Neriman Qurban indd


XX FƏSİL ŞEYX QIZI MÜNİRƏ  Muhamməd Əsəd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə84/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   80   81   82   83   84   85   86   87   ...   175
XX FƏSİL

ŞEYX QIZI MÜNİRƏ

 Muhamməd Əsəd

 Berlin, İstanbul, Port-Səid, Məkkə, Mədinə 

 Noyabr 1926-cı-sentyabr 1929-cu illər

 Başqalarının nəzərində dəyişmək o qədər də çətin deyil: uzaqbaşı 

geyimini,  bölüşdüyün  fikirlərini  dəyişirsən,  hər  şey  bitir;  amma 

özünün nəzərində dəyişmək çətin şeydi, uzun müddətə başa gəlir, 

bəlkə də heç mümkün deyil.

 Babası Leopolda xüsusi dini təhsil vermişdi. Amma nəvə 

ədəbiyyata meyilli çıxdı, “Talmud”dan çox Henrix Senkevi-

çin tarixi, Jül Vernin fantastik romanlarından, Fenimor Kuper 

və Karl Mayın hindu hekayətlərindən, Rayner Mariya Rilke-

nin  şeirlərindən  və  Fridrix  Nitşenin  “Zərdüşt  belə  söylədi” 

kitabından hədsiz zövq alırdı. Dəqiq elmlərə meylinin olma-

ması da atasını hovsələdən çıxarırdı. 

 Babası və atası qatı dindar deyildilər. Anası Malka Lem-

berqin – Lvovun varlı bankiri Menahem Mendel Feygenbau-

mun qızıydı. Leopoldun aləmi elə anasının ölümündən sonra 

darmadağın  oldu:  on  doqquz  yaşı  vardı,  atasının  tezliklə 




345

evlənəcəyinə  əminiydi,  yad  qadınla  eyni  dam  altında  yaşa-

mağısa, ağlına sığışdıra bilmirdi. Qardaşının öz həyatı vardı, 

bacısı da Allahın zəif bəndəsiydi, atasının iradəsindən kənara 

çıxmayacaqdı. Elə fikirləşdiyi kimi də oldu; indi məktub ya-

zıb onu atasının adından ittiham eləyir, həyatından sildiyini 

bildirir.

  Muhamməd  Əsəd  bu  qəti  fikrin  zamanla  dəyişəcəyinə, 

Karl Veysin öz oğlunu dərindən dərk eləyib, tanıyandan son-

ra fikrindən dönəcəyinə əminiydi. Doktor Veysman necə de-

mişdi? Vacib olan batindi, zahir yalnız batini gizlətməyə xidmət 

eləməlidi. Elm və əxlaq vurğunu olan atası bunu dərk eləyəcək.

 Bu həqiqəti başa düşdüyünə, hətta onun ardınca getdiyinə 

görə, Elzaya minnətdar idi: dilə tutmadı, təzyiq göstərmədi, 

könüllü olaraq “böyük missiya adamı”nın həyatına girdi, həm 

də  onun  həyat  tərzini  qəbul  elədi,  üstəlik,  oğlunu  da  bu 

həyatın bir parçasına çevirdi.

 1927-ci ilin Milad bayramından bir neçə gün sonra yığışdı-

lar; Elza hər bir müsəlman üçün Məkkə ziyarətinin vacibliyini 

sözsüz qəbul elədi. Əlbəttə, ilk vaxtlarda çadraya bürünmək 

ona, sadəcə, maraqlı gələcəkdi, amma sonra buna da alışacaq, 

başqa  aləmin  adamına  çevriləcəkdi.  Haynrix  hələ  dünyanı 

anlamır, ətrafında nələr baş verdiyindən xəbəri yoxdu, anası-

nın  yanında  bu  qalın  dodaqlı,  nazik  bığlı,  ucaboylu,  geniş 

alınlı,  saçı  tökülməyə  başlayan,  monokl  taxmış  kişinin  niyə 

peyda olduğunu, sonra anasının da, həmin kişinin də geyimi-

nin nəyə görə dəyişdiyini, günün müxtəlif saatlarında ikisi-

nin  də  dodaqaltı  nə  pıçıldadıqlarını  dərk  eləmirdi.  Ondan 

ötrü  özünün  qatara  minməyi,  pəncərəndən  ötüb-keçən 

şəhərlərə, kəndlərə, meşələrə, çaylaya, dağlara baxmağı daha 

maraqlıydı.

 Bu dəfə Muhamməd Əsədin planında Qüds yox idi. İstan-

buldan Port-Səidə gedən gəmiyə minəcəkdilər. Şübhəsiz, İs-

tanbulda bir neçə gün qalıb, bir vaxt maraq üzündən tamaşa 

elədiyi şəhərə indi ruhunu duymaq məqsədilə ayaq basdığını 




346

sübuta yetirmək, İslamın, əslində, nə olduğunu çox sadə dillə 

başa  salmış  Muhammad  Əsəd  Ərbili  Həzrətlərilə  bir  də 

görüşmək istəyərdi. Amma yox, hələ istədiyi mərtəbəyə çat-

mayıb, Ərbili Həzrətlərinin hüzuruna elə səviyyədə çıxmalıdı 

ki, şeyx onun kamalına heyran qalsın.

  Əlbəttə,  hər  şey  –  əzəmətli  İstanbul,  mavi  dəniz,  qumlu 

səhra limanı Port-Səid, yastı damlı ərəb evləri, dəvə karvanla-

rı Elzaya maraqlı gəlirdi. Fikrincə, səhra həyatının rənglərini 

tabloya köçürmək daha çətin idi, çünki rənglə rəngsizlik ara-

sındakı  çalarları  axtarmaq  lazım  gəlirdi;  Avropadasa  bu 

çətinlik yoxdu, hər şeyin özünün müəyyənləşmiş rəngi var.

  “Xorasan  çöllərində,  Əfqanıstan  dağlarında,  Zərəfşan 

vadisində daha heyrətamiz rənglər görmüşəm, – Muhamməd 

Əsəd  arvadının  fikrini  təsdiqləyirdi. Amma  o  çalarlarda  da 

həyat sevgisini duymaq çətin deyil”.

 “Elə bil, Şərqin insanı niyə bu qədər cəlb elədiyinin sirrini 

başa düşməyə başlayıram, – Elza Məkkəyə getmək üçün Port-

Səiddə  kirayələdikləri  “Sitroen”in  arxa  oturacağından  çox 

uzaqlardakı əl boyda görünən yaşıl vahələrə, dəvə karvanla-

rına, arabir rast gələn yastıdam tikililərə baxa-baxa deyirdi. – 

Burda adam Allaha daha yaxın olur”.

 “Bu barədə mən də düşünmüşdüm, – Muhamməd Əsəd 

Port-Səiddə  aldığı  ənənəvi  ərəb  geyimində  zəhirən  tamam 

başqalaşmışdı. – Ona görə də Şərqin taleyimə yazıldığını tez 

başa düşdüm”.

***

 ...Hər şey sanki bir göz qırpımında baş verdi: Məkkəyə ça-



tıb yerləşəndən bir neçə gün sonra Kəbəni ziyarətə getdilər.

 Ziyarət vaxtı namaz qılan zəvvara verdiyi sualı sonralar 

tez-tez xatırlayırdı: 

 “Allahın sizdən ona duyduğunuz hörməti diz üstə otur-

maqla,  alnınızı  yerə  vurmaqla  göstərməyinizi  istədiyinə 

əminsinizmi? – Zəvvardan soruşmuşdu. – Adamın ancaq öz 




347

qəlbinin sükutu içində dua eləməsi daha yaxşı olmazmı? Bu 

bədən hərəkətlərinin sirri nədi?” 

 Qoca zəvvar dişsiz ağzını açıb gülümsəyib demişdi: 

 “Allaha başqa necə ibadət eləyə bilərik? O bədəni və ruhu 

birgə  yaratmayıbmı?  Buna  görə  də  insan  ruhuyla  olduğu 

qədər bədəniylə də dua eləməli deyilmi?.. Əvvəlcə ayaq üstdə 

dua oxuyuruq, bu vaxt oxuduğumuz kəlamın insanın həyatda 

dik  qalması,  müvazinətini  saxlaması  üçün  verilən  Allah 

kəlamı olduğunu bilirik; sonra “Allahü-Əkbər (Allah böyükdü!) 

deyirik, bununla da Allahdan başqa qulluq eləməyə layiq bir 

kəsin, bir şeyin olmadığını dilimizə gətirir, dediyimizin aydın 

həqiqət olduğunu yenə dərk eləyir, bu həqiqətin bir daha şa-

hidi oluruq”. 

 Qocadan eşitdiyi bu sözlər İslamın ən sadə həqiqətlərindən 

biriydi. 

 Amma həyatı qəfildən darmadağın oldu. Ziyarətdən qa-

yıdandan  az  sonra  Elza  yatağa  düşdü.  Qəfil  qızdırma-

titrətmə  cəmi  dörd  gün  çəkdi:  həkim,  dava-dərman  kömək 

eləmədi, Elza o dördcə günün içində şam kimi söndü, təkcə 

hələ həyat eşqini saxlayan gözləri diri qalmışdı. Muhamməd 

Əsəd  Haynrixi  qulluqçunun  ixtiyarına  verib  tapşırmışdı  ki, 

uşağı anasının yanına buraxmasın, özüsə Elzanın əlindən ya-

pışıb  yatağının  böyründə  oturmuşdu,  dua  oxuyur,  salavat 

çəkirdi. Elə bil, bu qəfil fəlakətdən çaşmışdı; axı hər şey yax-

şı  başlanmış,  müsəlman  olmalarını  bütün  Berlin  eşitmişdi, 

Həcc səyahətinə çıxmış, məqsədlərinə çatmışdılar, bəs Allah 

hansı günahlarına görə onları sınağa çəkirdi?

  “Haynrixi  anamın  yanına  göndərərsən,  –  Elzanın 

gözlərindəki  işıq  get-gedə  öləziyirdi.  –  Mənə  kəlmeyi-

şəhadəti öyrədəcəkdin. Necədi kəlmeyi-şəhadət?”

 Muhamməd Əsəd kəlmeyi-şəhadəti aram-aram söyləməyə 

başladı.  Elza  get-gedə  zəifləyən  pıçıltıyla  onun  dediklərini 

təkrar  eləyirdi.  Axırıncı  sözləri  söyləyəndə  sifəti  işıqlandı, 

sinəsindən yüngül ah qopdu, gözləri söndü, başı yana əyilib 



348

sakitləşdi. Muhamməd Əsəd salavat çevirib meyitin gözlərini 

sığadı, sonra qalxıb yataq otağından çıxdı:

 “Elza daha yoxdu”, – kədərlə dilləndi.

  Qonaq  otağında  iki  nəfər  vardı:  biri  Şeyx  Hüseyn  Əl-

Şəmmariydi, Kəbəni ziyarət eləmək ərəfəsində Muhamməd 

Əsəd ona baş çəkib niyyətini bildirmiş, bəzi məqamlarla bağ-

lı məsləhətlər istəmişdi, indi Şeyx hörmətli qonağının başına 

gələn fəlakəti eşidib özünü yetirmişdi; o biri də Şeyxin şəxsi 

həkimi Əhməd İbn Saleh idi, gec xəbər tutduğuna, Elzanın 

dərdinə  dərman  eləyə  bilmədiyinə  görə  xəcalətli  görkəmlə 

oturmuşdu.

  “Allahın  məsləhətinə  şükür,  –  Şeyx  başsağlığı  verdi.  – 

Deməli, belə məsləhətmiş”.

 “Yeri cənnət olsun”, – həkim dua oxudu.

 Salavat çevirdilər.

  “Elə  bilirəm  ki,  mərhum  zövcəniz  müsəlman  kimi  bu 

müqəddəs torpaqda dəfn olunmağını istərdi”, – Şeyx üzünü 

Muhammad Əsədə tutdu.

 “Hə, əlbəttə”, – qeyri-ixtiyari dilləndi.

 Fikri Haynrixin yanındaydı: yazıq uşaq həqiqəti öyrənəndə 

necə olacaqdı?

  ...Elzanı  Həzrəti  Xədicənin  də  uyuduğu  Mualla  qəbi-

ristanlığında  torpağa  tapşırdı,  Haynrixi  etibarlı  bir  adamla 

Berlinə,  mərhumun  qohumlarının  yanına  göndərdi,  bir  qə-

dər  özünə  gəlmək,  oxuyub-yazmaqla  təskinlik  tapmaq 

qərarına  gəldi.  O  gündən  Böyük  məscidin  kitabxanasında 

məskən  saldı,  ərəb  tarixinə  və  ədəbiyyatına  dair  kitabları 

oxumağa başladı.

 Sən demə, qismətində Kralla dostluq da varmış...

  O  günlərin  birində  kitabxanada  vəliəhd  Feysalla  tanış 

oldu, daha doğrusu, prins onun ilahiyyatçı olduğundan xəbər 

tutub özü tanışlıq verdi, qısa söhbətdən sonra atasının hüzu-

runa dəvət elədi. Muhammad Əsəd dəvəti qəbul eləyib getdi 

və... altı il Kral Həzrətlərinin müsahibinə, məsləhətçisinə, ən 

yaxın adamlarından birinə çevrildi. 




349

 İlk görüşdəncə söz-söhbəti, Şərqə, ərəb xalqına sevgisilə 

Əbdüləzizin könlündə özünə yer tapmışdı: Kral onu öz sara-

yında  görmək  istədiyini,  ölkəni  sərbəstcə  gəzib-dolaşmaq 

üçün bütün imkanlar veriləcəyini bildirəndə imtina eləmədi: 

ərəb aləminin qəlbində, həm də bu qədər gözəl şərtlərlə yaşa-

maq daha kimə qismət ola bilərdi? Elə Şərqlə bağlı düşüncələrə 

qapılandan bunu arzulamırdımı?

 “Onsuz da, mənim başqa bir yolum olmadı, – sonralar yaza-

caqdı,  –  uzun  illər  bunu  hiss  eləmədim,  amma  hər  dəfə  Məkkə 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin