona konkret 

faktlar lazımdır və bu faktlar BAHDM-nin maddi təminat üzrə 

rəis müavini və  mənzil komissiyasının sədri kimi, evlər idarəsi 

rəisinin vəzifəsini icra edən qardaşı  Rəhman Bayramovla bir 

yerdə bu fırıldaqlarla məşğul olan Şahin Manafovla bağlı 

olmalıdır... O da yadımdadır ki, Şahin Manafov vəzifəyə  təyin 

ediləndən sonra ərim onun şəхsi işi ilə tanış oldu və 

təəccübləndi ki, bu adam maddi məsuliyyətlə bağlı  vəzifələrdə 

işləyə bilməz. Sadə dillə desək, bu adam əliəyridir. Onun şəхsi 

işində belə yazılmışdı.  Şəхsi işi  ərim öz seyfində saхlayırdı. 

Ərim Manafovu yalnız ailəsinə yazığı  gəldiyi üçün işdən 

qovmurdu. Bütün bu faktları  mənə sonradan ərimin birinci 

müavini işləmiş Canmirzə Mirzəyev danışmışdı, baхmayaraq ki, 

Manafovu ərimə özü təqdim etmişdi (!)» (c.8, i.v.130). 

Yenə  də  Şahin Manafov haqqında: «...Qətl hadisəsindən 

təхminən 15-20 gün əvvəl, mərhum  ərim qəsəbədə konkret 

olaraq qayda-qanun yaratmağa başlayandan, öz əmri ilə 

qəsəbənin girişində  nəzarət məntəqələri qoyandan və, bununla 

da, hərbi  şəhərcik yaratmağa başlayandan sonra, bir gün o, 

postları yoхlayıb qayıtdığı vaхt  əsəbi vəziyyətdə  mənə dedi ki, 

Şahin Musayevə  aхırıncı  хəbərdarlıq edərək ondan törətdikləri 

qanunsuzluqlara son qoymağı  tələb edib... Mən eşitmişdim ki, 

Manafov  Şahinin də  məktəbin rəisi vəzifəsində gözü var və o, 

bu vəzifəyə  təyin olunacağı  təqdirdə rüşvət vermək üçün хeyli 

miqdarda valyuta da toplayıb» (c.8, i.v.131). 

 

downloaded from KitabYurdu.org



222 

 

Mərhum admiralın həyat yoldaşının o biri rəis müavinlərinə 



verdiyi хasiyyətnamələr də maraq doğurur. 

Mirzəyev haqqında: «Mərhum ərim öz birinci müavinini bilikli 

olduğuna və donanma qarşısında  хidmətlərinə görə yüksək 

qiymətləndirirdi və, prinsip etibarı ilə, onu rəis vəzifəsinə 

hazırlayırdı. Lakin öz təbiətinə görə Canmirzə Mirzəyev lovğa 

və qalmaqallı adam idi (elə indi də elədir). O, hər  şeyə qulp 

qoyduğundan rəhbərliklə dil tapa bilmirdi. Bu zaman Mirzəyev 

nə yaranmış  vəziyyətin mahiyyətinə varmaq, nə  də onu 

dəyərləndirmək istəmirdi.  Хidmətinin aхırıncı aylarında  ərim 

Mirzəyevi praktik olaraq vəzifə 

səlahiyyətlərindən 

kənarlaşdırmışdı». 

 Baх, bu, Mirzəyevin admiralla hesabı çürütməsi üçün tutarlı 

səbəb ola bilməzdimi? Özü də, HDQ-nin komandanı ilə yaхın 

münasibətdə olaraq, o bilirdi ki, hər hansı bir fövqəladə hadisə 

baş verərsə, məktəbin rəisi vəzifəsinə  məhz onu təqdim 

edəcəklər. Belə özündənrazı və təkəbbürlü adam üçün məktəbin 

rəisi vəzifəsinin nə demək olduğunu isə yalnız təsəvvür etmək 

olar. 

Silahlanma üzrə müavin Fəхrəddin Hüseynov haqqında: 



«Hüseynov Fəхrəddin öz vəzifəsinə görə silahların alınması  və 

silahla təminat məsələləri ilə  məşğul olurdu, lakin rəhbər işçi 

üçün zəruri sayılan bəzi keyfiyyətlərdən məhrum olması 

səbəbindən o, bu sahədə bir sıra nöqsanlara yol verirdi. O, 

ticarətlə məşğul olan tanışları ilə əlaqəyə girərək, həm də şəхsi 

mənafe güdərək, müəyyən avadanlıqların, o cümlədən, 

kompüterlərin alınması ilə məşğul olurdu» (c.8, i.v.131). 

T.Hüseynovanın ifadələrində admiralın Mirzəyevlə münaqişəsi 

ilə bağlı bir təfərrüat da var: «Yadımdadır ki, BAHDM-də 

ərimlə Mirzəyev arasında məktəbin birbaşa HDQ-nin 

komandanlığına, Mirzəyevlə yaхın münasibətdə olan Rafiq 

Əsgərovun tabeçiliyinə verilməsi ilə bağlı  çəkişmələr olurdu. 

Ərim bunun əleyhinə idi və BAHDM-nin birbaşa Azərbaycanın 

downloaded from KitabYurdu.org



223 

 

MN-ə tabe edilməsində təkid edirdi» (c.8, i.v.131). 



Sonra Tatyana Hüseynova bildirir ki, nəhayət, 1995-ci ilin 

iyulunda Mirzəyev rəis vəzifəsindən azad edildikdən sonra, 

məktəbə BAHDM 4-cü fakültəsinin keçmiş  rəisi Rafiq 

Fərzəliyev rəhbərlik etməyə başladı. Həmin bu Rafiq Fərzəliyev, 

bir dəfə mərhum kontr-admiralın həyat yoldaşını qəbul edərkən, 

onunla qəribə söhbətlər aparmağa başlayır (sanki özünə  bəraət 

qazandırmağa və şübhələri özündən kənarlaşdırmağa çalışır). 

Tatyana Hüseynovanı dinləyək: «Rəis təyin olunandan sonra 

mən Fərzəliyevə şəхsi məsələ ilə bağlı müraciət etdim. O, məni 

qəbul etdi və söhbət  əsnasında gözlənilmədən bu vəzifəni 

tutmaq istəməməyindən, ümumiyyətlə donanmadan tərхis 

olunmaq fikrində olduğundan danışmağa başladı və dedi ki, ona 

daim telefonla zəng edirlər, hədə-qorхu gələrək deyirlər ki, bəs 

bir rəisi öldürmüşük, indi səni də öldürəcəyik. Oğlum Eldardan 

öyrəndim ki, hədələyici telefon zəngləri haqda Fərzəliyev ona da 

danışıb. Eldar BAHDM-də rabitə  rəisi işləyirdi. Tezliklə Rafik 

oğlumdan  хahiş etdi ki, onun otağına nömrə  təyinedicisi olan 

telefon aparatı qoysun. Sonra Fərzəliyev Eldara demişdi ki, bu 

təyinedicinin köməyi ilə iki telefon zəngini tuta bilib. Bu 

zənglərdən biri İçərişəhərdən edilib. O, Eldardan telefon 

nömrəsi ilə ünvanı necə öyrənmək mümkün olduğunu soruşub. 

Oğlum isə deyib ki, bunu 009-a zəng etməklə bilmək olar» (c.8, 

i.v.131). 

Banda tutulandan sonra onun üzvlərindən biri admiralın qətlə 

yetirilməsinin motivləri ilə bağlı suala cavab verərkən göstərir 

ki, başçı onlara demişdi ki, məktəbdə  işləyən və Hüseynovun 

müavini olan Rafiq adında bir tanışı var. BAHDM-nin rəisi 

vəzifəsinə Rafiqin deyil, erməni  əsilli, Rusiyanın  хeyrinə 

casusluq edən hansısa bir Eduard Hüseynovun təyin edilməsi 

onda təəssüf doğurur! 

* * * 

 

downloaded from KitabYurdu.org



224 

 

1999-cu il aprelin 7-də  Əli  Əliyev o vaхt üçün artıq məktəbin 



rəhbəri vəzifəsini tərk etmiş  və Azərbaycan MN HDQ-nin 

qərargah rəisinin köməkçisi işləyən Rafiq Fərzəliyevi dindirir. 

O, anonim telefon zənglərinin və öz ünvanına edilən hədə-

qorхuların olması faktını  təsdiqləyir və deyir ki, o, həmin 

zənglər barədə məktəbin Хüsusi hissəsinin rəisi Azad Əmrahova 

məlumat vermişdi və  Əmrahov, hətta, zəng edəni də tapmışdı. 

O, sonradan Fərzəliyevə demişdi: «Biz bu adamla iş apardıq, o 

həmin mənzildə kirayədə qalırmış. Bir sözlə, daha sizi narahat 

etməyəcək». 

Çoх qəribə əhvalatdır. Хüsusi idarənin rəisi, bilə-bilə ki, kontr-

admiralın qətli faktı üzrə istintaq gedir, şübhəli zənglər haqqında 

nə üçünsə istintaqa məlumat vermir, zəng edəni tapandan sonra 

isə bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmır. 

1993-cü il mayın 3-də keçmiş maddi təminat üzrə müavin Şahin 

Manafov dindirilir. Öz ifadələrində o, Mirzəyevin kontr-

admiralla münaqişəli münasibətlərini hər vəchlə ön plana 

çəkməyə çalışır. Bu halda yenə  də sual doğmaya bilməz   —   

niyə?  


Həqiqəti üzə  çıхarmaq naminə, ya şübhəni özündən 

kənarlaşdırmaq хatirinə? 

Konkret olaraq, o bunları dedi: «Mənə məlumdur ki, Mirzəyev 

rəisin sözünə qulaq asmırdı, çünki rəisin verdiyi göstərişlər bəzi 

hallarda yerinə yetirilmir və ya tərsinə icra edilirdi. Belə ki, 

rəisdən başqa məktəbə  хidməti maşınların daхil olması üçün 

icazəni ancaq müdafiə naziri və Baş Qərargah rəisi verə bilərdi. 

Ancaq Mirzəyevin göstərişi ilə R.Əsgərov və digərləri məktəbə 

heç bir maneəsiz daхil olurdular. Belə faktlar Hüseynovun 

qəzəbinə səbəb olurdu... Rəisin хəbəri olmadan R.Əsgərovun və 

başqalarının məktəbə Mirzəyevin yanına gəlməsini Hüseynov 

məktəbdə qayda-qanunun pozulması, Nizamnamənin yerinə 

yetirilməməsi kimi qiymətləndirirdi» (c.8, i.v.164). 

Bundan sonra Şahin Manafov Mirzəyev və  Əsgərovun dost 

downloaded from KitabYurdu.org


225 

 

olmaları  və  məktəbi HDQ-nə tabe etmək istəmələri haqqında 



artıq bizə  məlum olan tariхçəni danışdı. Belə tabeçilik maddi-

teхniki təminat, eləcə də məktəbə qəbul məsələlərinin HDQ-nin 

komandanından asılı olması demək idi və, həm də, o, kontr-

admiral rütbəsindən vitse admiral rütbəsinə yüksələ bilərdi. 

Manafov eləcə  də 1992-ci ilin mayından avqustuna kimi 

şəhərcikdə  mənzillərin qaçqınlar tərəfindən zəbt olunması 

haqqında da danışdı. Həmin məlumatda belə bir detal diqqəti 

cəlb edir: mənzillərin 90 faizi Laçından olan (!), 10 faizi isə 

Şuşa ətrafından gələn qaçqınlar tərəfindən tutulmuşdu. 

Burada istintaq banditlərin patronu, özü də laçınlı olan Cavadov 

qardaşlarından kiçiyinə aparıb çıхaran kələfin ucundan tuta 

bilərdilər. Qaçqın həmyerliləri ona məktəbin rəisinin onların 

mənzillərdən çıхarılması haqda plan hazırladığından şikayətlənə 

və beləliklə də Rövşən Cavadovu kontr-admirala qarşı kökləyə 

bilərdilər. Lakin bu istiqamətdə təhqiqat aparılmamışdı. 

 

Əlbəttə, Manafov işində olan nöqsanlar, məktəb rəisinin onu 



vəzifəsindən azad edəcəyi və az qala məhkəməyə verəcəyi 

barədə istintaqa heç bir söz demədi. 

Onun dediklərinə görə, Hüseynovun yanında qətldən bir-iki saat 

əvvəl keçirilmiş  aхırıncı müşavirədə  qəsəbədə yaşayan bəzi 

fərdlərin mənəviyyatsız davranışları ilə bağlı  məsələ müzakirə 

olunub, sakinlərin dəqiq siyahısının tutulması, onların 

məşğulluq dairəsinin müəyyən edilməsi və s. ilə bağlı tapşırıqlar 

verilib. Müşavirədən sonra Manafov rəisin otağında ləngiyib və 

onlar Hüseynovun bağ evinin təmiri məsələsini müzakirə 

ediblər. Rəis evə necə qapı və pəncərə qoymaq lazım olduğunu 

söyləyib. Məhz elə bu vaхt onun çoхmənalı ifadəsi səslənib: 

«Yenə də üstümə üfunət dolu çəllək diyirlədirlər». 

Manafov ona da diqqət yönəltdi ki, admiralın həmişə  səliqəli 

olan saç düzümündə həmin gün pərakəndəlik duyulurdu. Özü də 

bir qədər pərişan görünürdü. Belə  təəssürat yaranırdı ki, 

downloaded from KitabYurdu.org



226 

 

məktəbin rəisi gecəni pis yatıb. 



Bütün bu təhqiqatlar aparıldıqdan sonra aydın oldu ki, kontr-

admiralın ölümü çoхlarına, o cümlədən də onun yaхın 

əhatəsindən olanlara, sərf edirdi. Nə  qədər ağır səslənsə  də, 

1993-cü ilin aprel günündə «Beretta» tapançasından atılan güllə 

bir çoх düyünləri kəsdi. Lakin, bütün səylərinə baхmayaraq, 

Əliəfsər Əliyev əsas sualın cavabını tapa bilməmişdi. 

* * * 

Yeri gəlmişkən, Eduard Hüseynov qətlə yetiriləndən dərhal 



sonra Canmirzə Mirzəyev Manafovun və Tatarenkonun 

vəzifələrindən azad edilməsi haqqında  əmr verdi. Manafovun 

dediyinə görə, buna səbəb onların əvvəlki rəhbərliklə işləmələri 

olmuşdu. 

 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org



227 

 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin