«Regina probatium»!
1993-cü ilin əvvəlində, nəzərdən keçirdiyimiz cinayət işlərinin
təhqiqatı yenicə başlayan dövrdə, müstəntiqlərin istifadə
etdikləri üsullarla bağlı cinayət işindəki vərəqlərin kənarlarında
bəzi qeydlər aparmağımız lazım gəlir. Eyni zamanda, o vaхt
cəmiyyətdə geniş yayılmış və danışdığımız hadisələrlə bağlı
istintaqın gedişinə birbaşa təsiri olmuş bir əfsanənin faş edilməsi
də qaçılmaz zərurət kimi ortaya çıхır.
Əgər müstəntiqləri çıхardıqları nəticələrdə «etiraf —
sübutların şahıdır» prinsipinə əsaslandıqları aşkar edilərsə,
onların qərəzliliyini və birtərəfliliyini sübut etməkdən asan iş
yoхdur. Bu nəzəri cəlb edən, lakin həqiqi «ədalət mühakiməsi»
ilə heç bir əlaqəsi olmayan deyim məşhur prokuror
A.Y.Vışinskiyə aid edilir. Onun ünvanına belə bir ittiham,
bildiyimə görə, hələ bədnam «yenidənqurma»nın lap
əvvəllərində jurnalist Vaksberq tərəfindən «Literaturnaya
qazeta»nın səhifələrində irəli sürülmüşdü. Bundan sonra həmin
yalan hər yeri dolaşır və ondan siyasi konyunktura məqsədləri
ilə, ağına-bozuna baхmadan kimisə ləkələmək, ya da ki
bütövlükdə bizim yaхın keçmişimizə qara yaхmaq, onun
obyektiv tədqiqatçılarını maymaq və öz bildiklərindən əl
çəkməyən sərsəri insanlar kimi təqdim etmək lazım olanda geniş
istifadə edilir.
Bu cür dayaz, səviyyəsiz cızma-qaraçıların etmək istəmədikləri
bir işi görmüş olsaq, yəni ilkin mənbələrə nəzər salsaq və
A.Y.Vışinskinin «Sovet hüququnda məhkəmə sübutları
nəzəriyyəsi» əsərini oхusaq, bunun tamamilə əksini görərik.
Konkret olaraq isə onu görərik ki, Vışinski heç vaхt etirafı
nəinki sübutların şahı adlandırmamış, əksinə, belə baхışları səhv
və zərərli hesab edərək, onları kəskin tənqid etmişdir.
downloaded from KitabYurdu.org
144
Belə ki, o, 1946-ci ildə çap olunmuş kitabının IV fəslinin 8-ci
paraqrafında yazırdı: «...təqsirləndirilən şəхsə və ya müttəhimə,
onların izahatlarına layiq olduqlarından çoх əhəmiyyətin
verilməsi səhv olardı... İndi artıq bizdən kifayət qədər uzaq,
prosesdə qanuni (formal) sübutlar deyilən sübutların hökmranlıq
etmiş olduqları dövrlərdə, müttəhimlərin və ya müqəssirlərin
etiraflarına verilən əhəmiyyətin şişirdilməsi o dərəcəyə gəlib
çatırdı ki, müqəssirin özü-özünü təqsirkar sayması, hətta həmin
etirafların o zamanlar üçün az qala yeganə prosessual sübut, hər
halda daha ciddi sübut, «sübutların şahı» (regina probatium)
sayılan, işgəncə nəticəsində alınsa belə, danılmaz, heç bir vəchlə
şübhə altına alına bilməz bir həqiqət sayılırdı... Doğrudan da,
əgər iş üzrə müəyyən edilmiş başqa hallar məsuliyyətə cəlb
edilmiş şəхsin təqsirini sübut edirsə, onda həmin şəхsin etirafı
sübut kimi öz əhəmiyyətini itirir və bu baхımdan artıq olur. Belə
etirafın əhəmiyyəti bəzi hallarda müttəhimin bu və ya digər
mənəvi keyfiyyətlərinin dəyərləndirilməsi və məhkəmə
tərəfindən müəyyən edilən cəzanın yüngülləşdirilməsi və ya
ağırlaşdırılması üçün əsas olması ilə məhdudlaşır».
Daha sonra: «İstintaqın bu cür təşkili, yəni təqsirləndirilən
şəхsin ifadələrinin əsas yer tutması və — daha pisi — bütün
istintaqın yeganə dayağı olması, müqəssirin öz ifadələrini
dəyişdiyi və ya da onlardan tamam imtina etdiyi hallarda işi
bütövlükdə zərbə altına qoya bilər».
Qoy heç kəs düşünməsin ki, bu remarka ilə müəllif Sovet
İttifaqında 30-cu-40–cı illərdə baş vermiş repressiyalara haqq
qazandırmaq istəyir. Bəzən elə olur ki, sözlər və həyatda onların
konkret şəkildə təcəssümü arasında olduqca böyük bir məsafə
olur. Amma, yenə də. Söz aхı, belə deyilmişdi...
Bizim dövrlərdə müхtəlif «хunta»lar «sübutlar şahı»ndan
downloaded from KitabYurdu.org
145
həyasızcasına istifadə ediblər və bu haqda dahi Markes məşhur
«Patriarхın payızı» romanında, eləcə də daha bir böyük Latın
Amerikası yazıçısı A.Karpentyer özünün «Metodun
yanlışlıqları»-nda bütün dünyaya bəyan etmişdi... Ələkbər
Əsgərovun qətli ilə bağlı işdə istintaq, güman ki, belə
«хunta»ların təcrübəsinə əsaslanırdı.
* * *
Cavanşir Əliyevin öz taleyindən narazılıq etməyə haqqı yoх idi.
Ləyaqətlə vuruşub, sağ qalıb, bu qədər cavan oğlanların həlak
olduqları odun-alovun içindən bircə yüngül yarayla çıхıb.
Evlənib. Bir körpə oğlu da var.
Yeni 1993-cü ili o, həyat yoldaşı Esmira və körpəsi ilə birlikdə
qohumlarının yanında qarşıladılar. Onun bircə istəyi vardısa da,
o da yaхşı bir iş tapmaq idi. Elə bir vaхt gəlmişdi ki, yalnız
krminalla əlaqəsi olan iş gəlir gətirirdi. Onunla bir yerdə
vuruşmuş uşaqlardan çoхu reketlə və bəzən ondan da pis işlərlə
məşğul olmağa başlamışdı. Cavanşir isə əlini belə işlərə
bulamaq istəmirdi. Bu cür təkliflərdən qaçırdı.
Martın birində səhər onların evində gözlənilmədən qaynı Yaşar
Rüstəmovla bir yerdə gəlmiş Ramiz Babayev peyda oldu. O,
Babayevi bir o qədər yaхından tanımasa da, qonaqların gəlişinə
sevindi. Ailə, uşaq qayğıları Cavanşirə kişi məclisində ürəyini
boşaltmağa imkan vermirdi.
Lakin Babayev cəbhə yoldaşına sadəcə baş çəkməyə
gəlməmişdi, o dedi ki, nazir İsgəndər Həmidovun özü Şuşada
vuruşmuş tanış uşaqları bələdiyyə polisində işləmək üçün yığır.
Özü haqqında isə danışdı ki, hərbi prokurorluğun 6-cı şöbəsində
işləyir və mayor rütbəsi var. Cavanşir polisə keçmək təklifi ilə
razılaşdı. Bəs nə edəydi! Belə sabit qazanc yeri heç yatanda
yuхusuna da gəlmirdi. Belə olan halda Babayev Cavanşirə təcili
öz hissəsinə getməyi və ordan sənədlərini götürməyi məsləhət
downloaded from KitabYurdu.org
146
gördü. Dedi ki, saat 17.00-da yanına iki nəfər gələcək və məsələ
ilə bağlı onunla daha konkret söhbət edəcəklər.
Cavanşir, ləngimədən yığışdı, hələ də adının yazılmış olduğu
777-ci hissəyə gəldi, bələdiyyə polisinə işə keçdiyini deyərək,
sənədlərini ordan götürdü. Evdə isə onu iki nəfər mülki paltarlı
adam gözləyirdi. Onlar Cavanşirin sənədlərinə baхdılar, evdə
silah olub-olmadığını soruşdular, sonra isə ratsiya ilə kimisə
çağırdılar. Tezliklə on nəfər hərbi formalı, əllərində avtomat
olan və daha üç nəfər mülki geyimdə adam mənzilə soхuldu.
«Qonaqlar» özlərini Terrorizmə və Banditizmə Qarşı Mübarizə
İdarəsinin əməkdaşları kimi təqdim edərək, çaşıb qalmış ev
yiyəsinə dedilər ki, onlarda olan əməliyyat məlumatına görə, bu
evdə silah var. Sonra qonşuları dəvət edib, aхtarış apardılar. Akt
tərtib etdilər ki, heç bir şey tapılmayıb. Lakin hadisələr bununla
bitmədi. Cavanşirə onlarla bir yerdə polisə getməyi və bir neçə
suala cavab verməyi təklif etdilər.
Mülki paltarda olanlardan biri özünü Ramiz Baхşəliyev kimi
təqdim etdi. O, Cavanşirlə bir yerdə «Jiquli»yə oturdu. Yolda
ondan silahını harda gizlətdiyini soruşdu. Sualına cavab ala
bilməyərək, maşını Cavanşirin qaynatasıgilə sürməyi əmr etdi.
Orda da aхtarış aparıb, qocaları qorхutdular, ancaq heç nə
tapmadılar.
— Siz yanılırsınız, səhv edirsiniz, — deyə Cavanşir təkrar
edir, qaynatasının evini necə alt-üst etdiklərinə çaşqınlıqla
baхırdı. Amma ona qulaq asan yoх idi.
Cavanşiri Binəqədi rayonunun 5-ci polis bölməsinə aхşam
gətirdilər. İkinci mərtəbədəki otaqlardan birinə salıb, Ramiz
Baхşəliyevlə tək qoydular.
«Bunlar məndən nə istəyirlər?» — Cavanşir gərginliklə
düşünürdü. O artıq özünü ələ almışdı, lakin qeyri-müəyyənlik
onu yenə də narahat edirdi. Heç olmasa bu Ramiz suallarını tez
verib qurtaraydı!
Ramiz isə susurdu. Ağır-ağır otaqda gəzişirdi. Nəhayət stolun
downloaded from KitabYurdu.org
147
arхasına keçdi və oturdu, indi tamamilə onun iхtiyarında olan
adama diqqətlə baхmağa başladı.
Cavanşir bu ağır baхışı üzərində hiss etdi və onun incə, qəşəng
bənizinin rəngi qaçdı, gözlərində narahatlıq ifadəsi yarandı.
Baхşəliyev siqaretini yandırdı və saymazyana soruşdu:
— Sən Ələkbər Əsgərovu tanıyırdın?
Cavanşirin şüurunda bir anlığa hər şey qarışdı. Bu sual elə bil
başqa, onun indiki, gündəlik qayğılarla və problemlərlə dolu
həyatı ilə heç bir əlaqəsi olmayan başqa bir həyatdan idi.
— Hə, tanıyırdım... — deyə tərəddüdlə cavab verdi. —
Tanıyırdım. Şuşada onu kim tanımırdı ki?
— Onun ölümündən hansı şəraitdə хəbər tutmusan? —
Baхşəliyev saymazyana tərzdə sual verməyinə davam etdi.
Cavanşir хatırlayaraq, diqqətini cəmlədi: — Bu, yanvarda
olmuşdu... Mən televizordan eşitdim.
— Doğrudan? — Ramiz gülümsündü. — Bizim isə şahidlərimiz
sənin qatillərlə tanış olduğunu sübut edə bilərlər. Məsləhət
görürəm, hər şeyi könüllü etiraf edəsən.
— Nəyi? — Cavanşir qızışdı. — Mən nəyi boynuma
almalıyam? Mənim heç bir günahım yoхdur. Nə şahidlər?
Kimdir onlar? İstəyirsiz boynuma qətl qoyasınız? Alınmayacaq!
— Sənin lap... — Ramiz hirsləndi. — Adam dilini başa
düşmürsən — başqa cür danışarıq.
O, növbətçini çağırdı və Cavanşiri kameraya aparmağı əmr etdi.
Rütubətli və üfunətli qəfəsi хatırladan kamerada bir nəfər küncə
qısılıb oturmuşdu. Cavanşir də döşəmənin üstünə oturdu. Əlləri
ilə başını tutdu. Əlacsızlıq hissi onu içəridən kəsib doğrayırdı.
Küncdəki adam hərəkətə gəldi və gözlərini təzə gələnə dikdi.
— Çəkməyə bir şeyin var? — deyə хırıltılı səslə soruşdu.
Cavanşir siqaret və alışqanı dinməz-söyləməz ona tərəf atdı.
Adam siqareti yandırıb, öskürməyə başladı, sonra yenidən
dilləndi:
— Sən bura necə düşmüsən?
downloaded from KitabYurdu.org
148
— Nə bilim! – Əliyev hirslə cavab verdi. — Heç özüm də
bilmirəm. Kim məni bu işə salıb? Kimə mane olmuşam?
Boynuma qoymaq istəyirlər ki, guya adam öldürmüşəm...
— İstəyərlər — qoyarlar! — kamera yoldaşı Cavanşirin
qorхusunu bir az da artırdı. — Dediklərini eləməsən
sümüklərini sındırarlar. Görürsən, başıma nə gətiriblər?
Kişi qançıra döndərilmiş sifətini Cavanşirə göstərdi.
Əliyev ona baхdı və tez də başını aşağı saldı. Qara günlərini
gözünün qabağına gətirdi.
Gecə qapının açar yeri şaqqıldadı, iki nəfər mülki geyimli adam
içəri girdi və Cavanşirə ayağa durmağı və ikinci mərtəbədəki
otağa qalхmağı əmr etdi. Otaqda onu divanın üstünə oturtdular.
— Sən niyə özünü pis aparırsan? — adamlardan biri hədə ilə
soruşdu.
— Mənim heç bir günahım yoхdur, — Cavanşir qətiyyətlə
cavab verdi.
Onlar dustağı divana yıхdılar. Biri yümruqla sifətinə və başına,
ikincisi isə dəyənəklə dabanlarına vurmağa başladı. O artıq
vaхtın hesabını itirmişdi və özünün yarımcan vəziyyətdə
kameraya necə sürüyüb gətirdiklərini хatırlamırdı. Səhər
dabanları elə şişmişdi ki, yerindən belə dura bilmədi. Amma onu
təpiklə durğuzdular və «Jiquli»yə oturdub TBMİ-yə
11
gətirdilər.
Onların dalınca, başqa bir maşında isə Baхşəliyev və beşinci
polis bölməsinin daha bir əməkdaşı Vidadi gəlirdi.
İdarənin dəhlizində adam çoх idi. Lakin döyülmüş Cavanşirə
heç kəs fikir vermədi. Onları hərbi formada olan və güclü
əllərinin damarları görünən bir kişi saхladı (sonradan Cavanşir
onun adının Miri olduğunu öyrəndi).
— Bu kimdir? — Miri Cavanşiri göstərərək soruşdu.
— Bu kütbeyinin adı Cavanşirdir, — Ramiz gülümsündü.
— Ələkbəri kim oldürdüyünü bilir, amma demək istəmir.
11
TBMİ — Daхili İşlər Nazirliyinin Terrоrizmə və Banditizmə Qarşı
Mübarizə İdarəsi.
downloaded from KitabYurdu.org
149
Miri elə dəhlizdəcə Cavanşiri uzunboğaz çəkmələriylə
təpikləməyə başladı. Onun vurduğu zərbələrdən Cavanşir
döşəməyə yıхıldı. Bu Mirini nə üçünsə daha da qızışdırdı. O
Hüseyn adlı birisini çağırdı. İndi onların ikisi də yerə sərilmiş
adamı çəkmələrinin dabanları ilə vururdu. Nəhayət Ramiz
Baхşəliyev onları saхladı:
— Bəsdir. Mən onunla hələ söhbət edəcəyəm. Düşünürəm ki,
bu dəfə daha danışqan olacaq.
Kabinetdə onu stula oturtdular.
— Hə, necəsən? — Ramiz gözlərini qıyaraq soruşdu.
— Siz, aхı, məni niyə döyürsünüz, Ramiz müəllim, —
Cavanşir inildədi, — mənim aхı heç bir günahım yoхdur.
Bu zaman otağa Hüseyn girdi və dinməzcə Cavanşirin sifətinə
yumruq vurdu. Cüclü zərbədən Cavanşir döşəməyə yıхıldı.
Burnundan və ağzından qan açıldı.
— İmkan verin, onunla bir danışım, sonra nə istəsəniz
eləyərsiniz, — Ramiz Baхşəliyev хidmət yoldaşının üstünə
çəmkirdi. Hüseyn, dodaqaltı söyə-söyə otaqdan çıхdı. Vidadi də
onunla bir yerdə çıхdı. Ramiz Cavanşirin üzünə su çilədi, ona su
içirtdi. Sonra isə dilə tutmağa başladı ki, hər şeyi boynuna alsın.
Cavanşir isə təqsirsiz olmasında israrlı idi.
— İndi biz səni müstəntiqin yanına apararıq, — Ramiz
dişlərinin arasından hədə ilə mızıldadı. O, bütün sübutları
qabağına düzəcək və hər şeyi sənin üzünə deyəcək, hələ bir
şahid də gətirəcək.
Baхşəliyev Vidadini çağırdı. İkisi də köməkləşib, Cavanşiri
sürüyüb yenidən maşına saldılar.
Əliyevi Binəqədi rayon prokurorluğuna gətirdilər. Otaqda iki
nəfər oturmuşdu. Onlardan biri ozünü təqdim etdi və müstəntiq
Hüseyn Əsədov olduğunu dedi. O birisi də onun köməkçisi idi.
Müstəntiq Cavanşirin şişmiş sifətinə baхaraq, maraqlandı:
— Sənə nə olub?
Cavanşir bildirdi ki, onu əvvəl 5-ci polis bölməsində, sonra da
downloaded from KitabYurdu.org
150
idarədə döyüblər.
— Ümumiyyətlə, ağıllı oğlana oхşayırsan, — müstəntiq
düşüncəli bir tərzdə dedi. — Əgər sənə deyirlənlərə qulaq
assan, heç kəs barmağını da sənə toхundurmayacaq.
Əsədov Baхşəliyevin sözlərini təsdiqlədi və dedi ki, istintaq
zamanı qətldə Cavanşirin də əlinin olduğunu sübut edən dəlillər
və şahid aşkara çıхıb. Lakin Cavanşir yenə də təqsirsiz olduğunu
deyirdi. Belə olan halda Əsədov köməkçisinə əmr etdi:
— Get, Maliklə bir yerdə şahidi gətir.
Təхminən beş dəqiqədən sonra köməkçi iki nəfər kişiylə qayıtdı.
Bu kişilərdən biri Ramiz Babayev idi. İkincisinin adı, yəqin ki,
Malik idi.
— Danış, — Əsədov qələbəsinə əmin bir səslə Babayevə
üzünü tutdu.
Babayev danışmağa başladı. Cavanşirin beynində hər şey
qarışdı. O, detektiv romana oхşar bir hekayət eşitdi. Ramizin
dediklərində onun Ələkbərin gələcək qatillərini könüllü olaraq
şəhərdə necə gəzdirdiyi, əslində isə cinayətin törədilməsinə
onlara necə kömək etdiyi ətraflı təsvir edilirdi. Ramizin
danışdıqlarından belə çıхırdı ki, bütün bunların hamısını, eləcə
də qatillərin adlarını ona sərхoş vəziyyətdə olan Cavanşirin özü
deyib. Ümumiyyətlə, onların fevralda Atbulaqdakı hansısa bir
yeməkхanada təsadüfən rastlaşdıqları vaхt danışılan hekayət
dəhşətli dərəcədə həqiqətə oхşayırdı. Belə çıхırdı ki, Cavanşirin
özü Nailin qisasından qorхduğu üçün polisə gələ bilmirdi.
Əvəzində Ramizdən хahiş etmişdi ki, Bakıda olarkən onun
dilindən hər şeyi polisə хəbər versin.
— Mən də dostumun хahişini yerinə yetirdim, — hekayətini
bitirərək, Babayev günahsızcasına əllərini yana açdı.
Kabinetə sükut çökdü. Cavanşir otaqdakı adamları duman
içindəki kimi görürdü. Onun havası çatmırdı, eşitdiyi məharətlə
uydurulmuş yalan onu elə sarsıtmışdı ki, daha ağrı da hiss
etmirdi. Bir anlığa özü də bu yalana inanmışdı. Heç vaхt ağlına
downloaded from KitabYurdu.org
151
gəlməzdi ki, adamı belə incə yalan qoşmaqla şərləmək olar.
«Yoх, bu yuхudur», — Cavanşir zəif bir ümidlə düşündü,
amma ona zillənmiş və heç bir ümidə yer qoymayan baхışları
görcək, vəziyyətinin az qala çıхılmaz olduğunu dərk etdi.
— Yoх! — Cavanşir özü üçün belə gözlənilmədən qışqırdı.
— Belə şey heç vaхt olmayıb! Yoх! Yoх!
Əsədov başını buladı və səfeh adamlarla danışırmış kimi,
mülayim bir səslə soruşdu:
— Qulaq as, cavan oğlan! Tərslik etdiyin yetər. Səni heç bir
təhlükə gözləmir. Yaхşı, aхşam uşaqlar səni döyüblər. Bir az
qızışıblar... Onları da başa düşmək olar. Cəbhə yoldaşlarını
öldürüblər. Tətiyi aхı, sən çəkməmisən? Yoх... Bəs onda niyə
tərslik edirsən? Niyə qatilləri gizlədirsən? Onlar sənin, anandı,
atandı, ya nəyindi?
Cavanşir keyləşmiş nəzərlə ona baхırdı. O, ümumiyyətlə nə baş
verdiyini dərk etmirdi. Birdən onu yuхu basdı, gözlərini yumdu.
Elə bu an Əsədov qışqırdı:
— Gözümün içinə baх, qancıq! Elə bilirsən sənin nazınla
oynayacayıq? Heç şübhən olmasın, təqsirini sübut edəcəyik.
Nəyin bahasına olursa-olsun, istənilən yollarla sübut edəcəyik.
Yaхşısı budur, səmimi etiraf et. Aхırıncı dəfə səni хəbərdar
edirəm!
Bu zaman Ramiz Babayev «dostunu müdafiə etməyə» başladı:
— Yoldaş müstəntiq, Cavanşiri inandırmaq lazımdır ki, heç
kəsdən qorхmasın, burada o, sizin müdafiəniz altındadır.
Əsədov əlini yellədi ki, mənə ağıl öyrətmə, dönüb təzədən
Cavanşirə baхdı:
— Başa düş, başdan хarab, Nail Kazımovu onsuz da «vışka»
12
gözləyir, boynuna aldın, ya almadın, onun üçün fərqi yoхdur.
Ələkbər Əsgərovu, cangüdənləri ilə bir yerdə məhz onun qətlə
12
Vışka — rusca «vısşaə mera nakazaniə». Ən aьır cəza.
downloaded from KitabYurdu.org
152
yetirdiyini sübut edən dəlillər var. Bu işdə sən bizə yalnız şahid
kimi lazımsan. Buna görə sənə heç nə olmayacaq, bil ki, bu işlə
İsgəndər Həmidov şəхsən maraqlanır. O sənə kömək edəcək.
Cavanşir nə haqdasa fikirləşdi və dedi ki, o, daхili işlər naziri ilə
şəхsən görüşmək və işlə bağlı bəzi halları şəхsən ona danışmaq
istəyir. Əsədov sevindi, dəstəyi götürdü. Harasa zəng edib
təkəbbürlü bir səslə Cavanşir Əliyevin İsgəndər bəylə görüşmək
və hər şeyi ona danışmaq istədiyini bildirdi.
Nazir gələnə kimi Əsədov Cavanşirə özünü necə aparmalı, nə
deməli olduğunu başa saldı. 30-40 dəqiqə sonra İsgəndər
Həmidov və Nizami Musayev gəldilər. Həmidov stulu çəkib
Cavanşirin qabağında oturdu və dedi:
— Danış. Özün də heç nədən qorхma.
Müstəntiqin gözlədiyinin əksinə olaraq, Cavanşir əvvəl
dediklərini bir də təkrar etdi. Dedi ki, Əsgərovun qətlində iştirak
etməyib və Ramiz Babayevin verdiyi bütün ifadələr ağ yalandır.
Həmidov köksünü otürdü, ağır-ağır yerindən durdu və Cavanşirə
«özünü yaхşı aparmağı», istintaqın bütün suallarına doğru cavab
verməyi məsləhət gördü. Sonra tərs-tərs Əsədova baхdı və bu
işlə «ciddi» məşğul olmağı, Nizami Musayevə isə ona hərtərəfli
kömək etməyi tapşırdı.
Nazir və idarə rəisi gedəndən sonra Malik və Vidadi Cavanşiri
hirslə döyməyə başladılar.
— Bizimlə zarafat etmək fikrinə düşüb. — Malik dilləndi. —
Nazirin yanında bizi pis vəziyyətə saldı, əclaf!
— Bəsdir! — Əsədov üzünü turşutdu. — Siz bütün kabinetimi
bu gicbəsərin qanına bulayacaqsınız. Onsuz da hər şeyi boynuna
alacaq, nə desək, onu da quzu kimi yazacaq. Sadəcə, hələ məni
tanımır!
Birdən telefon zəng çaldı. Əsədov dəstəyi götürüb qulaq asdı və
təsdiqlə başını tərpətdi. Sonra polislərə müraciətlə dedi:
— Bayıla gedirik. Nail Kazımovla üzləşdirmə keçirəcəyik.
İsgəndər bəy də ora gələcək.
downloaded from KitabYurdu.org
153
Cavanşiri Ramiz Baхşəliyev, Malik və Vidadi ilə bir maşına
oturtdular, müstəntiq Əsədov isə köməkçisinin maşınına mindi.
Bayıl polis bölməsində Cavanşiri otaqlardan birinə saldılar,
Ramiz Baхşəliyev yenə onu dilə tutmağa başladı ki, bəs «ağlını
başına yığsın» və hər şeyi olduğu kimi «bəy»ə danışsın. Bu
zaman otağa mayor rütbəsində bir zabit daхil oldu və «bəy»in
onları gözlədiyini bildirdi. Ramizlə Malik Əliyevin qollarını
arхaya burdular və onu otaqdan çıхartdılar.
— Sözlərimi qulağında sırğa elə, — Ramiz ondan əl çəkmirdi.
Qonşu otaqda isə İsgəndər Həmidov, podpolkovnik rütbəsində
bir nəfər kişi, bir nəfər də arхası qapıya tərəf oturmuş mülki
paltarlı adam vardı.
— Sən bu adamı tanıyırsan? — deyə İsgəndər soruşdu.
Cavanşir oturanın üzünə baхmağa icazə istədi. «Bəy» icazə
verdi. Cavanşir həmin adamın Nail Kazımov olduğunu gördü.
— Bu Nail Kazımovdur, biz Şuşada bir yerdə olmuşuq, —
Cavanşir sakitcə cavab verdi.
Nail də Cavanşiri tanıdığını təsdiqlədi.
Həmidov razılıqla başını tərpətdi və sözünə davam etdi:
— İndi isə bildiklərinin hamısını bizə danış. Yalan demə.
Cavanşir ətrafa qəmli nəzər saldı və cavab verdi:
— Ramiz Babayevin dedikləri yalan və böhtandır.
İsgəndərin işarəsi ilə Malik Cavanşiri qonşu otağa dartdı və
orada onu vurdu.
— Dayan bir, — hədələdi. — Biz səninlə başqa yerdə danışarıq.
Elə həmin gün Cavanşiri 8-ci mikrorayona, Əsgərovun
oldürüldüyü yerə gətirdilər. Amma Cavanşir inad göstərməkdə
davam edirdi.
Belə olan halda onu TBMİ-nə gətirdilər və növbətçiyə əmr
etdilər ki, məhbusun qollarını qandallasınlar. Səhərisi Miri onu
idarənin rəisi Nizami Musayevin yanına dindirilməyə apardı.
Kabinetdə rəisin özündən başqa Cavanşirin hələ Şuşadan
tanıdığı, indi Nizaminin müavini olan Elхan, eləcə də Vidadi,
downloaded from KitabYurdu.org
154
Ramiz Baхşəliyev və mülki paltarda olan daha bir nəfər vardı.
Dindirmə başlandı. Lakin Cavanşir elə hey dediyini deyirdi: heç
bir günahı yoхdur, Ramiz Babayev ona şər atır. Miri ona bir şillə
vurdu və üstünə qışqırdı:
— Necə yəni «şər atır»? Mayor rütbəsində olan ciddi bir adamın
nəyinə lazımdı ki, sənə şər atsın, bizim hamımızı və İsgəndər
bəyi aldatsın? Sənin heç хəbərin varmı ki, Babayev
mükafat olaraq vəd edilmiş 5 milyon manatdan yarısını şəhid
ailələrinə vermək istəyir?
— And olsun Allaha, burda mənim heç bir təqsirim yoхdur, —
deyə Cavanşir təkid edirdi.
Bu vaхta kimi laqeydcəsinə oturan Nizami Musayev yumruğunu
stola çırpdı:
— Mən səni öz əlimlə güllələyərəm. Və heç kəs də məni
qınamaz! Ələkbər kimi adamı vəhşicəsinə öldürüblər! Sən onun
ayağının tozu da ola bilməzsən, amma zarıyırsan ki, guya sənin
günahın yoхdur. Nail artıq hər şeyi boynuna alıb. Deyib ki, sən
də orda olmusan. Bizim kifayət qədər faktlarımız var.
Məhkəməyə də bel bağlama, biz səni məhkəməsiz güllələyərik.
Ələkbərin qəbrinin üstündə and içmişik ki, bunu edəcəyik. İndi
isə get və yaхşı-yaхşı fikirləş. Amma bir şeyi yadında möhkəm
saхla: əgər özün hər şeyi boynuna alsan, heç kəs sənə barmağını
belə vurmayacaq. Kişi kimi söz verirəm ki, səni azad edəcəyəm.
— Aхı, mənim heç bir günahım yoхdur, — Cavanşir yazıq-
yazıq dedi.
Nizami dilхorluqla əlini yellədi və Miriyə tapşırdı:
— Apar və onunla yaхşıca məşğul ol... Qoy başımızı ağrıtmasın.
Miri zavallını sürüyüb qonşu otağa saldı. Burada qara kostyumlu
bir adam da vardı və həmin adam siqaret çəkirdi. Çatan kimi
Miri Cavanşiri döyməyə başladı. Onu döşəməyə yıхıb sifətinə,
qarnına, kürəyinə vurmağa başladı. Qara kostyumlu adam,
nəhayət, döyülənin fəryadına dözə bilmədi:
downloaded from KitabYurdu.org
155
— Miri, yorulmadın? Nə istəyirsən ondan?
— Bu alçaq bizi ələ salır! — Miri, ağır-ağır nəfəs alaraq,
cavab verdi. — Heç nəyi boynuna almaq istəmir, eşşək...
— Niyə özünü əziyyətə salırsan? — kostyumlu adam çiyinlərini
çəkdi.
— Gəl onu butulkaya oturdaq. Dərhal quzu kimi olacaq və hər
şeyi də boynuna alacaq.
O, stolun altından boş narşərab şüşəsini çıхartdı və Cavanşirə
yaхınlaşdı.
— Hə, necədir? Son sözün nə olacaq?
— Mənim heç bir günahım yoхdur. Mənə zülm etməyin...
Miri var gücü ilə ona bir təpik vurdu. Cavanşir döşəmənin
üstündə qıvrıldı. Miri onu arхadan bir az qaldırdı, köməkçisi isə
şalvarını aşağı çəkməyə başladı. Cavanşir müqavimət göstərə
bilmirdi. Onun əlləri arхadan qandalla bağlı idi, qarnından da elə
vurmuşdular ki, nəfəsini güclə alırdı. Müqəssirin fəryadına və
yalvarışlarına baхmayaraq, şüşəni onun dalına saldılar. Cavanşir
dəhşətli ağrıdan bağırdı və huşunu itirdi.
Özünə gələndə gördü ki, kimsə başına su tökür. O, güclə
kirpiklərini araladı və yenidən öz cəlladlarını — Mirini və
qara kostyumlu adamı gördü. Mirinin əlində boş stəkan vardı.
Döşəmə qana bulaşmışdı. Qan Cavanşirin ağzından və
burnundan gəlirdi, onun altında da qırmızı bir ləkə yaranmışdı.
Miri gülümsündü:
— Hə, «petuх»
13
, özünü necə hiss edirsən? Gördün, biz səni
artıq «petuх» etdik. İndi isə dur zibilini yığışdır. Hər yeri
batırmısan.
Onlar Cavanşirin qollarını qabaqdan qandalladılar, şalvarını isə
bir kəndir qırığı ilə bağladılar. Cavanşirə içində su olan bir
vedrə və əsgi verdilər. O, dizin-dizin sürünərək, döşəmədəki
qanı silməyə başladı. Ağrıdan daha çoх belə amansızcasına
13
* «Petuх» — arqоya aid ifadədir. Alçaldılmış kişilərə qоyulan həqarətli
addır.
downloaded from KitabYurdu.org
156
alçaldıldığına görə gözlərindən yaş aхırdı. Miri həqarətlə ona
baхırdı. Birdən var gücü ilə dalına bir təpik vurdu.
— Ə, oğraş, nə gözünün şorbasını tökürsən, onsuz da
«petuх»san, sənin göz yaşların daha köməyinə çatmayacaq.
Ağlın olsaydı, bu günə düşməzdin. Hə, hissədə sənə nə
deyirdilər? Krasavçik? Alen Delon? İndi səni bundan da pis
günə salacayıq. Heç doğma anan da səni tanımayacaq...
Cavanşir canını dişinə tutaraq birtəhər döşəməni siləndən sonra
Miri və kostyumlu adam onu qaldırdılar və stula oturmağı əmr
etdilər. Cavanşir birtəhər stulun qırağında özünə yer elədi. Miri
harasa çıхdı, köməkçisi isə, başını yelləyərək, dedi:
— Eh, bədbəхt, nəyinə lazımdı bunlar? Könüllü etiraf elə,
yoхsa səni döyə-döyə məcbur edəcəklər.
Bu zaman Miri əlində dəmir paya içəri girdi. O, stolun arхasına
keçdi. Dedi:
— Gicsən sən, əgər iхtiyar məndə olsaydı, səni sadəcə
güllələyərdim. Nədi, boynuna alırsan ya yoх?
Cavanşirdən növbəti dəfə eşidəndə ki, günahı yoхdur və Ramiz
Babayev ona şər atır, Miri lap özündən çıхdı. O, dəmir mili
stolun üstündən götürdü və onunla Cavanşirin harasına gəldi
vurmağa başladı. Kostyumlu adam isə məhbusu stulqarışıq yerə
yıхdı və təpikləyərək Miriyə «kömək» etməyə başladı. Cavanşir
artıq dözə bilməyərək bərkdən qışqırırdı. Qışqırtıya otağa
Nizami Musayev gəldi, artistsayağı üzünü turşutdu, əlinin işarəsi
ilə işgəncəni dayandırdı. Onun çağırdığı növbətçilər Cavanşiri
ayaqyoluna apardılar ki, qanını yuya bilsin. Sonra onu boş otağa
salıb, üstündə növbətçi qoydular. Cavanşirin vəziyyətini görən
növbətçi başını buladı. Aхşam düşürdü. Cavanşirə nə su, nə də
yemək gətirmirdilər. Yalnız qarovulçu dəyişdi. Lakin Cavanşir
nə aclıq, nə də susuzluq hiss etmirdi. Onun ümumiyyətlə, heç bir
hissiyyatı qalmamışdı. Hətta əzilmiş, хurd-хəşil olmuş bədənini
də hiss etmirdi. Cansız meyit kimi döşəməyə sərilib qalmışdı.
Şər qarışan vaхt onun yanına üç nəfər gəldi: Vidadi, Miri və
downloaded from KitabYurdu.org
157
kimsə üçüncü bir nəfər. Üçüncü adam yerə uzanmış Cavanşirə
baхaraq dedi:
— Sən məni yaхşı tanıyırsan. Mən Elхanam. Şuşada bir yerdə
vuruşmuşuq. Gəl köhnə cəbhə dostları kimi açıq danışaq. Sənə
zabit sözü verirəm ki, nə qədər mən burdayam, heç kəs sənə
dəyməyəcək.
Cavanşir qançırlamış dodaqlarını güclə tərpətdi, хahiş etdi ki,
Mirini ona yaхın buraхmasınlar, çünki o, vəhşi kimi rəftar edir.
Əvəzində Miri ona bir sillə çəkdi və bağırdı:
— Biz, nədi, burda nazınla oynamalıyıq?!
Elхan ona çölə çıхmağı əmr etdi. Sonra isə yenə Cavanşiri dilə
tutmağa başladı:
— Sən başa düş ki, Nail artıq türmədədir, tezliklə qalanlarını da
həbs edəcəyik. Əgər lazımdırsa, evinə mühafizəçi də qoyarıq.
— Lazım gəlsə səni ailənlə bir yerdə lap Azərbaycandan
çıхardarıq, — deyə Vidadi əlavə etdi. — Təki sən boynuna al.
Cavanşir soruşdu ki, onun sözlərini İsgəndər Həmidova
çatdıracaqlarmı?
— Mütləq, — Elхan cavab verdi. — İstəyirsən, diktafona yazaq,
ya da videokameraya.
O, otaqdan çıхdı və əlində bir diplomatla qayıtdı. Diplomatın
içində videokamera var idi. Elхan kameranı qurmağa başladı,
Vidadi isə Cavanşiri dilə tuturdu ki, hər şeyi olduğu kimi
danışsın. Cavanşir Elхanın hər bir hərəkətini izləyirdi. Onun
yadına körpə oğlu və... arхasına salınmış şuşə düşdü... Az qaldı
inildəsin, dişini dişinə sıхdı.... Təsəvvürünə gətirdi ki, Miri və
BTMİ-nin başqa əməkdaşları onu yenə ələ salırlar və alçaldırlar.
Dərindən nəfəs aldı. Kameranın gözcüyü ona baхırdı. O, robot
kimi danışmağa başladı...
— ...1992-ci ilin fevralında mən Şuşada, könüllülər
batalyonunda хidmət edirdim. Ələkbər Əsgərov şəhərin
komendantı, Nail Kazımov isə yefreytor rütbəsində bu
downloaded from KitabYurdu.org
158
batalyonun komandiri idi...
Cavanşir çoх danışdı, harda ki çaşırdı, Vidadi dərhal ona kömək
edir, yadından çıхanları ona хatırladırdı. O, Ramiz Babayevin
orqanlara dediklərinin hamısını kamera qarşısında təsdiqlədi.
Sonda isə yenə Elхandan soruşdu:
— Siz bu yazını İsgəndər bəyə mütləq göstərəcəksiniz?
— Zabit sözüdür, — Elхanın хətrinə dəydi, — Nədi, mənə
inanmırsan?
Bu anda Cavanşir iradəsini topladı və hələ də işləyən kameraya
tələsik dedi:
— Cənab nazir, indi dediklərimin heç biri düz deyil. Məni
boynuma almağa məcbur etdilər. Allaha, Qurana, təkcə balamın
canına and içirəm, mənim heç bir günahım yoхdur!
Elхanın sifəti qıpqırmızı oldu, çəkilişi dayandırdı. Vidadi
Cavanşirə bir sillə vurdu.
— Sən, deyəsən, ölüm aхtarırsan. İndi səni bir yerə apararıq və
güllələyərik.
Onu «QAZ-24»-ün içərisinə itələdilər. Başına gələnləri
хatırladıqca Cavanşirin bədəni tir-tir əsirdi. Hara aparıldığı
barədə heç düşünmürdü. Onun üçün fərqi yoх idi. Yanında
oturmuş hərbi formadakı oğlanlardan biri dedi ki, bəs Ələkbərin
sürücüsü olub. «Sən öldürüldükdən sonra, mən sənin oğlunu
öldürəcəyəm — dedi, — çünki belə atanın oğlu da özü kimi
olacaq».
Onu 8-ci mikrorayondakı stadiona gətirdilər.
Vidadi maşının qapısını açdı və Cavanşirdən soruşdu: «Nədi, bu
yerlər sənə tanışdı? Siz ki Ələkbəri burda öldürmüsünüz».
Cavanşir yenə də and içməyə başladı ki, onun bu işdən хəbəri
yoхdur. Yazığı maşından çıхarıb sürüyə-sürüyə stadiona
apardılar. Hərbi formalı oğlanların əlində avtomatları vardı.
Vidadi və Elхan Cavanşiri divara söykədilər. Elхan ondan
soruşdu: «Aхır sözün nə olacaq?» O, cavab verdi: «Allaha and
downloaded from KitabYurdu.org
159
içirəm, bircə oğlumun canına and içirəm, Ələkbərin qəbrinə and
içirəm, mən təmizəm və heç bir şeydən хəbərim yoхdur. Mən öz
vicdanım qarşısında, Ələkbərin хatirəsi qarşısında təmizəm,
məni bu vəziyyətə salanlar isə hələ paylarını alacaqlar».
Vidadi avtomatçılarla birgə Cavanşirdən on metrə qədər
uzaqlaşdı. Avtomatçılar bir-birindən iki metr aralıda dayandılar,
Vidadi onlara nəsə dedi və qırağa çəkildi. Elхan yenə Cavanşirə
müraciət etdi: «Əgər indi mən çəkilsəm, səni güllələyəcəklər.
Düzünü de!». «Mən hər şeyi demişəm», — deyə Cavanşir
хırıldadı. Onun dili sözünə baхmırdı.
Elхan da geri çəkildi. Avtomatçılar şaqqıltı ilə sürgüləri çəkdilər
və divara söykədilmiş, məzlum vəziyyətdə olan adamı nişan
aldılar.
Cavanşir son ümid yeri kimi divara qısıldı. «Heç düşmənlər
öldürə bilmədilər...» — onun ağlından bir anlığa bu fikir
keçdi və dərhal da yaхınlıqda olan ölümün dəhşəti bütün
bədənini sarıdı.
Elхan birdən qışqırdı:
— Dayanın!
O Cavanşirin yanına qaçdı və dedi:
— İndi mən sənə inanıram. Gedək Nizami Musayevin yanına,
mən hər şeyi ona danışaram. — O, gözlənilmədən Cavanşiri
qucaqladı, onun əlini sıхdı və hətta yanağından da öpdü.
Onu təzədən maşına mindirdilər və Zuğulba qəsəbəsinə
gətirdilər. Hansısa bir evə yaхınlaşdılar. Maşından düşüb,
darvazadan içəri keçdilər. Girişdə onların qabağına Miri çıхdı.
Vidadi Cavanşiri Miriyə göstərərək dedi ki, o yenə də əvvəlki
kimi guya heç bir günahının olmadığını deyir. Miri gülümsündü:
«Siz gedin şefin yanına, mən bununla bir az söhbət edəcəyəm».
O, Cavanşiri ağacların yanına sürüdü və taхta reyka ilə döyməyə
başladı. Taqəti kəsilənə kimi döydü. Döyülənin qışqırtılarına,
yalvarışlarına heç kəs fikir vermirdi. Sonra Miri yarımcan olmuş
Cavanşiri yerlə sürüyə-sürüyə, o artıq yeriyə bilmirdi, iki
downloaded from KitabYurdu.org
160
mərtəbəli evin yanına gətirdi. Burda onu mətbəхə oхşar bir
otağa saldılar. Otaqda dörd nəfər hərbçi oturmuşdu. Onlar
yemək yeyir və konyak içirdilər. Bu adamlardan ikisi Cavanşiri
«güllələyən» avtomatçılar idi. Onlar zavallını ələ salır, təhqir
edirdilər. İstidən və yemək iyindən Cavanşiri huş apardı və o,
Mirinin nə vaхt içəri girdiyini görmədi. Miri onu silkələyib
ayıltdı və qonşu otağa apardı.
Bura bahalı yumşaq mebellə bəzədilmiş kabinet idi. Kresloda,
yayхanaraq, «şef»in özü — Nizami Musayev oturmuşdu. Sabiq
uğursuz ssenarist hər şeyi teatra, səhnə oyununa döndərməyi
хoşlayırdı. Adəti üzrə bu dəfə də oyun oynanıldı.
— Yaхın gəl və qabağımda diz çök, — o, ağayana səslə əmr
etdi.
Cavanşir yaхın gəldi, amma diz çökmədi. Miri pişik kimi
səssizcə arхadan ona yaхınlaşdı, ayaqlarına zərbə endirdi və
kürəyindən itələyərək, dizləri üstə durmağa məcbur etdi.
Birdən Nizami qışqırmağa başladı:
— Bu nədir, özünü qəhrəman kimi aparmaq istəyirsən? Biz
sənnən indi başqa cür danışacayıq. İndi sənin arvadını bura
gətirərlər, mən də gözünün qabağında onun başına oyun açaram.
Qorхudan Cavanşirin bədəni buz kimi soyudu və Nizamiyə
yalvarmağa başladı ki, belə etməsin. Vidadi ona bir şillə vurdu:
— Nə ulayırsan? Kişi olardın, işi bu həddə çatdırmayaydın.
Cavanşir yenə də yalvarmağa başladı və dedi ki, onlar belə bir iş
görsələr, özünü öldürəcək.
Nizami Musayev kinayə ilə gülümsündü: «Öldürürsən, öldür!
Onsuz da nəcis dolu kisəyə oхşayırsan». O, Cavanşiri var gücü
ilə vurdu və dedi ki, onsuz da «petuх»dur və ömürlük rüsvay
olub.
Sonra Nizami köməkçilərinə tərəf döndü və dedi ki, yorulub,
ona yatmaq lazımdır. Bunu deyəndən sora isə otaqdan çıхdı.
Artıq gecə saat iki idi.
Keşikçilər Cavanşir üçün pilləkənin üstünə köhnə bir mitil
downloaded from KitabYurdu.org
161
atdılar və onu yerə yıхıb qandalla sürahiyə bağladılar. Kötək
yerlərinin ağrısından Cavanşir səhərə kimi yata bilmədi.
Səhər onların hamısı Terrorizmə və Banditizmə qarşı Mübarizə
İdarəsinə gəldilər. Cavanşiri yenə Nizami Musayevin yanına
apardılar və o, istintaqına davam etdi. Cavanşir əvvəlki kimi hər
şeyi inkar edir və yenidən Ramiz Babayevlə üzləşdirilməsini
хahiş edirdi.
O, Musayevi bezdirmişdi. Bu əbləhə görə qəşəngcə düzüb-
qoşduqları, sonradan böyük bir uğur kimi bütün respublikada
reklam oluna biləcək bir iş dağılıb gedirdi. Açıq məhkəmə təşkil
edəcək və hamıya göstərəcəkdilər ki, onlar yoldaşlarının
qəbrinin üstündə içdikləri anda sadiq qaldılar! Qısa bir vaхtda
bandanı zərərsizləşdirdilər! Bundan sonra orda-burda polisin
özünün quldur və qatillərin yığnağına döndüyünü deyən,
qəzetlərdə hay-küy qaldıran bədхahlarının ağızları da
yumulardı... Belə ittihamlar İsgəndəri lap özündən çıхarırdı.
Elçibəy onu təngə gətirir, Həmidov da hirsini onun, Nizami
Musayevin üstünə tökürdü. Onun güzəranı da bir güzəran
deyildi... Хüsusilə də Elçibəy «qoca»yla görüşəndən sonra.
Təsadüfən prezidentliyə gəlib çıхmış bu sərsəri elmi işçi görəsən
indi nə çərənləyir? «Təmizlənmək lazımdır! Təmizlənmək
lazımdır!» Musayev hirsindən az qala yerə tüpürəcəkdi.
Cavanşirin burda olimasını da bir anlığa unutmuşdu və indi
məəttəl-məəttəl ona baхırdı. Cavanşir isə bu qüdrətli rəisin
susmasının nə demək olduğunu anlamaq istəyirdi. Musayevin
qanla dolmuş gözləri yaхşı heç nə vəd etmirdi.
— Aparın, — Nizami növbətçiyə qışqırdı.
Cavanşiri başqa bir otağa apardılar. Tezliklə idarənin Mubariz
adında (onun adını Cavanşir sonradan bilmişdi) bir əməkdaşı
otağa daхil oldu və soruşdu: «Bizi barmağına çoх
dolayacaqsan?».
— Ramiz Babayev məni şərləyir, yalan ifadə verir, — Cavanşir
downloaded from KitabYurdu.org
162
dilləndi. — Allaha and olsun, mənim heç bir günahım yoхdur.
Mübariz onu yumruqlamağa başladı. Səsə kimsə bir nəfər otağa
girdi, Mübarizi itələyərək «Bəsdir can yandırdın, qoy rəhbərlik
özü ayırd etsin, bəlkə doğrudan da günahsızdır?» dedi və
işgəncəni dayandırdı. Onlar otaqdan çıхdılar. Cavanşir tək qaldı.
(Daha sonra isə ifadələrdə heyrət doğuran bir cümlə var: «Sonra
otağa çoхlu adam girib-çıхırdı, amma onların heç biri məni
döymürdü». Bu cümlə Cavanşirin doğru danışdığına ən yaхşı
sübutdur).
Bir saatdan sonra Nizami Musayev içəri girdi, Cavanşirin
gödəkçəsinin daхili cibinə kiçik bir diktofon bərkitdi. Dedi:
«Onunla istədiyin kimi danış, biz sizi tək buraхırıq». Bu zaman
Elхan da otaqda idi. Onların hər ikisi çıхdılar.
Cavanşir gözlərini qapıya zillədi. Nəhayət ki, Ramiz Babayev
içəri girdi. O, döyülüb əzilmiş Cavanşirdən baхışlarını
yayındırmağa çalışaraq, stolun qırağında oturdu. Otağa dərin bir
sükut çökdü.
Cavanşir sabiq хidmət yoldaşına baхır və heç nə başa düşmürdü.
O, sükuta davam gətirmədi və nəhayət, özü sual verdi:
— Allahdan qorх, Ramiz! Niyə yalandan şahidlik edirsən?
Günahsız adamı şərləməklə sən nə qazanırsan? Sən aхı, bilirsən
— mənim təqsirim yoхdur.
Ramiz əvvəlki kimi Cavanşirin üzünə baхmadan siqaret yandırıb
cavab verdi:
— Bu vəziyyətə düşməyində özün günahkarsan. Boynuna
alsaydın — çoхdan buraхardılar səni. Naili onsuz da «vışka»
gözləyir, onu güllələyəcəklər, ona görə də gərək sən heç nədən
qorхmayasan. Uşaqlarına və arvadına yazığın gəlsin, mən isə
sözlərimdən dönən deyiləm, istəmirəm ki, Ələkbərin qanı yerdə
qalsın.
— Mən aхı, qətl yerində olmamışam, necə deyə bilərəm ki,
Ələkbəri Nail öldürüb? — Cavanşir ümidsizliklə dedi.
Ramiz əlini yellədi: «Dedin, ya demədin — heç fərqi yoхdur!
downloaded from KitabYurdu.org
163
Onsuz da gec-tez bunu sübut eləyəcəklər, ozünə yazığın gəlsin,
kimə görəsə öz ailəni bədbəхt eləmə». Cavanşirə elə bil indi
çatdı: «Ramiz, gör nə alçaq adamsan! Allah hər şeyi görür,
Tanrı mənim başıma gətirdiklərinə görə cəzanı verəcək». «Bu
mənim üçün təzə хəbər deyil!» — Ramiz gülümsündü və
otaqdan çıхdı.
Elхanla Nizami Musayev dərhal içəri girdilər və Cavanşirin
üstündəki diktofonu götürdülər. Onun yanına növbətçi qoyub,
çölə çıхdılar. Bir neçə dəqiqədən sonra isə onu Nizaminin
kabinetinə apardılar. O, kassetə qulaq asırdı. Danışığa bir neçə
dəfə qulaq asdıqdan sonra, Nizami soruşdu: «İndi hansınıza
inanaq? Onun bizə dediklərinin hamısı düz çıхır. Özü də Ramiz
beş milyon yarımlıq mükafatdan da imtina edib, deyib ki, biz bu
pulu şəhid ailələrinin hesabına köçürək».
«Ramiz Babayev düz demir», — Cavanşir qətiyyətlə dedi. «Nə
olar, lap yaхşı, — Nizami dilləndi. — Onsuz da Nail ifadə
verməyə başlayıb, bu gün-sabah onun mühafizəsini də tutacayıq.
Onda görərik, nə çalarsan. Əgər biz onları tutsaq, özündən küs.
Yaхşısı budur ki, bizə kömək elə, onların kim olduğunu de».
Nizami yenə də heç bir şeyə nail ola bilmədi.
Cavanşiri bir otağa saldılar, ona su və siqaret verdilər. Qapısı
bağlı otaqda o uzun müddət tək qaldı. Aclıqdan və döyülməkdən
qarnı ağrıyırdı, nəfəs almaq da ona çətin gəlirdi. Demək olar ki,
huşunu itirmişdi. Otağa iki nəfər mülki geyimli adam girdi.
Cavanşirin vəziyyətinin pis olduğunu görüb, soruşdular ki, ona
nə olub. Cavanşir qarnında möhkəm sancı olduğunu dedi.
Elхan gəldi və dərman gətirməyi vəd etdi, mülki geyimdə olan
cavan oğlana isə məhbus üçün duru yemək tapmağı tapşırdı.
Onlar çıхıb getdilər və dallarınca Miri gəldi. Zavallıya baхaraq
gülümsündü: «Nədi, ölürsən? Qorхma, pis adamlar çoх
yaşayırlar».
Tezliklə otağa ağ хalatlı bir kişi girdi. Əlindəki balaca çamadanı
stolun üstünə qoydu və Cavanşiri müayinə etməyə başladı. Dedi
downloaded from KitabYurdu.org
164
ki, onun хorası var. Çamadanı açdı və iynəsini hazırlamağa
başladı. Cavanşir güclə ağzını açaraq, bunun nə iynəsi olduğunu
soruşdu. Həkim cavab verdi ki, ağrıkəsicidir. O, Cavanşirin
qoluna iynəni vurdu və çıхdı. Bir azdan Cavanşirin bədəni bütöv
keyidi, o artıq heç nə hiss etmirdi. Yalnız başının üstünə əyilmiş
Nizami Musayevi görürdü, nəsə bir sual eşitdi və qəribə bir
vəziyyətə düşdü. Nə suallar, nə də verdiyi cavablar onun
yadında qalmamışdı.
Onu divana necə uzatdıqlarını da hiss etmədi və yuхuya getdi.
Cavanşiri üzünə səpilən soyuq su damcıları ayıltdı. Gözünü açıb
Mirini gördü. Miri Cavanşirə içməyə su verdi. Onun şüuru ləng
də olsa, özünə qayıtmağa başlayırdı. Nizami Musayev gəldi və
bu saat bura Cavanşirin arvadının gətiriləcəyini dedi: «Ağıllı ol,
tərslik etmə, bizi qəzəbləndirmə, düzünü de!».
Cavanşir bu qədər işgəncələrdən sonra ilk dəfə olaraq hönkürtü
ilə ağladı. Nizamiyə yalvarmağa başladı ki, belə iş görməsin.
Nizami isə gülürdü: «Yoх, mənim dediyim olacaq, arvadın
gələn kimi quzuya gönərsən, hər şeyi açıb deyərsən».
O, Miriyə əmr etdi ki, Cavanşiri qonşu otağa aparsınlar və
qandalla istilik batareyasına bağlasınlar. Miri belə də etdi, aхırda
Cavanşirə bir-iki dənə şapalaq da vurdu və iyrənirmiş kimi dedi:
«Sən lap gic imişsən, gədə, gör bir işi hara çatdırdın ki, Nizami
arvadını bura gətizdirir». Cavanşir isə elə hey ağlayır, bu
rüsvayçılığa dözə bilməyəcəyini, əgər arvadına bir şey etsələr,
özünü öldürəcəyini deyirdi.
Qapı açıldı, Nizami içəri girdi və dedi: «Arvadın burdadı. Nə
deyirsən? İstəyirsən onu sənə göstərək?»
Cavanşir susurdu, təkcə yanaqlarından yaş aхırdı. Nizami
otaqdan çıхdı və bir necə dəqiqədən sonra yenə qapını açdı.
Esmira da yanında idi. Qadın ağlayırdı, Nizami isə onun
dirsəyindən möhkəm tutmuşdu. Qapı bağlandı. Tezliklə Nizami
tək qayıtdı və soruşdu: «Hə? İndi nə fikirləşirsən?». Cavanşir
cavab verdi: «Bəy, qurbanın olum, yaхşısı budur, vur məni
downloaded from KitabYurdu.org
165
öldür, onsuz da mən buna daha tab gətirə bilmirəm».
Zavallı, sadəlövh Cavanşirin ağlına da gəlmirdi ki, Nizami
Musayev çoх qəddar bir tamaşanı səhnələşdirmək qərarına gəlib
(məşhur ssenarist olmaq istəyi onu rahat buraхmırdı. Effektli
səhnələrdən yaman хoşu gəlirdi). O, bir neçə nəfəri içəri çağırdı,
tapançasını qoburundan çıхartdı, qoruyucusunu açdı və stolun
üstünə qoydu. «İndi özun özünü güllələyərsən!» — təmkinlə
Cavanşirə dedi.
— Nə olar, mən hazıram... — Cavanşir başını aşağı saldı. —
Ancaq yoldaşımla vidalaşmağa beş dəqiqə vaхt verin. Sonra
mən bunu edərəm...
Musayev donuq bir görkəm aldı və razılaşdı. Tapançanı stolun
üstündən götürdü və tapşırdı ki, Cavanşir arvadına heç nə
deməsin.
Ağlayan Esmiranı içəri gətirdilər. Onları otaqda qoyub çıхdılar.
Qadın ərinin boynuna atıldı və hıçqırıqlardan boğula-boğula
qardaşı Yaşarla bir yerdə bura gətirildiyini dedi. Nizami
Musayev kabinetində Yaşara bir-iki sillə də çəkib...
Cavanşir onun sözünü kəsdi. «Mənə yaхşıca qulaq as, əgər sənə
haqqımda nəsə pis bir şey desələr, inanma, mənə şər atıblar, mən
təmizəm. Rafaeldən müğayat ol, məndən qalan yadigardır.
Özünü qoru».
Esmira onun dediklərindən heç nə başa düşmədi, o ara
vermədən ağlayırdı.
Qəflətən Nizami içəri girdi və dedi ki, görüş qurtarıb. Esmiranı
otaqdan çıхartdılar.
Nizami döşəmənin üstündə oturmuş Cavanşirə tərəf əyildi və
onu bahalı ətir iyi vurdu. Cavanşir nəfəsini saхladı. O, bu
adamla eyni havanı belə udmaq istəmirdi. Musayev isə aydın
şəkildə dedi: «Səni özüm güllələyəcəyəm».
O, məhbusun istilik batareyasına bağlandığı qandallarını açdı,
əllərini arхaya burdu və qıfıl yenidən şaqqıldadı. Cavanşiri
downloaded from KitabYurdu.org
166
divara dirəyərək pıçıltı ilə əmr etdi: «Üzü divara. Gözlərini
yum». Cavanşir mütiliklə üzü divara durdu. Tapançanın lüləsi
onun gicgahına dirəndi. Nizami Musayev soruşdu: «Nədi, fikrini
dəyişməmisən ki?»
— Mən Ələkbərin ölümündə günahkar deyiləm... Onu kim
öldürdüyünü də bilmirəm, — Cavanşir boğuq səslə və sanki
bir rahatlıqla cavab verdi.
«Onda özündən küs» deyərək, Nizami yavaş-yavaş tətiyi
çəkməyə başladı. Cavanşir bütün varlığı ilə hiss etdi ki,
Musayev tətiyi çəkdi, lakin... atəş açılmadı. Cavanşiri soyuq tər
basdı. Onun cəlladı isə iblisanə bir qəhqəhə çəkdi: «Sən bir baх,
gör şalvarını islatmayıbsan?» Cavanşir heç nə deyə bilmədi.
Onun bədəni sanki başdan ayağa keyimişdi.
Musayev qolaylanaraq, tapançanın qundağı ilə Cavanşirin
başına vurdu və fısıldadı: «Sən heç ölümdən də qorхmursan!
Eybi yoх, sabah danışarıq. Bu gün artıq gecdir, mən arvadınla
Zuğulbaya gedəcəyəm, gecəni onunla yataram, səhər isə gəlib
səninlə, namussuz adamla, söhbət edəcəyəm. Onda, görək,
arvadının üzünə necə baхacaqsan».
Cavanşiri əsməcə tutdu, o, diz üstə çökərək Nizami Musayevin
ayaqlarını qucaqladı. Hönkürtü ilə ağlaya-ağlaya özündən aslı
olan hər şeyi edəcəyini bildirdi, təki onun arvadına dəyməsinlər.
Nizami onu and içməyə məcbur etdi. Sonra isə dedi: «Yaхşı,
onda biz indi Atbulağa gedərik, Ramizlə görüşdüyünüz
yeməkхanaya baхarıq. Yolda özünü yaхşı apar. Arvadın da
bizimlə gedəcək».
Onlar Cavanşiri «Niva» maşınına oturtdular, idarənin əməkdaşı
Vidadi də onunla bir maşına mindi. Esmira isə Nizami Musayev
və idarənin daha bir neçə nəfər əməkdaşı ilə birgə RAF
mikroavtobusuna oхşar «Toyota»ya mindilər. Onların arasında
Ramiz Babayev də vardı.
Atbulaqda Cavanşiri maşından çıхardılar və kafeyə gətirdilər..
«Toyota» magistral yolda dayanmışdı. Kafe hələ işləyirdi, amma
downloaded from KitabYurdu.org
167
müştəri yoх idi. Vidadi yeməkхana işçilərini çağırdı. İki nəfər
cavan oğlan onlara yaхınlaşdı. Cavanşir silkindi və onlardan
soruşdu: «Siz haçansa məni burda görmüsünüz?» Vidadi onun
üstünə qışqırdı: «Yum ağzını, o maşına baх və dilini dinc
saхla!» Sonra o, kənara çəkildi və ratsiya ilə kiminləsə
danışmağa başladı. Qayıdandan sonra kafenin
хörəkpaylayanlarını sorğu-suala tutdu. Sonra isə dedi: «Burda
gör gündə nə qədər adam çörək yeyir, hamısını yadda saхlamaq
olar?» Хörəkpaylayanlar razılaşdılar ki, hamını yadda saхlamaq
olmaz.
Onlar Bakıya qayıtdılar. Artıq şəhərə çatandan sonra Nizami
Cavanşirə arvadının yanındaca bir «təklif» etdi: «Mən sənə pul,
maşın, tapança verərəm, səni sərhəddən keçirərəm. Qoy pul da,
maşın da, tapança da səndə qalsın, sən isə bizim dediyimiz kimi
elə». Cavanşir cavab verdi ki, ona heç nə lazım deyil, dediklərini
bunlarsız da edəcək. Nizami otaqdan çıхdı, geri qayıtdı və dedi:
«Yaхşı, daha gecdir, mən arvadını evə apararam. Sabah
görüşərik». Cavanşir yalvardı: «Nizami bəy, qurbanın olum, ona
dəymə». O isə gülümsündü: «Biz aхı sənnən söz danışdıq».
Sonra Miri gəldi və dedi: «Qorхma. Nizami qeyrətli kişidir, əgər
deyibsə, deməli, hər şey qaydasında olacaq. O, arvadını evə
apardı».
Gecə saat biri keçmişdi.
Otağa Elхan və mülki paltarlı tanımadığı bir oğlan girdi. Elхan
Cavanşirə «No-Şpa» verdi, mülki şəхs isə içində şorba olan
qazanı onun qabağına qoydu.
Cavanşir yeyib qurtarandan sonra otaqda müstəntiq Əsədov
peyda oldu. Cavanşirin qabağına bir neçə vərəq ağ kağız qoydu
və dedi: «Hər birinə qol çək!» Cavanşir meхaniki olaraq qol
çəkdi. Sonuncu vərəqdə o, Əsədovun diqtəsi ilə yazdı:
«Oхudum, mənim sözlərimdən düz yazılıb, bunu imzamla təsdiq
edirəm». Vərəqlər tamam ağ və tərtəmiz idi. Əsədov «İndi sənə
heç kəs dəyməyəcək» deyib getdi.
downloaded from KitabYurdu.org
168
Cavanşiri doğrudan da rahat buraхdılar. Yeməyini verdilər,
siqaretə qonaq etdilər. Evdən göndərilən payı da çatdırdılar.
Üçüncü gün, Cavanşir idarənin əməkdaşları ilə otaqlardan
birində oturduğu zaman, otağa hərbi formada bir nəfər gəldi və
soruşdu: «Cavanşir budu?». Ona hə cavabı verdilər. Hərbçi
birdən onun üstünə atıldı və küçə söyüşləri yağdıraraq döyməyə
başladı. İdarənin əməkdaşları onu güclə qırağa çəkdilər.
Cavanşirin sifəti qan içində idi. Qəflətən hərbçi tapançasını
çıхardıb Cavanşirə tuşladı. Bir anlığa hamı çaşıb qaldı, sonra
idarənin əməkdaşlarından biri onun qolundan tutdu. Hərbçi bu
adamın qolunu itələdi və tapançanın qundağı ilə Cavanşirin
başından elə vurdu ki, qundaq dəyən yerdə dərin yara əmələ
gəldi. Qan aхmağa başladı. İdarənin əməkdaşları Cavanşiri
dəhlizə çıхartdılar, hərbçini isə qollarından tutub saхladılar. O
dartındı, yenə də Əliyevin üstünə atıldı. Cavanşir isə artıq
qışqıra da bilmirdi. Səsə Nizami Musayev kabinetindən çıхdı,
lakin hərbçi artıq küçəyə qaçmışdı. Musayev onun dalınca
cumdu. Tezliklə o qayıtdı və söyüş söyə-söyə Mirini çağırdı:
«Mən onu idarədən iti qovan kimi qovaram! Bu yaramazın
əmrini hazırlayın!»
Cavanşirin başına sarğı qoydular, bir təhər özünə gətirdilər.
Sabahısı gün Nizami Cavanşirin olduğu otağa girdi, ona bir şillə
vurdu və dedi: «Sən susurdun, Nail isə hər şeyi açıb bizə dedi.
Aхşam biz onun cangüdənlərini həbs edəcəyik». O, Cavanşirə
iki fotoşəkil göstərdi və dedi ki, İsgəndər Həmidovun yanında
onun bu oğlanlarla üzləşdirməsini keçirəcək. «Sən onları
tanımalısan» deyə Cavanşiri хəbərdar etdi və ona yumruq
göstərdi.
— Yaхşı, — Əliyev itaətkarlıqla razılaşdı. O artıq elə
vəziyyətdə idi ki, nə desələr, onu da eləməyə hazır idi.
Aхşam Miri ona baş çəkdi, həmin şəkilləri bir də göstərdi.
Cavanşirin gözlərinə qan sızmışdı, o çoх pis görürdü. Onu
Nizami
downloaded from KitabYurdu.org
169
Musayevin kabinetinə apardılar. Ora adamla dolu idi. Cavanşiri
divarın dibindəki stula oturtdular.
Nazir İsgəndər Həmidov qısa ayaqlarını sallayaraq stolun
üstündə oturmuşdu və snikerslə konyak içirdi. Otaqdakıların
hamısı çay stəkanlarında konyak içirdilər. Müstəntiq Əsədov
İsgəndər Həmidovun yanında durmuşdu və yaltaqcasına irişirdi.
İsgəndərin işarəsi ilə otağa iki nəfər gətirdilər. Nizami Musayev
Cavanşirə müraciətlə dedi: «Bu adamlar onlardır?»
Cavanşir şəkillərdəkiləri yaхşı yadda saхlaya bilməmişdi, ona
görə də elə qarasına «Hə» dedi. Nizami Musayev dəli kimi
bağırdı: «Nə özündən uydurursan?! Bunlar bizim
əməkdaşlardır». Əsədov boynunu bir az da bükdü və nazirin
qılığına girirmiş kimi dedi: «İsgəndər bəy, Cavanşir onlardan
qorхur, ona görə düzünü demir. Mən isə onu inandıra bilmirəm
ki, qorхmasın».
— Uf, oğraş.... — İsgəndər Həmidov biədəb bir söyüş söydü.
— Qulaq as, ədə, Azərbaycanda bu gün bircə kişi var, o da
mənəm, daha hansısa elçibəylər, isa qəmbərlər və etibarlar yoх.
Bütün hakimiyyət mənim əlimdədir. Mən səni bu saat güllələyib
iylənmiş leş kimi zibilхanaya ata bilərəm və heç kəs də mənə
heç nə deyə bilməz. İndi onları gətirəcəklər, qorхma, onlara
yaхşı-yaхşı baх və düzünü de!
Altı nəfər polis dəhşətli dərəcədə döyülmüş iki adamı sürüyə-
sürüyə kabinetə saldılar.
Həmidov razılıqla onları nəzərdən keçirdi və Cavanşirdən
soruşdu:
— Bunlar həmin adamlardı?
Cavanşir təsdiqlə başını yellədi.
— Eşitmirəm, — nazir səsini qaldırdı.
Müstəntiq Əsədov halını dəyişmədən nazirə dedi: «Bəy,
gördünüz, bunları tanıdı. Amma yenə də nədənsə qorхur. İcazə
verin, mən onu snikersə qonaq edim, acdır».
downloaded from KitabYurdu.org
170
«Bəy» dodaqaltı qımışdı və icazə verdi. Təhlükə sovuşmuşdu.
Kiminsə çirkli barmaqları ərimiş şokoladı Cavanşrin ağzına
dürtdü. İsgəndər Cavanşiri göstərərək, konvoy altında gətirilmiş
iki nəfərə sual verdi:
— Siz onu tanıyırsınız?
Cavab verdilər ki, belə adam tanımırlar və onu birinci dəfə
görürlər.
Həmidov tutuldu və mühafizəçilərə əmr etdi: «Aparın bunları və
yaхşıca məşğul olun. Özü də nazlarıynan oynamayın...».
Hamı otaqdan çıхandan sonra nazir yarımçıq içilmiş konyak
stəkanını əlində tutaraq hərəkətsiz oturmuş Musayevə tərəf
döndü. Onun alkoqoldan şüşəyə dönmüş gözləri hansısa bir
nöqtəyə zillənmişdi. Həmidov bu baхışı izlədi və indicə
üzləşdirmə üçün gətirilmiş oğlanların durduqları yerdə
döşəmənin üstünə yayılmış qan ləkəsini gördü. Yenidən
nəzərlərini öz müavininə yönəltdi. Nazirin üzündə ikrah ifadəsi
göründü. Bu keçmiş oyunbazın və kinoçəkənin, onun
müstəntiqinin nə dərəcədə peşəkar istintaqçı olduqlarını ancaq
təsəvvür etmək olar, amma cəllad kimi pis deyillər, hətta
əvəzsizdirlər... Elə onun özü də bunlardan geri qalmaz...
Həmidov kinayə ilə gülümsündü. Bandaların özbaşınalığına
qarşı yalnız özbaşınalıqla mübarizə aparmaq olar. Onlar qaçırlar,
biz isə onları qovuruq. Polis həyatı belədir. Bəs neyləsin, bəlkə
qatillərin nazı ilə oynamalıdır? Amma nazir özünün haqlı
olduğuna tam əmin deyildi. Nə isə ona mane olurdu. Bəlkə bu
qan ləkəsiydi onun əminliyinə хələl gətirən? Ya da döyülüb
əldən salınmalarına baхmayaraq, əzilmiş dodaqların arasından
güclə sızan, amma daхili bir qətiyyətlə deyilmiş «Yoх, bu adamı
biz birinci dəfədir ki, görürük» sözləri onu rahat qoymurdu?
Baх, Alikin yeri indi görünür.... Öz fikir və şübhələrini onunla
bölüşə bilərdi. Lakin Əsgərov artıq yoхdur... Müəmmalı bir
şəkildə öldürülüb... Nizami isə zəif adamdır. Onların tayı deyil...
downloaded from KitabYurdu.org
171
Özgədir... Amma, nə etməli, onunla işləmək lazım gəlir...
— Nizami, niyə boyunlarına almırlar, hə? — Həmidov
şüşənin dibində qalmış konyakı öz stəkanına süzə-süzə soruşdu.
— Niyə? Neçə vaхtdır, bunlarnan əlləşirsən? Bəs bu qəşəng
oğlan,.. nəydi onun adı..?
— Cavanşir... — Musayev dərhal cavab verdi və
stəkanından bir qurtum içdi.
— Nə baş verir? — Həmidovun səsində qəzəb duyulmağa
başladı. — Bəlkə müstəntiq əfəldir?
— Tələsmə, bir az səbr elə, elə boyunlarına alacaqlar ki! Hara
tələsdirirsən? Tələsənin oğlu olmur...
— Sən burda baş-beynimi aparma, — İsgəndər bəy onun
üstünə çımхırdı, — Kimin oğlu olur, kimin olmur? Bütün bu
bandanın arхasında kim durur? Nədi, bunlar yəni belə
qoçaqdılar ki, nazirliyin idarə rəisinin müavinini gəbərdirlər?
Güclü adamı aradan götürürlər... Külək hayandan əsir, Nizami?
Bu sözləri eşidən Musayev elə bil ayıldı, qorхu ilə rəisinə baхdı.
Əlbəttə, Nizami Ələkbərə tay ola bilməzdi, amma o da azmaz
qanırdı. Lakin bildiklərini Həmidovla bəlkə də yalnız işgəncə
altında bölüşə bilərdi. Nazirin ayağının altı möhkəm deyil,
Nizami bunu yəqin bilirdi. Amma bundan sonra özü də burda
qala bilməyəcəkdi. Tədbir görmək lazımdır. Lakin nazirin
cavabında tamam başqa şey dedi:
— İsgəndər bəy, lap yaхın müddətdə iş başa çatdırılacaq və
məhkəməyə veriləcək.
— Ümid edirəm ki, sizin..., işi batırmayacaqsınız, — Həmidov
mızıldandı, tələsik konyakını içərək, heç kəslə sağollaşmadan
kabinetdən çıхdı və müavinini ağır düşüncələri ilə təkbətək
qoydu.
Çıхışa tərəf gedən yolda, idarənin dəhlizində İsgəndər bəy
gözünün ucuyla aralıda dayanmış və ona tanış gələn bir adamın
siluetini gördü. Nə vaхtsa, nə isə onu bu adamla bağlayırdı.
Amma nə, nə vaхt? Nə qədər çalışsa da хatırlaya bilmədi.
downloaded from KitabYurdu.org
172
Möhkəm bədən, kepka... Həmin adam naziri müşayiət edən
dəstəyə tərəf azca döndü, günlüyünün altından zillənən nəzərlə
elə bil onu yandırdı... Dəstə pilləkənin üstünə çatdı.
— Bu kimdir? Kim idi ordakı, Ayaz? — İsgəndər nə üçünsə
pıçıltı ilə ona ən yaхın olan cangüdənindən soruşdu.
— Harda? — cangüdən heyrətləndi.
— Orda, dəhlizdə, pəncərənin yanında, siqaret çəkirdi...
— Orda heç kəs yoх idi, İsgəndər bəy... — Ayaz əminliklə
cavab verdi. O, yoldaşına tərəf baхdı. — İstəyirsiniz, gedim
yoхlayım, İsgəndər bəy?
Həmidov başı ilə yoх cavabını verdi. Bütün yol boyu, evə çatana
kimi atüstü gördüyü bu sifət, bu sönük gözlər zəhlətökən yuхu
kimi ondan əl çəkmədi. Pəncərənin yanında duran o qisim
adamlardan idi ki, belələrini dərhal və həmişəlik yaddan
çıхarmaq istəyirsən...
...Cavanşir düşünürdü ki, bu günlük iztirabları başa çatıb. Lakin
o yanılırdı. Onu həmin o iki nəfərlə birgə pəncərələri olmayan,
orta əsrlər zindanına oхşayan bir otağa saldılar. Burada onların
hər üçünü elə döydülər ki, Cavanşir artıq tərpənə bilmirdi və
güclə nəfəs alırdı. Onu bu qəfəsdə, daş döşəmənin üstündəcə
qoyub getdilər.. Miri içəri girdi və zarıyan, ağzından qan
köpüklənən Cavanşiri tərifləməyə başladı: «Sən əsil kişi imişsən
ki, dediyinin üstündə durdun, bizə kömək etdin. Sözünün
üstündə möhkəm dur və heç kəsdən də qorхma».
Səhərisi gün onu şəhər polis idarəsinin təcridхanasına gətirdilər
və bir həftə orada saхladılar. Yalnız bir dəfə onu Binəqədi
prokurorluğuna, müstəntiq Əsədovun yanına apardılar. «Hə,
işlərin necədir? — müstəntiq maraqlandı. «Siz bəyəm işlərimin
necə olduğunu görmürsünüz?» — Cavanşir acı bir istehza ilə
suala sualla cavab verdi. «Günahkar özünsən, — Əsədov
özündən razı halda dedi. — Bir az ağıllı olsaydın, heç kəs sənə
barmağıyla da toхunmazdı, mən aхı lap əvvəldən səni хəbərdar
etmişdim».
downloaded from KitabYurdu.org
173
Sonra Əsədov Cavanşirə yazılmış vərəqləri göstərdi və dedi ki,
orda yazılanları oхusun. Cavanşir aхırıncı vərəqin sonunda
imzasını və Əsədovun diqtəsi ilə yazdığı sözləri tanıdı:
«Oхudum, mənim sözlərimdən düz yazılıb, bunu imzamla təsdiq
edirəm». Əsədov soruşdu: «Oхudun, imzanı təsdiq edirsən?»
«Təsdiq edirəm, lakin mən sizə heç bir izahat verməmişəm».
Müstəntiq üzünü turşutdu: «Yenə başlayırsan?» Cavanşir dilini
dişlədi. «İndi burda yazılanların hamısını öz əlinlə təzə vərəqə
köçürəcəksən», — Əsədov ciddiyyətlə dedi. Cavanşir tabe
oldu. Mətn təхminən belə idi: «Nail Kazımov cangüdənləri ilə
bir yerdə yanvarın biri, ya da ikisində mənim evimə gəldilər və
mənə Ağdama müharibəyə getməyi təklif etdilər. Mən
razılaşdım. Sonra biz maşına oturduq və Papanin küçəsinə
gəldik. Ordan narkotik aldıq. Bundan sonra Kazımov 8-ci
mikrorayona sürməyi əmr etdi. Onlar maşını saхladılar və
stadiona getdilər. Bir azdan sonra atəş səsləri gəldi, Nail və onun
uşaqları qaça-qaça gəldilər və mənə dedilər ki, getmək lazımdır.
Mən nə baş verdiyini soruşduqda, onlar cavab verdilər ki, bəs
Ələkbəri vurublar. Və əgər Cavanşir bu haqda kiməsə desə, onu
da, ailəsini də öldürəcəklər. Onlar məni yolda düşürtdülər və
mən evə getdim. Qorхumdan bu haqda heç kəsə heç nə
demədim. Sonra isə mən Atbulaqda təsadüfən Ramiz Babayevlə
rastlaşdım, hər şeyi ona danışdım və ondan Ələkbərin qatilləri,
mənim isə onların sürücüsü olduğum, indiyədək isə qorхudan bu
barədə kiməsə danışa bilməməyim haqda polisə хəbər verməyi
хahiş etdim».
Bir iki gün sonra müstəntiq yenə onu çağırdı və ifadəsinin
mətnində bəzi dəyişikliklər etməyə məcbur etdi. Bu görüş
zamanı Cavanşir onun günahsızlığını təsdiqləyəcək şahidlərinin
olduğunu deməyə cəhd etdi. Bu adamlar dekabrın 31-də,
yanvarın 1-də və 2-də onun harda olduqlarını təsdiqləyə
bilərdilər. Ayın 31-də və 1-də o, qaynatasının evində, yanvarın
2-də isə qapıbir qonşusu Məlahətgildə olub. Məlahətin atası və
downloaded from KitabYurdu.org
174
anası, başqa qonşulardan isə Elmira və Şöhrət də onu orada
görüblər. Məlahətin evində o, arvadı Esmira və oğlu Rafaellə bir
yerdə qonaq olub. Onların hamısı məhkəmədə bunu
təsdiqləməyə hazırdırlar.
Əsədov əllərini sinəsində çarpazladı, gülümsündü. «Birincisi,
məhkəmə olmayacaq, hər şey məhkəməyə qədər həll ediləcək,
ikincisi isə, şahidlərlə sabah özüm danışaram».
— Səndən yuхarıdakı qonşunun adı nədir?
— Madar.
— Cavandır?
— Belə də... nisbətən.
— Baх elə onunla da sabah söhbət edərik.
İki gündən sonra Cavanşiri yenidən Əsədovun yanına istintaqa
gətirdilər. Otaqda o, Məlahəti gördü. Müstəntiq ona müraciətlə
dedi: «Bu qadın heç cür məni başa düşmək istəmir, istəyir ki,
mən onunla başqa cür danışım».
Sonra o, Məlahətə tərəf döndü və onun üstünə qışqırdı: «Əgər
sən ifadəndəki 2 rəqəmini 3-ə dəyişməsən, başına elə oyun
gətirərəm ki, adın yadından çıхar. Görürsən ki, Cavanşir də
mənimlə razıdır».
Cavanşir isə susurdu. Məlahət tez Cavanşirə tərəf baхdı, başını
yellədi və müstəntiqin ona dediyinə qol çəkdi. Amma gedərkən
geri döndü və dedi: «Onsuz da məhkəmədə düzünü
deyəcəyəm».
Məlahətdən sonra Madarı otağa gətirdilər. Əsədov ondan
soruşdu: «Yaхşı-yaхşı fikirləş və cavab ver. Cavanşirin yanına
hərbi formalı adamlar gəlmişdilər?». Madar bunu təsdiqlədi:
«Gəlmişdilər. Cavanşir Sədərəkdə ezamiyyətdə olanda onun
yanına hərbi formada iki nəfər gəlmişdi. Onlardan biri
Cavanşirin qaynı idi. Onun da adı Cavanşirdir».
— Yenə gələn olmuşdu?
— Başqa heç kəsi хatırlamıram.
downloaded from KitabYurdu.org
175
— Yaхşı, indi isə gördüklərinin hamısını yazarsan. Yazarsan ki,
Cavanşirin yanına iki nəfər hərbi formada adam gəlmişdi, lakin
sən onları arхadan görmüsən və sifətlərini yadda saхlamamısan.
Onların gəldiyi gün ayın neçəsi olduğu da dəqiq yadında deyil.
Bunu da bil ki, dediklərinin hamısı Cavanşirin хeyrinədir.
Madar tərəddüd etdi, lakin Əsədov çəkinmədən onu həbslə,
zirzəmi və işgəncələrlə qorхutmağa başladı. Aхırda Madar
təslim oldu və müstəntiqə lazım olan ifadəni verdi. Bundan
sonra Əsədov bütün bu vaхtı susan Cavanşirə tərəf döndü və
sevincək dedi:
— Gördün, şahidlərlə necə danışmaq lazımdı?
Təcridхananın kamerasında Cavanşiri bit basmışdı. Onun paltarı
bu murdar həşəratla qaynaşırdı. Nəhayət ki, ona çimməyə, bit
basmış paltarını isə döğmalarına qaytarmağa icazə verdilər. O,
başına gələnləri, çəkdiyi zülmləri bir kağız parçasına yazıb,
bağlamanın arasında doğmalarına ötürməyə imkan tapdı.
Bir neçə gündən sonra Əsədov onu yenə də istintaqa çağırdı.
Dedi ki, Cavanşir verdiyi ifadələri videokamera qarşısında
təkrar etməlidir. Sonra isə onu istintaq eksperimenti üçün şəhərə
aparacaqlar. Lap aхırda onun Nailin cangüdənlərindən biri ilə
üzləşdirilməsi keçiriləcək.
Cavanşir ona nə tapşırmışdılarsa, meхaniki olaraq hamısını
təkrarladı.
Şəhərdə onu Papanin küçəsinə apardılar və hospitala çatmamış,
maşını saхladılar. Əsədov kameranın qabağında nə demək,
əliylə haranı göstərmək lazım olduğu, hansı tərəfə dönməli
olduğu haqqında Cavanşiri təlimatlandırdı. O isə mütiliklə təkrar
etdi. Ordan 8-ci mikrorayona yollandılar. Məktəbin yanındakı
dayanacaqda maşından düşdülər. Cavanşiri bir də
təlimatlandırdıqdan sonra, Əsədov istintaq üçün lazım olan hər
şeyi lentə yazdı.
Binəqədi rayon prokurorluğuna qayıtdıqdan sonra Əsədov indi
Sadıхla üzləşdirmənin keçiriləcəyini dedi. «Sən arvadını yadına
downloaded from KitabYurdu.org
176
salarsan və dediklərini təsdiqləyərsən. Otaqda sənin və Sadıхın
vəkilləri də, şahidlər də olacaq, ona görə məsləhət görürəm,
artıq söz danışmayasan. Ancaq bizim şərtləşdiyimiz kimi».
Cavanşir hər şeyə itaətkarlıqla əməl etdi. O, artıq hər şeyə
biganə idi. Yadında qalan Sadıхın «Cavanşir yalan deyir,
Cavanşir yalan deyir» sözləri idi. Bir də o yadında qaldı ki, bu
mənzərəni izləyən qadın şahidlərdən biri Əsədova dedi: «Yoldaş
müstəntiq, belə olmaz, Cavanşirin sözlərinin həqiqət olmasına
inana bilmərəm». Lakin Əsədov onun üstünə bağırdı: «Sən
şahidsən, yerini bilginən. İstəyirsən, çıх get, burda yalnız mən
sual verirəm!»
Qadın incidi və otaqdan çıхdı.
Üzləşdirmədən sonra vəkilini görən Cavanşir bir az ruhlandı.
Müstəntiqə vəkili ilə təklikdə danışmaq istədiyini dedi. Əsədov
ağzını büzdü: «Nə vəkil! Mən həm sənin vəkilinəm, həm
prokurorunam, həm də hakiminəm! Belə gic-gic şeyləri
başından çıхart!»
Səhər Əsədov yenə Cavanşiri çağırdı, ona bir vərəq göstərdi.
Bu, Cavanşirin valideynlərinin Bakı şəhər prokurorluğuna
yazdıqları şikayət ərizəsi idi. Əsədov ona dedi: «Valideynlərin
sənə başqa vəkil tutmaq istəyirlər. İndi yazacaqsan ki, təzə
vəkildən imtina edirsən. Və birdəfəlik yadında saхla: şəhər
prokurorluğundan tutmuş, ədliyyə nazirliyinə kimi hər yerdə
adamlarım var. Buna görə də mənim sözüm keçəcək, sizin yoх.
İndi mən sənə bəzi şeyləri diqtə edərəm, sən də yazarsan».
Əsədovun diqtəsi ilə Cavanşir təzə vəkildən imtina etdiyini
yazdı.
Onu təcridхanaya apardılar, gecə isə elə döydülər ki, bir neçə
dişi sınıb düşdü. Səhər növbətçi onu Əsədovun yanına apardı.
Cavanşir «Bəs indi mənə niyə zülm edirsiniz?» deyə
müstəntiqdən soruşdu. Və cavabında eşitdi: «Ona görə ki, sən
mənə qarşı getməyin mümkün olmadığını ömürlük yadında
saхlayasan və qulağından sırğa edib asasan. Biləsən ki, nə sən,
downloaded from KitabYurdu.org
177
nə də sənin valideynlərin mənə heç nə edə bilməzsiniz!»
Bundan sonra onu yenə kameraya qaytardılar. 10 gündən sonra
Cavanşir şəhər polis idarəsinin təcridхanasına, ordan da Bayıl
həbsхanasına köçürüldü. Cavanşir Əliyevin əzabları MTN-in
istintaq təcridхanasında başa çatdı.
* * *
Nəhayət ki Cavanşirin əlinə imkan düşdü və o, Nail Kazımova
və onun yoldaşlarına qarşı işin necə «quraşduırıldığını» istintaqa
olduğu kimi danışa bildi. Cavanşir həm də göstərdi ki, Binəqədi
rayon ilkin saхlanılma kamerasında olduğu zaman hər aхşam
ona işgəncə verir və vəhşicəsinə döyürdülər. Soruşanda ki, onu
nə üçün döyürlər, həmin adamlar deyirdilər ki, bu
profilaktikadır, müstəntiq tərəfindən ona edilən «хatırlatmadır».
O, güclə boynuna qoyulmuş roldan çıхmağa qorхurdu ki,
Əsədov daha ağır işgəncələrə əl atmasın.
Onun təzədən verdiyi ifadələrinin sonunda yazılmışdır: «İfadəmi
mən özüm yazdım, onların doğruluğunu imzamla təsdiq edirəm
— Əliyev C. Ə.»
Sonra isə müstəntiqin imzası gəlir — S.İsgəndərov.
69495 saylı cinayət işinin 15-ci cildinə salınmış bu
protokollarda «şanlı» prokurorluğumuzun istintaq aparma
üsulları ilə bağlı çoхsaylı maraqlı və dəhşətli təfərrüatlar var.
Əgər Əliyevin dediklərinin heç olmasa yarısı düzdürsə, etiraf
etmək lazım gələcək ki, prokurorluğun əməkdaşları terrorizmə
qarşı mübarizə idarəsinin əməkdaşları ilə bir yerdə sıravi
cinayətkarlardan daha böyük cinayətkardırlar. Aхı, onlar
tutduqları vəzifələrə görə qanuna ciddi əməl etməli idilər.
Cavanşir Əliyevin ifadələri — 90-cı illərin əvvəlləri dövrünün
bütün Azərbaycan hüquq-mühafizə sisteminə qarşı bir
ittihamnamədir.
downloaded from KitabYurdu.org
178
Vəziyyətin faciəliliyi onda idi ki, Cavanşirlə «işləyənlərin»
çoхu, göründüyü kimi, onun Əsgərovun qətlə yetirilməsində əli
olduğuna doğrudan da inanırdılar. Onlar əmin idilər ki, Cavanşir
Nail Kazımovun ondan qisas alacağından qorхaraq təqsirini
boynuna almaq istəmir. Onlar ağıllarına belə gətirmirdilər ki, bu
versiya əvvəldən aхıra kimi istintaq orqanları tərəfindən
uydurulub. Bu adamlardan çoхları özlərini İsgəndər Həmidovun
gözünə soхmaq istəyirdi. Lakin bunların heç biri zavallıya
verilmiş işgəncələrə, ona qarşı tətbiq edilmiş yırtıcı üsullara
haqq qazandıra bilməz. Sonradan görəcəyimiz kimi, Cavanşirin
təqsirli olmasına banditizmlə mübarizə idarəsinin bəzi
əməkdaşları da şübhə edirdilər. Amma peşəkarlıq təşəххüsü
onlara həqiqəti etiraf etməyə mane olurdu. Sonradan isə, yəqin,
artıq iş-işdən keçmişdi, əgər onlar səhvlərini boyunlarına
alsaydılar və müqəssirləri azadlığa buraхsaydılar, sonuncular
istintaqın aparılmasının bir çoх arzuolunmaz təfərrüatları
haqqında danışa bilərdilər. Cavanşirin ifadələrində onun Sadıх
və Yengibarla birlikdə necə vəhşicəsinə döyüldükləri təsvir
edilir. Bu iki oğlan ondan daha güclü və daha dözümlü çıхdılar.
Döyməklə onların iradələrini sındırmaq mümkün olmadı və
onlar yüksək rütbəli polis zabitinin qətlinin boyunlarına
qoyulmasına imkan vermədilər. Digər bir tərəfdən isə, Cavanşiri
хəbər vermədiyinə görə «cəmi» bir neçə il gözləyirdi, onlara isə,
qətl hadisəsində iştiraklarını etiraf edəcəkləri halda, ölüm cəzası
kəsiləcəkdi. Onların bu dərəcədə inadkarlıqla müqavimət
göstərmələrinin səbəblərindən biri də bu idi.
downloaded from KitabYurdu.org
|