Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə115/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   111   112   113   114   115   116   117   118   ...   175
roman  olmaması  onun  üçün  nöqsan  deyil.  Bilirsiniz  ki,  ədəbiy-

yatımızda  roman  yenidi.  Odur  ki,  forma  cəhətdən  romanlarımızı 

tənqid eləmək doğru deyil”.

  Bunları  oxuyanda  qəlbi  ustadı  saydığı  yazıçıya  minnət-

darlıq hissilə doldu.

 Bu rahatlıqsa cəmi bir neçə gün çəkdi: aprelin on doqqu-

zunda  Əhməd  Triniçin  həbs  olunduğu  barədə  xəbər  çıxdı. 



440

Abdulla Şaiq deyirdi, bədbəxti “Türkiyəyə casusluqda” itti-

ham eləyiblər, əslində, alban türkü olan Triniç o vaxt Qubada 

baş verənlərin güdazına gedib, Levon Mirzəyan çoxdan onu 

gözaltılayıbmiş, üç il əvvəl yaradılmış komissiya bu məsələni 

araşdırırmış,  “troyka”  üzvlərinin  ikisi  erməni,  biri  yəhu-

diymiş.

 İndi, yəqin, o bədbəxti tanıyanları bir-bir çağırıb danışdı-

racaqlar: Əhməd Rəcəb Triniçi nə vaxtdan, necə tanıyırsan, 

onunla hansı əlaqələrin olub; “xalq düşməni”nin əməllərindən 

xəbərin  vardımı?  “Xam  torpaq”  kitabı  məsələsini  mümkün 

qədər  unutmağa  çalışırdı,  çağırsalar  da,  belə  dar  vaxtında 

həmin hadisəni xatırlamazdı.

 Şükür, ötüb-keçdi, hələ çağırmadılar. Bir təhlükə də sovuş-

du...

 

***



 Bilqeyis xanım soruşub, içinə yetməsə də onun keçirdiyi 

iztirabları  sövq-təbiilə  duyurdu.  Buna  görə  istirahət 

eləməkdən çox, bir müddət Bakı mühitindən aralamaq üçün 

tez-tez Qusardan söhbət açırdı. İyunun əvvəllərindəsə söhbəti 

özü saldı:

 “Bu gün Ağalarla Ələkbəri gördüm, Qusarda dincəlməyi 

təklif elədim, canla-başla razı oldular. Bir neçə günə yığışmaq 

lazım olacaq”.

  Bibisi  oğlu Ağalar  Əliverdibəyovu  uşaqlıqdan  tanıyırdı, 

gözəl səsi vardı, bir vaxtlar atası Mir Babadan muğamat dərsi 

almış, realnı məktəbi bitirəndən sonra Peterburqda İmperator 

Texnologiya İnstitutunda oxumuşdu, sonralar dəmir yolunda 

mühəndis də olmuş, inşaat texnikumunda rəsmxətdən, mu-

siqi məktəbində muğamatdan dərs demişdi; bir qədər uzaq 

qohumu  Ələkbər  Əliyevsə  Cümhuriyyət  tələbələrindən  idi, 

Almaniyada  Kənd  Təsərrüfatı  İnstitutunu  bitirmişdi,  elə  öz 

sahəsi üzrə də muzey direktoruydu. Söhbətləri yaxşı tuturdu, 

görüşəndə Ağalarla Şuşadan, Ələkbərlə Almaniyadan söhbət 

salırdılar.



441

  Yenə  Qusara  xəbər  göndərdi  ki,  Balabəy  evi  başqasına 

verməsin:  ev  də,  ev  sahibi  də  ürəyinə  yatmışdı,  o  yurdda 

özlərini rahat hiss eləyirdilər.

  Yenə  həyətdəki  cövüz  ağacının  altında  yemək  və  çay 

süfrələri düzəldilirdi: hər gün bazara gedib təzə meyvə, ağar-

tı,  göy-göyərti,  qovun-qarpız  alır,  çay-çörəkdən  sonra  nərd 

atır, söhbətləşir, axşamüstü gəzməyə çıxırdılar.

  Yenə  tez-tez  Qusarçay  körpüsünü  keçib  təpəliyə  qalxır, 

Qarabulaq meşəsinə gedirdilər; Ağaların gözəl səsi, Ələkbərin 

ləzzətli  kababı,  Yusif  Vəzirin  şirin  söhbətləri,  qadınların  öz 

aləmlərinə  qapılmaları,  uşaqların  səs-küylü  oyunları, 

giləmeyvə axtarışları günlərin mənasına çevrilirdi. O günlərin 

ədəbiyyat qədər uzanmasını uşaqlar qədər istəyirdi, on ildən 

bəri ilk dəfəydi ki, Bakıya can atmırdı.

 Amma hər şey arxada qaldı, avqustun ortalarında yığışıb 

Bakıya  qayıtdılar.  Hələ  günləri  təhlükədən  soraq  vermirdi. 

Saat dörddə işdən qayıdıb yuyunur, paltarını dəyişir, əvvəlcə 

divana  uzanıb  qəzetləri  gözdən  keçirir,  sonra  uşaqlarla 

məşğul olur, axşam yeməyindən sonra yazı masasının arxa-

sında otururdu. Aradabir də Səməd Vurğun gəlir, Şuşa, Mol-

la Pənah, Qacar barədə suallar verirdi. Gedəndə həyət qapı-

sında  ayaq  saxlayıb  papiros  sümürə-sümürə  xeyli  ədəbi 

aləmdən söhbət eləyirdilər.

  Qusardan  qayıdandan  az  sonra,  sentyabrın  12-sində 

“Kommunist”  qəzetində  Şəmsəddin Abbasovun  “Yazıçıların 



sıralarını saflaşdıralım” adlı qorxunc məqaləsi çap olundu. Ya-

zıda  “pantürkist”,  “müsavatçı”,  “kontrrevolyusion”,  “qrup-

baz” qələm sahiblərinin ifşasını sürətləndirmək vacib məsələ 

kimi qarşıya qoyulurdu. Üçcə gün sonrasa Yazıçılar İttifaqı-

nın iclası keçirildi, Lavrenti Beriyanın “Sosializm düşmənlərinin 

külünü göyə sovurmalı” məqaləsi müzakirəyə çıxarıldı. 

  Bu  dəfə  başlıca  zərbə  Hənəfi  Zeynallıya  və  Əli  Nazimə 

yönəlmişdi. Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Ru-

hulla  Axundov,  Süleyman  Rüstəm,  Səməd  Vurğun  çıxış 

elədilər. Bununla da hər ikisinin kitabı bağlandı.



442

 “Başlandı, – İclasdan çıxıb evə sarı yönələndə Abdulla Şaiq 

qüssəylə  köksünü  ötürdü.  –  Yəqin,  o  bədbəxtləri  həbs 

eləyəcəklər”.

 Yusif Vəzirin içinə dolan səksəkə get-gedə qatılaşırdı...

  Nurməmməd  daha  gəlib-getmirdi,  görünür,  vacib  işləri 

vardı. Buna çox sevinirdi, çünki “Azərfilmdən” “Çapayev” fil-

minin  ssenarisini  tərcümə  eləmək  üçün  sifariş  almışdı. 

Məsələnin maddi tərəfi bir yana, mənəvi tərəfi izzəti-nəfsini 

oxşayırdı: dilimizdə səsləndiriləcək ilk filmin, həm də dünya-

ya səs salmış bir ekran əsərinin tərcüməsini Yusif Vəzirə eti-

bar eləmişdilər!

  Çox  işləyirdi,  az  yatırdı,  tərcüməni  vaxtında  çatdırmaq 

üçün əlindən gələni əsirgəmirdi. Tez-tez dərsdən sonra yolu-

nu  kinostudiyadan  salır,  dublyajın  rejissorlarıyla  görüşür, 

müəyyən məqamları dəqiqləşdirirdi.

 Elə o vaxtlarda da həmin “Kommunist” qəzetində Yusif 

Vəzir  haqqında  tərif  dolu  məqalə  çap  olundu:  “Nəsrimiz 



yüksək keyfiyyət yollarında” məqaləsinin müəllifisə elə həmin 

Hidayət Əfəndiyev idi. İndi onun fikrincə, Yusif Vəzir “baca-



rıqlı yazıçı” idi, “tarixi roman janrına girişməsi” müsbət hadisə 

olmuşdu,  “Qızlar  bulağı”  və  “Studentlər”  romanının  ikinci 

hissəsi  “tarixi  janr  yolunda  atılmış  müvəffəqiyyətli  addımlardan 

biri” idi, həmin əsərlərin “canlı tarixi materialı üzərində oxucu 

keçmişi dərk edir, hal-hazırın və gələcəyin mahiyyətini düşünməyə 

başlayırdı”.

 Bu nəydi? Hidayət Əfəndiyevin vicdanı oyanmışdı, yoxsa 

Yusif Vəzir ətrafında yeni fikir mübadiləsinə cəhd idi? Bəlkə, 

Seyid  Hüseynin  iradlarından  sonra  “gənc  tənqidçi”  öz 

mövqeyini dəyişmişdi?

  Hər  halda,  bu  artıq  baş  verənlər  qədər  qorxunc  deyildi. 

Nəhəng ölkədə sosializmin tam və qəti qələbəsi elan olunan-

dan sonra nəzərdə tutulan əsas təmizləmə prosesi başlamışdı. 

İki il əvvəl yaradılmış SSRİ Xalq Daxili İşlər Komissarlığının 

nəzdindəki Xüsusi Müşavirə geniş fəaliyyətə hazır idi. Niko-




443

lay  Yejovun  00447  nömrəli  əmri  Mircəfər  Bağırova  çatdırıl-

mış, həmin əmrdə repressiya olunacaq müsavatçı, menşevik 

və “hümmət”çilərin sayı dəqiq göstərilmiş, siyasi fəaliyyətlə 

məşğul  olan  dövlət  xadimlərinin  keçmişinin  araşdırılması 

tələb  edilmiş,  xüsusi  üçlüklər  –  “troyka”lar  yaradılmışdı. 

Prosesə SSRİ Xalq Daxili İşlər Komissarlığının Azərbaycandakı 

nümayəndələri və respublika Xalq Daxili İşlər Komissarlığı 

rəhbərlik eləyirdi. Heç “respublikanın birinci şəxsi” belə baş 

verənlərə təsir göstərmək iqtidarında deyildi.

 Artıq Əhməd Triniç saxta ittihamlara dözməyib, kimsəni 

satmağı özünə rəva görməyib həbsxanada intihar eləmişdi...

  Dekabrın  əvvəllərində  yaxşı  tanıdığı,  böyük  hörmət 

bəslədiyi,  tərcümələrini  bəyəndiyi  Mədinə  xanım  Qiyas-

bəylini, ayın ortalarında Ruhulla Axundovu həbs eləmişdilər. 

Elə  o  günlərdə  Əli  Nazim,  Soltan  Məcid  Qənizadə  və 

Əliheydər Qarayev də eyni aqibəti yaşamışdılar...

 Yazıçılar İttifaqının rəhbəri, hamının “Seyfi” çağırdığı Sey-

fulla  Şamilovdan  ifşa  prosesini  sürətləndirməyi  tələb 

eləyirdilər...

 Dekabrın on beşində, Yusif Vəzir, nəhayət, “İki od arasında” 

adlandırdığı  romanını  yazmağa  başladı.  Düzdü,  əsər 

Azərbaycan əməkçilərinin bugününü əks etdirmirdi, amma 

məmləkət tarixinin çox maraqlı dövründən bəhs eləyirdi, ina-

nırdı ki, oxucuları romanı bəyənəcəklər. Elə bil, vaxtının çat-

mayacağından qorxur, əsəri həbs olunanacan bitirməyə can 

atırdı... 

 Qarşıdansa 1937-ci il gəlirdi...




444


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin