Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə89/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   85   86   87   88   89   90   91   92   ...   175
nah”  “Bir cavanın dəftərindən” romanlarına təzədən əl gəz-

dirir,  qürbətdəki  günlərindən  hekayələr  yazırdı.  “Kommu-

nist”,  Bakinskiy  raboçiy”,  “Yeni  fikir”  qəzetlərində  “Şair”, 

“Ayrılıq”, “Keçmişdən səhifələr”, “Osman Dövlətşin” hekayələri 

çap olundu. Düzdü, onda proletar cəmiyyətinin yabançılığı-

nın  ilk  ağrısını  da  duydu:  tənqidçilərdən  biri  “Osman 

Dövlətşin”  hekayəsini  nəzərdə  tutub  yazmışdı:  “Çox  yaxşı 



olardı  ki,  çəmənzəminlilər  proletar  inqilabının  qəhrəmanlarını  və 

əməkçilərini təsvir eləməkdən əl çəkib inqilaba, inqilabçılara böhtan 

və  iftira  söyləməsinlər...”  Amma  səbrini  basdı,  bu  ağrını 

dinməzcə uddu, ümid elədi ki, zaman keçdikcə onun ideolo-

giyaya yox, ədəbiyyata söykəndiyini dərk eləyəcəklər... 

 Tərcüməylə də məşğul olmağa başlamışdı, Aleksandr Sera-



fimoviçin “Qız quşu” hekayələr toplusunu və Aleksandr Nevero-

vun “Çörəkli Daşkənd” romanlarını çevirirdi, müəlliflər barədə 

bioqrafik oçerklər yazırdı...

 Aşqabadda olanda qeydlər apardığı, 1913-cü ilin oktyab-

rında  Kiyevdə  tamamladığı  “Qurban”  hekayəsini  bir  də 

gözdən keçirib “Komsomol” jurnalında çap etdirdi. Deyəsən, 

Kərbəlayı Qurbanın başına gələnlər oxuculara təsir eləmişdi, 

təqdir dolu rəylər alırdı...

 Oktyabrda Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin tama-

şasına baxdı, “Kommunist” qəzetində “Yeddi ildən sonra” adlı 

rəy  yazdı:  “Azərbaycan  həmişə  şərqdə  mədəni  rəhbər  olmuşdur. 



Tarix buna şahiddir. Bugünkü Azərbaycan keçmiş rolunu oynama-

ğa yenidən qədəm qoyur. Latın hürufatıyla Şərqin böyük eçtiyyarını 

(geriliyini) rəf edir. Teatposuyla da zövqlərin yüksəlməsinə çalışır”. 

 Hələ ki, həyatından o qədər də narazı deyildi...

 Amma ehtiyatlanmağa da əsası vardı: Mustafanın dediyinə 

görə,  köhnə  partiya  yoldaşlarından  bir  dəstə  tutmuşdular. 

Mirzəbala  Məmmədzadə  xaricə  gedəndən  sonra  Dadaş 

Həsənov  gizli  Mərkəzi  Komitənin  sədri,  Əhməd  Hacınski, 




361

Əbülfəz Babayev, Məhəmmədhəsən bəy Vəlili-Baharlı, Rəhim 

bəy Vəkilov üzvləri imiş. Mərkəzi Komitəni Dadaş Həsənov, 

Əhməd Hacınski və Əbülfəz Babayevdən ibarət rəhbər özək 

–  məsul  üçlük  idarə  eləyirmiş.  Hamısını  Solovkiyə  sürgün 

eləyiblər.

  Ürəyində  Dadaş  üçün  yanıb-yaxıldı:  o  sona  qədər 

əqidəsindən dönmədi...

  ...Günlərin  birində  də  könlünə  Mirzə  Cəlillə  görüşmək 

düşdü. İlk nömrəsini Haşım bəyin sevinə-sevinə bağışladığı, 

çap olunmaqdan ötrü bir neçə uğursuz cəhd eləyib tamarzı 

qaldığı  “Molla  Nəsrəddin”in  müəllifini  yaxından  görmək 

istəyirdi.  Redaksiyaya  zəng  vurdu,  ona  niyyətini  bildirdi. 

Amma təəccüblüdü, Mirzə Cəlil özü onun yerini soruşdu, sa-

bah vaxt tapıb gələcəyinə söz verdi.

 Ertəsi gün də verdiyi sözə əməl elədi: ortaboylu, iribığlı, 

çopur burnunun üstü tüklü, iri əsalı Mirzə işlədiyi otağa girib 

salam-kamaldan sonra dilləndi:

 “Sizi çox yaşlı zənn eləyirdim, cavanmışsınız”.

 “Qırx yaş o qədər də cavan demək deyil, Mirzə, – Yusif 

Vəzir qonağına stul təklif elədi. – Buyurun, əyləşin”.

 “Yox, – Mirzə Cəlil əsasıyla bayıra işarə elədi. – Orda hava 

yaxşıydı,  bir  az  gəzmək  fikrim  var.  Bazar  günü  gələrsən, 

söhbət elərik”.

 Elə o bazar da Mirzə Cəlilin evinə getdi. İş otağında otur-

dular,  Həmidə  xanım  “xoş  gəldiniz”  eləyib  çay  gətirməyə 

gedəndən sonra maraqlı söhbət gözləyən Yusif Vəzir lap da-

rıxdı:  əmisinin  jurnalın  ilk  sayını  necə  bağışladığını,  o  sayı 

iyirmi  ildi  özüylə  gəzdirdiyini  danışırdı,  Mirzə  Cəlilsə 

çənəsini əsasına söykəyib oturmuşdu, arabir başını qaldırma-

dan anlaşılmaz sözlər deyirdi:

 “Hmmm?.. Hə.. Deməli, belə...”

 Yusif Vəzir Parisdə Vətən həsrəti çəkməsindən danışırdı, 

ev sahibi yenə qeyri-müəyyən halda dillənirdi:

 “Hə?!. Nə olar ki?!. Hə...”



362

  Bütün  görüşləri  beləcə  keçdi.  Axırda  qırıq,  rabitəsiz, 

məntiqsiz ifadələrdən yorulub ayağa qalxdı:

 “Yaxşı, Mirzə, izin verin, mən gedim, bir balaca yazı-pozu 

işlərim var”.

  “Hə?!.  –  Mirzə  Cəlil  yerindən  dikəldi.  –  Nolar...  Tez-tez 

gəlin, belə söhbətlər eləyək”.

  Boğazında  qaynayan  gülüşü  boğub  mənzildən  çıxdı. 

Amma küçədə daha özünü saxlaya bilmədi: aləmdə məşhur 

olan bu böyük sima ona o qədər məhdud təsir bağışlamışdı 

ki, heyrətindən çaşmışdı. Üstəlik, məhəllə uşaqları onu Çarli 

Çaplinə oxşadıb arxasınca düşmüşdülər. Arada dönüb şlya-

pasını çıxarır, bığını oynadır, onları güldürürdü... 

 

***



  ...Payızın  əvvəllərində  bacısı  Qönçə  oğlu  Nuşirəvanla 

birgə  Aşqabaddan  gəldi:  görünür,  Vətənə  qayıtmasını 

eşitmişdilər,  ya  da  qohumlardan  kimsə  xəbər  vermişdi. Az 

qala, iyirmi il görmədiyi bacısı xeyli qocalmışdı, göz yaşı axı-

da-axıda qardaşını duz kimi yaladı, nakam Mir Abdulladan 

ötrü həzin-həzin dil dedi. Az sonra məlum oldu ki, gəlişinin 

səbəbi  yalnız  onunla  görüşmək  deyil,  ailədə  sıxıntıları  var. 

Kədərləndi, amma olacağa çarə yox idi...

 Bir-birinin ardınca üç kitabı çıxdı: “Cənnətin qəbzi”, “Keç-


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin