XVI FƏSİL
BİTİB-TÜKƏNMƏYƏN ÇIXILMAZLIQ
Yusif Vəzir
Paris, Klişi
İyun1924-cü-iyun 1925-ci illər
Mir Abdulla Vətənə qayıtsın, yoxsa qayıtmasın?
Bu ağrılı fikir beynini və qəlbini yeyir, heç cür qərara gələ
bilmirdi. Qayıtsa, bəy oğlu, ya da müsavatçı qardaşı, ya xarici
ölkə casusu kimi həbsxanaya atıb, sürgünə göndərməyəcəklər
ki? Parisdə qalsa, səhhəti zəif, halı pərişan cavan qürbət
nisgilinə tab gətirəcəkmi?
Axır ki, vaxt-vədə gəlib yetişdi, Mustafa ağa imtahanlarını
verdi, diplomunu aldı, son qərarını vermək anı çatdı.
“Mən getmək qərarına gəldim, – Mustafa ağa qətiyyətlə
dilləndi. – Həm də İstanbuldan yox, Moskvadan gedəcəyəm,
orda Nərimanovla görüşməyə çalışacağam. Ümidvaram ki,
həbsim üçün heç bir səbəb yoxdu”.
Yaz havasında Lüksemburq parkı səmtində açıq kafelər-
dən birində oturmuşdular. Yusif Vəzir təhsillərini bitirmə lə ri
mü nasibətilə cavanlara qonaqlıq verirdi. Nansidən Aslan da
244
gəlmişdi, amma arada bir il itirdiyinə görə, hələ gələn il dip-
lom alacaqdı.
Mir Abdulla qardaşının üzünə baxırdı, son qərarı o
verməliydi, hər halda, Vətəndəki vəziyyəti daha yaxşı bilirdi.
“Mən Mirinin getməsinə tərəfdar deyiləm, – səsi kədərli,
həm də titrək çıxdı. – Düzdü, heç bir günahı yoxdu, siyasi
işlərə qarışmayıb, amma onu, ən azı, mənə, mənim bolşeviklər
barədə yazdıqlarıma görə incidəcəklər, həm də xəstədi, gö-
züm dən uzağa buraxmaq istəmirəm: ata-ana yox, bacılar
uzaqda, onun hayına kim çatacaq?”
Susdular. Bu həqiqəti dilə gətirməyin ağırlığından xilas ol-
maq bir qədər çəkdi. Nəhayət, Yusif Vəzir badəsini qaldırıb
gümrah görünməyə çalışdı:
“Yaxşı, gəlin həyatınızın bu gözəl məqamına sevinək.
Ümid eləyək ki, qarşınızda sizi gözləyən işıqlı gələcəkdən
nəsibinizi alacaqsınız... Mustafa ağaya da uğurlu yol, Vətəndə
xoşbəxt günlər arzulayaq. – Üzünü ona tutdu. – Ancaq gərək
bağışlayasan, səni yola sala bilməyəcəyəm, mən də iş adamı-
yam”.
Son kəlmələrində acı kinayə vardı.
“Biz yola salarıq, narahat olma, – Aslan arxayın elədi. –
Hələ heç bilet də almayıb”.
Vəssalam, qət olundu, Mir Abdulla da Parisdə qalır.
Əlbəttə, düzgün qərar idi. Özünün qayıtma məsələsini həll
eləməmiş, onu yeni hakimiyyətin caynağına göndərməyəcəkdi.
Hələ keçmiş müsavatçını, səfiri qəbul eləmək istəmirlər, gö-
rünür, xalqın qarşısında etiraf gözləyirlər: günahlarını boy-
nuna alsa, yeni quruluşu alqışlasa, yəqin icazə verərlər. An-
caq hansı günahlarını etiraf eləməliydi? Keçmiş əqidə və
mübarizə yoldaşlarına necə düşmən kəsiləydi? Düzdü,
Məmməd Əmin Rəsulzadəylə son görüşündə Müsavat
firqəsindən çıxdığını demişdi, indi də onlarla heç əlaqəsi
yoxdu, görüşdüyü təkcə Ceyhun bəydi, onunla da qohum və
dost kimi haqqı-salamı var. Vətənə qayıtması naminə nəsə
245
yazıb “etiraf” eləsə, hər şey olub-bitəcəkmi, sonralar keçmişi
başına qaxınc olmayacaq ki?
***
Günləri əvvəlki axarıyla gedirdi: ölkədə Eduard Herrio-
nun sosialistlər hökuməti hakimiyyətə gəlmişdi, onlar da
bolşeviklərlə təmas nöqtələri axtarırdılar, deməli, qırmızı im-
periyanın dağılacağından əllərini üzmüşdülər; Əlimərdan
bəysə Qafqaz Komitəsi yaradıb sovetlərə qarşı mübarizədə
səyləri birləşdirməyə çalışır, bu da son ümidə oxşayırdı.
Yeganə yenilik bu idi ki, Hans Günter Sitroenin avtomobil
zavodundan sərfəli təklif alıb mexanik keçmiş, onu da özüylə
aparmağa nail olmuşdu. Düzdü, maaşı cəmi əlli frank artmış-
dı, əvəzindəsə işi bir qədər yüngül, yeni barakdakı otağı azca
iriydi. Bütün bunlara görə də gələcəyə ümidlə baxmağa
dəyərdi.
Yenə də ağır iş günündən sonra həyatlarına bir məna
gətirmək üçün Hans Günterlə dil məşğələlərini davam
etdirirdilər, əhvalları duru olanda ya ikilikdə, ya da Süzanla
kafelərin birində əyləşib qəhvə, yaxud ucuz şərab sifariş
eləyirdilər.
Yenə maaşını alandən sonrakı istirahət günü Mir Abdulla-
ya baş çəkir, bir qədər toxtasa da, onun nə qədər qayğılı oldu-
ğunu görürdü. Qardaşı beş yüz əlli frank maaş alırdı, üstəlik,
əlavə iş də tapmışdı, yüz əlli frank müqabilində gecədən xey-
li keçənədək yazıb-pozurdu. Hər dəfə də Mir Abdullaya
məsləhət görürdü ki, səhhətinə fikir versin, çox işləməsin.
Ancaq bunu da başa düşürdü: mənzilin kirayə haqqını
vermək, dolanacaq xərcini təmin eləmək, geyinib-kecinmək
üçün pul lazım idi, artıq böyük qardaşının əlinə göz dikmək
istəmirdi.
Asiya haqqında romanını da o sıxıntılı payız günlərinin
birində bitirdi: Asiya Qızılbuynuzda yaşayırdı, Sultanın
vəzirinin qızıydı, səltənət dağılandan sonra atasıyla Berlinə
246
gedirdi, sabiq vəzir Şərq xalçaları satmaqla ailəsini dolandı-
rırdı: Asiya universitetdə oxuyur, sonra laübalı vyanalı
həkimə vurulurdu, amma həmişə könül dünyasında gözlədiyi
şahzadəsi vardı. Nəhayət, yolu Mərakeş səhralarından keçir,
Amerikanın göydələnləri arasında öz şahzadəsini tapırdı.
O sıxıntılı payız günlərində də elə hey özünə məşğuliyyət
axtaran Hans Günter yazdıqlarını fransız, ya da alman dilinə
çevirməyi məsləhət gördü. Dil seçimində xeyli tərəddüd
elədilər, yazdıqları Fransada üzə çıxsa, təxəllüs götürsəydi
belə, şübhə altına düşəcəkdi, amma hələ orda – Vətəndə
rəhmə gələcəklərinə, günlərin birində qayıtmasına izin
verəcəklərinə ümid bəsləyirdi. Alman dilində nəşr edilsəydi,
uzun müddət sirr kimi qala bilərdi: Hans, məsələn, Münhendə,
Leypsiqdə, Berlində, lap Vyanada naşir tapardı, çünki
eşitdikləri çox maraqlıydı, şübhəsiz, oxucuların diqqətini
çəkəcəkdi.
Təxəllüs məsələsini hələ bir kənara qoyub işə başladılar.
Hər gün işdən sonra qarınlarını bərkidib artıq ikicanlı olan
Süzanı narahat eləməmək üçün onun subay otağına
çəkilirdilər. Acı kofe, acı papiros, Hansın donqultuları otağı
doldururdu. Yusif Vəzir əlyazmasını oxuyur, köməkləşib
cümləni qurur, gücləri çatmayanda fransız dilinə keçirdilər.
Əlbəttə, əyləncəliydi, Hans hər cümləni qavrayanda heyrətini
bildirir, sonra nizama salıb cidd-cəhdlə kağıza köçürürdü.
Bəzən işdə də axşam ortaq məxrəcə gələ bilmədikləri
mübahisələrini davam etdirirdilər. Bütün bunların Hansa xoş
gəldiyini götürdü: şübhəsiz, müharibədə ailəsini itirəndən,
əsirlik əzabları yaşayandan sonra yeni həyata başlamaq, öv-
lad gözləmək çox həyəcanlı məqam idi, əslində, bütün bu dil
öyrənmək, əsər tərcümə eləmək Hans Günterdən ötrü o
həyəcanı boğmaq, başını qatmaq fürsətiydi.
Az qala, hər gün Mənsur ibn Muhammədi görürdü: o
gözlərini-dişlərini ağardıb gülümsəyir, əlini tələm-tələsik
paltarına silib uzadır, axırda da razılığını bildirirdi:
247
“Qurban, siz yaxşı insansınız, Allah mütləq qapınızı aça-
caq”.
Bəzən də nahara çıxanda oğlu Səidin ona yemək gətirdiyini
görürdü. Oğlan da iri qara gözlərini parıldada-parıldada
gülümsəyir, atasının böyrünə qısılırdı.
“Bunu oxut, – bir dəfə dedi, – Səid xoşbəxt deməkdi, qoy
xoşbəxt və abırlı həyat yaşasın”.
“Eh, müsyö, – Mənsur ah çəkdi, – eşitdiyimə görə, sən uni-
versitet bitiribsən, böyük vəzifədə işləyibsən. Allah məsləhət
biləndə təhsilə-filana baxmır, qurban!”
Düz sözə nə deyəsən? Hacı Zeynalabdin heç düz-əməlli
qol da çəkə bilmirdi. Amma indi İstanbulun, Parisin, Berli-
nin... küçələri nüfuzlu universitetlər bitirmiş abırlı adamlarla
doludu...
***
Yeni il qabağı maaşını alıb Mir Abdullaya baş çəkməyə
gedəndə qardaşını evdə tapmadı. Ev sahibəsinin verdiyi
xəbər kədərliydi: Mirabdullanın xəstəliyi şiddətlənmiş,
həkimlər ona cənubda, dəniz sahilində müalicə olunmağı
məsləhət görmüşdülər, bir az bank müdiriyyətinin, bir az da
dostlarının yardımı sayəsində pul düzəldib Kanna getmişdi,
qardaşına ordan məktub yazacaqdı.
Zərbə amansız idi; bu vəziyyətdə Mirabdullanın başına bir
iş gəlsəydi, neyləyəcəkdi? Çarəni Ceyhun bəyə üz tutmaqda
gördü. Ceyhun bəy özünü tox saxlasa da, vəziyyətinin
xoşagələn olmadığı görünürdü.
“Səbir eləməkdən başqa çarə yoxdu, – dedi, – ümidvaram
ki, Miri bir neçə aya sağalıb geri dönər. Mən də hey fikirləşirəm,
görüm onun üçün neyləyə bilərəm”.
“Qardaşımın bu halındasa Əlimərdan bəy yardım əlini
uzada bilər”, son ümidini dilə gətirdi.
“İnanmıram, – Ceyhun bəy başını buladı, – Əlimərdan
bəyin çətinliklərindən xəbərim var. Bir çətən külfət saxlayır,
248
heç yerdən gəliri yoxdu, üstəlik, Məmməd Əmin bəy də İs-
tanbulda mühacirət mərkəzi yaradıb, məcmuə çıxarmaq
istəyir, pul axtarır, bu barədə Əlimərdan bəyə də məktub ya-
zıb, amma bir neçə yüz frank göndərməyə belə çətinlik çəkir.
Bu səbəbdən də Sən-Klüdə daha sadə mənzilə köçməyə
məcbur olub”.
Əlbəttə, Ceyhun bəyin dedikləri həqiqət ola bilərdi, bütün
bunlarsa qardaşını itirmək qorxusunu qəlbindən çıxarmağa
bəs eləmədi. O günlərdə Hansla başlarını qatdıqları
məşğuliyyət olmasaydı, yəqin ki, ürəyi tab gətirməzdi. Tək
qalanda papirosun acı tüstüsünü ciyərlərinə çəkə-çəkə tale-
yin ona niyə dönük çıxdığı barədə düşünürdü. Cəmi iyirmi
üç yaşında ata, ana, qardaş itirdi, ailəsi yurdundan-yuvasın-
dan pərən düşdü, ömrünün ən gözəl günlərində nakam
sevgilər yaşadı, otuz üç yaşında ideallarının darmadağın ol-
duğunu gördü, artıq otuz səkkiz yaşı var, qürbətdə həyatın
ehtiyaclarını yaşayır, üstəlik, qardaş itkisinin qorxusunu
çəkir.
Mir Abdulladan iki ay sonra məktub gəldi. Yazmışdı ki,
təlaşa düşmə, səhhətim xeyli yaxşılaşıb, həkimlərin dediyinə
görə, bir neçə ay istirahət eləsəm, xəstəliyin əlamətləri tamam
ötüb-keçəcək; yazmışdı, bankın müdiriyyətinə, başqa bir neçə
yerə müraciət eləmişəm ki, yardım göstərsinlər, inşallah, bir
çıxış yolu tapılar; yazmışdı, səndən, bir də bacılarımdan ötrü
çox darıxdım, fikirləşirəm, mən sağalandan sonra Bakıya
məktub yazaq, Vətənə getməyə izin istəyək, yəqin səsimizi
eşidərlər. Bunları göz yaşları içində oxudu, qət elədi ki, qar-
daşı dediyi kimi də eləyəcək, hələ yalnız Mirabdullanın
səhhəti barədə fikirləşmək lazımdı.
Üç həftə sonra Mir Abdulladan daha bir məktub aldı. Bu
dəfə qardaşının yazdıqlarında ümidsizlik çaları çox idi:
müraciətlərinə cavab gəlməmişdi, hətta Əlimərdan bəy belə,
məktubunu sükutla qarşılamışdı. Hökumət sanatoriyasına
yerləşmək ümidi boşa çıxmışdı, üstəlik, müalicə olunduğu
249
“Pireney dağları” sanatoriyasından da bayıra atmışdılar.
Birtəhər özünü Po şəhərinə çatdırmış, amma pulu tükən-
diyindən küçələrdə sərgərdan qalmışdı. Axır ki, şəhərin
bələdiyyəsinə üz tutub, xəstəxanalardan biri gündə on səkkiz
franka müalicə eləməyə razı olub, onu beşinci mərtəbədəki
soyuq otaqda yerləşdiriblər. Biçarə yenə Əlimərdan bəyə
məktub yazmış, amma bu dəfə də cavab almamışdı. Yazdığı-
na görə, Parisdəki həmvətənləri Əlimərdan bəyin hardansa
yardım aldığını söyləyirlər, bəlkə ağız açsa, bir faydası oldu.
Bütün bunları Hansa danışdı, o da izin almaq üçün
müdiriyyətdən xahiş elədi.
“Allahın nəzərdə tutduğu yolu səfeh adam qorxuyla, cəsarətli
Dostları ilə paylaş: |