tar şairləri” kimi yazmağa çalışmırdı, dili sadə və aydın idi.
...O Novruz bayramını rahat keçirdilər, səməni göyərdildi,
şamlar yandırıldı, qadınlar köməkləşib şirniyyat bişirdilər,
evlərə pay getdi, uşaqlar, cavanlar, qız-gəlinlər qulaq falına
çıxdılar, bayram sevinci çəkilib gedəndən sonra yayı harda
dincələcəkləri barədə fikirlər ortaya çıxdı.
“Uşaqlar Qusarı çox bəyəniblər”, – Bilqeyis xanımın istəyi
aydın oldu.
“Şaiq Əfəndi Temir Xan-Şuranı məsləhət görür, – Yusif
Vəzir də öz fikrini söylədi. – Bəlkə, uşaqlardan soruşaq?”
“Əlbəttə, – Bilqeyis xanım, onun sözünü zarafata saldı, –
432
soruşsan, mənim tərəfimdə olacaqlar, keçən yay Qusarda
olublar axı”.
“Şaiq Əfəndinin ailəsilə dincəlmək yaxşı olardı, – Yusif
Vəzir məsləhət gördü, – sən bir Şahzadə xanımla danış”.
Qadınlar danışdılar, razılaşdılar, qərarlarını da verdilər:
Temir Xan-Şuraya gedəcəklər: dəniz də yaxın imiş, həm də
uşaqları dənizə aparırlar.
O yay doğrudan da gözəl keçdi: Abdulla Şaiqin şirin
söhbətləri, Şahzadə xanımın mehribanlığı, təbiətin gözəlliyi
günlərinə məna qatırdı. Abdulla Şaiq uşaqlara nağıl danışır,
şeirlərini oxuyurdu. Yusif Vəzir arabir kitab falıyla məşğul
olurdu: əlinin altındakı kitabı bəxtəbəxt açır, oxuduğu
cümləni, ya da beyti, əlbəttə ki, nikbin mənalarla yozub uşaq-
ları sevindirirdi. Gün əyiləndə dəniz kənarında gəzə-gəzə
olub-keçənlərdən söhbətləşmək, yazacaqlarını götür-qoy
eləmək xoşlarına gəlirdi.
***
Payız gəldi, institutdakı işindən imtina eləməli oldu: Yazı-
çılar İttifaqı ona “Azərnəşr”də tərcüməçi-redaktorluq təklif
eləmişdi, o da razılaşmışdı: qəzetdəki və nəşriyyatdakı
işlərindən aldığı maaş müəllimlikdən qazandığından az olsa
da, yazı-pozuya vaxtı daha çox qalırdı, maddi itkisini qono-
rarla aradan qaldırmağa imkanı vardı.
Elə o vaxt da yeni yaradıcılıq planları ortaya düşdü: yeni
romanları üzərində düşünür, məxəzləri araşdırır, hekayələr
qələmə alırdı; nəşriyyatlardan tərcümə sifarişləri gəlirdi;
qürbətdəki mühacirlərin həyatından “Həzrət-Şəhriyar” adlı
satirik komediya bitirib teatra vermək istəyirdi. Arada əməkçi
qadınların müşavirəsinə, rəssamlarla görüşə dəvət olunur,
zavod-fabriklərə gedirdi. Amma ağlına yuxarının tələb
elədiyi mövzular gəlmirdi. Ətrafındakı qələm yoldaşlarının
çoxusa yeni həyatdan, əmək qəhrəmanlığından, zərbəçilərdən
yazırdılar, sabah ondan da haqq-hesab istəyəcəkdilər.
433
Məmmədkazım Ələkbərli Yusif Vəzirə hörmətlə yanaşır-
dı, hətta “Studentlər”in yeni nəşrinin redaktorluğunu da ona
tapşırmışdılar. Amma vəzifə adamıydı, onu sədr seçmişdilər
ki, kimin nə və necə yazdığına nəzarət eləyən aparatı
yönləndirsin. Görüşəndə ilk sualı da bu olurdu:
“Nə yazırsınız, Yusif Əfəndi?”
Hər dəfə qeyri-müəyyən cavabla canını qurtarırdı, amma
son görüşlərində sual bir qədər ciddi səslənmişdi: hamı yeni
həyatı vəsf eləyir, sizsə hərəkətə gəlmirsiniz!
Əlbəttə, bunu gözləyirdi, ona görə də öz-özlüyündə plan
tutmuşdu: Tərtər Su Elektrik Stansiyasının əməkçiləri haqqın-
da roman, pambıqçılar barədə pyes yazmaq istəyir, amma
bundan ötrü gərək Tərtərə və kolxozlara gedə, hər şeyi öz
yerində görə. Bütün bunlar da Məmmədkazım Ələkbərlini
sevindirmişdi:
“Çox gözəl, bu arzunuzu nəzərə alarıq. Bilirsiniz ki, qarşı-
da bizi böyük hadisələr gözləyir. İndisə hazırlaşın, Yerevana
gedəcəksiniz, nümayəndə heyətinə sizi də daxil eləmişik”.
“Özgə kimlər gedir? – Bu xəbər onu həyəcanlandırmışdı,
axır ki, rəsmi tədbirlərdə yada düşməyə başlayırdı. – Qatarla
gedirik, yoxsa maşınla?”
“Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Mehdi Hü-
seyn, Sabit Rəhman... – sədr dilləndi. – Sizə iki maşın ayrılıb.
Hazırlıqlı olun, azı yarım ay orda qalacaqsınız”.
Şübhəsiz, yaxşı təsadüfdü: həm rəsmi dairələrdə xatırladı-
ğını büruzə verirdi (zarafat deyildi, belə şeyləri lap yuxarıda razı-
Dostları ilə paylaş: |