yin bəxş elədiyi hər şeyin gözəgörünməz dəyəri varmış: Erika onu,
“mənim ərəb şeyxim” adlandırdığı, məftun olduğunu giz-
lətmədiyi, “Madam Əsəd bəy” adlanmaqdan zövq aldığı ca-
van, yaraşıqlı, məşhur ərini atıb özündən xeyli yaşlı bir
dələduzla qaçdı! Leo buna layiq idimi? Getdiyi yerlərdə Eri-
kadan da gənc, gözəl, yaraşıqlı qadınlar Əsəd bəyin bircə
işarəsilə yanına düşüb dünyanın o başına getməyə hazırdılar.
Biri elə Pima Andrea... Ondan ötrü həyatını qurban verməyə
hazırdı, indi, yəqin, qəzetlərin sayəsində Əsəd bəyin başına
gələnlərdən xəbər tutub...
Qəzəb tutmaları bəzən çılğınlıqla əvəz olunurdu. Leo göz
yaşları içində otağında vurnuxur, əlinə keçəni sındırıb-dağıt-
maq istəyir, az qala, qışqırırdı: “Bu dünyada iki nəfər kor var:
biri sənsən – sənə nə qədər ehtiyacım olduğunu görmürsən; biri də
mənəm – səndən başqasını görmürəm!” Abram Nussimbaum
belə vaxtlarda oğluna yaxın düşməyə ürək eləmir, əlacsız
görkəmlə frau Şultenin üzünə baxırdı. Qoca dayə də yanaqla-
rı göz yaşından islanmış halda Leonu qucaqlayır, təskinlik
verir, otuz yaşlı kişi uşaq sayaq hıçqırıb sakitləşənəcən başını
sinəsindən ayırmırdı. Bu cür əsəb sarsıntılarının tez-tez baş
verməsi dayəni qorxudur, onu həkimə müraciət eləmək, sa-
natoriyaya getmək üçün dilə tuturdu.
Müvazinətini az-çox saxlamağa doktor Volfhanq fon
Vayzlla tanışlığı da müəyyən təsir göstərdi. Doktor fon Vayzl
da Şərq vurğunuydu, Əsəd bəy kimi özünü Şərq məsələləri
üzrə ekspert sayırdı; iyirminci illərin əvvəllərində Yaxın Şərqə
gedib ərəblərdə sionizmə rəğbət oyatmağa çalışmış, hətta,
Qahirədə Almaniya səfirliyinin köməyilə yarıalman-yarıərəb
452
dillərində qəzetdə nəşr eləmiş, amma iflasa uğrayıb geri qa-
yıtmalı olmuşdu; ərəb dilini az-çox bilirdi, Yaxın Şərq və İs-
lam tarixindən yetərincə məlumatı vardı; o da Əsəd bəy təki
Şərq geyimlərini xoşlayır, şərqli görkəmində gəzməkdən
zövq alırdı. Doktor fon Vayzl Qahirədən qayıdandan sonra
ərəb-yəhudi münasibətlərinin gələcəyi barədə bədbin
fikirdəydi, ifrat sionist Vladimir Jabotinskiylə dostluq eləyir,
Fələstində İsrail dövlətinin yaranmasına var gücüylə kömək
eləyirdi.
Doktor fon Vayzl Əsəd bəyin kitablarını oxumuşdu, onları
bəyənirdi, hətta, o kitabların yəhudi hərəkatına töhfəsini də
yüksək qiymətləndirirdi. Elə ilk görüşlərindəcə köməyini
əsirgəmədi, Rza şah haqqında kitabının əlyazmasını dostu
Rolf Passerə verib nəşrini yoluna qoydu, bir neçə gündən son-
rasa təklif elədi: islam dünyasının tarixi, intibahı və süqutu
barədə şərikli kitab yazsalar, necə olar? O lazımi materialları
verəcək, Əsəd bəysə peşəkar qələmilə əl gəzdirəcək.
“Belə bir kitaba ehtiyac var, – doktor fon Vayzl nəzərlərini
ona dikdi. – Bu mövzu Rolf Passeri də maraqlandırır”.
Bu Əsəd bəy üçün göydəndüşmə fürsət idi: heç olmasa, bir
müddət başı qarışar, Erikayla bağlı ağrılarını unutdurar, öz
planlarınısa gələn iləcən təxirə salar.
Elə səhəri gün də işə başladılar. Daha doğrusu, doktor fon
Vayzl Qahirədən bəri yığıb qaydaya saldığı qəzet-jurnal
kəsiklərini, əlyazmaları, kitablardan çıxarışları, ərəbcədən
tərcümələri, bir neçə kitabı gətirdi, uzun-uzadı gələcək kita-
bın quruluşu barədə danışdılar, növbəti gün Əsəd bəy artıq iş
başındaydı.
İş doğrudan da maraqlıydı, İslam tarixini öz görümüylə
kağıza köçürmək Əsəd bəyin xoşuna gəlirdi: xəyalında uzaq
Ərəbistan səhrası, ərəb qəbilələri, karvan yolları, bütxanalar
canlanırdı, sonra ticarətlə məşğul olan Muhəmməd ibn Ab-
dullaha ilahi vəhy gəlir, hamını təkallahlığa çağırırdı, onun
çətinliklə qəbul etdirdiyi din yayılıb Əndəlüsdən Hindistana-
453
can, az qala, dünyanın yarısını tutur, xilafət illərində intibah
dövrünü yaşayır, sonra süquta doğru üz qoyurdu.
Artıq Abramla frau Şulte, Binkslə Cey, hətta Herta belə,
Əsəd bəyin xəyalında canlanan islam aləminin yaratdığı
arakəsmədən o tayda qalmışdılar. Vaxtaşırı ona baş çəkən
doktor fon Vayzl işin sürətlə getməsindən razıydı, Rolf
Passersə səbirsizliklə əlyazmanı gözləyirdi.
İlin axırında qovluğu doktor fon Vayzla verdi. Kitabın adı-
nı da dəqiqləşdirdilər: “Allahü-Əkbər: Əbdülhəmiddən ibn Səuda
Dostları ilə paylaş: |