Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə58/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   54   55   56   57   58   59   60   61   ...   175
yaşamadığını dərk eləmək üçün verilib. Leo belə fikirləşirdi, bu 

şansı da əldən vermək fikrində deyildi. Cəmi iki gündən son-

ra “Şərqdən xəbərlər” yazısı Valter Merinqin masasının üstün-

dəydi.  Merinq  yazını  oxuyandan  sonra  Villinin  kabinetinə 

cumdu, vərəqləri redaktorun üstünə atıb vəcdlə dilləndi:

  “Villi,  mənə  elə  gəlir,  axtardığını  tapdın.  Əsəd  bəyin  az 

vaxtda məşhurlaşacasına şübhəm yoxdu”.

 ...İlk yazısını həftəlikdə görəndə Leo Əsəd bəy, elə bil, bir 

boy dikəldi: axır ki, illərlə gözlədiyi qapı açılmışdı. İlk cəhdi 

təkcə onun “Şərq məsələləri üzrə mütəxəssis” olduğunu sübuta 

yetirməmişdi, həm də Villi Haasın sevimlisinə çevirmiş, bu 



276

da azmış kimi, əlini pula çatdırmışdı. Əlbəttə, Abram Nus-

simbaum oğlunun müstəqil addımından məmnunluq duyur, 

kasıb büdcələrinə pul gəlməsinə sevinirdi, lakin ona görə bu 

o  qədər  də  ciddi  iş  deyildi,  bundan  ötrü  universitetdəki 

təhsilini yarımçıq qoymağa dəyməzdi, Leo özünün gələcəyini, 

atasının vəziyyətini götür-qoy eləyib bir qərara gəlməliydi.

 Leo Əsəd bəyisə daha yolundan döndərmək, mümkün de-

yildi – artıq uğurun, şöhrətin dadını hiss eləmişdi, fikrincə, 

təhsilini tamamlamağa ehtiyacı yox idi: yazdıqlarını oxuyur, 

düşüncələrinin  qeyri-adiliyinə,  zərif  yumoruna,  imzasının 

cəlbediciliyinə görə, maraq göstərirdilər. İti ağlı hər dəfə də 

oxucularını maraqlandıran bir şey tapırdı: sən demə, Kons-

tantinopolda Osmanlı sarayının hərəmxanasındakı xacələrin 

yığıncağı keçirilibmiş; Çingiz xanın şeir yazmağı da varmış; 

Qərb  kinosunda  əxlaqdan  kənar  şeylər  göstərilməsi  Şərqdə 

“ağ irq”in nüfuzuna xələl gətirirmiş; Atatürk təbiətinə görə, 

türk millətindən çox uzaqmış, Şərqə xas vasitələrlə – yalanla, 

hiyləylə, qəddarlıqla ölkədə Qərb dəyərlərinin qələbə çalma-

sına səbəb olubmuş... Başlıcası odu ki, bütün bunlar çox ma-

raqlıdı, əsl həqiqəti araşdırmaq kimsənin yadına düşməyəcək, 

düşsə belə, bu uzun müddətdə aşkara çıxacaq, onda da Əsəd 

bəy bir yol tapıb vəziyyətdən çıxar.

 Artıq Əsəd bəy Kurfyurstendammda yerləşən, “Qərb” ad-

landırdıqları “Meqalomania” kafesinə sərbəst gedib-gələ bi-

lirdi.  Onu  tanıyırdılar,  Valter  Merinq,  Valeri  Marqun,  Eqon 

Ervin  Kiş  kimi  tanınmış  qələm  adamlarının  yanında  görüb 

hörmət göstərirdilər. Üstəlik, sarısaç, donqar ofisiant Rixard 

müştəriləri bir-birilə tanış eləməyi özünün qulluq borcu sa-

yırdı. Düzdü, Əsəd bəy görkəminə, üstəlik, müsəlmanlığına 

xələl  gətirməmək  xətrinə  onların  yanında  spirtli  içkilərə  əl 

vurmurdu,  bir  fincan  qəhvə,  bir  qədəh  şirə  içir,  yaxud 

müsəlmana haram buyrulmayan çərəzlər yeyirdi, bu da onun 

xeyrinə  işləyir,  müştərilər  “müsəlman”a  dərhal  maraq 

göstərirdilər.



277

 Hardansa eşitmişdi ki, yazmaq – pis yola düşmək kimi bir şey-



di: əvvəlcə öz mənin, sonra dostların üçün yazırsan, axırda da bu işi 

pul müqabilində görməyə başlayırsan. İndi Əsəd bəy həftəliyin 

Şərq  müxbiriydi,  sərbəst  yazıb-yaratmaq  imkanı  qazanmış, 

hər nömrədə çap olunmaq haqqı əldə eləmişdi, artıq çoxdan-

kı  arzusuna  əməl  eləyə  –  Şarlottenburqdakı  o  miskin 

mənzildən, mənzilin əyyaş, qadın dəllalı, qarayaxa sahibindən 

canını qurtara, daim pulsuzluqdan şikayətlənən atasının üzü-

nü  güldürə,  Hamburqdakı  pansionda  tənhalıqdan  əziyyət 

çəkən frau Şulteni yanına gətirə bilərdi.

 Əsəd bəyin şöhrətə belə ehtirasla can atması hamını, hətta 

Valter  Merinqi  də  heyrətləndirirdi:  heç  bir  il  keçməyib,  adı 

Villi  Haasın  “adamları”nın  siyahısına  düşüb,  az  qala,  hər 

nömrədə çap olunur, yazılarını da elə şövqlə yazır, sanki bu 

dünyada başqa istəyi yoxdu.

 “Dostum, bir az nəfəsini dər, – aradabir yarızarafat-yarı-

ciddi xəbərdalıq eləyirdi. – Hələ gediləsi uzun yolun var, çalış 

təngnəfəs olma...”

 “Çalışaram”, – Əsəd bəy onun iradına təbəssümlə cavab 

verirdi.


 Amma nəfəs dərməyə macalı yox idi: son beş ildə yaşadığı 

miskin  həyatdan  canını  qurtarmalı,  həyatda  layiq  olduğu 

mərtəbəyə  qalxmalı,  sevgilərə  çatmalı,  Allahın  sevimli 

bəndəsi olmalıydı.

***

  Leopold  Veysin  əhvalatından  da  o  ilin  payız  günlərinin 



birində  xəbər  tutdu.  Brailovski  qəfildən  səssiz-soraqsız 

itəndən sonra əlaqələri kəsilmişdi, indi uzun səyahətdən qa-

yıtmış, evlənib müsəlmanlığı qəbul eləmiş, əvvəlki ətrafıyla 

tamam əlaqəsini kəsib Muhamməd Əsədə çevrilmiş Leopold 

Veys,  görünür,  həyatında  daha  əhəmiyyətli,  daha  həyə-

canlandırıcı mərhələyə qədəm qoymuşdu. Deyirdilər, Qahirə 

universitetində  ərəb  dilini,  ilahiyyatı  öyrənmək,  Məkkəni 



278

ziyarət eləmək, Qurani-Şərifin şərhilə məşğul olmaq istəyir. 

Deməli, o missiya barədə dedikləri elə-belə zarafat deyilmiş, 

buna çoxdan hazırlaşırmış.

 Əsəd bəy Leopold Veysin “Qeyri-romantik Şərq” kitabça-

sını oxumuş, səfərləri, görüşləri, düşüncələrilə tanış olmuş-

du. Əlbəttə, bütün bunları o da bacarar; amma hələ ayaq üstə 

qalxmaq, şan-şöhrətə, maddi-sərbəstliyə çatmaq, ondan son-

ra bu barədə düşünmək lazımdı. Leo Əsəd bəy buna nail ola-

caq, mütləq nail olacaq!

 Leo Əsəd bəy də iki şahidin şəhadətilə bir müsəlman ruha-

nisinin yanına getmək, onun hüzurunda “Allahdan başqa tanrı 



yoxdu, Muhamməd də onun Rəsuludu” deyib həyatının daha bir 

mərhələsinə  qədəm  qoymaq  istəyirdi:  artıq  “Şərq  məsələləri 



üzrə  mütəxəssis”di,  hamı  geyimindən,  söz-söhbətindən, 

hərəkətindən onu şərqli sayır, kasıblamış ərəb şahzadəsindən 

aldığı çalma, ipək parçadan əba, qurşağının altına keçirdiyi, 

Bakıdan yadigar qalmış gümüş xəncər, ucu dik başmaqlar – 

şübhəsiz, bunlar kütlə üçün çox maraqlıdı. Amma Leo Əsəd 

bəy gələcəyini taleyin ixtiyarına buraxa bilməz.

 Artıq dörd il əvvəl Şarlottenburqdakı məhəllələrin də rast-

laşdığı  iki  müsəlmanın  –  keçmiş  Osmanlı  təbəəsi  olan  türk 

və çərkəz tanışlarının – yanında müsəlmanlığı qəbul elədiyini 

deyəndə narahatlıq duymurdu: imam Hafiz Şükrü iki il idi 

ki, Haqqa qovuşmuşdu, daha kimsə bu iddiasının yalan, ya 

doğru olduğunu sübut eləyə bilməyəcəkdi. 

 Leo Nussimbaum artıq Muhammad Əsəd bəy idi...

  Muhamməd  Əsəd  –  Leopold  Veys  Şərqə  çıxıb  gedirdi, 

bəlkə də yolları heç vaxt kəsişməyəcəkdi...



279


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin