“şişirtmə”, “ağ yalanlar”, “vəhabiliyə çağırış”, “ərəb dilini bilməyən
müəllif”, “İbn Səudu sərsəri köçəri kimi təsvir eləyən yazıçı”,
“ədəbiyyat Qudinisi” (amerikalı illüziyaçı və hipnozçusu Harri
Qudiniyə oxşadırdılar)...
Bir tənqidçisə lap kəskin yazacaqdı: “Əsəd bəyin
“Muhamməd” əsəri uğursuz hekayə, populist, təhrif olunmuş fakt-
lar və sadəlövh izahlar toplusudu. Bu əsər heç yazılmamalıydı. Bu
“bioqrafiya”da səhv olmayan bir səhifə belə çətindi. Bu müəllifini
Quranın orijinal variantını və ya onun tərcüməsinin inanmaq
çətindi”.
Əsəd bəy bütün bunları oxuyub yenə sirli təbəssümüylə
gülümsünəcəkdi: oxuyurlar, deməli, maraqlıdı, qalanları
tezliklə ötüb-keçəcək...
...Verner Şendel ağqvardiyaçı mühacirin xatirə-qeydlərini
gətirdi: bu da maraqlıdı, ikicə aya öhdəsindən gəlmək olar,
təki oxucu ondan kitab gözləsin. “Ağ Rusiya: Vətənsiz xalq” ki-
tabı üç ayın tamamında kitab dükanlarında göründü.
Mətbuat da öz işindəydi...
Verner Şendel OQPU – Rusiyanın qaynağında saxlayan
amansız cəza təşkilatı haqqında bir qovluq qeydlər gətirdi.
397
Əsəd bəy ağ qurd kimi mövzuya atıldı: çox maraqlıdı,
təxəyyül üçün istənilən qədər imkan var, üstəlik, artıq bu
barədə əlinə bir kitab keçib, mövcud olan materiallardan və
fantaziyadan gen-bol yararlanmaq mümkündü. Üstəlik, o
təşkilatın əsas simalarından biri, Şərq bölməsinin rəisi olmuş,
Ənvər Paşanın məhvini həyata keçirmiş Georgi Ağabəyov iki
il əvvəl qaçıb Qərbə sığınmış, OQPU-nun iç üzü haqqında
maraqlı kitab çap etdirmişdi, bəd ayaqda ondan nəsə “əxz
eləmək” olar.
“OQPU – Dünyaya qarşı təxribat” kitabının əlyazması elə o
ilin payızına hazır idi...
Bununla belə, Kippenhauer nəşriyyatının çap elədiyi “Ağ
Rusiya” və “OQPU” gözlənilən səs-küyü yaratmadı, naşirlər
də bundan bir qədər pərişan oldular; kitablardakı tələsiklik,
pərakəndəlik, şişirtmə bolluğu irad tutulurdu, əvvəlki kitab-
lardakı sehr xeyli azalmışdı.
Üstəlik, yenə həmin Hilal Münşi ortaya çıxdı: Əsəd bəy
dörd il əvvəl “Der Döyçe Şpigel” qəzetində “Azərbaycan Res-
publikası” adlı məqalə çap etdirib bildiklərini yazmışdı. Bir il
sonra da “Şərqdə neft və qan” kitabı da çıxmış, onu bərk
qəzəbləndirmişdi. Hilal Münşi ona cavab kimi, məqaləylə
eyni adda kitabça buraxdırıb Əsəd bəyin bir çox fikirlərini
təkzib eləmiş, həm də müəllifliyini şübhə altında qoymuşdu.
Amma bütün bunlar onun əlini işdən soyuda bilməzdi...
***
Elə həmin vaxtlarda da Verner Şendelin başı qarışıq oldu-
ğundan Əsəd bəyə məktub göndərdi:
“Sürəti bir qədər azalt. İldə dörd kitab bir qədər şübhəli görünə
bilər”.
Nə olar, Əsəd bəy kitab yazmağa bir qədər fasilə verə bilər,
amma boş otura bilməz: artıq noyabr ayıdı, niyə, tutaq ki, İs-
tanbula və Praqaya getməsin, Şərq barədə bir-iki mühazirə
oxumasın. Amma Erika Berlində qalacaq, ədəbi aləmdəki
dostlarından ayrılmağa heç həvəsi yoxdu...
398
On bir il əvvəl gördüyü şəhər İstanbul olandan o qədər də
dəyişməmişdi. Əsəd bəy “Kleopotra” gəmisindən düşdüyü
limanı da, qaldığı “Pera Palas” otelini də xatırladı; amma bu
dəfə otelin ən yaxşı nömrələrinin birində yerləşdi: elə bil, o
vaxtkı miskin vəziyyətinin intiqamını alırdı. Qızılbuynuzda
– yerlilərin adlandırdığı kimi, Xalicdə bir müddət yaşayıb
xatirələrini qələmə almağı çox istəyərdi, amma heyif ki, vaxtı
yoxdu, onu vacib işlər gözləyir.
İstanbulda onu tanıyır, hörmət göstərir, kitablarından da-
nışırdılar. Əlbəttə, o ktablar türkcəyə çevrilsəydi, yaxşı olardı
– indi alman, fransız, ingilis dillərini bilənlərin sayı o qədər
də çox deyil...
Qayıdanbaş Praqada dayandı, “Urania” klubunda indiki
Rusiyanın qəlbi və ruhu haqqında mühazirə oxudu. Avstriya
mədəniyyət mərkəzindəki mühazirəsinə xeyli adam gəlmişdi,
Şərq barədə fikirlərinə əl çalan da oldu, təəccüblənən də,
amma başlıcası, kitablarının sorağı çatan şəhərə özü gəlib çıx-
mışdı...
Türkiyənin “Cümhuriyyət” qəzeti 20 noyabr 1932-ci il ta-
rixli sayında Vyanadan Nadir bəyin “Rusiyadakı türklər haqqın-
da bir konfrans” sərlövhəli xəbərini dərc elədi: “Dünən axşam
vyanalılar çox qiymətli bir türk yazıçısını alqışladılar. Əsəd bəy
isimli azərbaycanlı arkadaşımız “Rusiyanın bugünkü ruhu” möv-
zusunda konfrans keçirdi. Əsəd bəy Berlində tanınmış yazıçı və jur-
nalistdir... Əsəd bəy əslən bakılıdır. Atası orda ən zəngin neft
mədənlərinin sahibi olmuşdur...”
Bu əfsanə getdiyi yerləri ondan əvvəl fəth eləyirdi.
Müxbirlə də bir neçə kəlmə türkcə danışıb onun hədsiz
məmnunluğuna səbəb olmuşdu. Yerli qəzetlərsə onu “Rusiya-
dan olan türkmən Əsəd bəy” kimi tanıtdılar. Bu da pis deyil,
haqqında nə qədər çox şayiə olsa, şöhrəti o qədər geniş yayı-
lar – Şendel də bu barədə dəfələrlə xatırladıb.
...Düzdü, Vyanada içində kitabları, sənədləri, mühazirə-
lərinin mətnləri olan çamadan və portfelinin oğurlanması qa-
399
nını bir qədər qaraltdı, amma Əsəd artıq buna fikir verəcək
halda deyildi: Almaniyada hadisələr get-gedə daha təhlükəli
şəkil alırdı.
Qoca Gindenburq seçkilərdə cavan Adolf Hitleri qabaqla-
sa da, onsuz ötüşə bilməyəcək: Hitler kütlələrin hisslərilə
oyanmağı bacarır, açıq-aşkar görünürdü ki, hakimiyyət
tezliklə onun əlinə keçəcək, sonra da yəhudiləri və kom-
munistləri məhv eləmək haqqında əmr verəcək.
Əsəd bəy Berlinə qayıtmamaq qərarına gəldi, Ümumi İcti-
mai Təhlükəsizlik Şurasına gedib Avstriyada qalmaq
istədiyini bildirdi. Şuranın əməkdaşı bu qərarının səbəbini
soruşandasa dilləndi.
“Sadəcə, burda qalmaq istəyirəm, vəssalam”.
Əməkdaş da təəccüblə çiyinlərini çəkib sənədin üstünə
yazdı: “Sadəcə, burada qalmaq istəyir”.
Münasib mənzil kirayələdi, az qala, nəfəsini içinə çəkib
hadisələrin gedişini izləməyə başladı.
Duyumu aldatmadı: 1933-cü ilin yanvarında Gindenburq
Hitleri kansler təyin elədi. Cəmi bir ay sonra nasional-
sosialistlət Reyxstaqı yandırıb günahı kommunistlərin üstünə
yıxdılar, üstəlik, Veymar Respublikasının varlığına son qoy-
dular, yerində Üçüncü Reyxi qurmağa başladılar...
Əsəd bəy dərhal Erikaya teleqram vurdu: “Mümkün qədər
tez yığışıb Vyanaya gəlin”.
Almaniyada artıq kitabları yandırmağa başlamışdılar...
Əsəd bəysə ancaq kitab yazmaqla yaşayırdı...
|