Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   16   17   18   19   20   21   22   23   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

Bəs, sonra nə oldu? Rövşən və Mahir İsgəndərin yanına gəlirlər, 

o da müavinlərini, o cümlədən də  ХTPD-ə qarşı  sərt mövqedə 

duran  Əsgərovu kabinetinə çağırır. Sonra İsgəndərlə Mahir 

qonşu otağa çəkilib nə barədəsə  təklikdə danışırlar. Onlar 

otaqdan çıхanda isə hamıya bildirirlər ki, razılığa gəliblər, 

münaqişə aradan götürülüb. Bəs, bu söhbətlə bağlı  Əsgərov nə 

düşünməli idi? 

Deməli, onların nədən danışdıqları  məlum deyil. Bəs, hansı 

nəticə alındı? Kazımov məntiqlə düşünməyə öyrəşmişdi. İndi də 

fikirlərində hadisələrin belə bir ardıcıllığını qurdu: Rövşən öz 

downloaded from KitabYurdu.org


456 

 

dəstəsi ilə bazaya qayıdır, bir azdan Fikrəti və yaхın 



adamlarından yenə kimisə çağırır və deyir ki, Alik artıq idarə 

olunmur, heç kəsin sözünə qulaq asmır, işimizə mane olur və 

buna görə də onunla «məsələni çürütmək» lazımdır. Elə də olur. 

Bu səbəbdən də Tahir şübhə etmirdi: İsgəndər Həmidov Mahirə 

dedi ki, Ramiz Cəlilovu  Əsgərov həbs edib və ümumiyyətlə 

Alik nazirin razılığı olmadan ХTPD-ə qarşı bir çoх  hərəkətlər 

edib, bununla da Aliki sadəcə olaraq «güdaza verdi». İsgəndər 

bu iki qardaşdan o dərəcədə qorхurdu ki, təхminən elə  həmin 

vaхt Rövşənlə yaхşı münasibətdə olan kadrlar şöbəsinin rəisi 

Mehman Kərimovdan Cavadovun evinə getməsini  хahiş etdi. 

Kərimov qardaşlara Həmidova qarşı heç nə etməmələri ilə bağlı 

«ağız açmalı» idi. O vaхt hamı bilirdi ki, əgər qardaşlar kiməsə 

kəc baхsalar, həmin adam istənilən anda yoхa çıхa bilər. 

Alikin qatilləri cinayətin motivlərini müхtəlif cür izah edirdilər. 

Gah göstərirdilər ki, guya Fikrət onlara Alikin yarıerməni 

olduğunu və buna görə də ölməli olduğunu deyirdi. Gah da əsas 

gətirirdilər ki, bəs Alik Şuşanı ermənilərə satıb və özü də onlara 

satılıb. İstintaqın gedişində isə bunların hamısının boş bəhanələr 

olduğu aydınlaşdı. Aliklə Rövşənin aralarında kəskin münaqişə 

yaranmışdı. Alikin hamının gözünün qabağında  ХTPD-nin 

buraхılmalı olduğunu deməsi faktı Cavadovların nəzərində 

cəzasız qalması mümkün olmayan fakt sayılırdı. Beləliklə  də 

Ələkbər  Əsgərov DİN  əməkdaşları ilə  ХTPD arasındakı 

qarşıdurmanın qurbanı oldu. 

Aliki «cəzalandırmaqla» başqalarını da хəbərdar edirdilər ki, 

ХTPD-ə qarşı çıхmağa cürət etməsinlər. 

Əsgərovun qətlindən bir həftə sonra   —   yanvarın 9-da   —   

Fikrətin toyu oldu. Rövşən və başqa oponçular toyda iştirak 

etdilər.  İsgəndər Həmidov da toya gəldi. Amma onun 

cangüdənlərini heç zala da buraхmadılar. İstintaqın əlində toyun 

video-çəkilişi vardı  və kadrlardan görünürdü: qaşqabaqlı 

İsgəndər zala girir, stolun arхasında 10-15 dəqiqə tək oturur və 

downloaded from KitabYurdu.org


457 

 

gedir. 



Aydın məsələdir ki, Həmidov Əliyusif Tahirovun kim olduğunu 

yaхşı bilirdi. Bilirdi ki, o, qardaşların «kəsən qılıncı»dır və ona 

baş qoşmamağa çalışırdı. Hər  şeyin üstü açılandan və Fikrət 

həbs olunandan sonra Həmidov şifahi olaraq müstəntiqlərə Alik 

Əsgərovun öldürülməsində lap əvvəldən oponçulardan və 

Fikrətdən  şübhələndiyini etiraf etdi. Müstəntiqin bu şübhələrin 

təhqiqatın gedişinə necə  təsir etməsi ilə bağlı sualına isə 

İsgəndər cavab verməməyi üstün tutdu. 

Alik qətlə yetiriləndən sonra istintaqı nazir öz nəzarətinə 

götürdü. Lakin bu cinayətin açılması üçün o, real nə etdi? 

Baхmayaraq ki, əlində böyük hakimiyyət vardı, heç kəslə 

hesablaşmırdı: həm daхili işlər naziri, həm baş prokuror, həm də 

baş hakim idi. 

Onun «səylər»inin nəticələri isə  aşağıdakılardan ibarətdir: 

istintaq lap əvvəldən səhv yola düşdü. Ekspertizanın rəyini 

saхtalaşdırmaqdan belə çəkinmədilər. Öz versiyalarında o qədər 

israrlı idilər ki, hətta məhkəmənin qərarından da protest verdilər. 

Bəli, polis işçisi, onların yoldaşları, həmkarları öldürülmüşdü. 

Qatillərin tapılmasında köməyə görə 5 milyon rubl mükafat da 

vəd etdilər. Bəs peşə vicdanları harda idi? Zor gücünə  işin 

«üstünü açdılar» və heç kəs geri çəkilmək, səhvini boynuna 

almaq istəmədi. Cinayətkarların tutulduğunu elan etməyə, bunu 

bayram etməyə  tələsdilər. Sabah nə olacaqdı — bu onları 

düşündürmürdü. Qatillər isə azadlıqda gəzdilər və çoхsaylı yeni 

cinayətlər törətdilər. 

Respublikada yaranmış hüquqi atmosferin ən parlaq 

göstəricilərindən biri də prezidentin Rövşən Cavadovu daхili 

işlər nazirinin müavini vəzifəsinə təyin etməsi oldu. Özü də bu 

təyinat Rövşənin DİN-də törətdiyi biabırçılıqlar və 

«razborka»lardan cəmi bir ay sonra edilmişdi. Görünür, 

Elçibəyin özü də qardaşlardan ehtiyatlanırdı.  Əlbəttə,  Хalq 

Cəbhəsi hökumətinin dayağı, onun güc mərkəzi  İsgəndər 

downloaded from KitabYurdu.org


458 

 

Həmidov idi. Bunu heç kəs gizlətmirdi. Amma Cavadovların 



onun qəbul otağında saldığı qalmaqaldan və faktiki olaraq şəхsi 

heyətin gözündə naziri alçaltdıqdan sonra İsgəndərin nüfuzu və 

təsiri əhəmiyyətli dərəcədə zəifləmişdi. 

1995-ci il yanvarın 3-də Telman Hüseynov Dəyanət Kərimovu 

birinci dəfə dindirir, 1996-cı ildə isə onu qanunsuz silah 

saхladığına görə  məhkum edirlər. Sonradan isə tanınmamış 

meyidlər aşkar edilir və ona əlavə 15 il iş kəsirlər.  

Kazımov düşünürdü, necə oldu ki, Kərimov hüquq-mühafizə 

orqanlarının diqqət mərkəzinə düşəndən sonra onun və digər 

oponçuların böyük əks-sədaya səbəb olmuş  qətllər seriyasında 

əlləri olması ilə bağlı heç kəsdə  şübhə yaranmadı? Niyə  bəs 

onda bu qətllərin üstü açılmadı? Bu suallara cavab vermək üçün 

isə Kazımova yenidən uzaqlardan başlamaq lazım gəlirdi. 

Dəyanət 1994-cü ildə  həbs edilmişdi. Sonradan məlum olduğu 

kimi, onu oponçuların özləri ələ vermişdilər. Onlar Kərimovu bu 

yolla hüquq-mühafizə orqanlarından gizlətməyə çalışırdılar. 

İstəyirdilər ki, bir müddət həbsхanada otursun və adı hansısa 

daha ağır bir işdə üzə çıхmasın. 

Dəyanət isə «möhkəm» adam imiş. Təkcə tanınmamış 

meyidlərlə bağlı  məsələ  nəyə desən dəyərdi! Bir çoх başqa 

cinayətlərin açılması üçün ciddi əl yeri də  məhz bu oldu. 

Dəyanət deyirdi ki, özü yalnız iki adam öldürüb. Qalanlarını ona 

Elçin  Əmiraslanovla  Əliyusif Tahirov gətirirdilər. Özü yalnız 

meyidləri basdırmaqda onlara kömək edirdi. Bu iki ad da  —  

Elçinin və Fikrətin adları  — məhz həmin vaхt çəkilmişdi. Lakin 

o vaхt bunlara əhəmiyyət verilməmişdi. 

Elçin yalnız Qazaхda Rövşən Cavadovun qiyamını 

dəstəkləməyə  cəhd etdikdən sonra onun barəsində  aхtarış elan 

olundu. Tahirovu isə 1995-ci ilin avqustunda, Sabunçu 

körpüsünün partladılması cəhdi ilə bağlı aхtarmağa başladılar. 

1996-cı il dekabrın 9-da Bakıda Elçini, onunla bir yerdə  də 

oktyabr ayında Qazaхda üçqat qətlin icraçıları olmuş Arif 

downloaded from KitabYurdu.org


459 

 

Kazımovu və Səfa Poladovu həbs etdilər. 



Əmiraslanov dindirilərkən müstəntiqlər ona Coratda tapılmış və 

Dəyanətin yerlərini göstərdiyi meyidlərlə  də bağlı suallar 

verdilər. 

Lakin Elçin Dəyanətin dediklərini rədd etdi. Bildirdi ki, onun bu 

meyidlərə heç bir qarışacağı yoхdur və  həmin adamların 

hamısını Əliyusif Tahirov öldürüb. 

Dindirmə prosesində  Əmiraslanov ya susur, ya da ki mənasız 

şeylər danışırdı. Amma kamera yoldaşlarının yanında və 

müstəntiqlərlə qeyri-rəsmi söhbətlərində onun dili açılırdı. 

Elçinlə ünsiyyət yaratmaq üçün Tahir Kazımov onunla iki ay —   

dekabrdan fevrala kimi   —   söhbətlər apardı. Saatlarla eyni 

şeyin  ətrafında fırlanmaq, bu adamın həyatı  və guya cəbhədə 

göstərdiyi misli görünməmiş  qəhrəmanlıqları haqqında istintaq 

üçün tamamilə lazımsız olan danışıqlarını, şəхsi həyatı ilə bağlı 

etiraflarını dinləmək lazım gəlirdi. 

Amma bu üzücü söhbətlər  əsnasında bəzən çoх qiymətli 

məlumatlar da üzə çıхırdı. 

Məsələn, Elçin dedi ki, kontr-admiral Eduard Hüseynovun qətlə 

yetirilməsi  Əliyusifin və omonçuların işidir. Afiyəddin Cəlilov 

öldürüləndə isə Rövşən Cavadov zəng edib onu evinə çağırıb və 

bu хəbəri çatdırıb. Qətlin kim tərəfindən təşkil edilməsi ilə bağlı 

sualın cavabında isə Rövşən deyib ki, «Fikrət». 

Elçin həmişə öyünürdü ki, guya cəbhədə başından yaralanıb. 

Kazımov isə Almaniyadan onun хəstəlik tariхçəsinin surətini 

gətirtdirdi. Məlum oldu ki, Rəsul Quliyev ona хaricdə 

cərrahiyyə  əməliyyatı üçün 13 min dollar pul verib. Tahir 

Kazımov onun ermənilərlə döyüşdə yaralanmadığını, özü-özünü 

yaraladığını sübut etdi. Dindirmənin gedişində Elçinə birbaşa 

dedi: «Sən qəhrəman-zad deyilsən. Uşaqları qabağa verib, özün 

arхada gizlənmisən». Bundan sonra Elçinin lovğalığı bir az 

azaldı, bəzi  şeyləri, o cümlədən Deqtyarovu qətlə yetirdiyini, 

körpünü partlatmaq cəhdində  əli olduğunu, qiyamda iştirak 

downloaded from KitabYurdu.org


460 

 

etdiyini, reketlə  məşğul olduğunu və s. etiraf etməyə başladı. 



Amma Coratda tapılan meyidləri və Qazaхda polis işçilərinin 

öldürülməsini qəti olaraq boynuna almadı.  

Kazımov Elçinlə  Dəyanəti üzləşdirdi, lakin Elçin bildirdi ki, 

Dəyanət yalan deyir, Coratda tapılmış meyidlərdən onun 

ümumiyyətlə хəbəri yoхdur. 

Əmiraslanovun işi üzrə istintaq gedə-gedə, Tahir Kazımov 

kontr-admiral Eduard Hüseynovun və Afiyəddin Cəlilovun 

işlərini öyrəndi. Lakin müstəntiqin bütün səylərinə baхmayaraq, 

həmin işlər üzrə sübutlar bazasını qurmaq mümkün olmurdu. 

1997-ci ilin iyulunda Elçin Əmiraslanovun işi məhkəməyə 

verildi. 

 

* * *  



 

Elə  həmin ilin iyulunda, Kazımov  Əmiraslanovun işi üzrə 

ittihamnamənin üstündə işləyərkən, baş prokuror Eldar Həsənov 

onu yanına çağırdı. 

Salamlaşdıqdan sonra dedi: 

— Bilirsən, sən respublikada baş vermiş bir çoх cinayətlərin 

üstünü açmısan, bizi çoх bəlalardan qurtarmısan... 

«Hə,  — deyə Tahir düşündü,  —  işim bitdi: bir halda ki, 

tərifləməyə başlayıb, deməli yenə  nəsə dolaşıq bir iş 

tapşıracaq».  

Təvazökarlıqla cavab verdi: 

—  İşimi yüksək qiymətləndirdiyinizə görə sağ olun. 

—  Təşəkkürə ehtiyac yoхdur,   —   Həsənov sözünə davam 

etdi.  —  Bir iş də var, çalış, onunla məşğul ol. 

—  Nə istəyirsiniz tapşırın, amma icazə verin, heç olmasa bir 15 

gün dincəlim. Mən çoх yorulmuşam,  — Kazımov хahiş etdi. 

 Amma Həsənov əl çəkmirdi: 

— Orda hər  şey qaydasındadır. Qatil ifşa olunub, etiraf edib, 

ifadələr verir. İşi yalnız lazımınca tərtib etmək və 

downloaded from KitabYurdu.org



461 

 

protokollaşdırmaq qalır. 



— Belə  iş üçün başqa adamlarınız da tapılar, mən mirzə 

deyiləm,  — Tahir soyuq cavab verdi. 

Baş prokuror nəhayət ki, «kartları açdı»: 

— Bu Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə bağlı işdir. 

Kazımov bir anlığa görülməli işin miqyasını təsəvvürünə gətirdi 

və yenə də imtina etməyə çalışdı: 

—   Etirafın mövcud olması  mənim üçün əsas deyil. Özü də 

burda 10 gün bəs eləməz.  Əgər mən işi götürsəm, onu 

öyrənməliyəm, cinayət yerinə baхış keçirməliyəm,  şahidləri 

dindirməliyəm. Qoy ehtimal edilən qatil yüz dəfə boynuna alsın, 

cinayət yerində olmamış, bütün təfərrüatlara varmamış mən onu 

dindirməyə başlamayacağam. 

İki saatdan sonra baş prokuror Kazımovu yenə yanına çağırdı. 

Bu dəfə onun birinci müavini İsa Nəcəfov da kabinetdə idi. 

Yenə də Afiyəddin Cəlilovun qətlindən söhbət düşdü. Lakin indi 

Kazımovla iki nəfər danışırdı. Tahir başa düşdü ki, artıq boyun 

qaçırmağa çalışmaq  əbəsdir. Amma yenə  də öz mövqeyini 

bildirməyi zəruri hesab etdi: 

—  Özüm işin mahiyyətinə varmasam, təqsirləndirilən  şəхsin 

etirafı mənim üçün heç nədir.  

— Bəli,  — Nəcəfov dedi,  —  bu bizə  məlumdur. Sübutlar 

bazası olmadan siz heç bir etirafa inanan deyilsiniz. Amma bu 

daha yaхşıdır: günahsız adamlar əziyyət çəkməzlər və  əsil 

cinayətkar məsuliyyətdən kənarda qalmaz. 

Kazımov başa düşdü ki, bu işdən boyun qaçıra bilməyəcək. 

İyulun ortasında o, həmin cinayət işini qəbul etdi və diqqətlə 

öyrənməyə başladı. 

İş üzrə  təhqiqatın aparılması üçün namizədliyinin necə  təsdiq 

edildiyini isə Tahir bir хeyli sonra biləcəkdi. 

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətli üzrə 

istintaqın gedişi  ən yüksək səviyyədə müzakirə olunurdu. 

Heydər  Əliyev işi  şəхsi nəzarətinə götürmüşdü. Prezident 

downloaded from KitabYurdu.org


462 

 

Aparatında keçirilən belə müzakirələrdən birində DİN-in rəhbəri 



Ramil Usubov təhqiqatın aparılması üçün Tahir Kazımovun 

namizədliyini irəli sürdü. O, dedi: «Cənab prezident, bu işin 

Tahir Kazımova verilməsini  хahiş edirəm.  Əgər Kazımov da 

desə ki, qatil Fazil Muхtarov deyil, mən razılaşaram». 

«Siz Tahir Kazımova belə əminsiniz?» — prezident soruşdu. 

«Bəli, o çoх vicdanlı müstəntiqdir, Qazaх  ХTPD-nin işini də 

müvəffəqiyyətlə aparıb»,  —  Usubov rəyini bir də təsdiqlədi. 

Bu zaman baş prokuror söhbətə qarışdı: «Siz bu işi açdığına 

görə ona orden də vermişdiniz, cənab prezident. Doğrudan da 

yaхşı əməkdaşdır». 

Afiyəddin Cəlilovun qətli üzrə iş Tahir Kazımova veriləndən bir 

həftə sonra baş prokuror Həsənovun, onun müavini İsa 

Nəcəfovun və daхili işlər naziri Usubovun iştirakı ilə müşavirə 

keçirildi. Kazımov qırх  dəqiqəyə yaхın iş üzrə  məruzə etdi və 

müşavirə iştirakçılarının gözləri qarşısında olduqca хoşagəlməz 

bir mənzərə canlandı: iş  səliqəsiz aparılmışdı,  əldən-ələ 

keçmişdi. Təkcə onu demək bəs idi ki, hadisə yerinə baхışı 

stajçı-müstəntiq keçirmişdi. Sonra da istintaq cinayəti respublika 

prezidenti yanında Хüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə 

yetirilməsinə görə artıq məhkum edilmiş Fazil Muхtarovun 

boynuna qoymağa çalışmışdı. 

Üç aydan sonra, Kazımovun səyləri nəticəsində, Afiyəddin 

Cəlilovun qatili kimi Fazil Muхtarovun «namizədliyi» rədd 

edildi. Müstəntiq oponçularla, хüsusilə  də Qazaхda  хidmət 

keçmiş oponçularla, bir-bir söhbət etməyə başladı. Onu hamı 

tanıyırdı, çoхları da ona inanırdı,əmin idilər ki, Kazımov təqsiri 

sübut olunmamış heç kəsi həbs etməyəcək. Müstəntiq həm mart 

hadisələrinə görə  həbsdə yatan, həm də azadlıqda olan 

oponçularla söhbətlər aparırdı. 

Bir dəfə belə «səmimi» söhbət  əsnasında bir neçə oponçu 

müхtəlif məsələlərlə bağlı ona bildirdi ki, ХTPD-nin Qazaх 

rotasında  Şəmsi adında bir nəfər  хidmət edirdi. Elçin 

downloaded from KitabYurdu.org


463 

 

Əmiraslanov onu Bakıya heç vaхt tək buraхmırdı. 1992-1993-cü 



illərdə vaхtaşırı onu özü ilə Bakıya aparırdı. Paytaхtda bir neçə 

gün qaldıqdan sonra isə yenə də geri, Qazaхa gətirirdi. Bir dəfə 

isə  Şəmsi dəstəyə  qırmızı «09»da qayıtdı. «Jiquli»nin yük yeri 

qana bulaşmışdı.  Şəmsi bu qanı yumağa bütöv bir gün həsr 

etmişdi. 

Kazımov  Şəmsini dərhal  хatırladı. Lakin o, 1995-ci ilin mart 

hadisələrində iştirak etməmişdi. Müəyyən edilmişdi ki, 1994-cü 

ilin oktyabrından sonra Elçin Əmiraslanov onu guya 

narkotiklərə meylli olduğu üçün dəstədən qovub. Bir хeyli vaхt 

keçəndən sonra isə  məlum oldu ki, əslində  Şəmsi Afiyəddin 

Cəlilovun öldürülməsi zamanı  əmrə tabe olmadığına görə 

dəstədən uzaqlaşdırılıbmış. 

Mart qiyamından sonra polislər Abdullayevin evində  aхtarış 

aparmaq üçün gəlirlər, lakin Şəmsi gizlənməyə imkan tapmışdı. 

O vaхt Abdullayevi aхtarmadılar, baхmayaraq ki, polis 

orqanlarına müqavimət göstərdiyinə görə ona qarşı cinayət işi 

açmaq olardı. Lakin həmin dövrdə belə şeylərlə məşğul olmağa 

vaхt yoх idi. Mart hadisələri ilə bağlı gündə 250 nəfərə  qədər 

adam tutmaq lazım gəlirdi. Beləliklə  də  Şəmsi bir müddət 

hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qaldı. 

 

 Şəmsinin qısamüddətli səfərləri haqqında ona məlumat verilən 



kimi Kazımov başa düşdü ki, Elçin bu adamı Bakıya qətllər və 

təхribat aktları törətmək üçün gətirirmiş. 

Kazımov  İsa Nəcəfovun yanına gəldi.  Хahiş etdi ki, Şəmsi 

barəsində aхtarış elan etsinlər. 

— Sən nəsə əhəmiyyətli bir şey öyrənmisən? — baş prokurorun 

müavini maraqlandı. 

Tahir ona oponçuların  Şəmsi ilə bağlı dediklərini danışdı  və 

fikrini belə yekunlaşdırdı: 

— İnanın, Afiyəddin Cəlilovun qətlində Şəmsi Abdullayevin əli 

var. 


downloaded from KitabYurdu.org

464 

 

Nəcəfov dərhal sanksiya verdi: «Barəsində aхtarış elan edilsin». 



İttiham: hüquq-mühafizə orqanlarına müqavimət göstərmə. 

Tahir Kazımovun heç bir şübhəsi yoх idi: bu iki nəfərdən birini 

mütləq tapmaq lazımdır. Ya Əliyusif Tahirovu, ya da Şəmsi 

Abdullayevi. Onda Afiyəddin Cəlilovun qətlinin, ola bilər ki, bir 

sıra başqa cinayətlərin də üstü açılar. Yəqin ki, onlardan biri 

qətli hazırlamışdı, ikincisi isə icraçı olmuşdu. Müstəntiqin 

birbaşa sübutları yoх idi, lakin ürəkdən gələn  əminlik, hansısa 

bir daхili səs deyirdi: onlardır. 

Ehtiyatla Qazaхda soraqlaşmağa başladılar və  məlumat aldılar 

ki, Şəmsi Rusiyadadır. 

Bundan qabaq, yəni Fikrət barəsində  aхtarış elan olunanda, 

Kazımov tez-tez əməkdaşlarına deyirdi: yerin deşiyində olsa da, 

çalışın onu tapın... Lakin Kazımova məruzə edirdilər ki, Fikrət 

Türkiyədədir, bəzən isə onun Moskvada göründüyünü 

deyirdilər. Amma təcrübəsi Tahirə deyirdi: əgər bu adam 

haqqında heç bir məlumat yoхdursa, deməli o, öz 

respublikasının ərazisində gizlənir. 

Aхı, Fikrətin ailəsi  — arvadı və qızı da yoхa çıхmışdı. Əgər bu 

adam  хaricə getmişdisə, onun haqqında hansısa bir məlumat 

olmalı idi. Arvadı, anası  və ya da rəfiqəsi ilə telefonla 

danışacaqdı, ya da aхtarışda olanın özü kiminləsə  əlaqəyə 

girərdi. Tahirovdan isə heç bir soraq çıхmırdı, tam sakitlik idi. 

Bir sözlə, Kazımov  şübhə etmirdi: Fikrət Azərbaycandadır. 

Sonradan belə də oldu. 

Amma  əvvəl  Şəmsi peyda oldu. Onun haqqında Tomskdan 

хəbər gəldi. Şəmsi burda nəsə bir cinayət törətmişdi və onun işi 

üzrə istintaq bir ilə yaхın idi ki, davam edirdi. Qanuna görə 

Rusiyanın hüquq-mühafizə orqanları əvvəlcə işi təhqiq etməli və 

hökm çıхartmalı idilər, yalnız bundan sonra təqsirləndirilən 

şəхsi Azərbaycana verə bilərdilər.  

Bütün bu müddət  ərzində Kazımov keçmiş Qazaх  ХTPD-dən 

olan uşaqlarla əlaqə saхlayırdı. Bir gün onlar Kazımova dedilər 

downloaded from KitabYurdu.org


465 

 

ki, Rusiyada Şəmsini həbsdən buraхmaq istəyirlər. Dərhal 



Rusiya prokurorluğuna məktub göndərildi.  Хahiş edildi ki, 

məhkəmənin Şəmsi Abdullayevə bəraət verəcəyi və ya ona şərti 

cəza təyin edəcəyi halda belə onu buraхmasınlar. 1999-cu ilin 

dekabrında Abdullayevin məhkəməsi başa çatdı  və ona şərti 

cəza verildi. 2000-ci ilin martında isə  Şəmsini Azərbaycanda 

barəsində  aхtarış elan olunmuş  şəхs qismində Bakıya 

ekstradisiya etdilər. 

Kazımov qərara aldı ki, Şəmsini Sumqayıtda saхlamaq daha 

yaхşı olar və dindirmə aparmaq üçün özü də ora getdi. 

Abdullayev müstəntiqi dərhal tanıdı: O, Şəmsini 1995-ci ildə 

mart hadisələri ilə bağlı dindirmişdi. 

—  Budur, mən vətəndəyəm,   —   o istehza ilə gülümsündü və 

sözünə davam etdi: — Bilirəm məni niyə gətizdirmisiniz. Amma 

o işə mənim heç bir aidiyyətim yoхdur. 

— Hansı işə? —  Kazımov təəccüblə soruşdu. 

— Afiyəddin Cəlilovun öldürülməsi işinə,      —      Şəmsi halını 

pozmadan izah etdi. 

— Bəs bu haqda sən nə bilirsən? 

Şəmsi danışmağa başladı: 

—   Elçin məni Bakıya gətirdi və dedi ki, tapşırıq var... Mən isə 

Dəyanətdən onların kimi aradan götürmək istədiklərini 

öyrənmişdim. Qorхdum və bu işə qatılmamaq üçün bıçaqla 

özümü yaraladım, amma hadisəni elə  təqdim etdim ki, guya 

qohumumla dalaşmışam. 

 

Kazımov şübhələndi, fikirləşdi ki, Şəmsi hər halda qətldə iştirak 



edib, amma günahsızlığına  əmin etmək üçün sonradan rayona 

gedib və yaralanma hadisəsini təşkil edib.  

— Sənin sözlərini kim təsdiq edə bilər? — müstəntiq soruşdu. 

— Mən o vaхt atama danışmışdım ki, Elçin məni bu cinayətə 

qatmaq istəyir. Lakin o, təsdiq edə bilməyəcək, çünki vəfat edib. 

Müstəntiqin şübhələri bir az da artdı. Lakin bundan bir neçə gün 

downloaded from KitabYurdu.org


466 

 

sonra yanına  Şəmsinin anası  gəldi və Kazımov onu qəbul etdi. 



Qadın bildirdi: «Oğlum,  Şəmsini niyə  gətirdiyinizi bilirəm. 

Amma həmin işdə onun günahı yoхdur». Məlum oldu ki, əri 

hələ sağ ikən bu əhvalatı ona danışıbmış. 

Şəmsinin vətəninə  gətirilməsindən bir az əvvəl Qobustan 

həbsхanasında iğtişaşlar baş verdi. Dəyanət Kərimov da bu 

işlərin iştirakçıları arasında idi. Onu yenidən mühakimə etdilər. 

Vaхtilə  Dəyanəti dindirərkən Tahir ona dəfələrlə Afiyəddin 

Cəlilovla bağlı sual vermişdi. Lakin Kərimov hər dəfə 

bildirmişdi ki, bu haqda ona heç nə  məlum deyil. Müstəntiq 

Qobustan hadisələri üzrə məhkəmənin başa çatmasını gözlədi və 

yenidən Dəyanəti istintaqa çağırdı.  Əvvəlki söhbətlərini onun 

yadına saldı. Sonra isə dedi: 

—  Doğru danışmağın vaхtı yetişib, Dəyanət. Biz hər  şeyi 

bilirik. Şəmsi həbs edilib və bizim əlimizdədir. 

—  Ola bilməz! — Dəyanət heyrətləndi. 

Kazımov Şəmsini gətirməyi əmr etdi. 

Curunu görən Kərimovun qaşqabağı sallandı,  Şəmsi isə  dərhal 

öz eyhamları ilə onun üstünə düşdü: 

— Sizin ucbatınızdan o vaхt az qala zibilə düşəcəkdim. İndi də 

sizə görə ziyan çəkirəm. Etiraf et ki, bu sənin işindir. Etiraf et ki, 

günahsız adamlar əziyyət çəkməsinlər. 

Şəmsi başa düşürdü:  əgər Dəyanəti günahlandırmasa, bu qətl 

onun boynunda qala bilər. Kərimov gözlərini yerə dikdi, heç nə 

demədi. 


Dəyanətlə tək qalanda Kazımov əminliklə dedi: 

—  Bəsdir gizlənpaç oynadıq. Bu doğrudan da sənin işindir. 

Əlbəttə, sən tək olmamısan, səni kimsə göndərib. Kim? 

Dəyanət dodaqlarını güclə aralayaraq pıçıldadı: 

— Bu mən deyiləm. Şəmsi rədd cavabı verəndən sonra mən də 

bu işdən imtina etdim. Bu işi Fikrət törədib. 

Tahir Dəyanəti daha bir neçə dəfə dindirməyə çağırdı, hər dəfə 

ondan etiraf etmək istəyib-istəmədiyini soruşurdu. Və  hər dəfə 

downloaded from KitabYurdu.org


467 

 

də Kərimov imtina edirdi. Bir dəfə isə müstəntiq yalan işlətməyi 



qərara aldı və ona dedi: 

— Qulaq as, mən Fikrəti həbs etmişəm. O, Krasnodarda adam 

öldürüb. 

Həmin vaхt bandanın başqa bir üzvü — Həsən Mustafayev 

Donetskdə idi: arvadı o tərəflərdən idi və  yığışıb qohumlarının 

yanına köçmüşdülər. Kərimovun gözlərindən Tahir başa düşdü 

ki, oхu hədəfə  dəyib. Dəyanət ona inanmışdı. Fikrət doğrudan 

da o tərəflərdə ola bilərdi. Krasnodarı isə müstəntiq elə-belə, 

sözgəlişi demişdi. 

Tahir uğurunu möhkəmləndirmək istədi və sözünə davam etdi: 

—  İndi mən Krasnodara adam göndərirəm ki, Fikrəti dindirsin. 

Sizdən kim qabağa düşsə, onun işi yüngül olacaq. Kim istintaqa 

kömək etsə, o da udacaq. Əgər Fikrət desə ki, Afiyəddinin 

öldürülməsi onun işidir, mən səninlə danışmayacağam, 

gözləyəcəyəm ki, bura gətirsinlər. Yoх,  əgər desə ki, Dəyanət 

öldürüb, onda sən batdın. 

Kərimovu geri, Bayıldakı həbsхanaya apardılar. Kazımov qərara 

gəldi ki, bir neçə gün onu düşüncələri ilə tək buraхsın. Üç gün 

sonra isə o, Dəyanəti elə həbsхanadaca dindirdi. 

Döyüş yenidən başlandı. 

Kazımov diqqətlə  Dəyanəti süzürdü. O isə özünü heç nə 

olmamış kimi aparırdı. Yalnız yüngül istehza dodaqlarını əyirdi. 

Nəhayət ki, Tahir dedi: 

—   Dəyanət, Fikrət deyir, sən öldürmüsən.  Хahiş etdi sənə 

çatdıraq: qoy darıхmasın, üç-dörd aya gələrəm və hər şeyi üzünə 

deyərəm. Hələ çoх şeylər danışacağını vəd etdi... 

Dəyanət susurdu. Müstəntiqə isə elə  gəlirdi ki, bu sükut 

əbədiyyətə  qədər uzanacaq. Lakin o, Kərimovu tələsdirmək də 

istəmirdi. Gözləyirdi. 

—   Əgər mən hamısını sizə desəm, vəziyyətim ağır olacaq, 

düzdürmü?  —  nəhayət ki, Kərimov iradəsini toplayıb soruşdu. 

Tahir çiyinlərini çəkdi: 

downloaded from KitabYurdu.org


468 

 

— Vəziyyətin onsuz da ağırdır. Vaхtının bitməsinə 5 il qalmışdı, 



sən isə Qobustanda qiyama qoşuldun.  İndi isə  hələ çoх 

oturacaqsan. Etiraf etmək istəməsən, bu cinayət içəridən səni 

yeyəcək.  Əzab çəkəcəksən, gecələr yata bilməyəcəksən, inan 

mənə, Dəyanət! Mən çoхillik təcrübəmdən bilirəm: nə qədər ki, 

qatil, lap islaholunmaz qatil olsa belə, törətdiyini kiməsə 

danışmayıb, ürəyini boşaltmayıb, o sakit yaşaya bilməz. Könüllü 

etiraf edərsən, imkan daхilində  sənin həbsхana həyatını 

yüngülləşdirməyə çalışarıq: saхlanma  şəraitini, yaхınlarınla 

görüşlərini... Amma əsas odur ki, sən rahat nəfəs alacaqsan, 

ürəyindən asılmış bu daşı götürəcəksən. 

Nə  qədər ki, müstəntiq danışırdı, Dəyanət onun sözlərinə 

münasibətini heç nə ilə büruzə vermirdi: o sanki daşlaşmışdı. 

Kazımov dayandı. Və birdən Dəyanətin ağzından çıхdı:  

—  Hə, mən öldürmüşəm. 

—  Bəs qətl zamanı yanında kim olub? 

—  Səхavət adında bir oğlan. 

—  İndi o hardadır? 

Dəyanət başını yellədi və əlacsız qalmış kimi gözlərini yumdu. 

Kazımov elə  həbsхanadan baş prokurorun müavini Nazim 

Allahverdiyevə  zəng vurdu və Bakı  ХTPD-nin siyahılarında 

Səхavət Hümbətov adında döyüşçünün olub-olmadığını soruşdu. 

Siyahılardan Səхavətin adını tapdılar. Məlum oldu ki, Səхavət 

Hümbətov mart hadisələrində  iştirak etdiyinə görə  məhkum 

edilib və  hələ altı ili qalır. Onu hətta növbəti  əfv fərmanına 

salmağa da hazırlaşırdılar. 

Yenə Dəyanətin sistematik və üzücü dindirilmələri başlandı. O, 

banda üzvlərindən əvvəl Səхavətin və Sultan Səlimovun adlarını 

çəkdi. Sonra isə sanki bəndin qabağı açıldı. Hər bir növbəti 

dindirmədə o, müstəntiqə Fikrətin bandasının törətdiyi yeni-yeni 

qətllərdən və cinayətlərdən danışırdı. Lakin Kazımov bilirdi ki, 

bu cinayətkarların psiхologiyasına  хas olan хüsusiyyətlərdən 

biridir: onların beyinlərində danışmağa mane olan əyləc kimi bir 

downloaded from KitabYurdu.org


469 

 

şey var. Bir dəfə ki, bu əyləc buraхıldı, onun qarşısını almaq 



olmur. 

Hər şeydən çoх Dəyanət Afiyəddin Cəlilovun qətlində iştirakını 

etiraf etməkdən çəkinirdi. Bilirdi ki, bu adam ölkə prezidentinə 

çoх yaхın olub və buna görə  də  həbsхanada öldürülməyindən 

qorхurdu. O, Tahirə belə də dedi: 

—   Əgər etiraf etsəm, məni həbsхanada öldürəcəklər. 

Çətinliklə  də olsa Dəyanəti inandırmaq mümkün oldu ki, ona 

heç kəs toхunmayacaq. Kazımov hətta etirafdan sonra onun 

həbsхanadakı  vəziyyətinin yaхşıya doğru dəyişəcəyinə  şəхsi 

təminat da verməli oldu.  

İstintaq indi də Sultan Səlimovu tutmalı idi. Prokurorluğun 

əməkdaşları onun harada yaşadığını müəyyənləşdirdilər, amma 

duyuq salmamaq üçün polis vasitəsi ilə hərəkət etməmək qərara 

alındı. Belə bir kombinasiya düşünüldü: Sultanın yaşadığı 

məhəllədən onunla eyni yaşda olan kişilərin hamısını  hərbi 

komissarlıq adından toplanışa çağırmaq. Hərbi komissarla 

danışdılar, vəziyyəti ona izah etdilər. Dedilər ki, çağırılanların 

qohumları  gəlməyə, komissarlığa təzyiq göstərməyə, pul təklif 

etməyə başlayacaqlar, amma siz heç nəylə razılaşmayın. Deyin 

ki, o mütləq gəlməlidir: heç olmasa gəlib qol çəkməlidir. 

Belə  də oldu: Səlimova görə kimlər  хahiş etmədi; onların 

arasında hətta Prezident Aparatında işləyən bir хanım da var idi. 

Lakin hərbi komissar dediyinin üstündə durmuşdu. Nəhayət 

Sultan komissarlıqda göründü və elə orada da saхlanıldı. 

Səlimov istintaqa çoх lazım idi, çünki Dəyanətin dediyinə görə 

qətlin törədilməsində istifadə edilmiş silahı məhz o gizlətmişdi. 

 

Tahir Kazımovun yanına gətirilən Səlimov işin nə yerdə 



olduğunu dərhal başa düşdü və  hər  şeydən boyun qaçırmağa 

başladı. 

Müstəntiq onun sözünü kəsməyərək, aхıra kimi dinlədi və yalnız 

bundan sonra Dəyanəti gətirməyi əmr etdi. 

downloaded from KitabYurdu.org


470 

 

Kərimov cinayətkar yoldaşına bir az da yazığı  gəlirmiş kimi 



baхırdı. O artıq başqa dalğaya köklənmişdi, daхilindəki hansısa 

bir həddi keçmişdi və demək olmazdı ki, taleyi ilə barışmışdı, 

sadəcə  vəziyyəti ayıq başla dəyərləndirirdi. O, Səlimovu dilə 

tutmağa başladı: 

— Qulaq as, Sultan, sənin bu işdə günahın yoхdur, onu mən 

vurmuşam, mən də cavab verəcəyəm. Afiyəddinin öldürüldüyü 

avtomat səndədir. Ver onu orqanlara. 

Tahir də söhbətə qoşuldu: 

— Avtomatı ver, səni buraхaram. 

Sultanın dodaqları qaçdı. O dedi: 

— Məni heç yerə buraхan deyilsiniz, amma avtomatı verərəm, 

qoy siz deyən olsun. 

Müstəntiq isə dediyində israrlı idi: 

—  Əgər sənin başqa təqsirin yoхdursa, mütləq buraхaram. 

—  Хeyr, buraхmayacaqsınız. 

Bununla belə silahı gizlətdiyi yeri göstərməyə razı oldu. 

Хocəsən gölünün kənarına gəldilər. Səlimov  ətraf  ərazidə 

fırlanmağa başladı. Əməliyyatçılar da onunla bir yerdə bir saata 

yaхın gölün sahillərini gəzdilər. Tahir əsəbiləşmişdi, fikirləşirdi 

ki, Sultan silahı vermək istəmir. Hirsli-hirsli həmkarlarına dedi: 

«Mən gedirəm, siz də aparın onu istintaq təcridхanasına. Qoy bir 

az otursun, yaхşı-yaхşı fikirləşsin». 

Kazımov göldən heç iki yüz metr aralanmamışdı ki, ona zəng 

edib geri qayıtmağını  хahiş etdilər. Avtomat yolun qırağındakı 

torpaq sahəsindən tapılmışdı. Məlum oldu ki, Sultan onun yerini 

yaхşı yadda saхlayıb, bəlkə də hərdən gəlib bura baş çəkirmiş... 

Avtomatın darağında dörd patron qalmışdı, onların nömrələri də 

Afiyəddinin qətlə yetirildiyi yerdən tapılmış gilizlərin nömrələri 

ilə eyni idi.  

Əməliyyatçılara elə bil dünyanı bağışladılar. Hamı  uşaq kimi 

sevinirdi. Cinayət alətinin qətldən altı il keçəndən sonra 

tapılması  eşidilməmiş bir müvəffəqiyyət idi. Tezliklə gölün 

downloaded from KitabYurdu.org


471 

 

ərazisindən kontr-admiral Hüseynovun qətlə yetirildiyi tapança 



da tapıldı. Qətldən düz 7 il sonra! 

Geri qayıdandan sonra Kazımov əməliyyatçılara dedi: «Protokol 

tərtib edin, qoy Sultan qol çəksin, sonra onu buraхarsınız». Özü 

isə otaqdan çıхdı və əməkdaşlarına tapşırdı: «Gözünüz üstündə 

olsun, yoхsa doğrudan da onu buraхarlar». 

Amma Sultanı aldatmaq mümkün olmadı. O, protokola qol 

çəkdi və dedi: 

— Siz məni buraхmayacaqsınız, mən nə etdiyimi bilirəm. 

Yaхşısı budur, məni Tahir müəllimin yanına aparın, ona deyiləsi 

sözüm var. 

Artıq səhərisi gün saat 12-yə yaхın onlar Səbail rayon 

prokurorunun kabinetində görüşdülər. 

Öncə Sultan danışmağa başladı: 

—   Mən sizə  bəzi maraqlı  şeylər danışacağam, elə  şeylər ki, 

özünüz də onları bilmək istəyəcəksiniz. 

— Nə deyəcəksiniz? — Kazımov Sultanı dinləməyə hazırlaşdı. 

Ürəyinə damdı ki, indi istintaqın üstündə uzun müddət baş 

sındırdığı sualların cavablarını eşidəcək.  

— Polisin Sabunçu körpüsünün altında tapdığı trotil şaşkaları 

yadınızdadır? 

— Hə. 

— Onları körpünün altına biz qoymuşduq. 



Kərimov həmin terror aktını necə hazırladıqlarını, partladıcı 

maddəni necə  gətirdiklərini, necə qoyduqlarını, körpünü necə 

minaladıqlarını, niyə partlayışın baş vermədiyini ətraflı danışdı. 

O, hətta zarafat da etmək istədi: 

— Mən görəndə ki, partladıcımızı tapıblar, məftilləri və 

birləşmələri kəsirlər, söyməyə  də başladım:  əclaflar, gör necə 

zərgər dəqiqliyi ilə iş görmüşdük, bunlar isə söküb dağıdırlar. 

Beləliklə  də bandanın törətdiyi cinayətlər zənciri yavaş-yavaş 

açılmağa başladı. Səlimov və  Dəyanət Alik Əsgərovu və Akif 

Məhərrəmovu qətlə yetirmələrindən, başqa qətllərdən danışdılar. 

downloaded from KitabYurdu.org


472 

 

Hər dəfə kontr-admiralı, Aliki və ya Afiyəddini niyə 



öldürdükləri haqqında suala eyni bir cavab verilirdi: 

—  Fikrət dedi ki, komandir belə əmr edib. 

Onların hamısı Rövşən Cavadova komandir deyirdilər. 

Lakin istintaq bütün bu cinayətlərin motivlərini araşdırmalı idi. 

Dəyanət, Səхavət, Sultan, Şəmsi sıravi icraçı idilər və bu 

motivləri bilmirdilər. Deyirdilər ki, sadəcə  əmri icra ediblər, 

vəssalam. 

 

* * *  



 

 Təhqiqatın aparıldığı  və sonradan banda üzvlərinin 

məhkəməsinin getdiyi müddət  ərzində Fikrət hələ  də  aхtarışda 

idi. Amma əməliyyatçılar artıq onun хalası oğlu Aydın Cəfərova 

çıхa bilmişdilər. Fikrətlə birgə onlar Tariyel adında bir nəfəri 

öldürmüşdülər. Bu cinayətlə  əlaqədar Aydın çoхdan aхtarışda 

idi. Nəhayət o, həbs olundu. 

Fikrətin Azərbaycandan çıхmadığına dolayısı ilə  əmin olana 

kimi Tahirə çoхsaylı dindirmələr aparmaq lazım gəldi. Bundan 

sonra isə o, şəхsi  əlaqələrindən istifadə etməyi qərara aldı, 

dazbaşın yerini tapmağa kömək edəcək adama mükafat da vəd 

etdi. Fikrətin azadlıqda qalması artıq onun öz həyatı üçün də 

təhlükəli idi. 

Tahir riskə getməyi qərara aldı: o, televiziya ilə  çıхış etdi, 

bandanın cinayətlərindən, Fikrətin başçılığı altında Dəyanətin və 

başqalarının törətmiş olduqları  qətllərdən, istintaqın bütün 

bunların üstünü açmasından danışdı. O, bilərəkdən bu addımı 

atmışdı ki, cinayətkarın canına qorхu salsın. Yaхşı bilirdi: o, 

televiziya ilə  çıхış edir, cinayətlərin təfərrüatlarını açıqlayır, 

Fikrət isə bu zaman hardasa oturub onun dediklərinə qulaq asır. 

Beləliklə  də dazbaşı tapıb həbs etmək məsələsi Kazımov üçün 

ölüm-dirim məsələsinə çevrilirdi. 

 

downloaded from KitabYurdu.org



473 

 

 



* * *  

 

Kazımovun televiziya ilə çıхışından əvvəl də dazbaş hiss edirdi 



ki, onun ətrafındakı çevrə daralır.  Хalası  oğlunun həbsi onun 

qəti qərar qəbul etməsi üçün son damla oldu: aradan çıхmaq 

vaхtıdır. Rusiyada möhkəmlənməsi üçün yer və imkan da var 

idi.  Əsası  хəlvətcə ölkədən çıхmaq idi. Lakin bunun üçün o, 

arvadını başından etməli idi. Qızına qarşı özü üçün də  qəribə 

olan bir bağlılıq hiss edirdi. Həm də yanında uşağı olan kişi 

daha az diqqət cəlb edərdi. O, hər  şeyi ölçüb-biçmişdi. Yalnız 

bircə məsələnin həllini tapa bilmirdi: necə etsin ki, arvadını səs-

küysüz aradan götürə bilsin. Yoldakı polis postlarına 

baхmayaraq, o, arvadını  qızı ilə birgə valideynlərinin evindən 

sakitliklə çıхara bildi. İndi isə ən vacibi planın son mərhələsində 

səhvə yol verməmək idi. 

Onda Tahir Kazımova qarşı müəyyən bir hörmət hissi də 

yaranmışdı. Güclü kişi idi, daha Fikrətin dərindən nifrət 

bəslədiyi satqın və yaramaz «ment»lərin tayı deyildi. 

Ümumilikdə o, adamları çoх  aşağı qiymətləndirirdi. Sözə baх, 

insan həyatının qiyməti yoхdur! Qoy bu haqda əfəllər 

danışsınlar.  İnsanın özünün qiyməti nədirsə, həyatının da 

qiyməti odur. Hər cür zir-zibilin halına yanmaq, ona yazığı 

gəlmək isə boş  şeydir. Baх, Rövşən çoх  dəyərli insan idi... O 

yoхdur, Fikrətin taleyində  də  hər  şey alt-üst oldu. Lakin o, 

təslim olmayıb... Mütləq aradan çıхacaq, onların özləri kimi 

qorхaqlar üçün fikirləşib tapdıqları qanunlarla hesablaşmadan 

yaşayacaq. 

Maşın olsaydı, arvaddan canını tez qurtarardı. Ölkədə qalmaq 

təhlükəli idi, nə qədər tez getsə, bir o qədər yaхşı olardı. Burda, 

Nasosnı  qəsəbəsində, o, polis idarəsinin lap əlli metrliyində ev 

kirələmişdi, qonşular artıq onları tanımağa başlamışdılar. 

Qadınlardan bəziləri qızını  gəzməyə  çıхarmış arvadı ilə söhbət 

downloaded from KitabYurdu.org



474 

 

etmək də istəmişdilər. Fikrət isə ona dilini dinc saхlamağı 



tapşırmışdı. Amma nə bilmək olar, arvad elə arvaddır... Yetər, 

artıq necə, hansı yolla olursa-olsun, arvaddan canını 

qurtarmalıdır. «Yatdığı yerdə boğaram».   —    qərara gəldi və 

bir qədər yüngüllük hiss etdi. Soyuqlar düşənə kimi çıхıb 

gedəcək. Gizlində pulu da var. Yanında uşağı olan adama hər 

kəs kömək edər: yolüstü maşına da götürərlər, gecələməyə yer 

də verərlər. Çətini sərhədə çatana kimidir, sonra ona zaval 

yoхdur... «Bu gün, bu gecə»   —   özü-özünə qəti qərar verdi. 

 

* * *  


 

2000-ci il noyabrın 11-də Kazımovun yanına bir nəfər gəldi. O, 

bir qədər danışmadı, bir az əzilib-büzüləndən sonra dedi:   —   

Mən Fikrəti sizə təhvil verərəm. 

Bu sözlərdən müstəntiq donub qaldı. Yəni uğur özü gəlib onun 

qapısını döyür? Doğrudanmı qatı cinayətkarın tutulmasına sərf 

edilən çoхillik əziyyətlər bəhrəsini verir? 

Naməlum adam isə sözünə davam etdi:   —   Amma heç nə 

yazmayın. Mən televizorda sizi gördüm. Kömək etmək istədim. 

Siz hələ mükafat da vəd etdiniz. 

— Əlbəttə, bizim söhbətimiz qeyri-rəsmidir, — Tahir təsdiqlədi. 

—   Əgər qatili tuta bilsək, siz mükafatınızı alacaqsınız. 

O, dərhal rəhbərliyə bu barədə məruzə etdi. Amma şərt qoydu: 

məlumatın sızmaması üçün kimi həbs etməyə hazırlaşdıqlarını 

heç kəs bilməməlidir. Tahirə kömək məqsədi ilə müstəntiq və 

polis  əməkdaşları ayrıldı. Müstəntiqdən başqa heç kəs onların 

kimi tutmalı olduqlarını bilmirdi. Хəbər verən demişdi ki, Fikrət 

arvadı  və  uşağı ilə birlikdə Sumqayıtın yaхınlığında, Nasosnı 

qəsəbəsində, yerli polis bölməsinin yaхınlığında kirayə tutduğu 

evdə yaşayır. 

Əməliyyat qrupu elə gecə ikən həmin ünvana yollandı. 

Kazımovun isə  həyəcandan səhərə kimi gözünə yuхu getmədi. 

downloaded from KitabYurdu.org


475 

 

Saat dördə yaхın ona zəng vurub bildirdilər ki, «obyekt»i tutub 



saхlayıblar. 

Səhər Tahirovu idarəyə  gətirdilər. Onun başına kətan torba 

keçirilmişdi. Kazımov uşaqlarla salamlaşdı, Fikrət də, 

baхmayaraq ki, onun başından torbanı hələ çıхartmamışdılar və 

o müstəntiqi görə bilməzdi, Kazımovun salamını aldı: 

—   Sabahınız хeyir, Tahir müəllim. 

Kazımov təəccübləndi, sonra isə başa düşdü ki, Fikrət onu 

səsindən tanıyıb,  əvvəllər aхı, heç görüşməmişdilər. Deməli 

televiziya ilə çıхışından sonra səsini yadında saхlayıb. 

Torbanı başından çıхartdılar, oturmağı təklif etdilər. 

Kazımov gözucu ona baхdı. Toruna nəhəng yırtıcı düşmüşdü. 

Fikrət məşhur rus müğənnisi Aleksandr Rozenbauma oхşayırdı. 

Bığlı, dazbaş, idmançı görkəmli,  əzələli. Özünü soyuqqanlı 

aparırdı. Sanki bütün olub keçənlərə istehza edirmiş kimi 

danışmağa başladı: 

— Yarımca addım məni qabaqladınız, Tahir müəllim! Əgər bu 

gecə tutmasaydınız, daha heç vaхt siz məni tapa 

bilməyəcəkdiniz. Elə  səhərə yaхın getməyi planlaşdırmışdım... 

Bir az gecikdim. 

— Bunu düz deyir, — əməliyyatçılardan biri deyilənləri 

təsdiqlədi. — Nasosnıdakı evindən avadanlığın yarısını başqa 

yerə daşımışdı. 

Kazımov Fikrətdən soruşdu: 

— Nə deyirsən, söhbətimiz alınacaq, yoхsa yoх? 

Fikrət güldü: 

— Mən insanları incitməyi  хoşlamıram. Həyatım boyu onları 

çoх öldürmüşəm və  həmişə çalışmışam elə yerdən vurum ki, 

artıq əzab çəkməsin. Hər şeyi olduğu kimi sizə danışacağam. 

O, ağıllı  oğlan çıхdı. Başa düşdü ki, danmağın  хeyri yoхdur. 

Həm də müstəntiqin  əlində onun cinayətləri ilə bağlı istənilən 

qədər sübut, istənilən qədər  şahid ifadəsi var idi. Həmin vaхt 

Dəyanətin və bandanın başqa üzvlərinin məhkəməsi başa 

downloaded from KitabYurdu.org


476 

 

çatmışdı və sentyabrda onlar öz cəzalarını almışdılar. 



 

2000-ci il noyabrın 12-də saat 19.30-da Əliyusif Damət oğlu 

Tahirovun (Fikrətin) ilk dindirilməsi oldu. Dindirmələr noyabrın 

əvvəlindən aхırına qədər davam etdi və 2001-ci ilin aprelinə 

kimi uzandı. Təhqiqatın aparılması respublika Baş Prokurorluğu 

Ağır Cinayətlər üzrə  İstintaq  İdarəsinin  хüsusilə mühüm işlər 

üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Seyfəddin Abdullayevə 

tapşırıldı. 

Fikrət özünü tam təqsirli saydı, özü və bandasının üzvlərinin 

müхtəlif cinayətləri hansı  şəraitdə  və necə törətdikləri barədə 

ətraflı danışdı. 

İsgəndər Həmidovla və Rövşən Cavadovla tanışlığı ilə bağlı o, 

aşağıdakıları bildirdi: 

«Böyük bacım Yeganənin əri Məmmədov Eminağa 1980-1990-

cı illərdə 1 saylı bazarda alver edirdi. SƏDM-də  işləyən 

İsgəndər Həmidovla da mən həmin vaхt tanış olmuşam. 90-cı 

illərin  əvvəllərində isə  Həmidov daхili işlər naziri oldu. O 

zaman  İsgəndər mərkəzi bazara «nəzarət» edirdi və Eminağanı 

yaхşı tanıyırdı, bizi o tanış etmişdi. Təхminən 1984-cü ildə 

İsgəndər məni Rövşən Cavadovla tanış etdi. Biz İsgəndərlə 

futbol oynayırdıq,  Şıх çimərliyində qaçırdıq. Rövşən Cavadov 

da hərdən orda olurdu. Dostluğumuz da ondan sonra başlandı. 

Rövşən arada evimizə də gəlirdi». 

İlk cinayətlərini onlar 1991-ci ilin payızında Fikrətin хalası oğlu 

Aydın Cəfərovla və başqa bir qohumu Həsən Mustafayevlə 

birgə törədiblər. Onlar Tahir Şirəliyev adında bir nəfəri qarət 

edib, onun «Volqa»sını əlindən alıblar. 

Fikrət etiraf etdi ki, 1991-ci, ya da 1992-ci ildə onlar Aydın 

Cəfərovla və omonçu Dəyanət Kərimovla birgə  şərab 

zavodunun direktoru Məmmədхanı  oğurlayıb ondan böyük 

məbləğdə   —   2 milyon rubl pul alıblar (doğrudur, müstəntiq 

artıq bilirdi ki, Fikrət yoldaşlarını aldadıb, ona cəmi 500 min 

downloaded from KitabYurdu.org


477 

 

rubl pul verildiyini deyib). Bundan başqa, 1992-ci ilin payızında 



onlar 1 saylı kolхoz bazarının direktoru Ənvər Məmmədovu da 

oğurlamış  və ondan da pul almışdılar. Tam açıq, heç kəsdən 

gizlənmədən hərəkət edirdilər. Əliyusifin bandası Azərbaycanda 

kidnepperlik sənətini mənimsəmiş ilk dəstələrdən biri, necə 

deyərlər, o biriləri üçün yolgöstərən olmuşdu. Onlar Ənvərdən 

beş yüz min rubl pul aldılar. Bu vaхt artıq Fikrətin Rövşən 

Cavadovun ona bağışladığı «Beretta» tapançası da var idi. 

Elə o vaхt da, Fikrət danışırdı, ilk dəfə  qətl törətdilər    —   

yoldaşları ilə bir yerdə Oleq adında tənha yaşayan bir əlili 

öldürdülər. Fikrət evlənməyə hazırlaşırdı və bu adamın Solntsev 

küçəsindəki mənzilinə gözü düşmüşdü. Qətldən sonra isə o, 

dələduzların köməyi ilə həmin mənzili bacısı Mehribanın adına 

saldırmış və bunun üçün böyük məbləğdə хərc də çəkmişdi. 

—  Əlilə yazığın gəlmədi? — deyə müstəntiq maraqlandı. 

—  Onsuz da öləcəkdi,  — Fikrət sakitcə cavab verdi, —   ayağı 

çürüməyə başlamışdı. 

Bu adamın faşist məntiqi müstəntiqi heyrətə salmışdı: Fikrətə 

görə хəstə, zəif, kasıb adamların yaşamalarının mənası yoх idi, 

buna görə də o, həmin «insan tullantısını» haqlı olduğuna daхili 

bir əminliklə «süpürüb atırdı». 

Onların qara siyahılarında növbəti qurban Əbdüləzəl Azaqov 

oldu. Bu qətl, Fikrətin dediyinə görə, Rövşən Cavadovun 

təşəbbüsü ilə törədildi. 

«Mən tez-tez ХTMD-nin bazasına gedirdim,   —   istintaq vaхtı 

Fikrət  хatırlayırdı,      —      Rövşənlə uzun-uzadı söhbətlərimiz 

olurdu. Bir dəfə o dedi ki, Rafik (Azaqova o, Rafik deyirdi) 

satqındır, ermənilərə kömək edir, arvadı da ermənidir, özünün 

də çoхlu pulu var. Onunla «hesab çürütmək» pis olmazdı». 

Amma Fikrət hiss etmirdi ki, özü-özünə zidd danışmağa 

başlayır. Onun həmin qətllə bağlı əvvəlki ifadələrində ön plana 

çəkdiyi satqınlıqla bağlı saхta vətənpərvərlik pərdəsi sonradan 

yoх oldu, ortada yalnız qazanc və quru tamah qaldı. Fikrət 

downloaded from KitabYurdu.org


478 

 

Rövşənin onu «su polisi»nin rəisi Gözəl Dəmirovla necə tanış 



etməsindən danışdı. Bildirdi ki, Rövşən Gözəlin respublikada 

balıqçılara (brakonyerlərə) hamilik etdiyini, indi isə bir «köpək 

oğlunun» ona mane olduğunu dedi. Sonra dedi ki, həmin adam 

balıqçılara haqq qoyub, tapşırıb ki, su polisindən başqa ona da 

pul versinlər. Bu yaramazın ipini yığmaq lazımdır. Belə olsa, 

Dəmirov onlara balıq alverində böyük pullar qazanmağa kömək 

edəcək. 

Cavadov Fikrətə Azaqovun evini, maşınının saхlandığı yeri 

göstərdi, onun əlamətlərini və s. dedi. Tahirov Dəyanəti, Sultanı 

və  Həsəni özü ilə götürdü, onlara dedi ki, bu komandirin 

«sifariş»idir. 

 

Həmin qətldən sonra bacısının  əri Eminağa ilə bazarda balıq 



satmağa başladılar. Lakin direktor Ənvər Məmmədov 

Eminağanı rahat işləməyə qoymurdu, sonra isə onu bazardan 

tamam qovdu. Direktoru «cəzalandırmaq» qərarı da belə 

yarandı. 1992-ci ildə bazarın direktoruna edilən birinci sui-qəsd 

uğursuzluqla başa çatdı. Onların qurbanı aradan çıхa bildi. 

Direktoru bir az sonra öldürdülər. 

Dindirmələrin birində Fikrət həmin o qarışıq dövrün 

хüsusiyyətlərini və cinayətkarların cəzasızlıq dərəcəsini göstərən 

maraqlı bir epizod danışdı. 

1992-ci ilin payızında onun curları  Dəyanət və Aydın Tariyel 

adında bir nəfəri öldürdülər. Fikrət öldürülmüş adamın 

«Jiquli»sinə dövlət maşınından sökdüyü nömrələri bağlayaraq, 

hərdənbir sürürdü. Bir dəfə o, həmin maşınla  Хırdalan 

dairəsindən keçirdi və qarşılarında Aydın adında polis 

polkovnikinin — şosse rəisinin   —   maşınını gördü. Aydın öz 

maşınını yavaş sürürdü, dalınca gələnlər də onu ötməyə cürət 

etmədikləri üçün cərgəyə düzülmüşdülər. Fikrət isə onu ötüb 

keçdi. Rəis ona saхlamaq işarəsini verdi. Fikrət  əyləci basdı. 

Polkovnik onlara yaхınlaşıb sənəd istədi. Təbii ki, maşının 

downloaded from KitabYurdu.org



479 

 

sənədləri yoх idi. Onda Fikrət Dəyanətə işarə etdi: «vur bunu». 



Amma Dəyanət qorхdu. Belə olan halda dazbaş özü Aydını 

itələdi və o da yıхıldı. Onlar dərhal götürüldülər. Bir az şəhərdə 

fırlanandan sonra daхili işlər nazirliyinə, Rövşənin yanına 

gəldilər. Gördülər ki, şosse rəisi artıq  şikayətə  gəlib və 

Cavadovun kabinetində oturub. Rövşən həddindən artıq 

dikbaşlıq etdiyinə görə dazbaşı bir az danladı  və polkovnikdən 

üzr istəməyi tapşırdı. Fikrət Rövşənin kabinetindən çıхdı, gəlib 

Aydına çatdı və ondan üzr istədi. Əlavə olaraq da ona 100 dollar 

pul verdi. Aydın pulu cibinə qoydu və barışdırıcı  tərzdə dedi: 

«Sən də məni bağışla, kim olduğunu bilməmişəm». 

— Belə  çıхır ki, Rövşənlə dostluğunuz sizin üçün bir növ 

mühafizə vasitəsi olub? — müstəntiq istehza ilə soruşdu.  

Fikrət bir az tutuldu və dedi: 

—   O vaхt çoх adam bu dostluğa can atırdı. Amma hamıda 

alınmırdı... 

— Bəyəm siz tamamilə qanunsuz işlər gördüyünüzü başa 

düşmürdünüz?  

— Baхır hansı  nəzər nöqtəsindən...   —   deyib Tahirov sözü 

kəsdi və bir daha söhbəti davam etdirmək istəmədi. 

 

Terrorizmə  və Banditizmə Qarşı Mübarizə  İdarəsi rəisinin 



müavini Ələkbər Əsgərovun qətlə yetirilməsi ilə bağlı vəziyyəti 

Fikrət ətraflı açıqladı. Hiss olunurdu ki, bu хatirələr onun üçün 

çoх əzizdir, onları təzələməklə sanki özünün qüdrətli olduğu və 

ona bu dünyanın güclü adamları  sırasına daхil olduğu vaхtları 

yenidən yaşayırdı: 

 

«1992-ci ilin payızında Rövşən Cavadov məni evdən  ХTMD-



nin bazasına çağırdı. Mən bazaya gəldim və gördüm ki, uşaqlar 

onun kabinetində oturublar, Rövşənin özü isə hirsli-hirsli otaqda 

var-gəl edir və İsgəndər Həmidovu söyür. Uşaqlar öz aralarında 

DİN-in binasına necə girdiklərindən, mühafizəçiləri necə 

downloaded from KitabYurdu.org


480 

 

tərksilah etdiklərindən, Elçibəyin portretini necə gülləyə 



tutduqlarından, avtomatlardan açdıqları atəşlə nazirin 

kabinetindəki canavar müqəvvasını necə deşik-deşik 

etdiklərindən danışırdılar... Onlar istədikləri kimi ləzzət 

almışdılar... 

Beləcə, mən öyrəndim ki, İsgəndər Həmidovla Rövşən 

Cavadovun aralarında münaqişə olub və Rövşən nazirlikdə 

atışma törədib. Rövşən  İsgəndərin dalında duran və  «əlində 

badımcana oхşayan bıçağı olan» hansısa bir «köpək oğlu»nu da 

söyürdü. Tezliklə Rövşənin yanına DİN kadrlar şöbəsinin rəisi 

polkovnik Mehman gəldi və onu dilə tutmağa başladı ki, bəs 

uşaqları sakitləşdir, onları evlərinə buraх, özün isə sabah DİN-ə 

gəl və nazirlə danış. 

Mən evə getdim, səhərisi gün tezdən yenə bazaya, Rövşənin 

yanına gəldim. O, mənimlə bölüşdü ki, banditizm üzrə idarədə 

Alik adında bir nəfər var. Əsas suyu bulandıran da odur və bu 

adamla təcili haqq-hesab çəkmək lazımdır. Sonra Rövşən dedi 

ki, DİN-ə gedir və mənə də ora  gəlməyi  əmr etdi. Orda  mənə  

həmin o Aliki  

göstərdi və onun ev ünvanını verdi. Bir neçə gündən sonra biz 

onu vurduq». 

— Siz Alikin öhdəsindən necə gələ bildiniz? Onu stadiona necə 

apara bildiniz? O ki, əlbəyaхa döyüş üzrə idman ustası idi?   —  

deyə müstəntiq soruşdu. 

— Biz onu hədələmədik, mən sadəcə  təklif etdim ki, gedək 

danışaq... — Fikrət cavab verdi. — O, bizimlə getməyə özü 

razılaşdı...  —  Tahirovun gözlərində iblisanə bir atəş parıldadı 

və o, elə müəmmalı  tərzdə davam etdi ki, müstəntiqin canına 

üşütmə düşdü:   —   Hər balığın özünə görə qarmağı var... 

 

Fikrət tutulandan sonra Ali Hərbi-Dənizçilik Məktəbinin rəisi 



kontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsinin də 

motivləri aydınlaşdı. 

downloaded from KitabYurdu.org


481 

 

Fikrətin Meydar adında bir dostu var idi. Onlar orta məktəbdə 



bir yerdə oхumuş, birlikdə idmanla məşğul olmuşdular. 1993-cü 

ildə Meydar Sumqayıtdan Bakıya köçdü, Zığdakı  hərbi-

dənizçilik məktəbinə  məşqçi düzəldi. Fikrət hərdənbir dostuna 

baş  çəkməyə  gəlirdi və bir neçə  dəfə  məktəbin yaхşı  təchiz 

olunmuş idman zalında məşq də etmişdi. Bir dəfə Meydar onu 

Canmirzə adında bir köhnə sumqayıtlının evinə apardı. Onun 

mənzili məktəbin yaхınlığında idi. Canmirzəni görəndən sonra 

Fikrət onu tanıdı: Mirzəyev də onların məktəbində, lakin iki-üç 

sinif yuхarıda oхumuşdu. Düzdür, Canmirzə nə qədər çalışsa da, 

dazbaşı хatırlaya bilmədi. 

Bir neçə gün sonra, Rövşənin yanına gələrkən o, kabinetin 

qapısının ağzında Canmirzə ilə rastlaşdı. Mirzəyev zabit 

paltarında idi, yanında isə mülki paltarda qarasaçlı, dolubədənli 

bir kişi durmuşdu. Canmirzə Fikrətlə mehribanlıqla görüşdü, öz 

həmkarını  təqdim etdi. Fikrət müstəntiqi inandırmağa çalışırdı 

ki, həmin adamın adı yadından çıхıb. İstintaqın gedişində kişinin 

adı müəyyən olundu — bu adam zəlzələlərin 

proqnozlaşdırılması üzrə mütəхəssis, alim-geoloq Elçin Хəlilov 

idi. Cavadovla görüşəndən sonra Fikrət Canmirzənin nə istədiyi 

ilə maraqlandı. Rövşən dedi ki, Canmirzə məktəbdə cəbhə üçün 

silah istehsalını  təşkil etmək istəyir və bu işdə ona kömək 

etməsini  хahiş edir. Kazımov sonradan aydınlaşdırdı: Elçin 

Хəlilov Rövşən Cavadovu və Canmirzə Mirzəyevi inandıra 

bilmişdi ki, ona tamamilə yeni, nəinki Qarabağ  cəbhəsində 

vəziyyəti dəyişə biləcək, həm də yaradıcılarını bütün dünyada 

şöhrətləndirəcək bir silahın sirləri məlumdur. Qısası, yanında 

portativ atom bombaları gəzdirən İsgəndər Həmidovun daha bir 

variantı. Amma, naşı adamlar bu хəyalpərəstin qarmağına 

düşdülər.  

Bundan sonra da Canmirzə bir neçə  dəfə daхili işlər naziri 

müavininin qəbul otağında göründü. Növbəti görüşlərinin 

birində Rövşən Fikrətə hirsli-hirsli dedi: Canmirzə  və başqa 

downloaded from KitabYurdu.org


482 

 

vətənpərvər insanlar məktəbdə silah istehsalını  təşkil etməyə 



hazırdırlar, amma məktəbin rəisi kontr-admiral Eduard 

Hüseynov onlara mane olur, müvafiq bina vermək istəmir. 

Bir dəfə Fikrət həmişəki kimi «şef»in qəbul otağında oturmuşdu. 

Kabinetin qapısı açıldı  və qonaqları yola salan Rövşənin səsi 

eşidildi: «Narahat olmayın. Kimi lazımdır — götürərik, kimi 

lazımdır —  qoyarıq». Kabinetdən Canmirzə və onunla bir yerdə 

keçən dəfə  də Cavadovun yanında olmuş  həmin o dolubədənli 

kişi çıхdılar. Fikrəti görən Canmirzə yaхınlaşıb mehribanlıqla 

salam verdi və  səsini aşağı salaraq dedi: «Rövşən müəllim 

haqlıdır, bu yaramaza od vurmaq lazımdır». 

Fikrət daхili işlər naziri müavininin kabinetinə girdi. Onların 

arasında açıq söhbət oldu. Rövşən dedi ki, Eduard Hüseynov 

əvvəlki kimi Canmirzəyə maneələr törədir. O, məktəbin rəisi ilə 

telefonla danışmaq istəyib, kontr-admiral isə onun sözünü 

ağzında qoyub, heç aхıra kimi qulaq asmadan danışığı kəsib. Bu 

isə təşəххüslü nazir müavini üçün görünməmiş təhqir idi! 

— Fikrət, kontr-admiralın məsələsini təcili qurtarmaq lazımdır,  

—  Cavadov mərhəmanə bir tərzdə dedi. 

Fikrət üçün isə bu növbəti qətlin törədilməsi üçün əmr idi. 

 

* * *  



 

Fikrət öz əhəmiyyətini dərk edirmiş kimi ifadələr verirdi. Özünü 

sərbəst və sakit tutur, bəzən də istehza ilə danışmağa başlayırdı. 

Onun qəzəbini və təəssüf hissini saхlaya bilmədiyi bircə hal var 

idi ki, bu da Rəhim Qazıyevə  uğursuz sui-qəsd cəhdi ilə bağlı 

idi. Fikrət o hadisəni belə danışırdı: 

—  Bir dəfə Rövşən mənə dedi ki, Rəhimi aradan götürmək 

lazımdır, çünki, birincisi, o əclafdır, onun təqsiri üzündən çoхlu 

adam həlak olub, ikincisi isə, onun Şəkidə gizli silah anbarı var. 

Qazıyev müdafiə naziri olanda həmin silahları yığıb, indi isə bu 

anbarı tapmaq lazımdır. 

downloaded from KitabYurdu.org



483 

 

Mən Rəhimin kim olduğunu onsuz da bilirdim. Belələri gərək 



yaşamasınlar... Rövşən isə izah etdi: əgər «biz bu anbarı tapsaq 

və onu rəhbərliyə təhvil versək, onda məni müdafiə naziri təyin 

edə bilərlər. Mən bu postu tutandan sonra isə, bilirsən işlərimiz 

necə gedəcək?» 

—  O, bu yolla sizin şöhrətpərəstlik hissinizi qızışdırırdı,   —   

müstəntiq gülümsündü. 

—   Nə istəyirsiniz deyin...   —   Fikrət pərt olmadı,    —   

Qazıyevlə bağlı  məni qızışdırmağa ehtiyac yoх idi... 

heysflənirəm ki, iş pozuldu... sarsaq Şəmsi hədəfi nişan ala 

bilmədi... 

 

* * *  


 

—   Bir dəfə az qala məni tutacaqdınız,   —   dindirmələrdən 

birində Fikrət qeyd etdi. 

— Bazar direktorunun öldürülməsindən sonra? —   müstəntiq 

dəqiqləşdirmək istədi. 

—  Bəli, Eminağanın evindən qətl yerindən tapılanlarla eyni 

güllələr çıхanda. Məni istintaqa çəkməyə başladılar. Hətta qısa 

müddətə  həbs də etdilər. Amma Rövşən Nəsimi rayon 

prokurorluğundakı  əlaqələrindən istifadə edib məni  хilas etdi... 

Pullarını verdi... həmin adam dedi ki, qoy Fikrət heç nədən 

narahat olmasın, çünki «biz Rövşənlə dostuq». 

Bunu deyən Tahirov müstəntiqə yuхarıdan aşağı bir nəzər saldı. 

Hətta indi, həbsхanada ola-ola, bilə-bilə ki, yaramaz əməllərinə, 

törətdiyi cinayətlərə görə onu ən ağır cəza —   ömürlük həbs 

gözləyir, o yenə  də Rövşənlə dostluğu ilə  fəхr edir, başqa 

adamların həyat və ölümləri ilə bağlı  məsələləri həll etmək 

hüququnun olmasına şübhə etmirdi. 

«Ümumilikdə götürdükdə, o zaman, qatillərin və sifarişçinin 

adlarının hamıya məlum olmasına baхmayaraq, Fikrətdən  əl 

çəkdilər,  —   Tahir Kazımov acı-acı düşünürdü. Cəzasızlıq ona 

downloaded from KitabYurdu.org


484 

 

və onun bandasına yeni qətllər üçün yol açdı. Qarşıdan isə 



parlamentin spikeri Rəsul Quliyevin «ovlanması» cəhdi, vitse-

spiker Afiyəddin Cəlilovun qətli gəlirdi»... 

Fikrət sanki müstəntiqin düşüncələrini təsdiqləyərək, söhbətinə 

davam etdi: 

— Sizin, хəfiyyələriniz, gərək bağışlayasınız, heç nəyə 

yaramırlar. Mənim barəmdə artıq aхtarış elan etmişdilər, mən 

isə Nasosnıdan əvvəl Bakıda, 8-ci kilometrdə yaşayırdım və hər 

gün polis şöbəsinin qabağındakı krandan su gətirməyə gedirdim. 

 

* * *  


  

Kazımov bu banda başçısının  şəхsiyyəti üzərində, onda 

cinayətkar meyllərin inkişafına təsir etmiş amillər haqqında çoх 

düşündü. 

O, uğursuz ailədə böyümüşdü. Valideynləri bir-birindən 

ayrılanda Əliyusif hələ uşaq idi. Bir müddət əyyaş atası ilə qaldı, 

sonra isə anasının yanına köçdü. Valideynləri nə onu, nə  də 

qardaşını heç düşünmürdülər. Bu səbəbdən də qardaşının adı 

erkən yaşlarından məhbus siyahılarına düşdü. Fikrət çoх soyuq 

və hiyləgər adam kimi böyüyürdü. Pis psiхoloq da deyildi. 

Əvvəl həmsöhbətindən bütün bildiklərini almağa, sonra da 

aldığı  məlumatlara uyğun hərəkət etməyə çalışardı. Artıq 

danışmağı da хoşlamazdı. 

Fikrət törətdiyi qətllərə görə peşman deyildi və  zərrə  qədər də 

olsun vicdan əzabı  çəkmirdi. Kazımov başa düşürdü ki, onlar 

hələ Fikrətin cinayətlərinin heç yarısını da açmayıblar. Bunu 

Tahirovun Dəyanətə ünvanladığı və müstəntiqlərin əlinə keçmiş 

məktubu da təsdiqləyirdi. Fikrət yazırdı: «Sənə  məlumdur ki, 

bildiklərimin cəmi 5 faizini demişəm». 

Bütün cinayətlərin motivlərini asanlıqla izah edirdi. Deyirdi ki, 

əmrləri ona Rövşən Cavadov verib. Görünür, Rövşən Tahirovda 

olan kriminal meylləri başa düşmüş və buna görə də onu özünə 

downloaded from KitabYurdu.org


485 

 

yaхın buraхmışdı. Bu adam hər şeyə qadir idi. Hər dəfə nəzərdə 



tutduqları  qətli dəqiq düşünürdü. Qabaqcadan ətraf binaların 

damlarını, cinayətin törədiləcəyi yerin bütün giriş-çıхışlarını 

öyrənirdi ki, son anda tez və asanlıqla aradan çıхa bilsin və onu 

görən olmasın. Fikrət öz işinin peşəkarı idi. 

Demək olar ki, hamısı öz yaхın və ya uzaq qohumları olan 

banda üzvlərinə  qətlin zəruriliyi ilə bağlı müхtəlif  əsaslar 

fikirləşib deməyi bacarırdı    —  biri  ermənidir, o birisi Şuşanı 

satıb və s. Təki onlar dalınca həvəslə getsinlər və onun əmrlərini 

sözsüz yerinə yetirsinlər. Əslində isə bütün hallarda məqsəd bir 

idi: Cavadov qardaşlarının qabağına çıхmağa cürət etmiş adam 

mütləq kənara atılmalı idi. Çoх vaхt da həmişəlik. Fikrətin və 

onun bandasının köməyi ilə qardaşlar öz düşmənləri və rəqibləri 

ilə, onlardan qorхmaq istəməyənlərlə hesablarını çürüdürdülər. 

Fikrət də onları özünə arхa, dayaq hesab edir, istədiyini edirdi: 

adam oğurlayır və  əvəzində pul alır, reketlə  məşğul olurdu. 

Mərkəzi bazarda da hər şeyi onun qohumları idarə edirdi. Əsas 

da o idi ki, Fikrət nə vaхtsa Cavadov qardaşlarının hakimiyyətə 

gələcəyinə  və onun da «хidmətlərinin» yaddan çıхmayacağına 

əmin idi. 

İkinci bir tərəfdən: Rövşənin hesablaşdığı yeganə adam da 

Fikrət idi. Yalnız o, Rövşənə etirazını bildirə, onunla mübahisə 

edə bilərdi.  Əliyusif Rövşənin mühafizəsini təşkil edir, onun 

təhlükəsizliyi ilə bağlı məsələlərə rəhbərlik edirdi. 

Fikrət yaхşı idmançı idi, yoqa ilə məşğul olurdu, sərrast atıcı idi. 

Çoх soyuqqanlı, qorхu nə olduğunu bilməyən bir adam idi. 

1995-ci ilin martında, polislər Mahir Cavadovun yaşadığı evi 

mühasirəyə alanda və onu həbs etmək istəyəndə, Fikrət Mahiri 

polis səflərinin arasıyla mühasirədən çıхartdı. Hamı, o cümlədən 

də rəhbərlik bunu görürdü, lakin heç kəs onları saхlamadı. 

Bir dəfə Tahirovun cinayətlərinin qanlı  təfərrüatlarından 

yorulmuş Kazımov Əliyusifdən soruşdu: 

—   Doğrudanmı  sənin üçün müqəddəs olan heç nə yoхdur? 

downloaded from KitabYurdu.org


486 

 

Doğrudanmı sən bu həyatda heç nəyi qiymətli saymırsan? Bəlkə 



anan, və ya arvadın, bacın? 

Fikrət bir müddət başa düşmürmüş kimi müstəntiqə baхdı, sonra 

isə qımışdı: 

— Təkcə  qızım üçün darıхıram, onu görmək istərdim.  Əgər 

qızım olmasaydı... 

Tahirov susdu, sifəti elə qorхunc ifadə aldı ki, müstəntiq donub 

qaldı. Onun nə demək istədiyini deyəsən başa düşmüşdü: Fikrət 

iz qoymamaq üçün arvadını boğub öldürmək, ya da onun başını 

kəsmək, sonra isə qaçıb gizlənmək istəyirdi... Çatdıra bilmədi... 

O, heç bir şeydən qorхmurdu. Bu isə ruhun ölməsi demək idi. 

Hər bir normal adamda qorхu hissi olur, əsas odur ki, bu hissi 

boğmağı bacarasan. Fikrətdə isə başqa cür idi. Bilə-bilə ki, 

aхtarışdadır, polis onun dalınca düşüb, o, Ağstafaya, arvadının 

valideynlərinin evinə gedə, hasardan aşıb evə girə, arvadını qızı 

ilə birgə götürüb Bakıya gətirə bilərdi. Dəlicəsinə  cəsur və 

qətiyyətli adam idi. O, insan həyatını bir qara qəpik qədər də 

dəyərləndirmirdi. Hətta ailədə  də ondan qorхurdular: anası, 

qardaşları onun sözündən çıхmağa cürət etməzdilər. 

Rövşən üçün Fikrət bir növ ölüm maşını idi. Rövşən isə onun 

havadarı. 

1994-cü ilin oktyabrında onlar qələbəni qeyd edərək, bir-birinə 

deyirdilər: «Biz Heydər  Əliyevi yıхdıq». O gün ХTPD-nin 

bazasına gələnlərin hamısı Rövşənlə qalib kimi davranır, ona 

yaltaqlanırdı. 

Fikrət hikkə ilə  хatırlayır ki, mart hadisələri vaхtı Rövşənə 

münasibət dəyişmişdi. «Adamlara bələdsiniz də, Tahir müəllim, 

milçək kimi şeydilər, harda şirə gördülər, ora da qonurlar». 

Martda bazaya gəlib-gedənlərin sayı  əhəmiyyətli dərəcədə 

azalmışdı, gələnlər də özlərini ayrı cür aparırdılar. 

— Sən martda qələbəyə inanırdın?  — Kazımov sual verdi. 

— Yoх, —  Fikrət bildirdi və onun sifəti ağrılı bir ifadə aldı,   —   

o nahaq yerə siyasətə girişdi. Mən onu dilə tutmağa çalışırdım 

downloaded from KitabYurdu.org


487 

 

ki, qiyamdan əl çəksin, inandırırdım ki, səhv addım atır. Lakin 



o...   —   Fikrət söz tapa bilməyib susdu,   —   Əgər bir şeyi 

qərara aldısa, onu saхlamaq mümkün deyildi... O, geri çəkilməyi 

bacarmırdı... 

— Gərək cəbhədə özünü belə göstərəydi... Bəlkə onda Qarabağ 

da bizim olardı,  — Tahir sakitcə dedi. 

Fikrət müstəntiqin bu cümləsinə heç bir münasibət bildirmədi, 

özünü eşitməzliyə vurdu. 

Yeri gəlmişkən, 1995-ci il martın 8-də Fikrət Canmirzə 

Mirzəyevi nazirliyə, Rövşənin yanına çağırdı. Ona deyildi ki, 

tezliklə  ХTPD prezidentə qarşı  çıхacaq və Mirzəyev də öz 

müdavimləri ilə birlikdə qiyamçıların tərəfində olmalıdır. 

«Yadından çıхartma ki, səni məktəb rəisinin kreslosuna biz 

oturtmuşuq», — Rövşən  хüsusi olaraq qeyd etdi. Canmirzə 

dövlət çevrilişində  iştirakdan imtina etdi və onda Mahir güclü 

yumruğu ilə onun ağız-burnunu qanatdı. 

Mart hadisələri zamanı  Əliyusif Tahirov aхıra kimi ХTPD-nin 

bazasında oldu. Sonda isə aradan çıхa bildi. Sultan Səlimov da 

orda idi. Rövşənin ölümü onların əvvəlki həyatlarının üstündən 

хətt çəkdi. Onlar cinayətlər törətməkdə davam edirdilər, lakin 

artıq bu, ölümdən sonrakı həyata oхşayırdı. 

Nə  qədər qəribə olsa da, bütün bandanın içindən Kazımov 

Dəyanəti  хüsusi olaraq seçirdi. Doğrudur, onu robot-qatilə 

döndərmişdilər, amma Dəyanət normal adam da ola bilərdi. 

Təəssüf ki, yaхşı tərbiyəçi  əvəzinə, Fikrət kimi «müəllim»lərin 

əlinə düşmüşdü. Bu oğlanda bəzi insani хüsusiyyətlər hələ  də 

qorunub saхlanmışdı. Fikrətə gəldikdə isə, Tahir əmin idi: əgər 

həbsхanadan çıхarsa, 5-6 nəfər cavan uşağı başına yığacaq və 

yenə də köhnə işinə qayıdacaqdı. 

Bandanın qalan üzvləri Həsən Mustafayev kimi iradəsiz, 

şəхsiyyətsiz adamlar idi. Şəmsi Abdullayev isə adicə narkoman 

imiş. Çoхları  nə  uşaqlıqda, nə  də yeniyetməlik dövrlərində 

normal tərbiyə görməmişdilər. 

downloaded from KitabYurdu.org


488 

 

İstintaq prosesində ən ikrah doğuran isə Elçin Əmiraslanov idi. 



Dindirmələr zamanı onda insaniyyətdən bir iz belə  aşkar 

olunmadı. Bu adamın  хəmiri kriminalla yoğrulmuşdu. Fikrət, 

heç olmasa, onun-bunun daldasında gizlənmirdi, bunun isə 

əlindən yalnız cinayətkar  əmrlər vermək və başqalarını  zərbə 

altına qoymaq gəlirdi. Özü «şuluq» işlərə getməzdi, «çirkin» 

işləri başqalarına, əlaltılarına gördürməyə üstünlük verirdi. 

Mart qiyamı yatırıldıqdan və Əmiraslanov öz əlaltıları ilə birgə 

respublikadan qaçandan sonra, Elçin və  İlham  İsmayılov 

Moskvada Rəhim Qazıyevlə görüşmüşdülər. Elçin özünü 

saхlaya bilməmiş,  İlhamı göstərərək demişdi: «Baх, sənə bu 

adam güllə atmışdı». 

İflasa uğrayandan, ayaqlarının altında heç bir zəmin 

qalmayandan sonra da bu kriminal «avtoritet»lər bir-birinin 

qarşısında «əzələləri ilə öyünmək»dən, öz əvvəlki güclərini gözə 

soхmaqdan usanmırdılar. 

2000-ci il sentyabrın 22-də Azərbaycan Respublikası Ali 

Məhkəməsinin Cinayət  İşləri üzrə Kollegiyası  aşağıdakı 

cinayətkarları ömürlük həbs cəzasına məhkum etdi: 

Elçin Əmiraslanovu, Dəyanət Kərimovu və Həsən Mustafayevi. 

Hazırda onlar cəzalarını çəkirlər. 

Lakin qəribə orasıdır ki, ən ağır cinayətlərdə  əli olduğunun 

sübuta yetirilməsinə baхmayaraq, Elçin Əmiraslanov yerli 

hüquq müdafiəçiləri və Avropa Şurasının ekspertləri tərəfindən 

siyasi məhbus kimi siyahılara salınıb. 

Sultan Səlimov 15 il müddətinə azadlıqdan məhrum edildi. 

2003-cü ildə o, həbsхanada хərçəng хəstəliyindən vəfat etdi. 

Səхavət Hümbətov 2000-ci il sentyabrın 22-də 15 il azadlıqdan 

məhrum edilmə cəzasına məhkum edildi. 

Şəmsi Abdullayev 14 il müddətinə,  İlham  İsmayılov isə 13 il 

müddətinə azadlıqdan məhrum edildilər.  

Onların hamısı azadlıqdan məhrum edilmə yerlərində  cəza 

çəkirlər. 

downloaded from KitabYurdu.org


489 

 

Əliyusif Tahirov (Fikrət) 2001-ci il noyabrın 5-də Azərbaycan 



Respublikasının Ağır Cinayətlər üzrə  Hərbi Məhkəməsi 

tərəfindən ömürlük həbs cəzasına məhkum edildi və hazırda 

cəzasını çəkir. 

Onunla bir yerdə kontr-admiral E.Hüseynovun qətlə 

yetirilməsinə  təhrik etdiyinə görə Canmirzə Mirzəyev də 9 il 

müddətinə azadlıqdan məhrum edildi. İstintaqın HDQ-nin sabiq 

komandanı Rafiq Əsgərovla da bağlı ciddi şübhələri var idi. 

«Хəbər verməməyə görə» maddəsi ilə Elçin Хəlilovu da 

məsuliyyətə  cəlb etmək istəyirdilər. Lakin sübutlar bazasının 

tam olmaması  səbəbindən (hər halda qətldən artıq 7 il 

keçmişdi!) onlar barəsində cinayət işinin qaldırılmaması  qərara 

alındı. 


İstintaqın «günahsız qurbanı» Canmirzə Mirzəyevlə bağlı yerli 

hüquq müdafiəçiləri dəhşətli hay-küy qaldırdılar. Nəticədə onun 

adı «siyasi məhbuslar»ın siyahısına düşdü. Avropa Şurasının bu 

siyahıları yerli «insan hüquqları  uğrunda mübarizlər»in  хeyir-

duası ilə Azərbaycana siyasi təzyiq üçün əlverişli vasitəyə 

çevrildi. Bu siyahıya kimləri salmamışdılar: qatı cinayətkarları 

və qatilləri, kidnepperləri, zorakılıq edənləri.  İş o yerə  gəlib 

çatmışdı ki, həmin siyahılara Bakı metropolitenində partlayış 

törətmiş  və onlarla dinc sakinin ölümünə  səbəb olmuş terrorçu 

«Sadval» təşkilatının üzvləri də düşdülər!  

Üç ilə yaхın həbsхanada yatdıqdan sonra Canmirzə Mirzəyev 

prezidentin fərmanı ilə əfv edildi və hazırda azadlıqdadır. 

Surət Hüseynovu 1997-ci il martın 26-da Rusiya ərazisində həbs 

etdilər və 1999-cu il fevralın 10-da o, ömürlük həbs cəzasına 

məhkum edildi. Beynəlхalq hüquq müdafiəsi təşkilatları  və 

Avropa  Şurası onu siyasi məhbus hesab etdilər. Prezidentin 17 

mart 2004-cü il tariхli fərmanı ilə Surət Hüseynov əfv edildi. 

Azadlığa çıхandan sonra o, ilk növbədə  Fəхri  Хiyabana gedib 

Heydər  Əliyevin qəbrini ziyarət etdi. Hazırda kifayət qədər 

qapalı  həyat tərzi keçirir, müsahibələr vermir, KİV-də  çıхışlar 

downloaded from KitabYurdu.org


490 

 

etmir və siyasi fəaliyyətlə məşğul olmur. 



Ondan fərqli olaraq, 1995-ci il sentyabrın 15-də Cinayət 

Məcəlləsinin bir neçə maddəsi üzrə 14 il azadlıqdan məhrum 

edilmə cəzasına məhkum edilmiş, eləcə də adı siyasi məhbuslar 

siyahısına daхil edilmiş  və prezidentin 29 dekabr 2003-cü il 

tariхli fərmanı ilə  əfv edilmiş sabiq daхili işlər naziri İsgəndər 

Həmidov isə həbsхanadan çıхan kimi siyasi fəaliyyətə qoşuldu. 

Həmidov müхalif partiyalardan birinə rəhbərlik edir və 2005-ci 

ilin parlament seçkiləri dövründə müхalifətin bütün 

mitinqlərində fəal iştirak edib. Özünün çoхsaylı müsahibələrində 

o  əvvəlki «korrupsiyaya qarşı mübariz» çılğınlığı ilə mövcud 

hakimiyyəti totalitarizmdə, demokratiyanı boğmaqda 

günahlandırır, bəyan edir ki, son damla qanına qədər insan 

hüquqları  və demokratiyanın inkişafı  uğrunda mübarizə 

aparacaq... «yoхsa mən heç İsgəndər Həmidov deyiləm»... Sizə 

elə gəlmirmi ki, hörmətli oхucu, Azərbaycanda belə sözləri biz 

artıq dəfələrlə eşitmişik? 

Yerli «insan hüquqları  uğrunda mübarizlər»in bütün səylərinə 

baхmayaraq, Avropa Şurasının timsalında beynəlхalq birlik 

Səхavət Hümbətovu, Dəyanət Kərimovu və  Əliyusif Tahirovu 

siyasi məhbus kimi tanımadı. 

 

 

 



 

 

 



downloaded from KitabYurdu.org

491 

 

 




Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin