la tanış olacaqdı.
434
verənləri nağıl eləyirdi, amma fikirlər xalqların yox, o
düşmənçilik toxumunu səpənlərin günahkar olduğu üzərində
birləşirdi.
O səfərdə gözlənilməz hadisə də baş verdi: cavanların ma-
şını Gümrü yolunda irəli keçmiş, sürücü döngədə ehtiyatsız-
lıq eləyib yüngül qəza törətmişdi. Mikayıl Müşfiqin ayağı
əzilmiş, Mehdi Hüseynin sifəti yaralanmışdı, Sabit Rəhmansa
salamat qurtarmışdı. Onları xəstəxanaya çatdırdılar, hər şey
sarıqla, xəcalət hissilə, zarafatyana sözlərlə ötüb keçdi. Bu-
nunla belə, sanki, bu qəza xəbərdarlıqmış: o bayram
təntənələri də, rayonlara səfərləri də, oxucularla görüşləri də
qəlbindəki anlaşılmaz sıxıntını aradan qaldıra bilmədi.
Səfərdən qayıdandan sonra yarımçıq yazılarının üstünə
qayıtdı, amma işləməyin get-gedə nə qədər çətin olduğunu
hiss eləyirdi: cəmi iyirmi dörd kvadratmetrlik dar mənzil, üç
uşaq, küçənin səs-küyü, yay günlərinin bürküsü amanını
kəsirdi. Qış aylarında uşaqlar nisbətən tez yatırdılar, küçədən
əl-ayaq tez çəkilirdi, gecədən xeyli keçənədək işləmək müm-
küm idi, amma havalar istiləşəndə vəziyyət dözülməz olur-
du. Məcbur qalıb arvadına üz tuturdu ki, uşaqları bir neçə
saatlığa anangilə apar, bəlkə, işləyə bilim. O bir neçə saatsa
heç cür bəs eləmirdi – yazmaq istədikləri çox, şəraitsə yox idi.
Qarşıdan da inqilabın iyirminci ildönümü bayramı gəlirdi,
təbii ki, ondan ildönümə həsr olunmuş əsər gözləyirdilər. İtti-
faqın rəhbərliyinə ərizə yazmışdı ki, həmin əsərləri yazmaq
üçün rayonlara getməyə şərait yaratsınlar, bəyənilib qərar
çıxarılmışdı, amma hələ də nəticəsi görünmürdü.
İttifaqın sədrinə bir ərizə də yazdı: “Yaşadığım mənzil mənim
üçün qətiyyən yaramır. Sahəsi iyirmi kvadrat metr olan mənzildə
beş adam yaşayır, birinci mərtəbədir, küçənin gurultusu işimə
tamamilə mane olur. İndiyə kimi mənzil çətinliyini sabaha qədər
işləməklə həll edirəm. İndisə bu mümkün deyil, ürəyim və gözlərim
ağrıyır”.
Məmmədkazım Ələkbərli Yusif Vəzirə yaxşı münasibətini
bir daha göstərdi, ərizəsini müzakirəyə çıxardı, ona Xaqani
435
küçəsində incəsənət işçiləri üçün tikilməkdə olan binada üço-
taqlı mənzil ayrılması barədə qərar qəbul olundu.
Bundan böyük sevinci təsəvvür eləmirdi: uzaqbaşı il ya-
rım-iki ildən sonra bu çətinliyinə son qoyulacaq, ayrıca iş ota-
ğı olacaq, nəhayət, əlli yaşında rahat işləməyə şərait yarana-
caqdı.
Az sonra da Məmmədkazım Ələkbərlini təzədən açılmış
Dövlət Darülfünuna rektor göndərdilər, yerinə Seyfulla Şa-
milovu seçdilər. Sefullayla elə bir münasibəti yox idi,
üstəlik, onun ifrat partiyalılığından və ideoloji göstərişləri
yerinə yetirmək üçün göstərdiyi hədsiz canfəşanlıqdan xoş-
lanmırdı...
***
Qarşıdan 1936-cı il gəlir, ölkədə böyük ictimai-siyasi
hadisələr baş verəcək, yuxardakılar yazıçılardan Şura
hakimiyyətinin nailiyyətlərinə dair əsərlər gözləyirlər. Yusif
Vəzirin üzvü olduğu ədəbiyyat bürosusa hələ onun rayonlara
göndərilməsi barədə müraciətini nəzərə almaq fikrində deyil.
O “Telli” komediyasını qələmə alır, güzəran dərdindən
vaxtının çoxunu da tərcümələrə sərf eləyir. Tolstoyun
Dostları ilə paylaş: