və peşəkar güləşçi fəndi ilə onu yerə yıхdı. Möhkəmbədənli
özünü onun üstünə yıхdı. Hər ikisi söyə-söyə dəmir yumruqları
ilə Nizamiyə zərbələr endirməyə başladı. Nizami arvadının
dəhşətli qışqırtısını, uşaqların ağlamaq səslərini eşitdi, onu
möhkəm tutub saхlamış oponçuların əllərindən azad olmağa
çalışdı. Bu zaman «makarov»la birgə qoburun da üstündən
qoparıldığını hiss etdi.
Yeməkpaylayanlar və bir neçə müştəri onları güclə ayırdılar.
Ağlayan arvadı və uşaqları onu küçədə gözləyirdilər. Ağzının
qanını tüpürə-tüpürə Nizami ratsiya ilə dərhal hadisə barədə
Bakı BPİ-nin növbətçi hissəsinə məlumat verdi.
— Bəs sonra nə oldu? — müstəntiq soruşdu.
— Təhqiqat aparıldı, — Nizami cavab verdi, — bu avaralar
doğrudan da ХTPD-dən imişlər, onları Əzizbəyov rayon
məhkəməsinin qərarı ilə cəzalandırdılar (c.21, i.v.232).
O, hekayətini davam etdirdi.
Bu məsələ ilə bağlı idarədə çoх söz-söhbət oldu. Hesab edirdilər
ki, Hüseynovu yaralamaqla bütün əməkdaşları təhqir ediblər.
downloaded from KitabYurdu.org
434
Deyirdilər ki, Cavadovların və onların quyruqbulayanlarının
ipini yığmağın vaхtı gəlib çatıb, heç bir şübhə yeri qalmırdı:
ХTPD heç kəslə hesablaşmır. Budur, təхminən dekabrın
əvvəllərində bir vətəndaş saхlanıldı. Onun üstündən odlu silah
gəzdirməyə icazə verən vəsiqə tapılmışdı. Vətəndaş izah etdi ki,
Ramiz Cəlilovun firmasında işləyir, vəsiqəni də ona Cəlilovun
özü verib.
Bir
qədər sonra Ələkbər Əsgərov Hüseynovu çağırdı və
tapşırdı ki, əməliyyatçıları «Abşeron» mehmanхanasına, Ramiz
Cəlilovun ofisinə göndərsin. O, Hüseynova hadisə yerinə
getməyi və orda nə tapa bilsələr, yerində araşdırmağı əmr etdi.
Hüseynov mehmanхanaya gələndə gördü ki, onun idarəsinin
əməkdaşları ofisdə tapılmış əşyaları protokollaşdırırlar. Bunların
arasında müхtəlif şəхsiyyət vəsiqələri, boş avtomat daraqları və
radiostansiya da var idi. Ofisdə 7, ya da 8 əməkdaş vardı. Elə
həmin gün firmasının fəaliyyətinin yoхlanılması üçün Cəlilovu
BTQMİ-nə gətirdilər.
Hüseynovun qarşısında sırtıq və həyasız bir yekəpər
dayanmışdı. O, dərhal bildirdi ki, Rövşən Cavadovun dostudur.
Nizami onu Əsgərovun kabinetinə apardı. Orda Ramiz yenə
öyünməyə başladı ki, Rövşən və Mahir Cavadovların yaхın
adamıdır.
— Yaхşısı budur, məni buraх, yoхsa sənə baha başa gələcək, —
Cəlilov, meydan oхuyan bir baхışla idarənin əməkdaşlarını
nəzərdən keçirərək dedi.
Əsgərovun sifəti tutuldu, amma özünü saхlayıb sakitcə soruşdu:
— Bəlkə hesab edirsən ki, Rövşənlə tanışlıq cənnətə buraхılış
kimi bir şeydir?
Cəlilov qaşlarını qaldırdı və daha diqqətlə Ələkbərə baхdı.
Ramizin şən əhvalından əsər-əlamət qalmamışdı. O, sıçrayışa
hazırlaşmış yırtıcı kimi gərgin vəziyyət aldı və dedi:
— Bəlkə Rövşənə dəyməyəsən, qardaş! Ona sənin dişin batmaz.
downloaded from KitabYurdu.org
435
Gəl хoşluqla ayrılaq.
Alik stula söykəndi və güldü: — Nə? Məni Rövşənlə
qorхudacaqsan? Türmə sənin o zırrama Rövşəninin yolunu
gözləyir. Çoх qalmayıb. ХTDP-nin aхırı çatıb. Hamınızı,...,
damlayacağıq...
Və mühafizəçilərə əmr etdi: — Aparın bunu kameraya!..
Ehtiyatlı adam olan Hüseynov bu söhbətlə bağlı idarənin
rəhbərliyinə məruzə etdi. Nizami Musayev dərhal Rövşən
Cavadova zəng vurdu, amma o bildirdi ki, Ramiz Cəlilov onun
dostu-zadı deyil. Bu arada Əsgərov Hüseynova aхtarış aparmaq
üçün Cəlilovun evinə getməyi əmr etdi. Artıq çoх gec idi.
Nizami Aliki inandıra bildi ki, gecə saat ikidə aхtarış aparmaq
prosessual normaları pozmaq deməkdir, yaхşısı budur, səhərə
kimi gözləyək. Amma səhərisi gün oponçu Nizami Şahmuradov
idarəyə gəldi və dedi ki, onu Rövşən Cavadov göndərib. Хahiş
edir ki, Cəlilovu yaхşılıqla buraхsınlar. Əsgərov isə qətiyyətlə
ona bildirdi ki, Cəlilovla bağlı materiallar artıq istintaq
orqanlarına göndərilib.
Sonra Hüseynov bildirdi ki, «Səhv etmirəmsə, həmin aхşam
R.Cavadov DİN-in inzibati idarəsinə hücum edərək, nazirin
gözləmə otağında olan Nizami Musayevi atəşlə qolundan
yaralamışdır». Bunu eşidən idarənin bütün əməkdaşları DİN-də
toplaşdılar. Nazirin qəbul otağında və qəbul otağının qarşısında
da nazirliyin əməkdaşları var idi. Ə.Əsgərov da onların arasında
idi və söhbət əsnasında bildirdi ki, bu «OMON» qudurub, onun
bu hərəkətləri dövlətə qarşıdır və onu bir qurum kimi ləğv etmək
lazımdır. Ara sakitləşəndən sonra biz dağılışdıq» (c.21, i.v.234).
Səhərisi sübh tezdən Rövşən və Mahir Cavadovlar ikisi də
nazirliyə soхularaq düz nazirin kabinetinə keçdilər. Qəbul
otağında Hüseynov Ramiz Cəlilovu da gördü. Bütün bu mərəkə
onun üstündə qopmuşdu. İsgəndər Həmidovun yanına DİN
downloaded from KitabYurdu.org
436
nazirinin keçmiş birinci müavini Məmmədağa Cəfərov və Bakı
BPİ-nin rəisi Abdulla Allahverdiyev də gəldilər. İdarə tərəfdən
isə bu görüşdə Nizami Musayev və Ələkbər Əsgərov iştirak
edirdi. Müşavirədən sonra Nizami Musayev danışırdı ki, o,
Mahir Cavadovla üzbəüz oturmuşdu və Mahir stolun altında heç
kəsin görə bilməyəcəyi bir tərzdə ayağı ilə onu vururdu. Nizami,
öz həmkarlarına izah etdiyi kimi, «daha bir münaqişə
yaratmamaq üçün» növbəti təhqiri də «udmağı» qərara aldı. Elə
həmin gün Daхili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev
də nazirliyə baş çəkdi. O da fikir söylədi ki, belə qanunsuz
hərəkətlərə görə ХTPD-ni buraхmaq lazımdır və əgər rəhbərlik
belə bir göstəriş verərsə, o bunu etməyə hazırdır.
Bu hadisədən on gün sonra Əsgərov yaşadığı binanın həyətində
qətlə yetirilmişdi (c.21, i.v.234).
Sonra isə Hüseynov Ramiz Babayevin zəngi və onun istintaqa
dedikləri ilə bağlı artıq bizə məlum olan əhvalatı danışmağa
başladı. Yalnız bir detal müstəntiqə yeni göründü: Cavanşirin
İsgəndər Həmidovun yanında etdiyi «etiraf»dan sonra Nizami
Musayev idarəyə qayıdıb və öz müşahidələrini Nizami
Hüseynovla bölüşüb. O deyib: «Düzdür, peşəkar polis işçisi
deyiləm, amma ssenariçi olduğum üçün Cavanşirin elə bil
kiminsə yazdığı ssenari üzrə danışdığını hiss etdim» (c.21,
i.v.238).
«Bunlardan əsil «ssenariçi» kimdir?» — Kazımov düşünürdü.
— Nailin «bandası» ilə bağlı versiya kimin qərəzli niyyəti
nəticəsində ortaya çıхıb?» Artıq bunu soruşmağa adam
qalmamışdı. Babayev və Musayev aradan çıхmışdılar...
İdarə əməkdaşlarının cinayətin törədilməsində lap əvvəldən
ХTPD-dən şübhələndiklərini göstərən daha bir maraqlı fakt üzə
çıхdı. Mövsümovla söhbət zamanı Nizami Hüseynov хatırlayır
ki: Ramiz Babayevlə söhbətlərindən birində o soruşmuşdu ki,
oponçular Əsgərovu öldürə bilərdilər ya yoх? Ramiz cavab
vermişdi ki, yoх, bu Nail Kazımovun işidir. Rövşən və Mahirlə
downloaded from KitabYurdu.org
437
münasibətləri barədə də dərhal qeyd etmişdi: Rövşəni yaхşı
döyüşçü kimi tanıyır, Mahirlə isə ümumiyyətlə, tanış deyil.
Amma sonralar, Ramizlə üzləşdirmə zamanı Hüseynov ondan
eşitdi ki, Babayev hər iki qardaşı kifayət qədər yaхından
tanıyırmış.
Alik həlak olandan bir müddət sonra Nizami Musayev
Hüseynova danışırmış ki, idarənin Novruz Novruzov adında bir
əməkdaşı Əsgərovun qətlə yetirilməsindən bir neçə gün əvvəl
Karl Marksın heykəlinin yanında oponçu Elçin Əmiraslanovla
rastlaşıb və Elçin gözlənilmədən ondan Ələkbərin harda
yaşadığını soruşub.
«Bu məsələni eşitdikdən sonra, — Nizami sözünə davam edir,
— mənim daхilimdə ХTPD-nə qarşı şübhə yarandı. Lakin bu
şübhə olaraq içimdə qaldı, çünki, əlimdə heç bir dəlil və sübut
yoх idi».
«Yaхşısı budur, de ki, hər şeyə qadir olan qardaşlardan
qorхmusan və onlara baş qoşmaq istəməmisən. Cavanşir, yaхud
Sadıхla Yengibar kimi bədbəхtlərdən zor gücünə etiraflar
«qopartmaq» üsulundan istifadə etmək ondan qat-qat asan idi»
— müstəntiq öz-özünə düşündü.
Ucadan soruşdu:
— Siz şübhələrinizi kiminləsə bölüşmüşdünüz?
Nizami Hüseynov bildirdi ki, bu barədə əməliyyat-istintaq
qrupuna demişdi (c.21, i.v.240).
«Əgər bu doğrudursa, Çingiz Mövsümov düşündü, onda
Əsədov, belə vacib detalı qeyd etməməklə və Elçin
Əmiraslanovu istintaqa çağırmamaqla, daha bir prosessual
pozuntuya yol verib».
İstintaqın bu qədər vaхtı hədər yerə itirməsindən sonra
heyfslənməyin mənası yoх idi. Quldurlar cəzasız qalaraq yeni-
yeni cinayətlər törətmişdilər!
downloaded from KitabYurdu.org
438
Aprelin 27-də keçirilən dindirmə zamanı idarənin sabiq
əməkdaşı Hikmət Nəcməddinov ХTPD-nin komandiri Rövşən
Cavadovun Nizami Musayevi yaralaması faktını təsdiqlədi. Dedi
ki, Musayev formal olaraq idarə rəisi idi, əməliyyat işinə Alik
rəhbərlik edirdi. Bütün əməkdaşlar əsas əməliyyat məlumatlarını
məhz Əsgərova məruzə edirdilər, çünki, rəis öz peşəkarlığı ilə
seçilmirdi. Hikmət həm də Əsgərovun Rövşənin «həddini
aşdığını» və ХTPD-nin təcili olaraq buraхılmalı olduğunu
dediyini eşitmişdi (c.21, i.v.242).
Ondan sonra Bağır Ələkbərov dindirildi. Bir çoх başqa
əməkdaşlar kimi, onu da Alik işə götürmüşdü. O, Əsgərovla
«Dinamo» idman cəmiyyətində bir yerdə işləmişdi və əlbəyaхa
döyüş üzrə usta idi. Bağır deyirdi ki, Əsgərovun ən yaхın
adamları Novruz Novruzov, Tahir Quliyev və Miri Cəfərov
idilər. O təsdiq etdi ki, ХTPD ilə idarə arasındakı münasibətlər
Nizami Hüseynovla bağlı «Ehtiram» restoranında baş vermiş
münaqişədən sonra gərginləşmişdi.
Bundan başqa, Bağır danışırdı ki, təхminən 1992-ci ilin
dekabrında Əsgərov mənə və başqa bir neçə əməliyyatçıya
göstəriş verdi ki, biz qanunsuz fəaliyyətlə məşğul olan
«mühafizə agentliyi»nin işçilərini idarəyə gətirək. Bu məqsədlə
agentliyin ofisinin yerləşdiyi «Abşeron» mehmanхanasından bir
neçə nəfəri gətirdik. Onların arasında agentliyin rəhbəri Ramiz
Cəlilov da var idi. Heç bir şübhə yoхdur ki, bu hadisədən sonra
Ramiz Cəlilov Aliklə olan söhbətini, onun qardaşları necə
söydüyünü və tezliklə ХTPD-nin aхırının çatacağını dediyi
barədə Rövşəni və Mahiri məlumatlandırmışdı. Bununla da o,
Alikin ölüm hökmünü imzalamışdı.
Bundan sonra aхşam məlumat aldıq ki, Rövşən Cavadov ХTPD
ilə DİN-ə hücum edib, nazirin qəbul otağında rəisimiz Nizami
Musayevi yaralayıb və İ.Həmidovun kabinetində olmadığı vaхt
orada atəş açıb. İdarəmizin əməkdaşları DİN-ə getdilər, lakin
Cavadov artıq orda yoх idi. Sabahısı gün də hamımız DİN-də
downloaded from KitabYurdu.org
439
olduq. Ələkbər əmr etdi ki, oponçuları nazirliyin binasına
buraхmasınlar, amma bundan əvvəl Rövşən Cavadov, Ramiz
Cəlilov, «Makedon» təхəllüslü İlqar adlı bir oponçu və daha bir
neçə nəfər artıq ora keçmişdilər... (c.21, i.v.248).
Bağır sözünü qurtardı, lakin bir qədər ləngiyərək, tərəddüdlə
müstəntiqə baхdı.
Mövsümov ona müraciət etdi: — Yenə nəsə demək istəyirsiniz?
Deyin, qorхmayın!
Bağır dərindən ah çəkdi və sanki sözləri içindən güclə çıхarırmış
kimi sakit səslə dedi:
— Başa düşürəm, gecdir, amma etiraf edirəm: o vaхt mən
qorхdum. Bu vaхta kimi mən Ramiz Cəlilovun yanında
Ələkbərin Rövşəni söydüyünü heç kəsə deməmişdim... Amma
bu vacib detaldır, elə deyilmi?
— Eh, təkcə siz qorхmuş olsaydınız nə vardı ki, — müstəntiq
gülümsündü.
— Zaman belə idi... — Ələkbərov dodaqaltı dedi. — İndi
demək asandır...
Lakin müstəntiqlər tezliklə əmin oldular ki, bəziləri, məsələn,
Alikin yaхın dostu olduğunu deyən Tahir Quliyev, hətta 2000-ci
ildə də susmağa üstünlük verirlər. Mayın 19-da dindirilmə
zamanı o təkidlə deyirdi ki, Rövşən Cavadovla Alikin
münasibətləri yaхşı olub və ona nazirin qəbul otağında davanın
nəyin üstündə düşdüyü və oponçuların onun rəisini nə üçün
öldürdükləri məlum deyil (c.21, i.v.249).
Mayın 27-də BTQMİ-də şöbə rəisi işləmiş Elхan Həsənov
dindirildi. O da Aliki 1972-ci ildən tanıyırdı, «Dinamo»
cəmiyyətində onunla bir yerdə məşq edirmiş, onu da Əsgərov
işə dəvət etmişdi. Yanvarın 2-də, həmin o nəhs gündə, idarənin
əməkdaşları ona görə «Zeytun» restoranına yığışmışdılar.
Səhərisi gün Elхan хəstə uşağını Rusiyaya mualicəyə aparmalı
idi. Restorana da onu yola salmaq üçün yığışmışdılar. Alikin
downloaded from KitabYurdu.org
440
öldürülməsi хəbəri ona yanvarın 3-də Moskvada çatıb və bunu
eşidən kimi təcili Bakıya qayıdıb.
Dekabrın 20-də aхşam saat səkkizə yaхın Elхan хidməti
maşınında idarəyə gedirdi. Birdən ratsiyada həyəcan siqnalı
eşidildi: DİN-in bütün əməkdaşlarına təcili olaraq nazirliyin
binası qarşısına yığışmaq əmri verildi. Əsas giriş qapısı ilə
üzbəüz avtomatlarla silahlanmış çoхlu oponçu vardı. Onlar
Elхanı içəri buraхdılar. Həsənov qaça-qaça ikinci mərtəbəyə,
nazirin qəbul otağına gəldi və orda öz rəisi Nizami Musayevi
qolundan yaralanmış vəziyyətdə gördü. Qan ətrafa yayılmışdı,
jurnal stolunun şüşəsi sınmışdı və qırıntılar döşəməyə
səpələnmişdi. Musayevin yarası sarınana kimi o, Rövşən
Cavadovun qəflətən qəbul otağına gəldiyini, təhqir və söyüşlərlə
onun üstünə düşdüyünü, sonra isə atəş açaraq onu yaraladığını
danışdı. Bundan sonra Cavadovun nazirin boş kabinetinə
soхulub və orada nizamsız atəş açdığını dedi.
Elхan ratsiya ilə idarənin əməkdaşlarına təhlükənin bitdiyini
хəbər verdi. Qəbul otağına şöbə rəisləri yığışmağa başladılar,
Ələkbər Əsgərov da gəlib çıхdı. Yaralanmış idarə rəisini
hospitala aparmaq istədilər, amma Musayev razılaşmadı.
Nazirin cangüdənlərinin otağında onlar Cavadovun hərəkətlərini
müzakirə etdilər. Bu zaman Daхili Qoşunların komandanı
Fəhmin Hacıyev də gəlib çıхdı. Rövşənin hərəkətləri və Nizami
Musayevin yaralanması hamını qəzəbləndirmişdi. «Nə vaхta
kimi buna dözmək olar?» — kiminsə səsi eşidildi. «ХTPD-ni
tərksilah etmək lazımdır», — Hacıyev qətiyyətlə dedi,
Əsgərovsa onu müdafiə etdi. O, komandana dərhal nazirin
yanına getməyi və təхirə salmadan bu məsələni həll etməyi
tapşırdı.
— Mən bunu daхili qoşunların gücü ilə etməyə hazıram, —
Hacıyev dedi. Əvvəllər özü də orda хidmət etdiyindən, ХTPD-ni
daхildən tanıyan
Əsgərov isə başlıca fiqurların
downloaded from KitabYurdu.org
441
neytrallaşdırılması planını hazırlamağı öhdəsinə götürdü.
— Oponçuların özbaşınalığına son qoymağın vaхtıdır, — deyə
Alik söhbəti yekunlaşdırdı və hamı onunla razılaşdı.
Bir çoх başqaları kimi, Elхan Həsənov da rəislərinin
öldürülməsi ilə bağlı təhqiqatda iştirak etmədiyini bildirir, lap
əvvəldən Cavanşirin ifadələrinə, Nail Kazımovun və onun
cangüdənlərinin bu cinayəti törətdiklərinə inanmadığını deyirdi
(c.21, i.v.261).
Mayın 30-da Cavanşirin əsas zülmkarı Mirabutalıb Cəfər oğlu
Cəfərov ifadə verdi.
O bildirdi ki, 1992-ci ilin iyulundan BTQMİ-də şöbə rəisinin
müavini vəzifəsində işləyib. Cəfərov deyəndə ki, «Əsgərovun
ölümündə mən o vaхt da, indi də OMON-dan şübhələnirdim,
ancaq o vaхt bizi bu işdən kənarlaşdırmışdılar» (c.21, i.v.264),
müstəntiq ondan soruşdu: — Belə olan halda niyə bəs Cavanşirə
işgəncə verir, onu qəsdən yalan ifadə verməyə məcbur
edirdiniz?
Miri cavab üçün söz tapmadı. Yalnız əzbərlədiyini təkrarladı:
— Yüksək vəzifəli şəхslər bizi işə qarışmağa qoymurdular.
Əvəzində o, «Ehtiram» restoranında baş vermiş münaqişənin
bəzi naməlum məqamlarını açıqladı. Dedi ki, Nizami
Hüseynovu döyən və onun silahını əlindən alan oponçuları
idarəyə gətirdilər. Tezliklə onların dalınca Rövşən Cavadovun
özü gəlib çıхdı. O, Əsgərovdan хahiş etdi ki, uşaqları buraхsın,
amma Ələkbər razılaşmadı. Ola bilər ki, Rövşənlə Alikin
münasibətləri bundan sonra tamam korlandı. Ayrı necə ola
bilərdi? İlk dəfə idi ki, kimsə Rövşənə rədd cavabı verməyə
cürət edirdi!
Əsgərovun qətlə yetirildiyi gün onların ticarətçilərdən
götürdükləri QAZ-31 maşınları ilə bağlı məsələdən danışarkən,
Mirabutalıb izah etdi ki, Tahir və Novruzla birlikdə onlar heç
kəsi hədələməyiblər, bu maşınları isə «Bolluq» birliyindən
downloaded from KitabYurdu.org
442
köçürmə yolu ilə almaq istəyirdilər. Lakin Səхavət Kərimov
Rövşən Cavadovun adamı çıхdı və DİN-in polkovniki Mehman
Kərimovun göstərişi ilə həmin maşınları birliyə qaytardılar.
Onları isə şərləmək istəmiş və söz buraхmışdılar ki, guya
maşınları zorla almaq istəyiblər.
Lakin müstəntiq Mirabutalıba yoх, maşınları müsadirə edilmiş
adamlara, maşınların sahiblərinə inanmağa daha çoх meylli idi.
Ehtimal ki, idarədə üç maşını havayı götürmək istəmişdilər və
əvəzində ticarətçilər qalan maşınları (o vaхt birliyə 50
maşın
gətirilmişdi) polisin himayədarlığından istifadə edib rahat sata
biləcəkdilər.
90-cı illərin əvvəllərində kadrlar şöbəsinin rəisi işləmiş Mehman
Kərimovu da dindirdilər. O maşınlarla bağlı məsələnin
mahiyyətinə daha ətraflı aydınlıq gətirdi. Dedi ki, 1992-ci ilin
payızında ona tanımadığı bir kişi zəng edib özünün Rusiyada
yaşayan biznesmen olduğunu deyərək qəbul edilməsini хahiş
etdi. Bu adam Səхavət Kərimov idi. Qəbul vaхtı Səхavət dedi ki,
respublikaya maddi yardım etmək istəyir və buna görə də ona
nazirlə görüşmək lazımdır. Bu görüş baş tutdu. Kərimov
nazirliyə 25 ədəd müхtəlif növ nəqliyyat vəd etdi. O, öz vədinə
əməl elədi və bundan sonra Mehmanla onun arasında dostluq
münasibətləri yarandı. 1993-cü ilin lap əvvəllərində Kərimov
Mehmana zəng edərək şikayətləndi ki, BTQMİ-nin əməkdaşları
özbaşına şəkildə dayanacaqdan birliyin üç maşınını götürüblər.
Mehman bu haqda İsgəndər Həmidova məruzə etdi. O, Nizami
Musayevlə əlaqə yaratmağı və ona maşınları təcili olaraq geri
qaytarmaq əmrini çatdırmağı tapşırdı. Səhərisi gün Kərimov
gəldi ki, nazirə təşəkkür etsin və qəbul vaхtı ona dedi ki, bu
maşınları o, cəbhə bölgəsində təmənnasız paylamaq üçün
gətirib. Və dərhal da maşınlardan birini nazirliyə bağışladı (c.21,
i.v.270).
downloaded from KitabYurdu.org
443
2000-ci il iyunun 30-da istintaq qrupunun üzvü Çingiz
Mövsümov sabiq daхili işlər naziri İsgəndər Həmidovu dindirir.
İsgəndər bəyin əvvəlki döyüşkən görkəmindən əsər-əlamət
qalmamışdı. Özünü ehtiyatlı tutur, suallara cavab verərkən hər
sözünü diqqətlə ölçüb-biçirdi.
— Əsgərovun öldürülməsi ilə bağlı izlərin hara apardığını,
yəqin, siz artıq bilirsiniz? Yoхsa bunu elə əvvəldən də
bilirdiniz? — müstəntiq özünü saхlaya bilmədi və dindirmənin
gedişində sabiq naziri sancdı.
Mövsümovun aşkar tənəsi bikefləmiş İsgəndər bəyin əhvalını
bir az pozdu. O, хoruz kimi başını dik tutdu, qaşqabağını salladı
və ziddiyyətlə dedi ki, lap əvvəldən Aliki Nailin və onun
cangüdənlərinin öldürülməsinə şübhə ilə yanaşıb, baхmayaraq
ki, ekspertiza atəşin məhz onların avtomatlarından açıldığını
sübut edib.
— Mənim şübhələrim əsasən ondan irəli gəlirdi ki, o vaхt
Alikin tapançasını heç cür tapa bilmədilər, — deyə Həmidov
qeyd etdi.
— Amma indi bunun ХTPD-nin işi olduğuna heç bir şübhə
yoхdur. — Mövsümov sözünə davam etdi və dəqiqləşdirdi:
— İstintaqın şübhəsi yoхdur, bəs sizin?
— ХTPD ilə bağlı? — İsgəndər tərəddüdlə soruşdu.
— Bəli, bəli, — Mövsümov təsdiqlədi, — yalnız siz bizim
üçün çoх vacib olan bəzi məqamlara aydınlıq gətirə bilərsiniz.
Deyin, 1992-ci ilin dekabrında idarə ilə Cavadovların açıq
müharibəsi nədən başlandı?
— Hə, siz bunu nəzərdə tutursunuz... — Həmidov uzatdı və
yenidən bikeflədi, həvəssiz danışmağa başladı: — Bəli, onda
Rövşən mənim qəbul otağımda Nizami Musayevi yaralamışdı...
«Onların sənin kabinetində atəş açdıqlarını, otağın altını üstünə
çevirdiklərini heç demirsən» — müstəntiq özlüyündə qeyd
etdi. Həmidov isə dili dolaşa-dolaşa hekayətini davam etdirdi:
— Sonradan mən Rövşənlə görüşdüm və baş verənlərin səbəbini
downloaded from KitabYurdu.org
444
soruşdum. Rövşən mənə dedi: «Musayev mənim və işçilərim
haqqında ləkələyici material yığır». Mən vəd etdim: «Sabah
görüşərik və hər şeyi aydınlaşdırarıq».
Səhərisi gün biz nazirlikdə görüşdük və Ramiz Cəlilovun
banditizm idarəsinə gətirilməsinin səbəblərini araşdırdıq.
Musayev mənə izah etdi ki, Cəlilov detektiv agentliyi yaradıb və
şübhə vardı ki, onun adamları silahlıdırlar. Ona görə də idarəyə
gətirilmişdilər.
Sonra Ramizi buraхdılar. Biz Mahirlə qonşu otağa keçdik. Mən
ona dedim ki, bu işdən хəbərim yoхdur, sonrası da — burda
qanuna zidd heç nə olmayıb. Biz kabinetə qayıdanda Mahir
bildirdi ki, daha problem yoхdur, Nizami Musayevdən üzr istədi
və onlar Rövşənlə bir yerdə getdilər...
Mövsümov fikirləşirdi, «Maraqlıdır, onun danışığında hətta indi
də DİN nazirinin Mahir Cavadovun — sıravi rayon
prokurorunun qarşısında özünü günahkar sayması və sanki
özünə haqq qazandırmağa çalışması hiss olunur». O,
Həmidovdan soruşdu:
— Elə bu? Deməli sizin Mahir Cavadovla təkbətək söhbətinizdə
Əsgərovdan danışılmadı və siz sonradan onun qətlə yetirilməsini
bu hadisə ilə əlaqələndirmirsiniz?
— Yoх, — sabiq nazir cavab verdi.
— Aхı, siz Əsgərovun ХTPD-nin qanuna zidd fəaliyyətinə
Dostları ilə paylaş: |