“Bu şahidlərin yanında təsdiq eləyirəm ki, Allahdan başqa tanrı
yoxdu, Muhamməd də onun rəsuludu” dediyini, beləcə müsəl-
man olduğunu danışırdı. Dediyinə görə, bir neçə həftədən
sonra Elza və Haynrix də elə həmin indusun hüzurunda
müsəlmanlığı qəbul eləyiblər.
Bütün bunlar olduqca maraqlıydı, eşidənlər heyrətlənir,
təəccüblənir, soruşurdular:
“Yəqin, qaydaya görə, müsəlman adı da götürmüsən...”
“Elədi, – Leopold Veys məmnun, sirli görkəmlə gülüm-
səyirdi. – Artıq Muhamməd Əsədəm. Peyğəmbərin adı, bir də
Leonun ərəbcə mənasından ibarətdi”.
“Muhamməd Əsəd...” – adamlar başlarını tərpədirdilər...
Şübhəsiz, əslində, bu addımı atmağa nəyin səbəb olduğu-
nu özündən başqa bilən yox idi, Elzanı da necə yola gətirdiyi
yalnız özünə məlum idi. Bütün bunların adamlara dəxli
yoxdu – onun öz həyatı var, həyatını istədiyi kimi yaşaya
bilər. Yaşamaq təkcə gün-güzəran qayğılarından ibarət deyil,
hər kəsin həyatda qayəsi, missiyası olmalıdı.
Dinini dəyişdiyi atasına ağlagəlməz sürətlə çatmışdı. Heç
on gün keçmədi ki, bacısının yazdığı soyuq, incikliklə dolu
məktubunu aldı. “Atam islamı qəbul elədiyini eşidəndə, – bacısı
267
yazırdı, – az qaldı qəzəbdən ağlını itirsin, dedi ki, sən artıq bizim
üçün ölmüsən...”
Karl Veysə bu addımının səbəbini necə izah eləyəydi? Nə
yazsaydı, onsuz da qəbul eləməyəcəkdi. “İslamı qəbul eləməklə
ona olan münasibətim dəyişməyib, – bacısına yazdı. – Əksinə, is-
lam dini ata-anaya başqalarından daha çox hörmət göstərməyi təlqin
eləyir...”
Gözlədiyi kimi, Vyanadan cavab gəlmədi. Leopold onların
özündən on beş yaş böyük, üstəlik, bir uşaq anası olan, bu da
azmış kimi, islamı qəbul eləyən qadınla evləndiyindən xəbər
tutub-tutmadıqlarını bilmədi. Dayıları Arye və Dorian Fey-
genbaumlar bu qərarlarını necə qarşılayacaqdılar, bunu
gələcək göstərəcəkdi.
Fikrincə, bundan sonrakı addımı islami biliklərini təkmil-
ləşdirmək, sonra Məkkə ziyarətinə getmək olmalıydı. Həm
də başqa yerdə yox, dünya müsəlman ilahiyyatçılarının sayıb-
seçdikləri Əl-Əzhər universitetində təhsil alacaqdı. Əlbəttə,
Əl-Əzhər beduinlər üçün nəzərdə tutulub, amma Muhamməd
Əsədə rədd cavabı verməzlər.
Elza da Şərqə getməkdən boyun qaçırmadı...
Hətta Haynrixi də özlərilə aparacaqdılar...
Elə bil, Leopold Veys sövqi-təbiilə bir daha Berlinə qayıt-
mayacaqlarını bilirdi...
|