XXIII FƏSİL
TALEYİN QƏFİL TÖHFƏSİ
Yusif Vəzir
Bakı, Kislovodsk, Bakı
Aprel 1926-cı-oktyabr 1929-cu illər
...Sonra hər şey yuxularındakı kimi baş verdi...
İllərin intizarından yorulmuş ruhu Vətən havasını duyan-
da, elə bil, dirçəldi, canlandı, özünə gəldi...
Qatar Yalamanı keçəndən sonra, az qala, gözlərini qırpma-
dan pəncərədən bayıra baxır, aradabir tambura çıxıb acı papi-
ros tüstüsüylə həyəcanını ovutmağa çalışırdı, kupe yoldaşla-
rıyla söhbəti tez-tez çürük sap kimi qırılırdı.
Qatardan düşəndə diz çökdü, əyilib göz yaşları içində tor-
pağı öpdü. Adamlar dayanıb avropasayağı geyinmiş, qırx
yaşlarındakı kişinin göz yaşları axıtdığına baxırdılar. O isə
kimsəyə fikir vermədən xeyli çamadanının üstündəcə oturub
toxtadı, sonra həsrətlə ətrafa boylana-boylana çıxışa doğru
getdi. Sonralar bu duyğusunu belə ifadə eləyəcəkdi: “Mənim
üçün Vətən dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir
liman kimidi...”
355
Gələcəyini kimsəyə xəbər verməmişdi ki, narahat olmasın-
lar; Bakıda bir yuvası, ev-eşiyi yox idi – yeddi il əvvəl Odessa-
dan gəlib səfir kimi Konstantinopola yola düşəndə, heç
mənzil-filan barədə də fikirləşə bilməmişdi. İndi sənəd,
mənzil, iş məsələlərini yoluna qoyanacan mehmanxanada
qalmaq olardı. İyirmi il əvvəl Şuşadan çıxandan bəri həyatı
mehmanxanalarda, kirayə, mənzillərdə, baraklarda keçmişdi,
bir qədər də dözər.
Əlbəttə, “nicat sahilin”də getməli yerlər vardı, amma “ka-
pitalist ölkəsindən gəlmiş adam”a görə kiminsə narahat ol-
masını istəmirdi: qoy hər şey yoluna düşsün, qohum-qardaş,
dost-tanış onun qayıtdığını, hər şeyi geridə qoyduğunu qəbul
eləsinlər, hamı kimi olduğuna alışsınlar, bundan ötrü zamana
ehtiyacı var.
Aprelin üçüncü günü olsa da, havada yazın qoxusu hələ
güclə duyulurdu. Qatardan düşəndə paltosunu geyin mə mişdi,
qolunun üstünə aşırmış, şlyapasını da əlinə almışdı, o biri
əlindəsə köhnə, iri çamadanı vardı, qalın qaşlarını dartıb
heyrətlə evlərə, küçələrə, maşınlara, adamlara, ağaclara baxırdı.
Bütün bunlar indi ona bir qədər yad, uzaq gəlirdi, amma
az sonra tanıyacaqdı, doğmalaşacaqdı, özünə yaxın sayacaqdı
– bundan ötrü bir qədər vaxt lazım idi...
...Hər şey gözlədiyindən də tez, daha doğrusu, sürətlə baş
verdi...
Mehmanxanada yerləşəndən sonra Bakı Şəhər Sovetinə
yollanıb qeydiyyata düşdü. Səhəri gün Qəzənfər Musa-
bəyovun qəbuluna gedib gəldiyini xəbər vermələrini, təşək-
kürünü çatdırmalarını xahiş elədi. Görüşə can atmadı,
fikirləşdi ki, vəzifə adamıdı, işi başından aşır, məsləhət bilsə,
özü çağırtdırar: yəqin, qayıtmasına icazə verdikləri evsiz, iş-
siz, pulsuz vətəndaşın, üstəlik, keçmiş tələbə yoldaşının halı-
na yanacaq.
Cəmi iki gündən sonra Musabəyovun göndərdiyi adam
onu tapdı: yoldaş Vəzirov təcili Bakı Şəhər Sovetinə getməlidi,
mənzillə təmin olunması barədə ora müvafiq göstəriş verilib.
356
Elə həmin gün də Krasnaya küçəsindəki iyirmi saylı bina-
nın – keçmiş “Dadaşovların evi”nin birinci mərtəbəsində iki-
otaqlı mənzil təklif elədilər. Düzdü, bir elə kommunal rahat-
lığı yox idi, amma necə deyərlər, bəy verən atın dişinə bax-
maq olmazdı, həm də bu barədə düşünməyin heç yeri deyil-
di: axır ki, Şuşadan çıxandan sonra özünün yeri-yurdu ola-
caqdı. Üçmərtəbəli evin birinci mərtəbəsindəki iki otaqdan və
mətbəxdən ibarət mənzil indi ondan ötrü saraylardan da
qiymətliydi. Otaqların küçəyə baxan pəncərəsi vardı, girişi
mətbəxdən olsa da, bunun da eybi yoxdu; pəncərənin önündə
yazı masası, divarboyu kitab şkafı yerləşdirəcək, yemək ma-
sası, divan alacaq, hələ ki, mənzildə əvvəlki sahibindən qal-
ma köhnə çarpayı, masa və bir neçə stul var.
“Yusif Vəzir? Yoxsa qocalmışam, gözlərim məni aldadır?”
– Səhəri gün açıq pəncərədən küçəyə baxanda tanış səs eşitdi.
Hə, Şaiq Əfəndiydi, küçədə ayaq saxlayıb təəccüb və
sevgiylə ona baxırdı.
“Ah, Şaiq Əfəndi, nə xoş təsadüf oldu, – özünü itirib əl-
ayağa düşdü. – Gəlin, gəlin, lütfən...”
Dəhlizdə qucaqlaşdılar, kövrək “xoşgəldin”, minnətdarlıq
sözlərindən sonra Abdulla Şaiq əlini küçənin o biri tərəfinə
uzatdı:
“Biz də bu yaxındakı küçədə yaşayırıq, evə gedirdim. –
Sonra stulların birində əyləşib şlyapasını masanın üstünə
qoydu. – Gələcəyini bilirdim, Üzeyir bəy demişdi, olub-kecəni
də eşitmişəm. Başın sağ olsun, çox təəssüflənirəm”.
“Çox sağ olun, Şaiq Əfəndi, neyləyək, qismət beləymiş”, –
köksünü ötürdü.
“Kecəni qaytarmaq olmaz, – Abdulla Şaiq, əlbəttə ki,
qəzetdə çap olunan məktublarını oxumuşdu, əqidə yoldaşla-
rıyla aralarında baş verənlərdən xəbərdar idi. – Yığış gedək
bizə, subay evində neyləyəcəksən...”
“Şaiq Əfəndi...” – Yusif Vəzir bir bəhanə gətirib boyun qa-
çırmaq istədi.
357
“Daha qonşuyuq, – Abdulla Şaiq ayağa qalxıb şlyapasını
götürdü, – mən də ki, səndən böyüyəm, deyəsən... Yığış
gedək”.
Əlacsız qalıb onun dediyinə əməl eləməli oldu.
Dostları ilə paylaş: |