də qonorarını alacaq.
436
“Xam torpağ”ın nəşr planından çıxarıldığını öyrənəndəsə
təəccübləndi: bəs səbəbi nədi? Əhməd Triniç qəribə səbəb
söylədi:
“Belə... Ümumiyyətlə, roman yoldaş Axundovun xoşuna
gəlmir”.
Əlbəttə, Yusif Vəzir buna inanmadı: plenumun qərarıyla
tərcüməsi təklif olunan əsəri yoldaş Axundovun bəyənməməsi
ağlabatan görünmür, deməli, zəhməthaqqı da verməyəcəklər.
“Axı müqavilə bağlamışıq, yeddi ay zəhmət çəkmişəm,
zəhməthaqqı almalıyam”.
“Göstəriş belədi, – Triniç narahat halda dilləndi, – heç nə
eləyə bilmərəm”.
“Bəs, heç olmasa, əlyazmamı geri götürə bilərəm?” – Yusif
Vəzir köksünü ötürüb dilləndi.
“Nəzərli yoldaşa müraciət eləyin”, – həmsöhbəti qısa ca-
vab verdi.
Hacıbaba Nəzərlisə qovluğu tapmadı ki, tapmadı, elə bil,
yağlı əppək olub göyə çəkilmişdi. Son sözü də bu oldu:
“Axtarıb taparam, mütləq taparam!”
Amma Yusif Vəzir artıq buna inanmırdı, qayıdanda
ürəyində dözülməz ağırlıq duyub bir neçə dəfə ayaq saxla-
malı oldu.
Bu bir neçə il əvvəl olmuşdu. Onda Əhməd Triniçin 1918-
ci ildə Nuru Paşanın yavəri, Qubada erməni quldurlarını əsir
alan adam kimi şübhə altında olduğunu, işini yoxlamaq üçün
komissiya yaradıldığını bilmirdi. Az sonra o Mir Cəfər Bağı-
rovun köməyilə həbsdən qurtuldu, amma “Azərnəşr”dən
çıxarılıb Dövlət Dram Teatrına direktor göndərildi.
O vaxtdan xeyli keçmişdi. İndisə başqa zəmanəydi, seyrək
də olsa, “təmizləmə” başlamışdı. Deyəsən, nə vaxtdan bəri
duyduğu sıxıntının səbəbi yavaş-yavaş bəlli olurdu...
İlin başlanğıcından “Həyatımın iyirmi ili” adlandırdığı
xatirələrini yazmağa başlamışdı. Az yaşamamışdı, gələn il əlli
yaşını tamamlayacaqdı, nələrisə yada salmağa, müəyyən bir
437
mərhələyə yekun vurmağa haqqı vardı. Bəlkə bu addımı at-
mağa içində artıb-böyüyən səksəkə təkan vermişdi.
Fevralın axırlarında “Kommunist” qəzetində “gənc
tənqidçi” Hidayət Əfəndiyevin məqaləsini oxuyanda artıq
nəhəng bir mexanizmin işə düşdüyünü hiss elədi: partiya
orqanında bu cür ittihamvari yazıların çap olunması təhlükəli
şeydi. “Gənc tənqidçi”yə görə Yusif Vəzir “Qızlar bulağı” ro-
manında “özünü yenidən qurmayıb”, “öz tarixi materialı əsasında
dövrümüzün mənasını əks etdirməyib”, “başqa yazıçılarımıza
nisbətən Çəmənzəminlidə yenidənqurma prosesi çox ağır və çətin
gedir”, “o öz bədii bacarığını şura materialı üzərinə tətbiq etməyə
meyil göstərmir”; “Çəmənzəminli osmançılıq təsirini öz dilindən
Dostları ilə paylaş: