XIII FƏSİL
QƏFİL MİSSİYA
Leopold Veys
Berlin, Qüds, Qahirə, Konstantinopol, Berlin
Aprel-avqust 1922-ci il
...O kafeyə girəndə köhnə tanışı Aleksandr Brailovskinin
on yeddi-on səkkiz yaşlarında güləş sifətli, iri gözlü, geniş
alınlı bir oğlanla masa arxasında oturduğunu gördü.
“Tanış ol, Leo, – Brailovski əl verəndən sonra oğlanı təqdim
elədi.
“Ooo, – Leopold Veys Leonun əlini sıxdı. – Leopold. Ancaq
məni də Leo çağırırlar”.
“Narahatlığa əsas yoxdu, – Brailovski şən halda onları süz-
dü. – Adlarınızın əvvəlinə “böyük” və “kiçik” sözləri əlavə
eləməyə də ehtiyac duymuram”.
“Elə niyə?” – Leopold Veys yerini rahatlayıb maraqla so-
ruşdu. – Başqa çıxış yolu tapmadınız? Dostluq eləyəcəyiksə,
ikimiz də Leo kimi tanına bilmərik. Yadımdadı, demişdin ki,
Bakıda yaşayıb, şərqpərəstdi. Onda Levin Şərqdə, ərəb dilində
nə demək olduğunu bilirmi?”
201
Brailovski Leonun üzünə baxdı. Oğlanın qaşları dartılmış-
dı, gözlərində maraq vardı.
“Əlbəttə, bilir. Türklər Aslan, ərəblər Əsəd deyirlər. Dos-
tumuzda ərəb şahzadələrini xatırladan nəsə var, elə bil, “Min
bir gecə” nağıllarından çıxıb. Ona görə də müsəlmanlığı
qəbul eləyib, özünə Əsəd bəy adı götürüb. – Brailovski həvəsə
gəlmişdi, danışa-danışa da əlini oğlanın çiyninə qoydu. – Hə,
cənab Əsəd bəy, incimədin ki?”
“Yox, – Leo gülümsədi, – əksinə, belə daha yaxşıdı...”
“Aydındı, – Leopold başını tərpədib maraqlandı. – Bəs
“bəy” nədi, soyaddı?”
“Çindi, – Leo izah elədi, – hersoq, qraf kimi əsil-nəcabət
bildirir. Atam Bakıda neft milyonçusu olub”.
“Belə de... Onda “ Muhamməd Əsəd bəy” çağırarıq, – Le-
opold ucadan güldü, – belə daha sanballı səslənir...”
“Deməli, gedirsən, – Brailovski söhbətin yönünü dəyişdi,
onun marağının səbəbi başqaydı. – Bu qəfil səfər hardan çıx-
dı, Leo?”
“Dayım Dorian Qüdsə, yəni Yerusəlimə çağırır, – Leopold
təəccüblə masanın üstünə baxdı. – Hələ heç nə sifariş
verməmisiniz? – Sonra onlara tərəf döndü. – Təsəvvür eləyir-
sənmi, Şərq, şeyxlər, qəbilələr, məscidlər, səhralar, dəvə kar-
vanları, göbək rəqsi... Həyəcanlandırıcıdı, elə deyil?”
“Lap nağıla oxşayır, bir çadralı qadın da alarsan, hər şey
düzələr, – Brailovski zarafata keçdi. – Fikrində qətisənsə,
daha sözüm yoxdu!”
Artıq Leopold özünü yetirən ofisianta sifarişlərini verirdi,
sonra onlara tərəf döndü.
“Zarafat nədi, dostum, işdən çıxmışam, “Frankfurter Zey-
tunq” qəzetilə sərbəst müqavilə bağlamışam, yol biletimi belə
almışam. Sabah Münhenə gedirəm, “Şərq ekspressi”nə çat-
malıyam”.
Brailovskinin təəccübdən gözləri böyüdü: bir buna bax,
“United Teleqraf” kimi qəzetlə beləcə, asanlıqla vidalaşır,
iyirmi iki yaşında, az qala, dünyanın o başına yollanır.
202
Leo da qarşısında oturmuş bu cüssəli, qətiyyətli oğlana
təəccüb qarışıq heyrətlə baxırdı. Brailovski danışmışdı,
əvvəlcə qəzetdə teleqrafçı işləyirmiş. Bir gün xəbər tutur ki,
Maksim Qorki Berlin yaxınlığındakı Saarov kurortunda
dincəlir, onun arvadı, Petroqrad xalq maarif idarəsinin
rəhbəri Mariya Andreyeva- Peşkova da Almaniyadakı sovet
ticarət nümayəndəliyində bədii-sənaye şöbəsinin müdiri
vəzifəsinə keçib, Volqaboyunda aclıqdan əziyyət çəkənlərə
ianə toplamaq üçün gizlicə Berlinə gəlib. Həyatını riskə qo-
yub, özünü qəzetin müxbiri kimi qələmə verir, “Madam
Qorki”dən müsahibə götürüb rəhbərliyin xəbəri olmadan da
səhifədə yerləşdirir, ürək döyüntüsüylə işdən qovulacağını
gözlədiyi halda təşəkkür alır və... müxbirliyə irəli çəkilir.
İndisə liberal sosial-demokratların qəzeti olan nüfuzlu
“Frankfurter Zeitunq” qəzetinin ştatdankənar müxbiri kimi
Şərq səyahətinə çıxır. Qəzet Bebbo Rayfenberqin redaktorlu-
ğuyla ədəbiyyat əlavəsi buraxır, orda Henrix Mann, Maks Ve-
ber, Lion Feyxtvanger, Stefan Svayq, Anna Zegers çap olu-
nurlar. Leopold Veysin Şərq haqqında yazdığı məqalələr də,
şübhəsiz, oxucuların diqqətini çəkəcək. Bu, heç də pis deyil!
“Əlbəttə, bizi unutmayacaqsan, – Brailovski ofisiantın
gətirib düzdüyü yeməklərdən bir tikə aldı, elə bil, həyəcanını
yatırmaq istəyirdi, sonra içki qədəhini götürdü. – Di yaxşı,
hər şeydən əvvəl sənə yaxşı yol arzulayaq.
“Unutmaram, narahat olma, orda daimi qalmaq fikrim
yoxdu, – sonra təəccüblə Leonu süzdü. – Nədi, xəlifə deyilsən
ki, içkiyə əl vurmursan. Məncə, artıq həddi-büluğa çatmısan.
Bəlkə müsəlmanlığı qəbul eləmisən?
“Elə bir fikri olub, – Brailovski bic-bic Leonu süzdü, –
amma imam əfəndi deyib ki, hələ tələsmə, islamı əməlli-başlı
dərk elə, sonra gələrsən”.
“İmam haqlıdı, – Leopold təsdiqləyib yeməyə girişdi. – Elə
mən də Şərqi, Qurani-Şərifi dərk eləməyə gedirəm”.
Leo ona həsədlə baxdı: iyirmi iki yaşındadı, dünya görüb,
sərbəstdi, istədiyi yerə getməyə imkanı var.
203
***
...Leopold Veyssə səhəri gün “Berlin-Münhen” qatarının
birinci dərəcəli vaqonunda əyləşib, bu şəhərə gələndən sonra
ilk böyük səfərinə çıxmışdı. Əsrin lap başlanğıcında Qalisiya-
da, Lemberq şəhərində dünyaya gəlmişdi, əslən Çernoveçdən,
Prut çayının sol sahilindəki Sadıqurıdan olan mötədil ravvin,
həm də gözəl şahmat ustası Akivaının nəvəsi, tanınmış vəkil
Karlın üç övladından örtancılıydı. Karl atasının istəyi əleyhinə
gedib ruhani olmamışdı, hüquq təhsili alandan sonra uğurlu
ailə həyatı qurmuş, Lemberqdə – Lvovda məskən salmışdı.
Leopold Veys xoşbəxt bəndəydi: ailədə sevgi və diqqət gör-
müş, yay tətillərini ana babasının kənddəki malikanəsində
keçirə-keçirə böyümüşdü.
Ən çox yadında qalansa atasıyla, birgə Vyanaya, Berlinə,
Alp dağlarına, Baltik və Adriatik dənizi sahillərinə səfərləriydi.
Atasının onu elm adamı eləmək arzusuna baxmayaraq, tarixi,
macəra, fantastik romanları, Fridrix Nitsşenin “Zərdüşt belə
deyirdi” kitabını, Rayner Maria Rilkenin şeirlərini daha çox
sevirdi; ibranı dinini və dilini mükəmməl mənimsəmişdi,
ərəbcədən az-çox başı çıxırdı, “Tövrat”ı, “Talmud”u oxumuş-
du; bununla belə, ata-babasının ümidlərini doğrultmadı,
ailəsi Vyanaya köçəndən sonra hər şey dəyişdi...
Leopold on dörd yaşı tamam olmamış macəra axtarışına
çıxdı, evdən qaçıb Avstriya ordusuna getdi, amma heç səngər
üzü də görmədi, on altı yaşında olması barədə yalanı faş oldu,
həm də atası onu tapıb geri qaytara bildi. Məktəbi qurtaran-
dan sonra həvəssiz də olsa, qardaşı Haynrixin tibbi öyrəndiyi
Vyana universitetində sənət tarixi və fəlsəfəni öyrənirdi, bu-
nunla belə, daha çox Ziqmund Freydin, Lüdviq Vitgenştey-
nin mühazirələrinə gedirdi, hələ bir müddət gələcəyin Nobel
mükafatçısı Ervin Şrödingerlə birgə fizika və kimya müha-
zirələrinə də qulaq asırdı, üstəlik, Frits Lanqın assistenti də
oldu; amma qayğısız kübar həyatı sürməyi çox sevirdi,
şəhərin dəbdə olan kafelərində qəhvə və şərab içmək Leopol-
dun çox sevdiyi əyləncəydi.
204
Amma bütün bunlar onu darıxdırırdı. Leopold məşhur ol-
maq, bütün dünyanı gəzmək istəyidi...
Anası vəfat eləyəndə on doqquz yaşı vardı, daha Vyanada
duruş gətirə bilməyəcəyini başa düşdü, atasının qəti etirazla-
rına, qardaşının tənbehinə, bacısının göz yaşlarına fikir
verməyib bir dəst paltarını, bir neçə kitabını və xırım-xırda
şeyləri çamadanına atdı, anasından yadigar qalmış almaz
üzüyü götürüb evdən qaçdı, Praqaya, ordan da Berlinə gəldi;
qəzetdə iş axtara-axtara bir müddət rejissor assistenti də olub
Fridrix Murnaunun “Nosferat. Dəhşət simfoniyası” filminin
çəkilişlərində iştirak elədi.
Leopold arzusuna çatmağa – jurnalist olmağa can atırdı.
Axır ki, günlərin birində “United Teleqraf”a teleqrafçı düzələ
bildi...
Bəxtindən elə o vaxt da “Madam Qorki” Berlinə gəlib çıx-
mışdı. Leopold bəxtini sınamağı, risk eləməyi qərara aldı və...
dərhal sonra bütün Almaniyanın tanıdığı fiqura çevrildi. İndi
“Frankfurter Zeitunq”un əməkdaşıydı, üstəlik, Şərq səya-
hətinə çıxırdı...
Ziqmund Freydin ilk tələbələrindən olan dayısı Dorian
Feygenbaum Qüdsdəki psixiatriya klinikasında həkim
işləyirdi. Leoya yazmışdı: “Niyə gəlib bir neçə həftə mənim ya-
Dostları ilə paylaş: |