Neriman Qurban indd


XIX FƏSİL ATILMIŞ VƏ UNUDULMUŞ ƏSƏD BƏY  Məhəmməd Əsəd bəy



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə116/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   112   113   114   115   116   117   118   119   ...   175
XIX FƏSİL

ATILMIŞ VƏ UNUDULMUŞ ƏSƏD BƏY

 Məhəmməd Əsəd bəy

 Vyana, Rapallo, Florensia, Vyana

 May 1935-ci-dekabr 1936-cu illər

 Nəhayət, Amerika səyahəti başa çatdı...

 Artıq əvvəlki iş rejiminə qayıtmaq olar...

 Hələ planında oxucularına çatdırılası mövzular var...

  Adamlar  əvvəlcə  incidiklərinə,  sonra  sükutu  pozmaq  istəmə-

diklərinə, hər şey yaddan çıxandan sonra da artıq, sadəcə, bir-birini 

başa düşdükləri dili unutduqlarına görə susurlar. 

 Daha arvadının işləməyə həvəsi yoxdu, boyun qaçırmaq 

üçün cürbəcür bəhanələr tapır, bütün günü susur, hətta, hara 

getdiyini demədən evdən çıxır, bəzən gecədən xeyli keçmiş 

qayıdır. Abram Nussimbaum və frau Şultesə Leonun əsəbi, 

coşqun,  narahat  ovqatından  əndişə  duyurlar:  çox  işləyir, 

bəlkə bir müddət yazı-pozuya ara versin, müalicəyə getsin, 

canının qayğısına qalsın.

 Amma yox, “II Nikolay: Bənövşəyi dustaq” böyük səs-küyə 

səbəb olacaq; “Lenin” də o cür uğur qazanmalıdı: Leo Rza Şah, 




445

Atatürk, İbn  Səud, Ənvər  Paşa, Böyük Pyotr, Uorren  Hardinq... 

haqqında yazmaq istəyir.

 O günlərin birində Berlindən, Üçüncü Reyxin Yazıçılar İtti-

faqından məktub aldı: Leo Əsəd bəy Nussimbaum ittifaqın 

üzvlüyündən  çıxarılıb,  daha  kitabları  reyxin  ərazisində  çap 

oluna bilməz!

  Zərbə  amansız  idi.  Doğrudanmı  hər  şey  bitdi?  Həm  də 

otuz yaşı tamam olmamış, beləcə, bircə zərbəylə...

 Amma yox, o yüzlərlə məqalə, onlarla kitab müəllifi olan 

yazıçı-publisistdi, artıq dünyanın, az qala, yarısında tanınır, 

kitablarını çap etdirməyə yer tapar...

  Pima  Andreaya  məktub  yazdı  ki,  ona  əsərlərini  çap 

etdirmək üçün nəşriyyat tapmaqda kömək eləsin. Az sonra 

sədaqətli  dostu  Milandakı  “Trevers”  nəşr  evinin  “Lenin”i 

tərcümə və çap eləməyə hazır olduğu barədə xəbər göndərdi. 

Rza şah haqqında əlyazmasısa hələ onların planına daxil de-

yildi...

  Erika  bütün  bunlarla  o  qədər  də  maraqlanmırdı,  ərinə 

dəyən zərbəni çox sakit qarşıladı, hətta Leoya elə gəldi ki, se-

vindi: yəqin, bundan sonra yazmağa, heç olmasa, bir müddət 

ara verəcək; Erika onun katibəsi yox, arvadıdı – axır ki, bunu 

da başa düşər!

 Əsəd bəysə sakitləşmək bilmirdi, Verner Şendelə məktub 

yazır,  Berlindəki  dostları  ilə  əlaqə  saxlamağa  çalışırdı, 

fikrincə, bu vəziyyətdən bir çıxış yolu olmalıydı.

 O günlərin birində Erikanın bütün günü evə gəlmədiyini 

yalnız axşam yatağa girəndə bildi: başqa vaxt olsaydı, yəqin, 

Binks və Coydan xəbər tutardı, amma indi buna həvəs gös-

tərmədi. Səhərsə arvadının bəzi əşyalarını yerində görməyib 

cəld paltar dolabını açdı, ildırım vurmuş kimi quruyub qaldı: 

Erika getmişdi!

 Ola bilməz! Leo Erikanı sevir, uşaqları olmasa belə, ondan 

ayrılmaq fikrinə düşməyib, bəlkə, öz yazı-pozusuyla ona bir 

qədər  əziyyət  verib,  ruhi  vəziyyətilə  onu  qorxudub,  amma 




446

bütün bunlar ötüb-keçəri şeylərdi, Leo makinaçı-katibə dəvət 

eləyər,  Erikadansa  çəkə  bilməz.  Amma  bir  həqiqəti  dərk 

eləmirdi: başqa adamlar olmadan keçinməyin mümkünlüyünü gü-



man eləyənlər bərk yanılırlar; başqalarının onsuz keçinə bilməyə-

cəklərini güman eləyənlərsə daha artıq yanılırlar...

 Qəfildən yadına Rene Fülep-Miller düşdü: şübhəsiz, Erika 

onun yanındadı! Deməli, bu vaxtacan aralarında nəsə varmış, 

Rene evlərinə ona görə Heddisiz gəlirmiş, Leo redaktə işlərilə 

məşğul olanda qonaq otağında, ya da eyvanda təkcə qəhvə, 

yaxud viski içmir, həm də sevgiylə məşğul olurlarmış.

 Frau Şultenin narahatlığının səbəbini indi dərk elədi. Dayə 

dəfələrlə ona demişdi:

 “Bilirsənmi, Leo, sən işləyəndə arvadının onunla bu qədər 

vaxt keçirməsi mənim heç xoşuma gəlmir”.

 “Narahatlığa əsas yoxdu, heç nə olmaz, – onda arxayınca-

sına dillənmişdi. – O evlidi, həm də qoca kişidi”. 

 Bu xəbərdarlığı atasından da almış, təxminən eyni cavabı 

vermişdi.  Onda  Erikanın  xəyanət  eləyəcəyini  ağlına  da 

gətirməmişdi.  İndisə  dərhal  tanışlarının  köməyilə  Renenin 

evini  axtarıb  tapdı:  hə,  düşündüyü  kimidi,  Rene  də  yoxa 

çıxıb, Heddi də onun Erikayla qaçdığına inanır, çünki arala-

rında nəsə baş verdiyini çoxdan duyubmuş.

 Əsəd bəy özünün səfeh vəziyyətə düşdüyünü hiss eləyir, 

o  vaxt  atasının  elədiyi  xəbərdarlığı  beynində  dolandırırdı. 

Əlbəttə,  Erikanı  öz  həmfikri,  katibəsi,  redaktoru  saymaqda 

səhvə yol verdi, o sadəcə, qadını kimi qalmalıydı, çünki bü-

tün  bunlarla  məşhur  bir  yazıçıya  ərə  getmək  üçün  məşğul 

olurdu, məqsədinə çatandan sonra katibəlik də, ədəbi iş də 

ondan ötrü artıq yükə çevrilmişdi. Leo bunu vaxtında niyə 

dərk eləmədi?

 Sevdiyin adama görə qürurunu itirmək, qürurun üzündən sev-


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin