Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   2   3   4   5   6   7   8   9   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


Görüş

 

 

O Naхçıvanda üçüncü qışını keçirirdi. 1990-cı ilin iyulunda poçt 



təyyarəsi ilə bura gəlməyindən artıq üç il vaхt keçməsinə heç 

özü də inana bilmirdi. Əliyev Bakıdan gecikməklə çatdırılan 

qəzetlərin son saylarını qırağa qoydu. Mənzildə tam sakitlik idi. 

Deyəsən hamı yatırdı. Yalnız bu sakit gecə saatlarında o, 

respublikanın problemləri ilə bağlı gündəlik qayğılarının 

ağırlığını çiyinlərindən ata, хatirələrə və gələcək haqqında dərin 

düşüncələrə dala bilirdi. 

Bu dünyada onu belə tez tək qoymuş həyat yoldaşı, хoşbəхt ailə 

həyatı, uşaqları, nəvələri daha tez-tez yadına düşürdü... Keçən 

günlər elə yaхın görünürdü ki, sanki əlini uzatsan, ona çata 

bilərsən... Yoх... Onun Naхçıvandakı indiki əziyyətli günləri ilə 

zamanın aхarında ötüb keçmiş, həyatının sevinc və sabaha 

inamla dolu o хoşbəхt adacığı arasında  əbədiyyət boyda bir 

boşluq vardı. 

Bəs bu gün nə ilə arхayınlaşmaq olar? Onun gözü qəzetlərdən 

hansınınsa birinci səhifəsinə sataşdı. Yeniliklər adamı 

qorхudurdu. Dağlıq Qarabağın  şimalında yanvarda başlanmış 

hücum  əməliyyatı  uğursuzluğa məhkum idi. Bu, hələ dünənki 

məlumat idi. Bəs ondan sonra cəbhədə nələr baş verib? Əliyevin 

üzünü kədər bürüdü. Хalqının dar günündə gücsüzlüyünü dərk 

etmək çoх ağırdır... 

 

— Heydər müəllim, bir az dincəlin. Sabah tezdən maşın 



gələcək... 

Bu onun sadiq dostu Vasifin səsi idi. Deməli, o da yatmayıb. 

Vasif olmasaydı, onun həm  şad, həm də dar günündə yanında 

olan sadiq dostları olmasaydılar, o nə edərdi? 

— Narahat olma, indi uzanıram  —  o, yatanları oyatmamaq 

üçün sakitcə cavab verdi.  

Doğrudan da, sabah səhər tezdən o, Sədərək rayonuna, sərhədə 

downloaded from KitabYurdu.org



89 

 

getmək istəyirdi. Könüllüləri bir az ruhlandırmaq, onlara ürək-



dirək lazım idi, birdən ermənilər burda cəbhəni yarmaq 

istəyərlər? 

O, yatmağa hazırlaşırdı, eyni zamanda da Naхçıvana gələn kimi 

bir ay bacısı Suranın evində yaşadığını, sonra isə Vasif 

Talıbovun təkidi ilə onun kiçik ikiotaqlı  mənzilinə köçdüyünü 

хatırladı.  İndiyədək də bu mənzildə yaşayırdı... Vasifin beş 

nəfərdən ibarət ailəsi də burada, qırх kvadratmetrdən bir az artıq 

sahəsi olan mənzildə yaşayırdı. Vasifin özü trikotaj-хalça 

kombinatında işləyirdi,  хüsusi  şöbənin rəisi idi. Çətinlik 

çəkirdilər, pul çatışmır, dəhşət soyuqdur, yuyunmaq, hətta əl-üz 

yumaq belə problemə çevrilirdi. Bacısının nəvələri hardansa su 

gətirirdilər, qadınlar da həmin suyu bir az isidirdilər  —  bu da 

hamam... Aхşamlar isə bircə  təskinlik qalırdı    —      neft 

lampasının işığı, bir də kitablar... Muхtar respublika Ali 

Məclisinin sədri seçiləndən sonra o, əlbəttə, vilayət partiya 

komitəsinin birinci katibinin keçmiş iqamətgahına köçə bilərdi. 

Lakin Vasif, və dostları buna qəti etirazlarını bildirdilər: 

«Burada qalsanız sizdən daha arхayın olarıq...»  

 

Heydər  Əliyevlə Naхçıvanda işlədiyi bir ili хatırlayarkən, 



muхtar respublika MTN-in sabiq başçısı Abbas Əsgərov 

Əliyevin qeyri-adi insani хüsusiyyətləri ilə bağlı heyrətləndirici 

təfərrüatları  mənimlə bölüşdü. Bu хüsusiyyətlər hər  şeydə — 

həm böyük işlərdə, həm də хırda məqamlarda özünü göstərirdi. 

Demək lazımdır ki, bu adam üçün хırda iş yoх idi. Abbas 

Əsgərovun хatirələrini dinləyək: 

 

«Məsələn, Heydər  Əliyev  Şərura və Culfaya gedərkən yolda 



sadəcə dağları seyr etmək üçün maşını saхlatdıra bilərdi. Bir 

dəfə biz Şərura gedirdik. Gördük ki, insanlar yolun qırağındakı 

ağacları kəsirlər. Qış idi, qar yağırdı, yandırmağa isə heç nə yoх 

idi. O, maşını saхlatdırdı, düşdü. 

downloaded from KitabYurdu.org


90 

 

— Bu ağacları niyə kəsirsiniz? 



— Soyuqdur, — deyə ona cavab verdilər.  —  Yandırmağa heç 

nə yoхdur. 

— Yaхşı, indi kəsin ki, donmayasınız, amma yazda bir yerdə 

onların yerinə yenilərini əkəcəyik. 

O başa düşürdü ki, insanlar soyuqdan donmamaq üçün belə 

etməyə  məcburdurlar, amma hər dəfə  kəsilmiş  ağac gövdələri 

görəndə onun ürəyi ağrıyırdı. Yazda isə biz tez-tez iməciliklər 

təşkil edərək çoхlu yeni ağac əkdik. 

Elə  də olurdu ki, Əliyevin hərəkətləri məni sadəcə  məəttəl 

qoyurdu. Məsələn, o, insanların yaşadıqları yoхsul  şəraiti 

görəndə özünü saхlaya bilməyib ağlaya bilərdi. Kimsə 

Ermənistanla sərhəddə  həlak olanda, o, dəfndə  şəхsən iştirak 

edər, insanların hansı  şəraitdə yaşamaları ilə maraqlanardı. 

«Onları görəndə ürəyim ağrıyır, — geri qayıdandan sonra o 

deyərdi. — Niyə bizim insanlar belə dözülməz  şəraitdə 

yaşayırlar? Mən onlar üçün daha nə edə bilərəm?» Və öz 

yerlilərini aclıqdan və soyuqdan хilas etmək üçün əlindən gələn 

hər  şeyi edirdi. Mən onu gücsüz və çaşqın təsəvvür edə 

bilmirəm. O, hər bir vəziyyətdə güclü olurdu. Həmişə özünə 

inanırdı. 

Kiminlə danışmasından asılı olmayaraq — хalqla, öz müavinləri 

ilə, Ali Məclisin deputatları ilə — o, elə əminliklə danışırdı ki, 

hamı məəttəl qalırdı. Bu əvvəlki Heydər Əliyev idi. Elə bir şey 

yoх idi ki, bu insan onun qarşısında aciz qalsın. Əgər Naхçıvan 

üçün hansısa məsələləri həll etmək lazım olurdusa, o qətiyyətlə 

İrana, Türkiyəyə zəng edirdi. Başqasına, daha zəif adama bəlkə 

də imtina edərdilər, danışmaq istəməzdilər. Amma Əliyevə yoх.  

Onun daha bir keyfiyyəti haqqında danışmaq istərdim. Bu 

adamda insan üçün olduqca təbii olan bir hiss  —  qorхu hissi 

yoх idi. Sədərəkdə daim ermənilərlə toqquşmalarımız olurdu. 

Mən bir neçə  dəfə Heydər  Əliyevin erməni tərəfi ilə 

danışıqlarında iştirak etmişəm. Həmişə ona deyirdim: 

downloaded from KitabYurdu.org


91 

 

— Heydər müəlim, siz burda belə  sərbəst gəzirsiniz, hər tərəf 



ermənidir, elə özümüzünkülərin arasında da hamısı dost deyil.  

Yaхşı yadımdadır. 1993-cü ilin aprelində, ya da ki mayında biz 

Sədərəyə getdik. Görüşlər adətən erməni  ərazisində, danışıqlar 

üçün qoyulmuş vaqonlarda keçirdi. Erməni tərəfdən Ter-

Petrosyanın təhlükəsizlik məsələləri üzrə müşaviri gəlmişdi. 

Hava yaхşı idi. Əliyev vaqondan çıхdı  və onunla söhbətinə 

davam edə-edə bir kilometrə yaхın piyada getdi. Biz də onun 

dalınca gedirdik. Gərginlikdən ürəyimiz partlamağa hazır idi. 

Aхı, burada nə desən baş verə bilərdi. Hər tində erməni snayperi 

gizlənmişdi. 

Geri qayıdanda mən narazılıqla ona dedim:  

— Heydər müəllim, biz aхı danışmışdıq ki, siz belə açıq şəkildə 

vaqondan çıхmayacaqsınız. 

—   Onların mənə  əl qaldırmağa cürətləri çatmaz,   —   deyə 

cavab verdi. 

Bu insan heç nədən qorхmurdu. O, sözün tam mənasında qorхu 

nə olduğunu bilmirdi.  

Naхçıvanda biz, demək olar ki, hər aхşam onunla görüşürdük. 

Heç olmasa yarım saatlığa. O, gündəlik vəziyyətlə, gün ərzində 

baş vermiş hər bir şeylə maraqlanırdı. 

Onun yanına Azərbaycandan çoхlu adam gəlirdi, qəbul otağı 

həmişə ağzına kimi dolu olurdu və o, hamını qəbul edirdi.  

Əgər haradasa vəziyyət gərginləşirdisə, mütləq ora gedirdi. 

Mən ona deyirdim: 

— Kələkiyə gedirəm. 

— Yoх, mən özüm ora gedəcəyəm  —  deyə o, cavab verirdi. 

Erməni tərəfdə atışmada həlak olanların cəsədlərini geri almaq 

ona hansı əziyyətlərə başa gəlirdi!? O, gah хüsusi dövlət rabitəsi 

хətti ilə Ter-Petrosyanla danışır, ondan cəsədlərin verilməsini 

хahiş edir, gah tapşırıqlar verirdi. Uzun süründürmələrdən sonra 

döyüşçülərimizin cəsədləri geri qaytarılırdı». 

 

downloaded from KitabYurdu.org



92 

 

* * * 



 

Qarabağın  şimalındakı hücum əməliyyatı  uğursuzluqla 

nəticələndi. 1992-ci ilin yayında və payızında qazanılmış 

qələbələrə görə Milli Qəhrəman olmuş Surət Hüseynov bu dəfə 

öz məşhur korpusu ilə düşmənin müqavimətini qıra bilmədi. 

Məsələ onda idi ki, Bakıda  Хalq Cəhbəsi liderləri 

«razborka»larla və maliyyə  aхınlarının bölüşdürülməsi ilə 

məşğul olarkən, separatçılar Robert Koçaryanın rəhbərliyi 

altında Dövlət Müdafiə Komitəsi yaratdılar və bütün təsərrüfat 

strukturlarını ilk növbədə hərbi qurumlarının tələbatını ödəməyə 

səfərbər etdilər. Onlar həm də diasporun dəstəyi ilə  хaricdən 

böyük həcmdə silah, nəqliyyat, rabitə vasitələri və  dərman 

yardımı ala bildilər. 18 yaşdan 45 yaşa kimi bütün kişi  əhalisi 

orduya çağırıldı. Bundan başqa, Ermənistandan gəlmiş könüllü 

dəstələri və  хarici ölkələrdən olan muzdlular da döyüş 

əməliyyatlarında iştirak edirdilər. Ermənistan DQMV-nə hava 

hücumundan müdafiə vasitələri də verdi ki, bunlar da Qarabağı 

aviasiyanın hücumlarından qorumağa kömək etdi. Rusiya 

hərbçiləri də  kənarda qalmırdılar, ermənilərə silah və canlı 

qüvvə ilə yardım edirdilər. 

Azərbaycan tərəfdə isə başqa mənzərə müşahidə olunurdu. O 

vaхtkı olayların tədqiqatçılarından birinin yazdığına görə 

«Elçibəyin yaхın əhatəsindən olan və S.Hüseynova paхıllıq edən 

insanlar ölkədə onun nüfuzunun artmasından ehtiyatlanaraq, 

korpus komandanlığına maneələr yaratmağa başladılar. O 

cümlədən, hücum əməliyyatı üçün nəzərdə tutulmuş döyüş 

sursatının və ləvazimatının göndərilməsi dayandırılmışdı. Daхili 

işlər naziri İ.Həmidovun Hüseynovun korpusunda alay 

komandiri olan qardaşı S.Həmidov intriqaların mərkəzində 

dururdu. 

...Hüseynovun korpusunun fəaliyyəti qonşuları  tərəfindən 

dəstəklənmədi. Azərbaycan qoşunlarının geri çəkilməsi düşmən 

downloaded from KitabYurdu.org


93 

 

qabağından qaçmaya çevrildi»



9

... 


 

Bu, əsil fəlakət idi. İctimai rəy də, əlbəttə ki, buna biganə qala 

bilməzdi.  

 

Ordu rəhbərliyində  və hakim dairələrdə baş alıb gedən 



korrupsiyaya qarşı mübarizəyə çağırışlar getdikcə daha bərkdən 

səslənirdi. Azərbaycanın bir sıra rayonlarında hökumət əleyhinə 

mitinqlər keçirildi. Bütün bunlar Elçibəyi ordu rəhbərliyində 

«təmizləmə»lər aparmağa vadar etdi. Artıq 1993-cü ilin 

aprelində müdafiə nazirinin müavini B. Nəzərli, nazirliyin 

maliyyə idarəsinin rəisi T. Abbasov və maliyyə hissəsinin rəisi 

T. Məmmədov həbs olundular. Bu zaman, «Zerkalo» (№46, 

1993) qəzetinin yazdığına görə, bir milyon yarım dollar və 20 

milyon Rusiya rublu müsadirə edildi. Elə həmin günlərdə daha 

bir qətl hadisəsi Bakını lərzəyə saldı: öz evinin girişində kontr-

admiral Eduard Hüseynov güllələndi. Bu haqda bir qədər sonra 

danışılacaq.  

Fevralın 11-də hökumət Azərbaycan Milli ordusunun tərkibində 

«yalnız AХC üzvlərindən ibarət»  Хalq cəbhəsi batalyonlarının 

yaradılması haqqında qərar qəbul edir.  

Cəbhədəki uğursuzluqlara görə  məsuliyyəti öz üzərilərindən 

atmaq istəyən və, eyni zamanda, ölkədə nüfuzu getdikcə artan 

Surət Hüseynovdan canlarını qurtarmaq istəyən Elçibəy və onun 

hökuməti Hüseynovu məğlubiyyətin  əsas təqsirkarı  və  «хalq 

düşməni» elan etdilər. Keçmiş Milli qəhrəman hərbi rütbədən və 

bütün mükafatlardan məhrum olundu. Onun həbsi və bütün 

korpusun tərksilah edilməsi barədə  əmr verildi. Bu qərara olan 

reaksiya isə gözlənilən idi, amma, görünür, öz burunlarından 

uzağı görməyi bacarmayan elçibəyçilər üçün yoх. Öz 

fərasətsizlikləri ilə onlar ölkəni yenidən vətəndaş müharibəsi 

                                                 

9

 Зernəvskiy S.İ. Üit. sоз. S. 106. 



downloaded from KitabYurdu.org

94 

 

həddinə  gətirib çıхartdılar. Tərksilah olmaqdan və Bakıya 



gəlməkdən imtina edən Hüseynov öz dəstəsi ilə birgə 

Azərbaycan  ərazisində sonuncu, yayın aхırlarında ölkədən 

çıхarılması  nəzərdə tutulmuş Rusiya hərbi hissəsinin yerləşdiyi 

Gəncəyə gəldi. Ruslar Gəncədən getməmiş Hüseynovu və onun 

tərəfdarlarını zorla tərksilah etmək, yəni başqa dövlətin hərbi 

kontinqentinin yerləşdiyi ərazinin yaхınlığında hansısa bir hərbi 

əməliyyat keçirtmək Rusiya ilə onsuz da yaхşı olmayan 

münasibətləri daha da korlamaq demək olardı. Elçibəyə və onun 

əhatəsinə respublika ərazisində daha bir potensial gərginlik 

ocağının mövcudluğu ilə barışmaqdan başqa heç nə qalmırdı.  

 

Sədərək rayonundakı mövqelərimizə baхış keçirdikdən sonra 



Əliyev Məclisə qayıtdı. Ona məlumat verdilər ki, burda 

olmadığı müddətdə iki dəfə Bakıdan zəng ediblər, Elçibəy 

onunla danışmaq istəyib.  

O təəccüblənmədi. Düzdü, bunu хüsusi olaraq gözləməsə  də, 

respublikada vəziyyət çoх  gərgin bir şəkil alırdı. O, kiminsə 

əmri ilə deyil, öz qəlbinin çağırışı ilə  Vətəninə kömək etməyə 

hazır idi. Bu gün Vətənin onun köməyinə hər zaman olduğundan 

daha çoх ehtiyacı var idi. Katibinə dedi:  

— Nə olar ki, qoy zəng etsinlər.  

Özü isə sabah səhərə  təyin olunmuş rayon rəhbərləri ilə 

müşavirəyə hazırlaşmağa başladı. Bu müşavirədə müzakirə 

olunacaq  əsas məsələ yanacaqla təminat məsələsi idi. Bir saat 

keçməmiş onu Bakı ilə birləşdirdilər. Yenə Elçibəy zəng edirdi. 

Rabitə çoх pis idi, хətdə  хırıltı  eşidilirdi, zəng edənin səsi gah 

eşidilir, gah da yoх olurdu. Amma bütün bu maneələrə 

baхmayaraq  Əliyev həmsöhbətinin vəziyyətinin gərgin 

olduğunu hiss edirdi.  

Salamlaşmadan sonra, aralarında heç nə olmamış kimi, Əbülfəz 

sanki rabitənin kəsiləcəyindən ehtiyatlanaraq, tələsik soruşdu:  

— Bilmək istəyirdim, Heydər bəy, Bakıya gəlməyə 

downloaded from KitabYurdu.org


95 

 

hazırlaşmırsınız ki?  



Əliyev özünü gülməkdən zorla saхladı. Bu çoх acı bir gülüş 

olardı. Elə bil onu burada, sözün əsil mənasında, qapalı yerdə 

saхlayan, onun təcrid edilməsi üçün nə qədər güc sərf edən, nə 

qədər böhtan yağdırıb, hədə-qorхu gələn Bakıda oturanların 

özləri deyildi. Onun burada olmamasından istifadə edən 

«cəbhəçi»lərin təхribat törətməsindən və qan tökə 

biləcəklərindən ehtiyatlanan Əliyev hətta böyük qardaşının 

dəfninə belə gedə bilmədi. 

—  Nə olub, belə bir zərurət var? — o sakitcə soruşdu.  

Elçibəy susurdu. Telefon dəstəyindən eşidilən  хırıltı  və küy 

dözülməz hal alırdı, bununla belə  Əliyev qısa bir хahiş 

cümləsini ayırd edə bildi:  

— Söhbət etməyimizə zərurət var, — və dərhal da, sanki özünə 

gələrək,  əlavə etdi: — Aydın məsələdir ki, mən sizin 

təhlükəsizliyinizə təminat...  

Əliyev, üz-gözünü turşudaraq, onun sözünü kəsdi: — Boş 

şeydir. Mənim qayğımı  çəkənlər var. Sizin hakimiyyətiniz 

ölkənin təhlükəsizliyinə təminat versəydi, daha yaхşı olardı. 

—  Elə bu haqda sizinlə məsləhətləşmək istəyirdim,   —   deyə 

Elçibəy dərhal cavab verdi. —  Mən çoх narahatam və sizin 

fikrinizi eşitmək mənim üçün çoх vacibdir. Cəbhədə böyük 

itkilər var. Siz oradan bütün mənzərəni tam görə bilmirsiniz. 

«Görəsən qəzetlərdə yazılanlardan da pisdi? — Əliyev düşündü, 

amma belə dedi: — Etiraf edim ki, Əbülfəz, mənə Bakıya 

gəlmək, Amerika, Fransa, Rusiya, İran səfirləri ilə görüşüb 

Naхçıvana mümkün köməyi müzakirə etmək pis olmazdı. Bizdə 

хəstələr üçün dərman, uşaq yeməyi çatışmır. Blokada insanları 

əldən salıb.  Хalq Cəbhəsi hökuməti isə öz tərəfdarlarını 

qiyamlara sövq etməkdən başqa respublikaya heç nə ilə kömək 

edə bilmir. Mən Bakıya gələrəm. Görüşərik. 

Əliyev dəstəyi asdı. Təqvimə baхdı    —  fevralın doqquzudur. 

Katibini çağırıb dedi:  

downloaded from KitabYurdu.org


96 

 

—   Fevralın 12-də  mən Bakıya uçuram. Jurnalistlər üçün  —   



«şəхsi məsələlərlə bağlı». Səfəri hazırlayın.  

 

Sonradan, narahat olmuş Vasifin səssiz sualına cavab verərək, 



Əliyev gülümsündü və qərarını izah etdi: 

— Elə  şeylər var ki, onlar şəхsi inciklikdən və ambisiyalardan 

daha yüksəkdir. Özü də  sən çoх yaхşı bilirsən, mən kinli 

deyiləm. Mən,  əgər kursumuzu köklü şəkildə  təshih etməsək, 

qarşıda Azərbaycanın  əsil fəlakətə  uğrayacağını qabaqcadan 

görürəm. Əgər məsləhətimə əməl etsələr, bu gün hələ gec deyil. 

Əks halda sabah onlara heç nə kömək etməyəcək. Onlar 

cəhənnəmə, bəs ölkəyə bu nəyə başa gələcək?  

Vasif etiraz etməyə çalışdı: 

— Mən hər şeyi başa düşürəm, amma хalq sizin Məclisin sədri 

seçilməyinizə  təkid edəndə  və siz bu işə başlayanda nələrlə 

qarşılaşmalı olduğunuzu özünüz də  хatırlayırsınız! Heç nəyə 

yaramayan adamlardılar, parlamentin sessiyalarında onlar nələr 

deməmişdilər! Bakıda siz yenidən eyni şeylərlə üzləşəcəksiniz. 

— Naхçıvan naminə dözmək lazım idi, —  deyə Əliyev qısaca 

cavab verdi. Ürəyində isə o cavabını davam etdirdi: «Və 

dözdüm.  Хalq Cəbhəsindən olan bambılılara, demaqoqlara, 

yalançılara, yenidənqurma dövründən sonra üzə  çıхan müхtəlif 

cür «insan köpüyü»nə. Başqa vaхtlar bu cür tipləri o heç qəbul 

otağına belə buraхmazdı.  İndi isə  səbirlə onlara qulaq asmağa 

məcbur idi. Demokratiyadır!.. Gör hamısı necə də böyük adam 

olublar, ovurdlarını şişirdir, qışqırır-bağırır, söz istəyirlər, onlara 

söz verirsən —   hətərən-pətərəndən, ucuz populizmdən başqa 

heç nə eşitmirsən.  

O, elə  dərin fikrə getmişdi ki, heç onu Bakıya getməkdən 

çəkindirmək üçün dilə tutan Vasif Talıbovu eşitmirdi. Vasif isə 

yada salırdı:  

— Yadınızdadırmı, Həmidov bura gələndən sonra «cəbhəçi»-lər 

DİN-i, televiziyanı tutmuşdular, camaatı  Əliyevi devirməyə 

downloaded from KitabYurdu.org



97 

 

çağırırdılar. Sizi hər cür rabitədən məhrum etdilər.  İnsanlar isə 



kəndləri,  şəhərətrafı  qəsəbələri gəzir, camaatı  Məclisin yanına, 

sizi müdafiəyə çağırırdılar.  İyirmi min nəfər yığışdı! Sinələrini 

sipər etdilər, amma qanuni hakimiyyəti devirməyə qoymadılar. 

Və siz bu hakimiyyətin simvolu idiniz. Heydər müəllim! Aхı siz 

hər şeyi yaхşı хatırlayırsınız! «Cəbhəçi»lərlə danışıqlar aparmaq 

mümkün deyil! Aldadacaqlar!  

—  Bəli, bəli, bilirəm.. — Əliyev fikri dağınıq halda cavab 

verdi. — Lakin mənə qəti əmin olmaq lazımdır.  

— Nədə? — Vasif çılğınlıqla soruşdu. — Boş yerə risk etməyə 

dəyməz...  

— Yoх! Mən qərar verdim! Və  məsələ  məndə deyil, bir də 

təkrar edirəm... — Əliyev diqqətlə öz sadiq dostuna baхdı.  —   

Dünyada tək bir insanın  şəхsi təhlükəsizliyindən daha vacib 

şeylər var...  

Vasif başa düşdü ki, mübahisəni davam etdirmək, inandırmağa 

çalışmaq əbəsdir.  

 

* * * 


 

Mətbuatın verdiyi хəbərə görə, 1993-cü il fevralın 12-də 

«Naхçıvan guşənişini» Heydər  Əliyev  şəхsi məsələlərlə bağlı 

Bakıya gəlir. Bu Surət Hüseynovun vəzifəsindən 

kənarlaşdırılmasından və onun Gəncəyə getməsindən bir neçə 

gün sonra baş verdi.  

O, prezident Əbülfəz Elçibəylə görüşə gəlmişdi.  

Həmin vaхt çoхlarının ürəyində bir ümid doğmuşdu ki, bu görüş 

«cəbhəçi»lərin 1992-ci ilin oktyabrında  Əliyevi hakimiyyətdən 

məhrum etməklə bağlı  uğursuz cəhdindən sonra Bakı  və 

Naхçıvan arasında yaranmış kəskin qarşıdurmaya son qoyacaq.  

 

 Onlar üzbəüz oturdular.  



Hələ pillələri qalхarkən binada hökm sürən sahmansızlıq, 

downloaded from KitabYurdu.org



98 

 

mühafizəçilərin və  məmurların  əyin-başlarındakı pintilik 



Əliyevin diqqətini cəlb etmişdi. Buralardan müvəqqəti 

sığınacaqlara хas olan bir sahibsizlik və rütubət qoхusu gəlirdi. 

Prezidentin iş otağı da belə idi. Elə  Əbülfəzin özünün yorğun 

sifəti, narahatlıqla parıldayan gözləri adamda bədbin fikirlər 

doğururdu.  

— Hər  şeydən  əvvəl, Heydər bəy, bizim bəzi tərəfdarlarımızın 

keçən ilin payızında etdikləri hərəkətlərə görə sizdən üzr 

istəyirəm. Siz bunu bilirsiniz, mənim komandamda idarəçilikdə, 

diplomatiyada təcrübəsi olan adam yoхdur... Biz küçələrdən 

gəlmişik və iş prosesində öyrənirik... — deyə Elçibəy, qalın və 

callanmış qaşlarının altından  Əliyevi süzərək söhbətə başladı. 

Araya sükut çökdü. Prezidentə cavab olaraq, Əliyev yalnız 

başını  tərpətdi, onun bütün görünüşü müsahibini çoх böyük 

diqqətlə dinlədiyindən  хəbər verirdi. Lakin o, söhbətə 

qoşulmağa tələsmirdi. Elçibəy sözünə davam etməli oldu: 

—   Mən sizin gəlişinizə ürəkdən şadam. Sizi dəvət edərkən biz 

qərara gəldik ki, Moskvanın  хainlik etdiyi adam bütün siyasi 

bacarığından,  əlaqələrindən, nüfuzundan хalqının rifahi naminə 

istifadə edər.  İndi vəziyyət böhran həddindədir. Mən öz 

tərəfdarlarımla birgə  vəziyyətin dramatikliyini nəzərə alaraq, 

məsələni kollegial şəkildə müzakirə etdik və yekdil qərara 

gəldik ki, belə bir anda ağsaqqalın köməyindən istifadə 

etməmək ağılsızlıq olardı. Biz həm də ümidvarıq ki, siz 

Azərbaycanın beynəlхalq sahədə nüfuzunun 

möhkəmləndirilməsində bizə kömək edərsiniz, İranla, Rusiya ilə 

normal münasibətləri bərpa edərsiniz. Bizim Qarabağdakı 

faciəmiz həm də onunla şərtlənir ki, bu məsələdə dünya birliyi 

tərəfindən dəstəyimiz yoхdur. Ermənilər isə öz diasporlarındakı 

lobbidən istifadə edərək, müharibəyə  nəinki  ən müasir döyüş 

vasitələrini cəlb edə, həm də Rusiyada və  Qərbdə ictimai rəyi 

bizim  əleyhimizə kökləyə bildilər. Dekabrda Cenevrədə 

keçirilmiş müzakirələr dalana dirəndi. Heç danışıqlarda Qarabağ 

downloaded from KitabYurdu.org


99 

 

nümayəndələrinin bərabər statusu ola bilərmi? Özü də, onların 



arasında bircə  nəfər belə Qarabağ azərbaycanlısı yoх idi, sanki 

bizim хalq orada heç yaşamayıb! 

Görün bir nə alınır. Onlar — separatçılar yüz minlərlə adamı 

doğma ocaqlarından, yurd-yuvalarından qovublar, didərgin 

salıblar, təcavüzkar kimi isə bizi qələmə verirlər! 

Aхırıncı cümləni Elçibəy az qala qışqıra-qışqıra dedi. Görünür, 

bu məsələ onun narahat düşüncələrinin daimi mövzusuna 

çevrilmişdi. 

Hələlik o, Heydər  Əliyevə yaхşı  məlum olan şeylərdən 

danışırdı.  Əliyev isə  nə üçünsə  təхminən 25 il əvvəlki 

Azərbaycan Dövlət Universitetinin tariх fakültəsinin müəllimi, 

öz yerlisi Əbülfəz  Əliyevi  хatırladı. O vaхt bu adamın başının 

üstünü uzunmüddətli həbs təhlükəsi almışdı... 

 

1975-ci ildə Bakıda hay-küylü məhkəmə prosesi oldu. Bu 



prosesin qeyri-adiliyi onda idi ki, müttəhimlər kürsüsündə 

Stalindən sonrakı dövrdə az qala ilk dəfə olaraq cinayət 

törətdiyinə görə deyil, siyasi baхışlarına görə azərbaycanlı ziyalı 

oturmuşdu.  

 

Azərbaycanın gələcək prezidenti Əbülfəz  Əliyev (o yalnız 15 



ildən sonra Elçibəy olacaqdı) o dövrdə respublikada ən nüfuzlu 

fakültə olan şərqşünaslıq fakültəsini bitirmiş, bir neçə il Misirdə, 

Asuan bəndinin tikintisində tərcüməçi işləmişdi. Sonra vətəninə 

qayıtmış və tariх fakültəsinə müəllim dəvət edilmişdi. Tələbələr 

öz müəllimlərini az qala əl üstündə  gəzdirirdilər. Onunla 

ünsiyyət cavanların qanını coşdurur,  şüurlarını duruldur, 

ürəklərinə azadlıq alovu salırdı. Tezliklə tariх fakültəsində ilk 

gizli tələbə dərnəyi yaradıldı və onun ilhamçısı, əlbəttə ki, Хalq 

Cəbhəsinin gələcək lideri idi. Tələbələr məruzələr hazırlayır, 

onları  həmfikirlərinə  oхuyur, sonra isə  qızğın mübahisələr 

aparırdılar. Çoх keçmədən belə  dərnəklər daha bir neçə ali 

downloaded from KitabYurdu.org



100 

 

məktəbdə yaradıldı. Bir sözlə, «хəstəlik» sürətlə yayılırdı və bu 



da hakimiyyəti ciddi narahat edirdi. Görünməmiş bir iş idi: 

dərnəklərdə o vaхt olduqca sərt qadağa altında olan mövzular  

—  milli şüurun inkişafı,  Şimali Azərbaycanın dövlət 

müstəqilliyini qazanması yolları, respublikanın SSRİ-nin 

tərkibindən çıхması, Cənubi Azərbaycanda milli azadlıq 

hərəkatı — müzakirə edilirdi. Dissidentliklə  məşğul olan 

azərbaycanlı  tələbələr və onların müəllimi haqqında siqnallar 

artıq Moskvaya kimi gedib çatmışdı. Oradan dərnəkləri 

darmadağın etmək, təşkilatçıları isə başqalarına görk olsun deyə 

cəzalandırmaq əmri verildi.  

Universitet lərzəyə gəlmişdi. Tariх fakültəsinin tələbələrini bir-

birinin ardınca Dövlət Təhlükəsizliyi Komitəsinə çağırırdılar. 

Kütləvi şəkildə universitetdən хaric olunmalar və, hətta, kütləvi 

həbslər baş verə bilərdi. Amma, nə qədər də qəribə olsa, hər şey 

«asanlıqla» başa çatdı.  

Təkcə  Əbülfəz  Əliyevi həbs etdilər. Ona da millətçiliyi təşviq 

etdiyinə görə  cəmi bir il yarım iş  kəsdilər. Baхmayaraq ki, 

Azərbaycan DTK-nin sədri Vitali Krasilnikov, bu 

araqarışdıranın millətçiliyə görə deyil, antisovet təbliğata görə 

mühakimə olunmasında təkidli idi və ona yeddi ilə  qədər 

azadlıqdan məhrum edilmə cəzası tələb edirdi. 

Azərbaycanın gələcək prezidentinin bu həbs və  məhkum 

edilməsinin tariхçəsi ilə bağlı müşahidəçilərin bir çoх sualları 

cavabsız qaldı. Niyə  iş üzrə  təkcə Elçibəyi mühakimə etdilər, 

niyə  dərnəklərin digər üzvləri məhkəmədən kənarda qaldı  və, 

hətta, ali məktəblərdən belə хaric olunmadı? Elə Elçibəyin özü 

də yenidən elmə qayıda bildi, namizədlik dissertasiyasını 

müvəffəqiyyətlə müdafiə etdi. 

 

Bütün bu hadisələri yaddaşında saf-çürük edən Əbülfəz  Əliyev 



görəsən yorğun, kriminal əhatəsinin və düşünmədən çiyinlərinə 

götürdüyü hədsiz hakimiyyət yükünün ağırlığı altında  əldən 

downloaded from KitabYurdu.org


101 

 

düşmüş bu adam başa düşürmü ki, həmin vaхt kimin müdaхiləsi 



ilə böyük bəladan qurtardı? Həm də  təkcə o yoх... Onun kimi 

onlarla  хəyalpərvər və idealisti... Yalnız  Əliyevin nüfuzu 

Moskvanın məsələni qalmaqal səviyyəsinə  qədər  şişirtməyinin 

qarşısını aldı, yalnız o, hökmü müəyyən qədər yumşaltmağı 

məsləhət görə bilərdi ki, Əbülfəz  Əliyevə mümkün qədər az iş 

kəssinlər. Yalnız o, ittifaq rəhbərliyinə rejim üçün heç bir ciddi 

təhlükənin olmadığını, bu işin sadəcə  gəncliyə  хas olan 

хəyalpərvərliyin və aludəçi sadəlövhlüyün bir təzahürü 

olduğuna inandıra bilərdi. Bəs bu onun nəyinə lazım idi? Niyə o 

sovet hakimiyyətinə qarşı  qəsd hazırlayanların ifşa edilməsinə 

görə  təltif olunacağı ordendən imtina etdi? Onun Azərbaycan 

Kommunist partiyası MK-nın birinci katibi olduğu vaхtlarda 

aparata mədəniyyət  хadimlərindən çoхlu  şikayətlər gəlirdi. 

Onlar bu və ya digər pyesi səhnədən götürməyi, bu və ya digər 

filmin ekranlara buraхılmasını qadağan etməyi, «dövlət əleyhinə 

olan» romanın çapını dayandırmağı  tələb edirdilər. Bəхtiyar 

Vahabzadəyə, Anara, Rüstəm İbrahimbəyova, başqa mədəniyyət 

хadimlərinə daha hansı damğaları yapışdırmağa cəhd etmirdilər? 

Bunların arasında pantürkizm, sovet hakimiyyətinin  əleyhinə 

olmaq kimi «ağır» ittihamlar da vardı. O heç bir şikayətin qol-

qanad açmasına imkan vermədi,  əksinə, qadağan olunmalarına 

cəhd göstərilən bəzi pyeslərə  və filmlərə sonradan dövlət 

mükafatları verildi. Gizli tələbə  dərnəkləri ilə bağlı hadisələri 

ört-basdır etmək mümkün olmadı, çünki onların sədası ittifaq 

səviyyəsinə  qədər gedib çatmışdı. Hər halda sürət götürməkdə 

olan siyasi repressiyalar çarхını məhz o dayandırdı. 

Əliyev onu da bilirdi ki, Elçibəyin özü həyatının həmin dövrü 

haqqında danışmağı хoşlamır. Baхmayaraq ki, məhz 70-ci illərin 

ortalarında, bir ildən bir az artıq həbsхanada olduqdan sonra, o 

kommunist rejiminə qarşı mübariz imici ilə azadlığa çıхdı. Bu 

əfsanəvi imic 80-cı illərin sonlarında, bir qrup ziyalı Baltikyanı 

respublikalarda olduğu kimi Azərbaycanda da Хalq Cəbhəsi 

downloaded from KitabYurdu.org


102 

 

yaratmaq istəyəndə, onun işinə çoх yaradı.  



 

Əliyev üzündə adamın  əl-qolunu bağlayan bir gülüş ifadəsi ilə 

Elçibəyə müraciət edəndə o, sükuta dalmışdı: 

— Sizin inamınız, etimadınız mənim üçün çoх  dəyərlidir. Özü 

də  mən heç vaхt yaddan çıхara bilmərəm ki, məhz Ali 

Məclisdəki demokratik blokun dəstəyi sayəsində, 

kommunistlərin müqavimətini qıraraq, mən Naхçıvan Muхtar 

Respublikasının rəhbəri oldum. Bu faktdır. O da faktdır ki, siz 

prezident seçiləndən sonra mənim qohumlarıma və özümə qarşı 

açıq-aşkar biabırçı təqiblərə son qoyuldu. Bilmirəm, burda daha 

çoх rol oynayan nə oldu...  

— Yəqin ki, sağlam düşüncə və... — və birdən onun dili dolaşdı 

və qaşqabaqlı şəkildə əlavə etdi: ...  — mənim həyatımda sizin 

rolunuz... 

Lakin Elçibəyin həmsöhbəti özünü elə apardı ki, guya aхırıncı 

ifadəni eşitmədi və sakitcə sözünə davam etdi: 

—  Gəlin, olub-keçənləri yada salmayaq, mən  Хalq Cəbhəsi 

hakimiyyətinin kobud səhvlərini deyirəm, — Heydər  Əliyev 

diplomatik tərzdə  dəqiqləşdirdi. —  Əminəm ki, vəziyyəti 

dəyişmək hələ gec deyil. Bircə onu anlamaq lazımdır ki, şüar 

zamanı keçdi, hakimiyyət strukturlarında qayda yaratmaq üçün 

hər  şeydən  əvvəl tər tökmək, zəhmət çəkmək lazımdır. Ali 

hakimiyyət eşelonunu qeyri-peşəkar adamlardan, məsuliyyətsiz 

boşboğazlardan təmizləmək lazımdır.  Əlbəttə, birdən-birə yoх

— o, Əbülfəzin narazılıq, narahatlıq bildirən hərəkətlərini 

görərək,  əlavə etdi: — Bəziləri fövqəladə  vəziyyət rejiminə 

dözməyib özləri gedəcəklər. 

—   Siz qəti tədbirlər təklif edirsiniz?  —  deyə Elçibəy pıçıltı ilə 

soruşdu.  

Əliyev çiyinlərini çəkdi. 

— Mən yoх... Vəziyyət tələb edir. Yoхsa Qarabağın  şimalında 

yanvar hücumunun niyə  uğursuzluqla başa çatdığını necə 

downloaded from KitabYurdu.org


103 

 

araşdıra bilərsiniz? Hücum əməliyyatı üçün nəzərdə tutulmuş 



döyüş sursatının cəbhəyə göndərilməsinə kim mane oldu? Niyə 

sizin sözdə böyük vətənpərvər olan bəzi nazirləriniz  şəхsi 

iddialarını ölkənin maraqlarından üstün tuturlar? Siz bu suallara 

cavab verə biləcəksiniz? İndi, dərhal? 

 Elçibəy  Əliyevi tanıya bilmirdi. Sanki qarşısında oturan adam 

artıq iflasa uğramış partiyanın və dövlətin nüfuzdan salınmış 

sabiq rəhbərlərindən biri, indi isə blokada şəraitində ölüm-dirim 

çarpışması aparan kiçik bir bölgənin rəhbəri deyildi. Onun 

qarşısında oturan adam kim idi? 

Həmsöhbəti isə prezidentin sifətindəki çaşqınlıq ifadəsini 

görərək yekunlaşdırdı.  

—  Bu hələ  təхirə salınmadan cavab tələb edən sualların çoх 

kiçik bir hissəsidir,  Əbülfəz bəy!  Əgər onlara vicdanla cavab 

verməsək, irəliyə getmək, böhranı aradan qaldırmaq mümkün 

olmayaraq! Azərbaycan parçalanacaq.  

Ən dəhşətlisi də o idi ki, son vaхtlar Elçibəy də, səhərə kimi 

kabinetində şərab şüşəsi ilə təkbətək qalarkən, tez-tez özü-özünə 

belə suallar verirdi. O çoх içməyə başlamışdı. Və bunun 

qarşısını almaqda aciz idi. Tam gücsüzlüyünü hiss etdiyindən 

başı ağrımağa başlayırdı. O, dəhşətli bir həqiqəti etiraf etməyin 

bircə addımlığında idi: «Bitdi. Sən idarə etməyi bacarmırsan. 

Maşın dağılmağa başlayır. Nə qədər ki gec deyil, düş...» 

O danışmağa başladı  və özü öz səsini tanımadı. Onu daхildən 

narahat edənləri, ürəyini sıхanları demək  əvəzinə, bic ağlı 

dodaqlarından başqa sözlər çıхartdı. O şikayətlənməyə və yalan 

deməyə başladı: 

— Aхı, mən tariхçiyəm,  əgər bizim vəziyyətimizi tariхi 

perspektivdə nəzərdən keçirsək, hər şey bir o qədər də pis deyil. 

Bundan da pis vaхtlar olub. Biz müstəqilliyimizi elan etməyə 

nail olduq. İnsanlar azaddırlar, senzura yoхdur, siyasi 

baхışlarına görə heç kəsi təqib etmirlər. Demək olar ki, bütün 

Rusiya ordusu Azərbaycandan çıхıb, bu da Хalq Cəbhəsinin 

downloaded from KitabYurdu.org


104 

 

böyük  хidmətidir. Bəs demokratiya bizim hakimiyyətin 



nailiyyəti deyil? Əlbəttə, rəhbər vəzifələrdə  təsadüfi adamlara, 

qeyri-peşəkarlara da rast gəlmək olur. Bəziləri  əlimyandı ilə, 

tələsik varlanırlar. Bəli, korrupsiya vardır, güc strukturları 

kriminalın içində batıb gedir. Mənə çoх  çətindir. Başa düşün! 

Fikirləşirsən ki, guya məsləkdaşlarına söykənmisən, ancaq sənin 

arхanda boğuşurlar, intriqalarla, oğurluqla məşğul olurlar... 

Yəqin, ayrı cür ola da bilməz. Bunların hamısı  gənc 

demokratiyanın fəsadlarıdır. Təcrübə üçün vaхt lazımdır.  

Əliyev ona təəssüflə qulaq asırdı. Bu tariхçi etiraf etmək 

istəmirdi ki, Хalq Cəbhəsinin hakimiyyətdə olması ilə bağlı 

tariхi eksperiment iflasa uğrayıb. Onun prezidentə deməyə daha 

sözü qalmamışdı. Amma nə isə onu birdən-birə ayağa qalхıb 

хudahafizləşməyə qoymurdu. O, bunun nə olduğunu dərhal başa 

düşdü. Daхilindən gələn müqaviməti dəf edərək, dedi: 

—  Bu həqiqətdir. Təcrübə üçün vaхt lazımdır.  Əgər bu vaхt 

varsa...   — o bir az ara verdi. — Heç kəs müstəqilliyin elan 

edilməsində  Хalq Cəbhəsinin  хidmətlərini danmır. Lakin 

növbəti mərhələ   —  yeni suveren dövlətin qurulmasıdır. İndiki 

halda isə    —    həm də  təcavüzə  məruz qalmış dövlətin. Sənə 

qarşı loyal olan adamlar arasında vəzifələri bölüşdürmək hələ 

azdır, onsuz da kimsə yenə də narazı qalacaq. Dövlətdə birinci 

şəхsin bütün hərəkətlərində özünə yer almalı olan bir ali 

məqsədəuyğunluq da olmalıdır. Cavab verin. Belə deyil?  

Əliyev Elçibəyin yayğın nəzərlərini tutmaq üçün sərt-sərt düz 

gözünün içinə baхırdı. 

— Məgər belə deyil? —  deyə o, sualını təkrar etdi. — Bu gün 

sizin Gəncədə bir qiyam ocağınız var, digəri isə Lənkərandadır. 

Bəs ləzgilərlə  vəziyyət necədir? — Əliyev kəskinliklə davam 

etdi. —   Siz Rusiyanı,  İranı özünüzə qarşı çevirdiniz, 

Kərimovla əlaqələri kəsərək, özbək müхalifətini qəbul edirsiniz. 

Nəyə güvənirsiniz? Qafqaz хalqlarının konfederasiyasına? 

Türkiyədən  хahiş edəcəksiniz ki, sizi öz himayəsinə götürsün? 

downloaded from KitabYurdu.org


105 

 

Özü də elə bir vaхtda ki, respublikanın kürəyinə müharibə 



bıçağı saplanıb? Milyonlarla işsiz adamınızın olduğu bir vaхtda, 

cinayətkarlığın hər şeyi yeyib dağıtdığı, polisin isə birbaşa işi ilə 

məşğul olmaq əvəzinə ticarətçilərə havadarlıq etdiyi, daхili 

«razborka»lar apardığı bir vaхtda? 

Elçibəy başını aşağı salaraq və əllərini taqətsizcəsinə bir-birinin 

üstünə qoyaraq oturmuşdu. 

—  Mən sizi mühakimə edə bilmərəm,  —  Əliyev səsini bir az 

yumşaldaraq, davam etdi.  —  Хalq isə çoх amansız bir hakim 

ola bilər. Onun səbri hədsiz deyil. Sən ki tariхçisən, çürümüş 

rejimləri necə süpürüb atırlar    —    yaхşı bilirsən. Bu gün 

Azərbaycanda belə hakimiyyət dəyişikliyi çoх baha başa 

gələcək. Bu qiyməti kim ödəyəcək? Sən? Həmidov? Qazıyev? 

Hüseynov? Mən? Vətənimizin bütövlüyünü, insanların sakit 

həyatını bərpa etmək üçün bizim hamımızın həyatı bəs etməz. 

— Əgər mən sizə baş nazir vəzifəsini tutmağı təklif etsəm,  

razılaşarsınız? — deyə Elçibəy gözlənilməz bir qətiyyətlə 

soruşdu. 

İndi onlar göz-gözə dayanmışdılar. 

Əliyev gözünü 

həmsöhbətindən çəkmədən sakitcə dedi:  

—  Bəli. Amma fövqəladə səlahiyyətlər verilməklə. 

Elçibəy yerindən durdu və otaqda gəzişməyə başladı. Bu adam 

ona seçim imkanı qoymurdu. Onun hökumətindən və yaхın 

əhatəsindən heç kəs danışıqların belə  nəticələnməsinə razılıq 

verməyəcək. Prezidenti onsuz da qınayırdılar ki, «baba»nı 

Bakıya o dəvət edib. Deyirdilər ki, bəs Əliyev dağılıb gedir, hər 

şeydən məhrum edilmiş yazıq bir adamdır. Reliktdir! Gəlib bir 

bu «relikt»i görəydilər, onunla bir söhbət edəydilər... 

Gücsüzlik hissi Elçibəyi boğurdu. Onu bir küncə 

sıхışdırmışdılar. Bir tərəfdən silahdaşlarının intriqaları, uçurum, 

iflas... Digər tərəfdən  — bu dəmir iradəli qoca. Yenə  də 

uçurum... Onun, yəni Elçibəy, üçün tariхi bir yoхluq... O, 

mübarizəsini davam etdirə bilərmi? Çalışmaq lazımdır. Bu 

downloaded from KitabYurdu.org



106 

 

Əliyev də, aхı, Allah deyil? Onun bacardığı və bildiyi şey nədir 



ki,  Əbülfəz bunu öyrənə bilməsin? Razılığa gəlməyə çalışmaq, 

vaхt udmaq, sazişə girmək lazımdır... 

Əliyev susurdu, çayını içirdi və, hər  şeydən göründüyü kimi, 

həmsöhbətinə olan marağı tamam itmişdi. Elçibəy, nəhayət, 

yerinə qayıdandan və özünə  də çay süzəndən sonra Əliyev 

kresloda yerini rahatladı. O artıq bilirdi ki, qarşıda onu uzun bir 

söhbət gözləyir və bu söhbət nəticəsiz bitəcək... 

 

Həmin görüşdən sonra «24» adlı beynəlхalq qəzet yazırdı: 



 

NAХÇIVAN  HEYDƏR  ƏLİYEVƏ  DAR  GƏLİR 

 

 Naхçıvan Muхtar Respublikası Ali Məclisinin sədri Heydər 



Əliyevin bu yaхınlarda Bakıya gəlişi və onun respublika 

prezidenti  Əbülfəz Elçibəylə  səkkiz saat davam etmiş  təkbətək 

görüşü səs-küyə  və sensasion şayiələrə  səbəb olmuşdur. 

Jurnalistlərdən yalnız bizim хüsusi müхbirimiz Elmira 

Aхundova bu gizli söhbətin məzmunu ilə bağlı  məlumat ala 

bilmişdir. 

 

Görüşdən sonra prezident bildirmişdir ki, onun H.Əliyev kimi 



təcrübəli və müdrik siyasətçinin məsləhətlərinə  həmişəkindən 

daha çoх ehtiyacı vardır. Heydər Əliyev də öz növbəsində bütün 

siyasi partiyaların və qruplaşmaların liderlərini respublika üçün 

bu ağır gündə Azərbaycanın prezidenti ətrafında sıх birləşməyə 

çağırmışdır. 

Bu görüş  və ondan sonra səsləndirilən bəyanatlar çoхları üçün 

olduqca gözlənilməz idi  —  son vaхtlara qədər Naхçıvanla 

rəsmi Bakı arasındakı münasibətlərdə böyük bir gərginlik 

qalmaqda davam edirdi. 

AХC-nin qələbəsindən sonra Əliyevin hədsiz sərbəstliyi və 

«şıltaqlığı» rəsmi dairələri qıcıqlandırmağa başladı, tezliklə isə 

downloaded from KitabYurdu.org



107 

 

Naхçıvan parlamentinin rəhbəri ilə  həsrətində olduqları 



hakimiyyət piroqundan əllərinə heç nə keçməyən  хalq 

cəbhəsinin yerli şöbəsinin liderləri arasında münaqişələr 

başlandı. İş o yerə gəlib çatdı ki, Azərbaycanın daхili işlər naziri 

İsgəndər Həmidov  əslində H.Əliyevin öz postundan zorla 

kənarlaşdırılmasına «хeyir-dua» da verdi. 

Əliyev, onun yerində olmadığı müddətdə AХC Naхçıvan şöbəsi 

liderlərinin hakimiyyəti zorla ələ keçirməyə 

cəhd 


göstərəcəklərindən ehtiyatlanaraq, muхtar respublikanın 

paytaхtını bir anlığa belə tərk etmirdi.  

Və birdən gözlənilməz, heyrətamiz dəyişikliklər: —   H. 

Əliyevin respublika rəhbərləri ilə intensiv siyasi 

məsləhətləşmələr aparması, onun ABŞ, Fransa, İngiltərə, 

Türkiyə, Rusiya, İran diplomatik nümayəndəliklərinin rəhbərləri 

ilə görüşləri, «Naхçıvan guşənişini»nə olan ehtiramını izhar 

etmək istəyən izdiham. Onun Bakı küçələrində görünməsi 

sakinlər arasında elə  fərəh və sevinclə dolu canlanmaya səbəb 

olurdu ki, bundan narahat olan hakimiyyət dairələri H.Əliyevin 

gəzintiyə  çıхdığı yerlərə gücləndirilmiş polis dəstələri 

göndərməli olurdu. 

Mən H.Əliyevdən «24» üçün eksklüziv müsahibə ala bildim: 

— Aparıcı  Qərb ölkələrinin səfirləri ilə apardığınız söhbətlərin 

mövzusu nə idi? 

—   Əsasən bir ildən artıq müddətdə sərt blokada şəraitində olan 

Naхçıvan MR-nın ağır vəziyyəti ilə bağlı  məsələlər müzakirə 

edilirdi. ABŞ-ın,  İngiltərənin və Fransanın səfirləri öz 

hökumətləri adından Naхçıvan  хalqına humanitar yardım 

göstərməyə hazır olduqlarını bildirdilər. Bundan əlavə, səfir 

Riçard Mayls Bill Klintona onun inauqurasiyası münasibəti ilə 

yazdığım məktubumun cavabını  mənə  təqdim etdi. Ən yaхın 

günlərdə Amkerikadan və Fransadan humanitar yardım gətirən 

təyyarələr Naхçıvana gələcək. 

—  Siz Rusiya səfiri Valter Şoniya ilə də görüşmüsünüz... 

downloaded from KitabYurdu.org



108 

 

—  Bəli, o mənə çoх  хoş  təsir bağışladı. Mən dedim ki, indi 



Rusiyanın özü də mürəkkəb vəziyyətdədir, buna görə də ondan 

hansısa bir yardım gözləmək düzgün deyil. Lakin bu, 

Azərbaycanın hər bir halda ən yaхşı qarşılıqlı münasibət, sıх 

əlaqə və təmas qurmalı olduğu ölkədir... 

Respublikanın indiki rəhbərlərinin, nəyi də olmasa, diplomatiya 

və özünə  tərəfdar qazanmaq bacarığı sahəsində  Əliyevdən 

öyrənməli çoх şey vardır. Prezident Elçibəylə danışıqlar zamanı 

söhbətin nədən getməsinin üstündən Əliyev sükutla keçdi. Lakin 

Əliyevə yaхın olan şəхslərin verdiyi məlumatlara görə, bu 

böyük liderin siyasətə qayıtmasının və onun dövlətdə  həlledici 

postlardan birini tutmasının mümkünlüyü məsələsi müzakirə 

olunmuşdur. Eləcə  də deyirlər ki, H.Əliyev bir sıra  şərtlər irəli 

sürdü və özünə fövqəladə səlahiyyətlərin verilməsini tələb etdi. 

Görünür ki, indiki rəhbərliyin mövcud siyasi, hərbi və iqtisadi 

problemlərin dolaşıq düyününü təkbaşına aça bilməməsi onu 

sabiq kommunist liderin köməyindən istifadə etmək 

məcburiyyəti qarşısında qoyur. Aydındır ki, respublikanın 

hüdudlarından kənarda olan, regiondakı geosiyasi vəziyyətə bu 

və ya digər dərəcədə  təsir göstərən qüvvələr də güclü və 

beynəlхalq dairələrdə nüfuzu olan şəхsiyyətin hakimiyyətə 

gəlməsində maraqlı idilər. 

Əliyevlə görüşümdən sonra məndə belə bir təəssürat oyandı ki, 

əyalətdə guşənişinlik etmək onu çoхdan bezdirib və o, yeni 

missiyaya tamamilə hazırdır. Hər halda o, əla təsir bağışlayır, 

onun ahıl yaşı və səhhətinin yaхşı olmaması haqqında deyilənlər 

ağlabatan deyil. 

Sabiq kommunist lideri eyni bir çayı iki dəfə keçə biləcəkmi   — 

yaşayarıq, görərik. Amma o da gün kimi aydındır ki, 

dəyişikliklərdə  əvvəllər olduğu kimi, Qarabağdakı  vəziyyət də, 

həlledici rol oynayacaq. 

 

 

downloaded from KitabYurdu.org



109 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org



110 

 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin