katibi Sərkis oldu. O gedir, yerinisə yoldaş Mirzoyan tutur. Görü-
nür ki, burda məlum plan üzrə hərəkət eləyirlər. Bütün bunların
müəllifi Mikoyandı. Kommunizm bayrağı altında daşnak fəaliyyəti
gedir... Zavallı Azərbaycan bu vicdansız fırıldaqçıların əlində oyun-
caq olacaq…” – deyən adamı hələm-hələm bağışlamazdılar.
Deyəsən, “Nemezis”in əli ora da çatır…
Ürəyi sancdı. Orda, Vətənində adamlar dara düşəndə,
haqsızlıqla üzləşəndə doktor Nərimana üz tuturdular, ondan
kömək gözləyirdilər. Bəs bundan sonra necə olacaq, görəsən?..
Onda yeni hökumətin mahiyyətini bir daha dərk elədi. Bu
elə Fariz bəyin timsalında görünürdü: atasını, hərbi topoqraf,
general İbrahim ağanı Nargində güllələmiş, oğlunu öz
tərəfinə çəkmişdi. İbrahim ağayla zabit qızı Yelena Yefimova-
nın heyrətamiz sevgi macərası haqqında Mustafa ağa danış-
mışdı: İbrahim ağa nikahlarının rəsmən tanınması barədə
çara belə müraciət eləmişdi; Yelenasa oğulları Boris və Qlebi
284
müsəlman kimi böyütməklə bağlı qraf Lev Tolstoydan
məsləhət istəmiş, qraf da yazmışdı ki, xristianlığın mürəkkəb
ibadətlərindənsə vahid Tanrısı və peyğəmbəri olan İslamı
seçmək daha yaxşı olar. Onda atasının yoluyla gedən Qleb
Qalibə, Borissə Farizə çevrilmiş, Fariz bəy Mirkazım Talışins-
kinin qızı Liya xanımla evlənmişdi...
Təxminən yaşıdı olan Fariz bəyi Peterburq Texnologiya
İnstitutunda oxuduğu vaxtlardan uzaqdan-uzağa tanıyırdı:
elə ordaca zavodda baş mühəndis işləyib, ixtiralar eləmiş,
Milli Hökumət yaranandasa, Bakıya gəlib Gürcüstandakı
diplomatik nümayəndənin müavini, sonra nümayəndə təyin
olunmuşdu. Bir neçə gün sonra Mustafa ağanın salamını çat-
dırdı, Vətəndə baş verənlərdən danışdı, Yusif Vəzirə də, Mir
Abdullaya da tezcə isinişdi, sonacan da yanlarında oldu...
***
...Mir Abdullanın əzablarını görmək ondan ötrü çəkilməz
işgəncəydi: artıq böyrəkləri də sıradan çıxırdı, həkimin
fikrincə, hər şeyin yaxşı olacağına ümid bəsləmək özünü al-
datmaqdan başqa bir şey deyildi. Deyəsən, qardaşı da bunu
hiss eləmişdi, daha ətrafında baş verənlərlə maraqlanmır, elə
hey daim açıq pəncərədən bayıra baxırdı. Bircə dəfə gözlərini
pəncərədən çəkib onun üzünə dikdi, üzgün, kədərli səslə pı-
çıldadı:
“Bacılarımı istəyirəm...”
Onda hönkürməmək üçün üzünü çevirdi: biçarə bacıları
çox uzaqlarda, Mir Abdullanın faciəsindən xəbərsizdilər, qar-
daş itkisini onlara necə xəbər verəcəkdi?
...Mir Abdulla aprelin iyirmi səkkizinə keçən gecə dünyay-
la vidalaşdı. Axır günlər dodaqlarının arasından bir tikə
yemək keçmirdi, ağır-ağır nəfəs alır, get-gedə şüuru öləziyirdi.
Baş çəkməyə gələn Fariz bəyi, deyəsən, tanımışdı, görəndə
azacıq gülümsədi, sonra sifəti donuq ifadə aldı. O bir neçə
günü mənzilə çökən ölüm sükutuna tab gətirmək əsl məşəqqət
idi. Arabir kəsik-kəsik danışır, belə vaxtlarda sözlər boşluqda
285
tənbəl-tənbəl uçuşan quşlara oxşayırdılar. Onda beynindən
keçirmişdi ki, doğma adam, hətta, danışmağa sözün olmayanda
belə saatlarla danışa bildiyin kəs deyil, əksinə, sadəcə, birgə susa
biləcəyin, ağrısını öz ağrın sayacağın kəsdi...
O gecə hər şey sona yetdi: son məqam olduğunu duyub
Yusif Vəziri tək buraxmayan, elə kreslodaca yatan Fariz bəy
səhərə yaxın Mir Abdullanın nəfəs almadığını sezdi, yenicə
huşa getmiş Yusif Vəziri oyatdı:
“Qalxın, deyəsən, Miri keçinib...”
Bir anlığa özünə gəlib onun dediklərini gerçək qəbul elədi:
Miri gedib, yəqin çox sevdiyi bacılarıyla görüşməyə yollanıb
– bunu çox arzulayırdı axı. Sonra deyilənin mənasına varıb
bircə kərə hönkürdü, onsuz da ağlamağa heyi qalmamışdı.
Şəhər oyanıb, gün qalxanacan meyitin yanında oturub sus-
dular. Fikirləri güman ki, eyniydi: müsəlmanlığın tam
adətincə dəfn eləməyə imkan yoxdu; qəbir yeri üçün pul
ödəmək lazım gələcək; yoxsa beş ildən sonra mərhumun qa-
lıqlarını çıxarıb ümumi qəbirlərdə basdırırlar; bu məqamda
Ceyhun bəydən başqa üz tutası adamları yox idi...
Fariz bəy kimlərə zəng vuracağını bilirdi, mənzil sahibinin
köməyilə bunları yoluna qoydu. İki saat keçmədi ki, Ceyhun
bəy, Abbas bəy, Mir Abdullanın tələbə dostları, bankdakı ta-
nışlarından bəziləri yığışdılar, kiçik və kədərli dəfn dəstəsi
yarandı. Ceyhun bəy olan-qalanını – səkkiz yüz əlli frankını
gətirmişdi ki, yas xərclərini ödəsinlər.
Mərhumu necə kəfənlədiklərini, evdən necə çıxardıqlarını,
kiminsə “Fatihə” oxuduğunu, harasa getdiklərini artıq du-
man içində xatırlayırdı. Sonra ancaq boşluq, ölüm sükutu,
qaranlıq uçurum vardı.
Qalanını axşam Fariz bəy danışdı:
“Görünür, ya yorğunluqdan, ya üzüntüdən özünüzdən
getdiniz. Qəbiristanlıqdan evə karetlə gətirdik”.
Qardaşının yoxluğunu indi aydın dərk elədi. Amma
deyəsən, hissləri də heydən düşmüşdü, nə danışa, nə ağlaya
bilirdi.
286
Həmin gün – aprelin 28-i Azərbaycanda bayram idi, əli
çatmayan, ünü yetmyən Vətənində “inqilab”ın beşinci ildö-
nümünü təntənəylə qeyd eləyirdilər...
***
Sonrakı bir ayı, az qala, duman içində keçdi. Nə Parisi
addım-addım “işğal eləyən” yazı duydu, nə də xatirələrlə
təskinlik tapa bildi.
Cəmi üç gündən sonrasa yığışdı, mərhum qardaşından qa-
lan yadigarları da götürüb Klişidəki ucuz otellərin birində
məskən saldı: daha qardaşının nəfəsini, qoxusunu, səsini hələ
də saxlayan mənzildə qala bilməzdi. Mir Abdulladan qalan
bir neçə kitab, beş-üç şəkil, bir dəstə məktub, bir də qəlbini
göynədən xatirələr idi.
Sonra qalan qəpik-quruşunun da tükəndiyini görüb iş ax-
tarmağa başladı.
Ceyhun bəyin sidq-ürəkdən təkidilə iyunun dördündə
“Arşın mal alan”ın tamaşasına getdi, daha doğrusu, getməyə
bilmədi: o ovqatda olmasa, qəlbi qan ağlasa, teatrda
Əlimərdan bəyi və ətrafındakıları görüb özünü naqolay hiss
eləyəcəyini duysa da, getməli oldu. Borcunu yerinə yetirib
ermənilərin yiyə çıxmaq istədikləri əsəri dünyaya tanıtmaq
ideyasını vermişdi. Şəhərdə tamaşanın afişasını da görmüş-
dü: orda Gülçöhrəni oynayan aktrisanın Şərq geyimində şəkli
vardı. Heyif ki, Üzeyir bəy gələ bilməmişdi: nə vaxtdan bəri
çalışsa da, qardaşına yazdığı kimi, “Paris səfəri o qədər pul
Dostları ilə paylaş: |