Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə103/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   99   100   101   102   103   104   105   106   ...   175
heç vaxt ünsiyyətdə olmayacağınızı fikirləşsəniz də bütün maneələrə 

baxmayaraq,  həyatınızda  öz  yerlərini  tutacaqlar.  Hərdənbir 

minkəndli Nurməmməd Şahsuvarov gəlirdi. Onu Kiyevdən, 

universitetin hüquq fakültəsinə ekstern imtahan verəndən ta-

nıyırdı. Qori Müəllimlər Seminariyasını bitirib Gəncədə rus 

dili  müəllimi  işləmiş,  sonra  Tiflisdə  Aleksandr  Müəllimlər 

İnstitutunda  oxumuşdu.  Krımda  olanda  eşitdi  ki,  Dağlılar 

Respublikasının  maarif  naziri  olub;  sonra  Cümhuriyyət 

dövründə bir müddət maarif və dini etiqadlar naziri çalışmış, 

nə sirdisə, Şura hökumətilə də dil tapıb, Xalq Maarif Komis-

sarının müavini təyin edilmişdi, indisə pedaqoji işdəydi. Qar-

daşları Mürsəl bəylə Surxay bəyi də tanıyırdı, o vaxt İstanbul-

da görmüşdü. Mürsəl bəy Münhen Tibb İnstitutunu, Surxay 

bəy Frayburq Dağ-Mədən İnstitutunu bitirib sağ-salamat qa-

yıtmışdılar. 

 Əslində, bir ortaq maraqları yox idi, amma qapısını açan 

adama  soyuq  münasibət  göstərə  bilməzdi.  Çay  içib  söhbət 

eləyirdilər, daha çox qonağı danışırdı:

 “Mürsəl alman qızla evləndi, – deyirdi, – bir övladı da var, 

israr elədim, gəldilər, fikirləşirdik ki, sakit yaşayıb işləyərlər. 



406

Amma  olmur,  keçmişini  qurdalayırlar,  arvadının  alman  ol-

ması şübhələrə rəvac verir. Mürsəli dilə tuturam ki, ailəsini öz 

Vətəninə göndərsin, yoxsa günü xoş keçməyəcək”.

 “Gərək keçmişə görə adamı günahlandırmasınlar, – Yusif 

Vəzir ehtiyatla dillənirdi. – Hər bir insanın həyatında səhvlər 

ola bilər”.

 “Əlbəttə, əlbəttə, – Nurməmməd həvəslə razılaşırdı. – Bi-

zim Cümhuriyyət dövründə vəzifə daşımağımız taleyin işiy-

di, bunu irad tutsalar, düzgün olmaz”.

  Nurməmməd  gedəndən  sonra  uzun  müddət  həyəcanı 

ötüb-keçmirdi. Fikirləşirdi ki, insandı, dərdini dağıtmağa yer 

axtarır, belə dərdləri də hamıya söyləmək olmaz, ancaq ürək 

qızdırdığın adama üz tuta bilərsən.

  Ehtiyatlanmağa  əsası  da  vardı:  siyasi  rəhbərliyi  ələ 

keçirənlər  ölkəni  millətçilərdən  təmizləmək  üçün  yeni  plan 

hazırlamış, elə təzəcə 53 nəfəri həbs eləmişdilər. Onların ara-

sında kimlər yox idi! Əhməd Pepinov, Xudadat Məlikaslanov, 

Firuz  Ordubadski,  Məmmədhəsən  Hacınski,  Zeynal  Tağı-

yev...  Deyilənlərdən  belə  çıxırdı  ki,  respublikada  milli 

hakimiyyəti  bərpa  eləmək  məqsədilə  Azərbaycan  Milli 

Mərkəzi yaradılıbmış, həmin mərkəz Türkiyənin Tehrandakı 

konsulu  Məmduh  Şövkət  Esendal  və  sabiq  mühacir  Yaqub 

Vəzirov vasitəsilə İstanbulda Məmməd Əmin Rəsulzadənin, 

Parisdə  Əlimərdan  bəy  Topçubaşovun  təşkilatlarıyla  əlaqə 

saxlayırlarmış.

 Yaqub Vəzirovla onun – Yusif Vəzirin arasında bağ axtara-

caqları ehtimalını beynindən keçirəndə səksəkəsi daha da art-

dı. Bəlkə, vaxtilə Kiyevdə oxuduqları Firuz təsadüfən adını 

çəkdi? İndi vəziyyət elədi ki, hamıdan hər şey gözləmək olar.

  Bu  tərəfdən  də  Ədil  bəy  Mehmandarovun  həbs  edilib 

sürgünə göndərilməsi barədə xəbər ovqatını korladı. Bakıya 

dönəndə  müsavatçı  kimi  tutulduğunu  eşitmişdi,  həbsdən 

çıxanda görməyə də getmədi ki, zaman o zaman deyil. Ədil 

bəy axır vaxtlar Şuşa Pedaqoji Texnikumunda müəllim işlə-



407

yirdi.  Allah  eləməsin,  təsadüfən  adı  çəkilsə,  heç  nəyə  bax-

mazlar. 

 Amma ötüşdü. Uzun, məşəqqətli istintaqdan, əzab verib 

başqalarına qarşı ifadələr alandan sonra həbs olunanların bir 

hissəsini güllə qabağına, bir hissəsinisə sürgünə göndərdilər... 

 ...1932-ci il yanvarın ilk günlərinin birində Abdulla Şaiqin 

oğlu Kamal təngnəfəs özünü içəri saldı:

 “Yusif əmi, atam deyir, Molla əmi ölüb, hazırlaşsın, gedək 

yasa”.


 “Gəlirəm”, – bu kəlməni düşünüb-daşınmadan dedi. 

 ““Cığırışdaşlar”dan biri də, çox şükür, dünyadan öz əcəlilə 

köçdü”,  –  bu  fikrisə  beynindən  keçirdi.  Paltarını  dəyişəndə 

Bilqeyis xanımın qayğılı nəzərlərini üzündə hiss elədi:

 “Soyuqdu, qalın geyin, – arvadı artıq paltosunu tuturdu, 

– bu il də isti çəkmə almadın...”

 “İnşallah, gələn qışa alaram, – mümkün qədər gülümsədi, 

paltosunu  geyinə-geyinə  əlavə  elədi.  –  Uşaqları  soyuqdan 

qoru”.

 Küçəyə çıxanda Abdulla Şaiqi üzüaşağı gələn gördü. Söz-



süz-sovsuz salamlaşıb xeyli dinməzcə getdilər. Axırda süku-

tu yenə Yusif Vəzir pozdu:

 “Molla böyük idi, nəhəng idi. Allah rəhmət eləsin”.

 “Amma böyük Molla balalarını soyuqdan qorumaq üçün 

əlyazmalarını  yandırırdı”,  –  Abdulla  Şaiqin  səsində  hədsiz 

hüzn vardı.

 O görüşdən sonra Mirzə Cəlillə bir neçə dəfə rastlaşmışdı, 

yalnız  ayaqüstü  hal-əhval  tutmuşdular,  həmişə  də 

fikirləşmişdi ki, bu qədər ciddi xasiyyətli adam o cür baməzə 

şeyləri necə yazır, görəsən?

 Axşam evə qayıdanda şahid olduğu sadə və kədərli yas 

mərasimini  də  unuda  bilmirdi.  Bütün  fikirlərini  də,  elə  bil, 

Abdulla Şaiq ifadə elədi.

 “Gəldi, acı-acı güldü və getdi...”

 ...Bir neçə ay sonra Aslan Bəhram bəy Axundovun ölüm 

xəbərini  verdi.  Qəlbində  onunla  bağlı  çətin  günlərinin  az 




408

da olsa, işıqlı xatirələri qalmışdı, qürbətdəki tələbələr üçün 

çəkdiyi əziyyətlərə görə Bhram bəyə həmişə minnətdarlıq 

duyurdu.  Getdi,  son  borcunu  verdi,  bir  qədər  təskinlik 

tapdı...

 ...Axır ki, beynindəki fikri kağıza köçürməyə başlamış, bu 

dəfə tarixin dərinliklərinə üz tutmuşdu - mifoloji qəhrəmanları 

canlandırır,  tayfaların,  qəbilələrin  yaşamını  təsvir  eləyirdi. 

Ola bilsin, sabah kimsə yazdığında sinfi mübarizənin olmadı-

ğını irad tutsun, amma tarixi-fəlsəfi romanın gərəkliyinə kim 

etiraz eləyə bilər; əsas məsələ yazılana hansı niyyətlə yanaş-

maqdı.


  Düzdü,  “Qaranlıqdan  işığa”  adlı  hekayələr  kitabı  çapdan 

çıxdı,  köhnəliklə  yeniliyin  çarpışması  barədə  düşüncələrini 

oxucuya çatdırmaq istədi, bununla belə, yenə yazdıqlarında 

kolxoz, mədən, fabrik-zavod, zərbəçi, qabaqcıl, komsomolçu 

yoxdu, “cığırdaş” mövqeyindən bir addım da irəli getməyib. 

Amma artıq partiyanın “Ədəbi-bədii təşkilatların yeni strukturu 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin