“Nuri-çeşmim Əbülhəsən,
317
“Təvəqqe edirəm ki, Yusifdən dürüst müvəqqe olasan, Rus və
müsəlman dərsi oxusun. Mən ölüm, ona dərs verib və səy edəsən.
Bəlkə, bu il realniyə götürərlər.
Məşədi Mirbaba”
Atası əsil-nəcabətli nəsildən idi, seyid-imam övladı kimi
tanınır, Əmirəlmöminin Həzrəti Əli Əbutalibdən başlayıb
gəlirdi, Qarabağda Musəvi seyidləri kimi tanınırdılar. Babası
Sofuoğlu Mirzə Əliməmməd ağa İbrahim xan Cavanşirin
məsləhətçisi olmuşdu, hətta, xan onu Osmanlı dövlətinə elçi
göndərmək fikrindəymiş, amma Ağa Məhəmməd şah Qaca-
rın hücumu hər şeyi alt-üst eləmiş, Mirzə Əliməmməd ağa
qətlə yetirilmişdi. Onun nəvəsi, Mirzə Cəfərin oğlu Mirzə
Həsən Şəkiyə köçüb dəftərxanada münşilik eləmiş, üstəlik,
şair Mirzə Əbülhəsən Şəhid kimi tanınmışdı. 1873-cü il aprel
ayının 13-də Şuşa qəza idarəsi Məşədi Mir Babaya bəyliyini
təsdiq eləyən şəhadətnamə vermişdi. O geniş dünyagörüşü
vardı, şeirdən-musiqidən başı çıxırdı, İran, Orta Asiya və
Türkiyənin bir hissəsini gəzmişdi, fars dilində və Osmanlı
türkcəsində danışırdı, Firdovsini, Füzulini çox sevir, “Seyid”
təxəllüsüylə şeirlər yazır, xanəndələrə muğamatdan dərs de-
yirdi. Elə Ağdama da bunun ucbatından gedib çıxmışdı: var-
yoxunu kef məclislərinə, xanəndələrə xərcləyib sınıq
düşəndən sonra ora üz tutmuşdu, ildə bir-iki kərə gəlir, bir
həftə evində qalır, təzədən Ağdama qayıdırdı.
Anası Seyid Əziz, bacıları Bəyim, Ziba, Qönçə, Əzət, qar-
daşları Mir Əbülhəsən və Mirabdulla – səkkiz nəfər Mirbaba-
nın öhdəsindəydi, o da bir çətən külfəti dolandırmaq üçün
özünü oda-közə vururdu. Sonra bacısı Bəyim Aşqabada ərə
getdi, amma onun da bəxti gətirmədi: ər evində yola
getmədiyindən tez-tez qaçıb Şuşaya gəlir, sonra əri aparana-
can atası evində qalırdı.
Seyid Əziz dərd-sər görmüş, ürəyiyumşaq, səxavətli qadın
idi, səhərdən-axşamacan dizini qatlayıb oturmazdı. Amma
həm də erkək tinətliydi, qorxu-ürkü bilmirdi. Bacısı Zibanı
318
qaçırmaq istəyən dəliqanlıların qabağına ərinin tüfəngilə
çıxıb onları pərən-pərən salmışdı. Bu əhvalat o vaxt hamının
dilində dolaşırdı.
Ana babası Seyid Hüseyn çox talesiz adam idi. Arvadı ca-
van yaşında iflic olub on yeddi il yataqda xəstə yatmışdı.
Üstəlik, binəvanın iki oğlu, iki qızı da bir-birinin ardınca dün-
yalarını dəyişmişdilər. Kişi gününü qəbiristanlıqda keçirir,
gündə iki dəfə ora fatihə oxumaq üçün gedirdi. Mir Yusif ona
baş çəkəndə qəbir kimi qaranlıq, rütubətli otaqda darıxır, o
məşəqqətdən canını tez qurtarmağa çalışırdı. Bütün bunlar,
həm də yeganə qardaşının xəstəliyi Seyid Əzizi də şam kimi
əridirdi.
Məmməd bəyin övladı, Firudin bəy Köçərlinin bacısı oğlu
Zülfüqar bəy Hacıbəyovun yaratdığı “Cavanlar ittifaqı” ədəbi
dərnəyinə Mir Əbülhəsənlə birgə gedir, ayda bir-iki dəfə yığı-
şıb ədəbiyyat, poeziya və musiqi barədə danışırdılar. Dərnəyə
Mirhəsən, Zülfüqar (Üzeyir bəyin böyük qardaşı), Ceyhun,
Azad, Abbas, Həsən də gəlirdilər. Amma ən çox xoşladığı iş
rəsm çəkmək idi...
Atası Ağdamdan gələn kimi, Üzeyir özünü yetirir, onu
musiqi barədə söhbətə tuturdu. Bildiklərini, öyrəndiklərini
danışmaq, hətta, əyani ifa eləmək Məşədi Mir Babanın xoşu-
na gəlir, buna görə də onun xətrini çox istəyirdi. Elə o vaxt da
Üzeyir hekayə yazmağa başlamışdı, hekayələrini səliqəylə
köçürür, «Kitabi-məzhəkə» adı qoyur, illüstrasiyalar çəkib
cildləyir, on beş qəpiyə satırdı. Birini də Mir Əbülhəsən almış,
Mir Yusif oxuyub gələcəkdə bu cür yazmağı arzulamışdı...
Xandəmirovun tikdirdiyi teatr yaxşı yadındaydı: teatrın
üç-dörd yüz nəfər tutan bütöv və uzunsov zalı vardı, zalın bir
başında kiçik səhnə yerləşirdi. Camaatın oturması üçün stul-
lar düzülmüş, divarlardan iri lampalar asılmışdı. Təxminən
altı yaşı olanda bir yay günü Mir Əbülhəsən onu Haşım bəyin
tərcümə eləyib tamaşaya qoyduğu Şekspirin “Otello” tama-
şasına aparmışdı. Bir neçə il sonrasa Peterburqdan yay tətilinə
gələn Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq”ı hazırla-
319
mışdı. Tamaşada qadın rolunu Zülfüqar Hacıbəyli, Süleyman
bəyi Süleyman Sani Axundov, Nazlı xanımı Rza Mirzəyev,
Nəcəf bəyisə Yusif bəy Məlikhaqnəzərov oynamışdı. Sonra
Əbdürrəhim bəy təşəbbüs qaldırmış, özü dirijorluq eləmiş,
Cabbar Qaryağdıoğlunun ifasında «Məcnun Leylinin məzarı
başında» adlı səhnəcik hazırlayıb camaata göstərmişdi.
Məmməd bəyin oğlu Zülfüqar, Mir Əbülhəsən, Zülfüqar,
Üzeyir, Ceyhun qardaşları xorda oxumuşdular, Yusifsə sıxıl-
dığına görə, onlara qoşulmamışdı. O hadisə də dillərdə das-
tan olub uzun müddət danışıldı.
1899-cu ilin avqustu da yaxşı yadındaydı: Şuşadan beş
nəfər – Zülfüqar bəy Hacıbəyov (Məmməd bəyin oğlu), Üzeyir
bəy Hacıbəyov, Azad bəy Əmirov, Abbas bəy İsmayılov və
Həsən Sultanov Qoriyə, Müəllimlər seminariyasında oxuma-
ğa gedirdilər. Mir Əbülhəsənlə onları Qala qapısına qədər
ötürdülər. Fikirləşirdi ki, yəqin, məktəbi bitirən kimi qardaşı
da gedəcək. Gərək o da oxumaq barədə düşünsün.
Bir də o il Mirzə Əli Əsgərin oğlu “mütrüf”, “kafir” Mirzə
Muxtarın Şuşadan çıxıb getməsi yadındaydı. Mirzə Əli
Əsgərin ecazkar səsi vardı, həm də kamil kamançaçıydı. Əli
Şirazi İran tarını Qarabağa gətirəndən sonra bütün Qafqazda
əvəzsiz tarzən kimi ad-san qazanmışdı. Əvvəllər Xan qızı Na-
tavanın atası Mehdiqulu xanın sarayında “saray musi-
qiçisi”ydi, Mirzə Hüseyn, Həsən, Keştazlı Həşim, Hacı Hüsü,
Məşədi İsi kimi məşhur xanəndələri tarda müşayiət eləyirdi,
Sadıqcan, Cavad bəy Əlibəy oğlu (Xanəzəyski), Şəkər oğlu
Kərim, Artemi və Məşədi Zeynal kimi şəyirdləri vardı, hətta
İrana gedib Nəsrəddin Şahın sarayındakı məclislərdə
məharətini göstərmişdi. Oğlu Muxtarsa düz iyirmi doqquz il
əvvəl, həm də iyirmi doqquz yaşında olanda həmfikirlərini
başına yığıb hacıquluların zalında Mirzə Fətəlinin “Hacı
Qara” pyesini tamaşaya qoymuşdu. O gündən də gününü
göy əsgiyə düymüşdülər, adına o söz qalmamışdı ki, yaraş-
dırmasınlar. Binəva da axırda çıxıb Bakıya getməli olmuşdu.
320
1900-cü ilin ilk payız günlərində Mehdiqulu xanın ölümü
yadındaydı. Cəmi qırx beş yaşında Tiflisdə qəflətən vəfat
eləmiş və öz vəsiyyətinə görə Ağdamda “İmarət” adlanan
ailəvi qəbiristanlıqda dəfn olunmuşdu. Onda Mehdiqulu xan
Vəfanın şeirlərinin vurğunu olan atasının qaşqabağı uzun
müddət açılmamışdı.
Mir Əbülhəsənin faciəsisə lap müsibət oldu. Bu qədər ağıl-
fərasət yiyəsi olasan, realnı məktəbi əla qiymətlərlə qurtara-
san, amma taleyin gətirməyə – ağır dərddi. Mir Əbülhəsən
şeir-musiqi məclislərində atasının yerini tutmuşdu, Xan qızı
Natəvanla görüşüb kəlmə kəsmişdi, Fatma xanım Kəminəni
evlərində görmüşdü, atasından aldığı pulları verib yaxşı kita-
bxana qurmuşdu, Osmanlı türkcəsini, rus, fars və ərəb
dillərini mükəmməl bilirdi, alman və fransız dillərini öyrə-
nirdi, özü də şeirlər, pyeslər yazırdı. Haşım bəy də, Əhməd
bəy Ağaoğlu da, elə Zülfüqar bəy, Üzeyir bəy, Ceyhun bəy də
Mir Əbülhəsənin xətrini çox istəyir, gələcəyinə böyük ümid
bəsləyirdilər, Haşım bəy onun Peterburqa gedib oxumasını
məsləhət görürdü.
Mir Əbülhəsən Peterburqa getdi, amma bu başqa cür
getmək idi...
1901-ci ildə qəfildən binəva xəstələndi, boğazında şiş
əmələ gəldi, get-gedə zəifləməyə doğru üz qoydu. Həkim,
türkəçaraçı gətirdilər, əlac tapılmadı, Seyid Əziz gecə-gündüz
dua elədi, pirlərə nəzir-niyaz göndərdi, çarə olmadı, Tiflis
xəstəxanasına, Kislovodsk kurortuna göndərdilər, yaxşılaş-
madı. Haşım bəy biçarəni Peterburqa aparıb adlı-sanlı profes-
sorlara göstərdi, bu da nəticəsiz qaldı. Üstəlik, Şuşaya elə hal-
da qayıtdı ki, doğma anası belə onu görüb, az qala, tanımadı.
Dərd üstünə dərd gəldi – anasının naləsindən çaşan Mir
Yusif yıxılıb ayağını sındırdı, indi də onun hayına düşdülər:
sınıqçı gətirdilər, baş-ayaq bişirdilər – bir ay da o yorğan-
döşəkdə qaldı.
Bacıları Bəyim, Ziba, Qönçə və Əzət, hələ beş yaşına çat-
mamış Mir Abdulla, dərddən başını itirmiş Seyid Əziz, yarı
321
canı Ağdamda, dükanın yanında qalan Məşədi Mir Baba, tez-
tez gəlib yoluxan Haşım bəy... o günlərdə ağlagəlməz əzablar
çəkdilər.
Amma Allah bilən məsləhətmiş: Mir Əbülhəsən 1901-ci il
fevralın on üçündə Haqqa qovuşdu, qara torpağa qarışdı, Mir
Yusifsə ayağa qalxdı. Sonralar nakam qardaşının ölümünü
Dostları ilə paylaş: |