338
qında “Sərsəm” imzasıyla məqalə yazdı, üstəlik, məqaləni
Şamilə həsr elədiyi vidadisayağı şerilə bitirdi: “Ya Şamil,
mübarək məqbərəndən qaldır başını dövranə bax...”
Bir ay sonra da yüz manatı nahaq xərclədiyinə təəssüflənə-
təəssüflənə Aşqabada, anasıgilin yanına getmişdi. Mir
Həsənsə ondan diribaş çıxıb Novoçerkassk Poltexnik İnstitu-
tuna qəbul olunmuşdu. Gələn məktublarından belə çıxırdı ki,
vəziyyəti çox pisdi, həddən artıq maddi korluq çəkir, həm də
qovulmaq təhlükəsi var. Hətta yazdığına görə, noyabrda
Malıbəyli kənd məktəbində Sultan Məcid Qənizadənin “Ax-
şam səbri xeyir olar” vodevilini tamaşaya qoyub, yığılan əlli
manatı ona göndəriblər, o da qəzet vasitəsilə malıbəylilərə
minnətdarlığını bildirib, amma bütün bunlar bəs eləmir, bun-
dan sonra necə yaşayacağınısa bilmir.
O payız Haşım bəyin Aşqabada gəlməsi ondan ötrü
əlçatmaz xoşbəxtlik idi. Həm başsız ailə bir qədər toxtaqlıq
tapmışdı, həm də Haşım bəy, Peterburqdakı uğursuzluğun-
dan sonsa könlü sınıq gəzən cavandan məsləhətlərini
əsirgəməmişdi. Üstəlik, Haşım bəy onun tay-tuşlarını başına
yığıb “Firudini” məktəbinin nəfinə Əbdürrəhim bəyin “Kim-
dir müqəssir?” pyesini də tamaşaya qoymuşdu. O quruluşda
Mir Yusifin payına Mahmud rolu düşmüşdü. İllər keçəndən
sonra həmin məqamın təkrarolunmaz duyğusunu tez-tez xa-
tırlayırdı.
Haşım bəy Bakıya qayıdandan sonra Yusif Vəzir də boş
oturmadı: latın dilini öyrəndi, əlinə keçən kitabları oxudu,
könlündə qövr eləyən duyğuları kağıza köçürdü, üstəlik, no-
yabrda Daşkəndə gedib altı aylıq kursu bitirdi, universitetə
girməyə haqq qazandı. Amma həmim il də anasının dünya-
dan köçməsi, elə bil, onu xeyli yetkinləşdirdi, həyata baxışını
dəyişdi.
O vaxt xeyli hekayələr də yazdı. Ürəyində Şuşa realnı
məktəbindəki rus dili müəlliminə minnətdarlıq eləyirdi:
Çexovun qələmindən çıxanlar ona hekayəçiliyin nə olduğunu
339
başa salmışdı. Hekayələrini qələmə alanda kimsəyə, hətta,
atasına da rəhm eləmirdi, hamısı Şuşadan və Bakıdan tanıdı-
ğı tiplər idi. “Оğul! Bir əttar, baqqal malından savayı ayrı şеy də
satsan, еybi yохdu. Bu gün dükandar da, nüsхəbənd malı da
saхlayarsan... Nə qədər də ayrı azar оlsa, еlə babasil həbi ilə yaхşı
еləmək оlar...” Bu, əlbəttə, rəhmətlik atasıydı...
Kiyеv Müqəddəs Vladimir İmpеratоr univеrsitеtinin
hüquq fakültəsinə daхil оlduğu da yadındadı. Heyif ki, o
gələndə Hüseyn Mirzəcamalov da, Ədil bəy Mehmandarov
da diplomlarını alıb Vətənə qayıtmışdılar. Amma ilk
günlərdən tələbələrin həmyеrlilər cəmiyyətinə qoşuldu, Ki-
yev universitetindən Mir Əbülfət xan Talışinski, Əsədulla
Axundov, Rəşid bəy Axundzadə, Şəfi bəy Rüstəmbəyov,
Nurməmməd Şahsuvarov, Bahadur Vəlibəyov, Yaqub Ağa-
hüseynov, Əliheydər Allahverdiyev, Əmir bəy Aslanov, Şirəli
Bayraməlibəyov, Məmmədsadıq Cəfərov, Əlibəy Əlibəyov,
Əlimuxtar Əliyev, Möhsün İsrafilbəyov, Cəmil bəy
Ləmbəranski, Firuz bəy Ordubadski, Sona Axundova, Um-
gülsüm Ədhəmova, Məmmədtağı Sultanov, Əsədulla Şahtax-
tinski, Həmzə Zeynalov, İbrahim Kazımov, Cavad bəy
Rəfibəyli, Politexnik İnstitutundan Cəmil bəy Vəzirovla tanış
oldu, хеyriyyə, mədəni-maarif tədbirlərində iştirak elədi, or-
dan əmisinin “Səda”, “Sədeyi-həqq”, eləcə də “İşıq” və “İq-
bal” qəzetlərinə xəbərlər, məqalələr yazdı.
1913-cü ilin aprelində, az qala, həbs olunacaqdı. Gələndən
bəri Mir Əbülfət xan Talışinski, Əli bəy Əlibəyov, Şəfi bəy
Rüstəmbəyov, Firuz xan Ordubadskiylə Həmyerlilər cəmiy-
yətini qurmaq üçün çalışırdı, sənədləri hazırlamışdılar, amma
heç cür rəsmiləşdirmə məsələsini yoluna qoya bil mirdilər.
Polisin gözü onların üzərində olduğundan yığıncaqlarını
Sona Axundovanın qaldığı Nazarov küçəsindəki 15 saylı bi-
nanın 7-ci mənzilində keçirirdilər. Aprelin 19-da da Yusif
Vəzir Sonaya bir parça kağız yazmışdı: “Sona, səhər saat 5-də
Dostları ilə paylaş: