Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə86/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   82   83   84   85   86   87   88   89   ...   175
Allahın məsləhəti beləymiş.

 İndi Allah-taala çiyinlərində böyük missiya olan cavan ki-

şinin  subay  qalmasına  razı  olmazdı,  əgər  məsləhətdisə, 

Münirəni yaxın müddətdə onun arvadı eləyəcəkdi.

  Yadındadı,  ilk  dəfə  gələndə  Şeyxin  ailəsindən  kimsəni 

görməmişdi,  qulluqçular  xidmət  göstərmişdilər,  qonaq  da, 

təbii ki, ailə barədə sorğu-sual eləməmişdi, – ailə başçısının 

məsləhət bilmədiyi şeyləri soruşmağın qəbahət olduğunu bi-

lirdi. Bu dəfəsə dəstəmaz almaq üçün Şeyxin göstərdiyi qapı-

dan həyətə çıxanda qızla, az qala, burun-buruna  gəldi. Qız 

çaşdı, amma gözlədiyi kimi, qaçıb getmədi, təəccübdən böyü-

müş iri qara gözlərini qonağın üzündən çəkib yol verdi, həm 

də başıaşağı salamlaşdı:

 “Xoş gəlmisiniz. Allahın rəhməti sizinlə olsun!”

 Qonaq nəzərlərini ondan çəkmədən gülümsədi:

 “Xoş gördük!”

 Sonra dəstəmazını alıb Şeyxin yanına qayıdanda hiss elədi 

ki, onların rastlaşmalarını ev sahibi görüb.

  “Qızımdı,  –  Şeyx  açıq  pəncərədən  həyətə  baxa-baxa 

dilləndi.  –  Altı  yaşından  oxuyub-yazmağı  öyrənib.  –  Sonra 

söhbətin  mövzusunu  dəyişdi.  –  Zeyd  ibn  Qanimin  yanına 

adam göndərdim. İndiki məqamda Şəmmari qəbiləsinin Kra-

la qarşı çıxması fəlakət olardı”.

 “Əziz dostum Zeydlə görüşümüzdən çox keçib, – Muham-

məd  Əsəd  iltifatla  gülümsədi,  –  bura  təşrif  buyursaydı, 

görüşərdik”.




353

 “Bu hadisələrin necə davam eləyəcəyindən asılıdı, – Şeyx 

qayğılı  halda  başını  yırğaladı.  –  Sənin  də  hələ  səyahət 

fikrindən daşınmağın məsləhətdi”.

 “Əlbəttə, – Muhamməd Əsəd razılaşdı, – onsuz da işlərim 

kifayət qədərdi, gördüklərimi, öyrəndiklərimi yazmaq üçün 

mənə vaxt lazımdı”.

 Sarayda kralın səxavətindən ona hər cür şərait yaradılmış-

dı, rahatlıq içində yaşayırdı. Bununla belə, o zahiri rahatlığı 

içində  duya  bilmirdi,  ona  elə  gəlirdi  ki,  daim  hökmdarın 

adamlarının  nəzarəti  altındadı.  Otağına  çəkilib  yazanda 

pəncərələrdə, qapının açar deşiyində onu izləyən göz axtarır, 

bağda gəzəndə gözətçi-qulluqçuların baxışlarını canında hiss 

eləyirdi.  Bütün  bu  sıxıntılardan  qurtarmaq  üçün  səyahət 

gözəl  bəhanəydi.  İndi  budur,  səyahət  başa  çatmış,  canında 

həmin vəsvəsələr təzədən baş qaldırmışdı.

 Bu vəsvəsədən qurtarmaq üçün ən yaxşı çıxış yolu dostu 

Şeyx Əl-Şəmmarinin evinə sığınmaq idi. Amma bunun da iki 

tərəfi vardi: birincisi, bu təklif Şeyxdən gəlməliydi; ikincisisə, 

indiki halda çox riskliydi, “casusluq” barədə şayiələrə daha 

geniş  rəvac  verərdi.  Hələ  kralın  gözünün  qabağındaydı, 

gizlənib-eləmirdi,  bu  da  dedi-qodunun  qarşısını  xeyli 

dərəcədə alırdı.

 Münirə canına od salmışdı; elə həmin gündən hiss elədi ki, 

onu görmək istəyir...

 Amma bu da Şeyx əl-Şəmmarinin xeyir-duasıyla baş tut-

malıydı...

 Yəqin, Zeydin gəlməsi bir çox məsələlər kimi bu sevdaya 

da əlac qılacaqdı...



354


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin