hələ bugünədək təmizləyə bilməyib, bəlkə əksinə, onun son əsərlərində
və xüsusilə “Studentlər”də bu zərərli təsir müəllif tərəfindən yerində
canlandırılır”, “Çəmənzəminli əsl yenidənqurma yollarına çıxmağa
tələsməlidir, bunun üçün ona bütün imkanlar yaradılıb...” Üstəlik,
o əsərlərində şəhvəti təbliğ eləyir: “Heç bir bədii gözəlliyə və
funksiyaya malik olmayan və şəhvət oyadan çirkin momentlərə biz,
məsələn, nasirimiz Yusif Vəzirin əsərlərində də təsadüf edirik. Yusif
Vəzirin “Qızlar bulağı” əsərində belə bir yer var: “Onun vücudunu
yetişmiş dişilərə məхsus rayihə sardı”; yaхud “Ninni soyunub
gəncin yatağına girdi, gənc Ninninin bütün gözəlliklərinə malik
oldu””. “Yusif Vəzirin bu əsəri (“Studentlər”) özünün çılpaq,
şəhvət oyadan erotik təsvirlərilə oхucuların zövqünü və əхlaqını
pozmağa doğru çevrilmişdir”.
Ağır ittihamlardı, o ittihamların hər birinə tutarlı cavab
verə bilər, amma qarşıdurmanın böyüyəcəyindən, digər “gənc
tənqidçilər”in fürsət tapacaqlarından ehtiyatlanır. Bəs necə
yəni hər cür şərait yaradılıb? Mənzil şəraiti məlumdu, hələ
həll olunmayıb, əməkçilərlə tanış olmaq üçün rayona
göndərilməsini xahiş eləyib, yenə cavab yoxdu. Belə şəraitdə
necə yenidənqurulsun?
“Gənc tənqidçi”ni uzaqdan-uzağa tanıyırdı, əslən Şamaxı-
dan idi, şair Ağa Əli Nasehin oğluydu, bundan əvvəl Baş
438
Mətbuat İdarəsində siyasi redaktor işləmişdi, indi Qiyabi Pe-
daqoji İnstitutunda müəllimlik eləyir, fəallıq göstərir, Yazıçı-
lar İttifaqına üzv qəbul olunmağa çalışırdı. Bundan ötrü,
əlbəttə, “prinsipial və marksist” olduğunu sübuta yetirməliydi,
elə yetirirdi də...
***
Cəmi bir ay sonra, martın iyirmi dördündə “Pravda”
qəzetində çap olunmuş “Formalizm və naturalizm əleyhinə”
məqaləsini müzakirə eləmək üçün Yazıçılar İttifaqının üçgün-
lük müşavirəsi çağırıldı. Şübhəsiz, müşavirədə çıxış eləmək,
ünvanına söylənən tənqidlərə cavab vermək lazım gələcəkdi.
Qəlbini çulğamış səksəkə hissindən bir qədər də dadını
itirmiş Novruz bayramından sonra xəstələnib yatağa düşdü.
Müşavirənin ilk iki günündə iştirak eləyə bilməsə də, çıxışlar-
la tanış oldu: hədəfdə əsasən dörd nəfər vardı: Hüseyn Cavid,
Yusif Vəzir Çəmənzəminli, Mikayıl Rəfili, Mikayıl Müşfiq.
Müzakirələrdə Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Ra-
him, Seyid Hüseyn, Tağı Şahbazi, Mir Cəlal geniş məruzəylə
çıxış eləmişdilər.
Yenə ən çox tənqid olunanlardan idi, yenə “Studentlər” və
“Qızlar bulağı” romanları haqqında eyni fikirləri söylə-
mişdilər.
Səməd Vurğun Hüseyn Cavidi, Mikayıl Rəfilini hədəf al-
mışdısa, Mehdi Hüseynin əsas hədəfi əsasən Yusif Vəzir idi:
“Onun son əsərləri, xüsusilə də “Qızlar bulağı” və “Studentlər”
romanı şura ədəbiyyatının fikri yüksəlişini ifadə etməyir. Bütün
səmimiyyəti və qətiyyətilə göstərməliyik ki, Yusif Vəzir, inqilabın ən
qəti momentlərindən birini – 1917-ci ili, yəni bizim ədəbiyyatımızda
ən aktual dövrlərdən birini götürməsinə baxmayaraq, yenə də yeni
sənət cəbhəsinə, sosialist realizmi cəbhəsinə keçməyib”.
İstedadına hörmət duyduğu Mehdi Hüseynlə İrəvan
səfərində çox söhbət eləmişdi, onda o bu qənaətlərinin birini
də dilinə gətirməmişdi, əksinə, xeyli təriflər söyləmişdi. Gö-
439
rünür, artıq öz canından qorxur, bu ifşa yarışında iştirak
eləməsə, adının “qara siyahı”ya düşəcəyindən çəkinirdi.
Təkcə “cığırdaşlar”ı Seyid Hüseyn və Tağı Şahbazi müm-
kün qədər neytral mövqedəydilər, vicdanlarının əleyhinə
getməməyə çalışırdılar...
Müşavirənin son günü getdi, söz alıb tənqidlərə müna-
sibətini bildirdi:
““Qızlar bulağı” əsərimi iki ildi o tərəf-bu tərəfə çəkirlər,
bir konkret şey göstərməyiblər, dedi, “Qızlar bulağı on beş
illik tarixi tədqiqatın nəticəsidi, Əli Nazimin dediyi kimi, bur-
da tarix baş-ayaq qoyulmayıb. Əsərin birinci variantını 1911-
ci ildə yazmışam, lakin o variantla indiki “Qızlar bulağı”nın
arasında çox fərq var. Yeni alim Hidayət deyir, guya mənim
dilimdə osmançılıq var, bunu qəti surətdə rədd eləyirəm,
mən heç bir zaman osmançılıq təsirinə düşməmişəm. Gecələr
yata bilmirəm ki, mənim nöqsanım hardadı axı. Belə olmaz,
bu gün Şura ədəbiyyatında yaxşı əsər görsəniz, bunu hər gün
döydüyünüz Yusif Vəzir verəcək”.
Gurultulu alqışlar oldu, deyəsən, bununla da təhlükə bir
qədər sovuşdu...
Müzakirədəki çıxışların mətni “Ədəbiyyat qəzetəsi”ndə
çap olunanda tükləri biz-biz oldu: görünür, deyilənlər təkcə
quru ittihamlarla nəticələnməyəcəkdi, ağızlardan qan qoxusu
gəlirdi.
Bir neçə həftə sonra da elə həmin “Kommunist” qəzetində
“cığırdaş”ı Seyid Hüseyn Hidayət Əfəndiyevin cavabını ver-
di: “Əgər “Qızlar bulağı” qiymətli əsərdisə, – o yazırdı, – tarixi
Dostları ilə paylaş: |