Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə80/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   76   77   78   79   80   81   82   83   ...   175
çətinliyə düşmüşəm: qara camaat tərəfindən məni təhlükə gözləyir. 

Mən ya qəzet vasitəsilə özümü təmizə çıxarmalıyam, ya da bu möv-

humatçı kütlənin caynaqlarında məhv olmalıyam.. Haşım əmi! Siz 

məni  qarabağlıların  caynaqlarından  necə  qurtaracağınızı  bilirsi-

niz”. Üstəlik, vəsiyyətnamə də yazdı: “Ölümümdən sonra yəqin 

kitablarımı, yazılarımı və əşyalarımı (çamadanı və zənbili) evimizə 

göndərən bir insaflı şəxs tapılar ki, mənim əməyimi (gündəliklərimi 

və rəsmlərimi) adımı sevimli ailəm qarşısında əbədiləşdirəcək...”

 Haşım bəy də izahat yazmağı məsləhət gördü. Mir Yusif 

izahat  qələmə  alıb  “Tazə  həyat”  qəzetinin  beç  noyabr 

nömrəsində çap etdirdi, amma, necə deyərlər, qaş qayırdığı 

yerdə vurub göz çıxardı. “İmzasız aldığım kağızda, – yazdı, – 

hər tövür söyüşdən sonra kağız yazan bana deyir: “Sən müsəlman 

dеyilsən, dilazarsan, öz dininə gülürsən…” Bu sözlərdən aşkar olur 

ki, kağız yazan cənab mənim məktubumu başa düşməyib. Bunu bilə 

bilməyib ki, mən məktubumu gülünc ilə yazmamışam, qan-yaş ilə 



335

yazıb  camaatımızın  islamdan  uzaq  olmasını  və  islamın  banisi  və 

rəsuli-bərhəqq  olan  Məhəmməd  əleyhissəlamın  gözəl  sözlərindən 

xəbərləri  olmamasını  izhar  etmişəm…  Bu  millət  və  islam 

düşmənlərinə gülmək ilə nəinki dinimdən kənar olmaram, bəlkə, is-

lamlığım artar. Xatircəm ol, necə ki, müsəlmanam, elə də qalacаğаm 

və həmişə də islamiyyətə və insaniyyətə sitayiş edəcəyəm”.

 Təqiblərdən, qarşıdurmalardan yorulan Əhməd bəy Ağa-

yevin qəfildən ailəsini də götürüb İstanbula getməyi də ya-

dındaydı. Bu xəbəri Mirhəsəndən eşidəndə əvvəlcə inanmaq 

istəməmişdi, amma sonra Haşım bəy eşitdiyinin doğru oldu-

ğunu  deyəndə  qəlbində  böyük  millət  sevgisi  olan  insanın 

qürbətdə necə yaşayacağı barədə fikirləşmişdi... 

  ...Ağlagəlməz  maddi  çətinliklər  onun  oxuyub-öyrənmək 

əzmini qıra bilmirdi. Məktəbli formasıyla birtəhər keçinsə də 

qaloşları vəziyyətini büruzə verirdi. İçərisinə qoyduğu kağız-

lar  qaloşun  çırığından  çıxır,  məktəbdə-küçədə  pərtliyinə 

səbəb  olurdu.  Hətta  yeddinci  sinfin  qışında  Soldat  bazarın-

dan  ucuz  qiymətə  aldığı  qaloşunu  atmaq  məcburiyyətində 

qalanda qəmli nekroloq da yazmışdı: “Ruhunuz şad olsun, ey 

mənim qaloşlarım...” 

  “Dünən,  –  1908-ci  ilin  qışında  yazırdı,  –  kasıb  müsəlman 



tələbələrinə kömək məqsədilə müsəlmanların xeyriyyə gecəsi keçiril-

di. Mən də kasıb olduğum üçün həmin gecədə iştirak elədim. Bu 

gün Qurban bayramı ilə əlaqədar qız məktəbində təntənəli ziyafət 

vardı...” 

 “Kitablarım yoxdu, – yayda kədərlə qeyd eləyirdi, – ancaq 

mənim  taleyimi  həll  eləyəcək  imtahanlar  yaxınlaşır;  kostyumum 

yoxdu; bircə qalın parçadan üç manat neçə qəpiyə tikilmiş şalvarım 

var, o da məni bişirir; çəkmələrim yoxdu, barmaqlarım bugün-sabah 

çəkmələrimin deşiyindən çıxacaq; alt paltarım, corabım belə yoxdu, 

bunları köhnə paltar əvəz eləyir; bir süzülmüş köynəyim var, o da 

can verir...”

 Geyiminin ucbatından küçəyə çıxmağa o qədər də həvəs 

göstərmirdi.  Kitab  oxuyur,  gündəliyinə  cürbəcür  rəsmlər, 




336

eskizlər çəkir, xəyal aləminə baş vurub Şuşadakı dostlarının, 

Aşqabaddakı  doğmalarının  yanına  uçur,  unuda  bilmədiyi, 

gündəliklərində “Yubert” kimi şifrələdiyi, “Asiya” adlandır-

dığı Bertasıyla görüşürdü. Arada xəyalının hüdudlarını kön-

lü istəyən yerlərəcən genişlədirdi. “Bu yay Mirzə Miriylə bağlı 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin