sa özünü dəyişdirə bilər. Bilqeyis ondan ötrü, doğrudan da, ta-
leyin qəfil töhfəsiydi. Diqqətcilliyi, qayğıkeşliyi, səmimiliyi,
mehribanlığı, gülərüzlülüyilə həyatına işıq gətirmişdi. Anası-
nı itirəndən sonra bu qədər dərindən ailə duyğusu, könül ra-
hatlığı hiss eləməmişdi. Bilqeyis istəyini üzündən oxuyur,
pərvanə kimi başına dolanır, çay-çörəyinin vaxtını keçməyə
qoymur, maddi sıxıntılarını, mənəvi çalxantılarını ovutmaq
üçün qəlbinin hərarətini əsirgəmirdi. Sadə mənzilində hələ
kifayət qədər rahatlıq olmasa da, Bilqeyisin şəfqətli əlləri, xoş
çöhrəsi ona hər şeyi unutdurur, illərin qayğılarından
təbəssümü unutmuş simasına işıq gətirirdi. Xoşbəxtlik
qəlbində, sevinc gözlərində, təbəssüm dodaqlarında, sevgi
qəlbində peyda olmuşdu, arzularsa bütün qəlbini çulğamışdı.
Belə məqamlarda vaxtilə yazdığı sözləri xatırlayırdı:
“
Qadının
xoşbəxtliyi nədədi? Qadın o zaman xoşbəxtdi ki, ərinin gülümsəyən
gözlərini görüb, o sevincin səbəbinin özü olduğunu dərk eləyir”. Bir
də düz iyirmi il əvvəl gündəliyinə köçürdüyü fikrini yada sa-
369
lırdı: “Qadın və kişi yalnız birlikdə olduqları zaman tamlıq təşkil
eləyirlər... Qadınlar və kişilər bütün işlərdə əl-ələ tutub addımlama-
lıdırlar...”
Axır ki, arzuladığı məqam gəlib yetişmişdi...
...Yayda istirahətə getmədi, Bakıda qalıb kurslarda dərs
dedi ki, maddi çatışmazlıqlarını bir qədər aradan qaldırsın.
Üstəlik, “İqtisadi xəbərlər” məcmuəsinə neftdən, meşə-
çilikdən, qoyunçuluqdan, südçülükdən, pambıqçılıqdan, xal-
çaçılıqdan... məqalələr yazırdı. Həm də çox həyəcanlıydı, ilk
övladını gözləyirdi. Atalıq duyğusu, elə bil, gündən-günə
onu dəyişdirir, başqa adama çevirirdi.
O yay günlərinin birində də küçədə Mirzə Qədirə rast
gəldi. Görünür, sabiq həmkarı onu daha tez görübmüş, əlində
tor zənbil duruxub qalmışdı, bilmirdi ki, kapitalist ölkəsindən
qayıtmış Yusif Vəzirlə görüşsün, yoxsa kirimişcə aradan çıx-
sın. Amma Yusif Vəzir ona aman vermədi:
“Mirzə Qədir, – onu səslədi, – nə xoş təsadüf! Yoxsa
mənimlə rastlaşacağını gözləmirdin?”
“Qayıtdığınızı eşitmişdim, – Mirzə Qədir çəkinə-çəkinə
əlini uzatdı. – Həmişə evinizdə-eşiyinizdə...”
“Vəziyyətin nə təhərdi? – Yusif Vəzir onu başdan-ayağa
süzüb soruşdu. – Maşallah, pis deyilsən”.
“Belə də... – Mirzə Qədir dilini sürüdü. – Xalq Maarif Ko-
missarlığında müfəttişəm. Birtəhər çulumuzu sudan çıxarı-
rıq”.
“Sabiq həmkarlardan nə xəbər? Kimləri görürsən?” – Daha
çox Zeynal bəydən soraq almaq ümidilə dilləndi.
“Eşitdiyimə görə, Cahangir bəy Tiflis universitetində dərs
deyir, – Mirzə Qədir səsini ehtiyatla alçaldıb cavab verdi. –
Zeynal bəydən bir səs-soraq eşitməmişəm, qayıtsaydı, xəbər
tutardım”.
Yenə nəsə soruşmaq istəyirdi, amma Mirzə Qədir bir aya-
ğını qaçaraq qoymuşdu:
“Üzrlü hesab eləyin, tələsirəm. İnşallah, görüşərik”.
370
Heç iş, ya da ev telefonunun nömrəsini də vermədi, sağol-
laşıb camaatın arasında gözdən itdi.
Bir müddət dayanıb onun ardınca baxdı, sonra bığaltı
gülümsünə-gülümsünə başını bulayıb evə doğru yönəldi.
Hər halda, Cahangir bəyin sağ-salamat olduğundan xəbər
tutmuşdu, Zeynal bəyin də yeni Türkiyə quranların sıraların-
da olduğuna ümid eləyirdi...
Canında Parisdən gətirdiyi səksəkənin səbəbini də o
günlərdə dərk elədi. Kirovdan sonra “respublikanın birinci
adamı” olan Levon Mirzəyan və həmfikirləri milli-mənəvi
dəyərlərə qarşı total terrora başlamışdı. Artıq muğama, tara,
qadağa qoyulmuşdu, muğamı heyvan bağırtısına oxşadır,
tarı sındırırdılar. Üzeyir bəy Aşıqların birinci qurultayında
yana-yana deyirdi: “Bizim oxumağımızın heyvanın bağırtısına
Dostları ilə paylaş: |