Bakıya gəl”.
Bu xəbərin sevincini bəlkə də ondan gözəl yaşayan olma-
mışdı: oxumağı çox istəyirdi, rəhmətlik atasının hələ də
üstündə olan töhmətindən qurtulmaq ən böyük arzusuydu.
Sentyabrın əvvəllərində Mir Həsənlə Milli Komitənin baş-
çısı Kərim bəydən yolxərci alıb faytonla Yevlaxa, ordan qatar-
la Bakıya yola düşdülkəri sonralar ona yuxu kimi gəlirdi.
Düzdü, həyat onu qardaş və ata itkisiylə, ağır xəstəliklə sına-
ğa çəkmişdi, indisə qəfildən üzünə yeni qapısını taybatay
açırdı.
Qarabağlılar cəmiyyətindəkilər bununla kifayətlənmədilər,
onları qarşıladılar, Nikolayevsk küçəsində, Hacı Hacıağa Da-
daşovun karvansarasının arxa tərəfində kirayələdikləri 1-2
otaqlı mənzillərdə yerləşdirdilər, həm də kitablar payladılar,
hərəsinə on üç rubl təqaüd də verdilər ki, bir ay dolana
bilsinlər.
Gimnaziyaya qəbul olunmaq üçün Yusif iki, Mir Həsənsə
üç fəndən imtahan verməliydi. Qəribə burasıydı ki, Mir
Həsən sənədlərini özüylə götürməsə də, imtahanlar asan ol-
duğuna görə canını qurtardı, yeddinci sinfə qeyd olundu,
onusa əlində sənədləri ola-ola sərəncamlar burulğanına saldı-
lar, beşinci sinfə götürüb yuxarı siniflərə keçmək üçün çətin
imtahanlar təyin elədilər.
“Kimdi günahkar, əlbəttə ki, mən deyiləm, – şikayətini kağıza
tökürdü. – Axı mən zəhmətkeşəm, çevikəm, savadım da məktəbi
qurtaranlardan yaxşıdı. Ancaq nə etmək olar, zəhmət çəkirəm, gün
ərzində on-on iki saat məşğul oluram və deyirəm: mən vicdanım
327
qarşısında borcumu yerinə yetirirəm. Qoy məni payızda sinifdə sax-
lasınlar...”
Amma sinifdə qalmadı, dəqiq fənlərdən bir qədər çətinlik
çəksə də, imtahanların öhdəsindən gəldi...
Krasnokrestovsk küçəsində, Konstantin Orlovskinin bina-
sında birotaqlı mənzil kirayələdi: yazmaq istəyirdi,
gündəlikləri bir yana, görüb-bildiklərini hekayəyə çevirmək
arzusundaydı. Ümidvardı ki, atasının köhnə dostuvə yaxın
qohumu tanınıb-sayılan hekayənəvis Əbdürrəhim bəy Haq-
verdiyev yazdıqlarını oxuyacaq, qolundan tutub yazıçılıq yo-
luna çıxmasına kömək eləyəcək. Xəstə olduğu vaxt, yaz
günlərinin birində Haşım bəyin sevinə-sevinə ilk nömrəsini
verdiyi “Molla Nəsrəddin” məcmuəsi həmişə masasının
üstündəydi, çox istəyirdi ki, o məcmuədə bir rəsmi, ya da əl
boyda yazısı dərc olunsun.
O ilin sonunda difaiçilər Qarabağda diviziya komandiri
olub tabeliyindəki erməni əsgərlərinə mülki paltar geyindirib
silahsız türkləri öldürtdüyünə görə, Şuşa general-qubernato-
ru Qoloşşapovdan qisas almaq üçün Bilal adlı qarabağlını
Tiflisə göndərmişdilər. Bilal iki gün sonra generalı küçədə
gülləylə vurmuşdu. Sonrasa kütləvi həbslər başlamışdı. “Qa-
rabağ məclisi”nin fəalları Hüseyn Münşiyev, Əfrasiyab
Əzimоv, Məşədi Şamil Hacıyev, Zülfüqar bəy Haqverdiyev,
Xuduş Quliyev, Kazım bəy Kazımbəyоv və Məmmədcəfər
Muxtarоvu Şuşa həbsxanasına salmış, sonra Həştərxan qu-
berniyasına sürgün eləmişdilər...
Elə həmin günlərdə Bakıda qəlbini ağrıdan hadisələr də
baş verməyə başlamışdı: irşadçılarla mollanəsrəddinçilər,
mollanəsrəddinçilərlə tazəhəyatçılar, tazəhəyatçılarla irşadçı-
lar arasında qızğın söz davası gedirdi. Haşım bəy “Tazə
həyat”ın “İrşad”ı sıxışdırmasından yazmışdı, bu da irşadçıla-
rın xoşuna gəlməmiş, həmin qəzetdə çalışan Üzeyir bəy
müəlliminə sərt cavab verib onu “hoqqabaz” adlandırmışdı;
“İrşad”ın beş min üç yüz abunəçi toplamaq cəhdi “Molla
328
Nəsrəddin”in istehza hədəfi olmuşdu, bu dəfə də Üzeyir bəy
qələmini çəkib onların cavabını vermişdi; mollanəsrəddinçi
Mirzə Ələkbər Sabir “Otello”nun tərcüməsinə görə, Haşım
bəyə həcv yazmışdı, o da yəqin, cavab vermək üçün fürsət
axtarırdı. Bütün bunları eşidəndə təəssüf hissindən ürəyi sı-
zıldayırdı.
Amma bir tərəfdən də anası və qardaş-bacısıyla bağlı niga-
rançılığına son qoyuldu: böyük yeznəsi Məhəmməd onları
Aşqabada aparmaq üçün gəlmişdi. Yığışıb Şuşadan faytonla
Yevlaxa, Yevlaxdan qatarla Bakıya çatmışdılar. Onları
Mirhəsənlə vağzalda qarşıladı, dar otağında bir neçə gün qo-
naq eləyib gəmiylə Qızılsuya yola salandan sonra tamam
arxayınlaşıb dərslərilə məşğul oldu.
Yay tətillərində Aşqabada gedir, o şəhərdən Bakıya
həyəcan dolu macərəlarla qayıdırdı; həmişə də həmin
səfərlərində Avropadan Asiyaya səyahət eləməsilə bağlı duy-
ğular yaşayırdı. Hətta, realnı məktəbin şagirdi kimi ilk dəfə
gedəndə yaddaşında uzun illər qalacaq hadisə də baş vermiş-
di: dostlarıyla yığışıb “Firudini” məktəbində İskəndər bəy
Məlikovun “Yaxşılığa yamanlıq” pyesini tamaşaya qoymuş-
dular, Yusif nökər Həmzə rolunda oynamışdı.
Başsız ailənin ağır vəziyyəti daim qəlbini ağrıdırdı. Anası,
hələ ərə getməmiş bacıları, Mir Abdulla bir an da olsun ya-
dından çıxmırdı. Hətta, məcbur qalıb Haşım bəyə məktub da
yazmışdı: “Halımız fənadı, kömək lazımdı. Ümidvaram, biz də
Dostları ilə paylaş: |