qəbul eləyərdik. İkisinin arasındakı koridorun (qəfəxana) bir tərəfinə
məkulat (şey-şüy) yığılardı, o biri tərəfində iri bir su küpü vardı,
tuluqçu Xan qızının bulağından su gətirib ora tökərdi. Kəllayı
“bağdadi” idi – taxtadan yapılıb üzərinə suvaq çəkilmişdi, xırda
otaqsa, çubuqdan hörülüb suvanmışdı, ikisində xırda şüşəli enib-
qalxma pəncərə vardı. Evin qarşısında daş döşəli balaca bir meydan-
ça, sol tərəfdə təndirxana, qarşıda ətrafına cağ çəkilmiş güllü-çiçəkli,
meyvə ağaclı gözəl bir bağça vardı... Bağça ilə küçə arasında da daş
tağlı dörd dükanımız sallaqxana icarəsində idilər...” O tərəfdəsə
qonşuları Qara Aslanın, Kosa Səmədin, Lal Sarayın, Ları
Muxtarın evləri sıralanmışdı.
Evlərinin olduğu Mərdinli və Quyuluq məhəllələri arasın-
dakı Çuxur məhəllə, uşaqlarının keçdiyi Aşağı meydan,
Bəylik eşiyi, Qapandibi meydançası, Urudlar, Seyidli, Culfa-
lar, Dördlər, Qurdu, Hacıyusifli, Dördçinar, Çölqala, Saatlı,
Mamayi, Köçərli, Xocəmircanlı, Dəmiçilər, Hamamqabağı,
Təzə məhəllələr, Şor bulaq, Meydan bulağı, İsa bulağı, Saxsı
bulaq, Şahlıq körpüsü, Rastabazar, Şeytanbazar, Torpaq mey-
dan, Ağaböyük Xanımın bürcü, Kəlba Şəhriyarın bağı,
Mirfəseh bağı, “Həzrət Əli” kahası, “Qızıl qaya”, Ağabəyim
Ağanın qəsri, Bəhmən Mirzə Qacarın sarayı, Xan qızının sara-
yı, Xan qızının bulağı, Aşağı Gövhər Ağa məscidi, Yuxarı
Gövhər Ağa məscidi, Şırlan məscidi, karvansaralar... gün
kimi yadındaydı. “Şəhərimizdə on yeddi məhəllə, hər məhəllənin
bir məscidi və xüsusi həyəti var, – illər keçəndən sonra yazırdı.
– Bir məhəllənin çocuğu o birisinə getdimi, döyərdilər. Bu adət idi.
Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi.
Mən də belə böyüdüm... Cövlangahımızdan biri də Aşağı meydan
idi. Burda bir hamam, yanında dəllək dükanı, iki baqqal, iki də əttar
316
dükanı vardı. Qışda ora maraqlı olmaazdı – palçıq dizə çıxardı; xoş
havalar başlananda bura bir aləm idi. Xoruzbazlar xoruzunu, qoç-
bazlar qoçunu gətirir, döyüş başlayırdı...”
Sonra atası gördü, Molla Mehdinin məktəbində bir şey
öyrənməyəcək, Ağdama apardı; amma Ağdam məktəbində
də rus dili dərsi keçilmirdi, Mir Yusif də atasının çox istədiyi
o dili öyrənmək üçün neçə kilometr uzaqdakı Muradbəyli
kəndinə getməli olurdu. Burda da bircə il tab gətirdi, sonra
Haşım bəyin müdir olduğu rus-tatar məktəbinə qayıtmalı
oldu, ardıncna realnı məktəbin şagirdi oldu.
Onda Şuşa realnı məktəbi bütün Qafqazda məşhur idi.
Şəhər camaatı 1880-ci il iyununda Peterburqa – Qafqaz
komitəsinə müraciət eləmiş, növbəti il Şuşada altı sinifli real-
nı məktəb açılmışdı. Hazırlıq və üç əsas sinifdən ibarət
məktəbdə o dövrün tanınmış maarifçilərindən Mirzə Salah
bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyirdilər.
Mirzə Salah bəy Fransada, sonra Rusiyada, Sankt-Peter-
burqda təhsil almış, Şuşaya qayıdıb öz vəsaitilə məktəb tik-
dirmiş, həmin məktəbdə rus dili dərsi demiş, “Azərbaycanlılar
üçün rus dilinin tədrisi” vəsaitini yazmış, Firidun bəy
Köçərliylə birgə “Təlimati-lisani-türki” dərsliyini tərtib
eləmişdi. Qori Müəllimlər Seminariyasının məzunu Yusif bəy
Məlikhaqnəzərov riyaziyyatdan dərs deyirdi, həm də şəhər
dumasının üzvü və həvəskar teatr truppasının aktyoruydu.
1896-cı ilin payızında ikisinifli rus-tatar məktəbi açılanda
Bəhmən Mirzə Qacar-Qovanlı və Xan qızı Natəvanın oğlu
Mehdiqulu xan Vəfa bina tikilənəcən öz mülklərini dərs
keçmək üçün verdilər. Mehdiqulu xan həm də məktəbin fəxri
müdiri seçilmişdi. “Firəng Əhməd” ləqəbli Əhməd bəy Ağa-
yev Fransadan qayıdandan sonra ikinci il idi ki, şəhər
məktəbində fransız dilindən dərs deyirdi, həm də Mehdiqulu
xanın köməyilə ilk qiraətxana yaratmışdı...
...Atası, az qala, hər həftə Mir Əbülhəsənə yazırdı:
Dostları ilə paylaş: |