Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə77/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   73   74   75   76   77   78   79   80   ...   175
yaddan çıxarmarıq köməkliyinizi. Kömək az da olsa, çox razı qalarıq. 

qədər əziyyət, məşəqqət olsa, davam eləyib, oxumağa hazırıq...”

 Haşım bəy də əlindən gələni əsirgəmirdi. Bir il də Hacı İs-

rafil bəy Aydəmirov ayda on beş manat təqaüd verdi... 

 1907-ci il payızın sonunda Həsən bəy Zərdabinin vəfatıyla 

bağlı  necə  kədərə  batdığı  da  yadındaydı.  Dəfn  günü  Mir 

Həsənlə  tapışıb  erkəndən  Poçtovı  küçəsinə  getmişdilər. 

Amma onlar çatanda artıq bütün məhəllə izdihamla doluydu. 

Təkcə onların yox, bütün rus-tatar məktəblərinin müəllimləri 




329

və şagirdləri, şəhər upravasının məmurları, Dumanın qlasnı-

ları, ziyalılar, qəzetçilər, müsəlman, rus, erməni, yəhudi din 

xadimləri binanın ətrafındakı küçələrə yığışmışdılar. Az son-

ra Həsən bəyin nəşini evdən çıxarıb katafalka qoydular. Ta-

butu götürənlərin arasında Haşım bəyi, Əhməd bəyi, Əli bəyi 

və  bir  çox  adlı-sanlı  adamları  gördü.  Mərhumun  nəşinin 

üzərində “Kaspi” qəzeti əməkdaşlarından üzərinə “Cism öldü, 



fikir qaldı” yazılmış lent vardı, irəlidə gimnaziyanın şagirdləri 

onun  portretini  və  “Əkinçi”nin  qızılı  çərçivəyə  salınmış  ilk 

sayını  aparırdılar.  Müsəlman  müəllimlər  üzərində  Həsən 

bəyin portreti olan albom, müsəlman teatr cəmiyyəti gümüşü 

lira gətirmişdi, gimnaziya şagirdləri mərhumun bioqrafiyası 

çap olunmuş vərəqələr paylayırdılar. 

 Tutqun noyabr gününün ovqatı indiyəcən yaddaşındaydı. 

İzdiham Bazarnı küçəsilə Qasımbəy məscidinə gedəndə ya-

nağının yaşdan islandığını hiss elədi. Məscidin həyətində iz-

diham  dayandı,  barmaqlarının  ucuna  dikəlib  irəlidəkilərin 

başının  üstündən  Əhməd  bəy Ağayevin  kədərdən  daha  da 

boğulmuş simasını gördü. “Ey müqəddəs ruh, – o deyirdi, – Sən 



ki gedirsən o dünyaya, tutub babalarımızın yaxasından soruşarsan 

ki, ay kişilər, bu nə Vətəndi bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, 

məmuru rüşvətxor, ey vay, nə bu irs olaydı, nə də biz olaydıq...” 

Sonra onu doktor Qarabəy Qarabəyov, şəhər upravası Raevs-

ki, müəllim və qlasnı Mirzə Məhəmmədhəsən Əfəndiyev, İb-

rahim bəy Məlikov, Axund Molla Ağa, Əli bəy Hüseynzadə, 

Məmməd Əmin Rəsulzadə, soyadını xatırlamadığı bir gürcü 

əvəz elədi.

  Mərasim  təzədən  Bazarnı  küçəsinə  çıxdı,  get-gedə  artıb 

çoxala-çoxala Nikolayeski küçəsinə döndü, “Kaspi” və “Tazə 

həyat” qəzetləri redaksiyalarının qarşısında yenə dayanmalı 

oldu.  Burda  “Kaspi”  qəzeti  adından  Aleksandr  Olendski, 

“Tazə həyat” adından da Haşım bəy danışdı. Həmin vaxt da 

özünə gəlib Mir Həsəni yanında görmədi. Amma artıq izdi-

ham onu şəhər Dumasına doğru sürükləyirdi. Dumanın qar-



330

şısında bir də dayanmalı oldular, binanın eyvanından qlasnı 

İsa  bəy  Aşurbəyov,  “İrşad”da  işləyən  Məhəmməd  Sadıq 

Axundov, dağıstanlı qonaq çıxış elədilər. Sonra... Mir Həsənin 

adı çəkilib, onu eyvanda görəndə heyrətindən, az qala, dili 

tutuldu. Mir Həsənin, ondan sonra danışan Qriqori Cinorid-

zenin dediklərini dərk eləyə bilmədi. 

  İzdiham  Sadovaya  küçəsilə  dənizkənarı  bulvara  sarı 

irəliləyib  Bibiheybət  qəbiristanlığına  doğru  gedəndə  Mir 

Həsən yoxa çıxdığı kimi də peyda oldu, həyəcanlı halda qolu-

na girib irəli dartdı:

 “Nə quruyub qalmısan, gedək. Dünən Haşım bəydən xa-

hiş eləmişdim, sağ olsun, sözümü yerə salmadı...” 

 Bu qabiliyyətinə görə Mir Həsənə heyran idi, hətta onun 

haqqında povest yazmaq fikrinə də düşmüşdü. O günlərdə 

gündəliyində qeyd eləmişdi: “İstedadlı, gülərüz, ürəyitəmizdi. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin