XXVIII FƏSİL
OTUZ YEDDİNCİ İLİN ASTANASINDA
Yusif Vəzir
Bakı, Temir xan-Şura, İrəvan, Qusar, Bakı
Fevral 1935-ci-dekabr 1936-cı illər
O ilin qışı nəsə ağır keçirdi. Havaların soyuqluğundan ar-
tıq öz qəlbinin sıxıntısından əzab çəkirdi...
Düzdü, Aşqabaddan, bacılarından xəbər tutur, dost-tanış-
la görüşür, yazı-pozusuyla məşğul olurdu, amma o sıxıntı
çəkilib getmirdi ki, getmirdi...
Yazıçılar İttifaqı rəhbərliyinin, daha doğrusu, Məmməd-
kazım Ələkbərlinin təklifilə “Ədəbiyyat qəzetəsi”nə məslə-
hətçi keçmişdi. Yeniyetmələrin, yenicə yazmağa başlayanla-
rın yazılarını oxuyur, rəy yazır, səhvlərini düzəldir, yol gös-
tərir, qəzetə xülasələr hazırlayırdı. Arada Füzulinin o vaxta-
dək çap olunmamış əsərindən, Qətran Təbrizinin taleyindən,
Xətainin nəfəslərindən, Çexovun dilindən, Qoqolun “Ölü
canlar”ından, xalq ədəbiyyatı nünunələrindən... yazırdı...
Fevral ayında Yazıçılar İttifaqının birinci plenumu çağırıl-
dı, tənqidin vəziyyəti haqqında məsələ müzakirə olundu,
430
yeni idarə heyəti seçildi, tənqid bürosu, ədəbiyyat fondu bü-
rosu yaradıldı. Yusif Vəzir də artıq ədəbiyyat fondu bürosu-
nun üzvü idi.
Kiyevdəki tələbəlik illərindən bəhs eləyən, adını əvvəlvə
“Tələbələr”, sonra “Studentlər” qoyduğu “Günah” romanını
bir daha təzədən işlədi, sözarası deyilən “iradları” nəzərə alıb,
əsərdə “inqilabiliyi artırıb” çapa verdi. Elə o vaxt da romanın
davamını yazırdı, “1917-ci ildə” adlanan hissə çarın yıxılma-
sından sonrakı dövrün inqilabi hadisələrini əhatə eləyəcəkdi.
“Bir cavanın dəftəri”nisə gündəlikləri əsasında yazmışdı,
məktəbli Muradın 1905-ci il yay tətili günlərini dövrün tariхi
hadisələri fonunda əks etdirirdi.
“Ali Sovetlərə seçkilərə əsər həsr eləmisən? – Abdulla Şaiq
yenə bığaltı gülümsəyə-gülümsəyə soruşurdu. – Artıq
ədiblərimiz bu yönümdə ciddi çalışırlar”.
“Hələ vaxt var, – onu başa düşüb mənalı-mənalı deyirdi,
– gərək mən də bir şey fikirləşim”.
Fikirləşirdi. Vaxtilə, hələ Kiyevdə olanda Vətəninin tarixi-
ni əks edirən beş roman yazmaq arzusundaydı: lap qədim
dövrlər barədə “Qızlar bulağı”nı yazdı; sonrakı Qacar
dövründə Şuşada baş verənlər olacaqdı; üçüncüsü inqilabi
çaxnaşmalardan bəhs eləyəcəkdi; ötən illər ərzində planının
dördüncü və beşinci bəndləri dəyişmiş, indi üzə çıxara
bilmədiyi əsərlər yaranmışdı. Son vaxtlar fikri-zikri o mövzu-
lardan birinin – Ağa Məhəmməd Şah Qacar Azərbaycana hü-
cum eləyən vaxt Şuşada baş verən hadisələrlə məşğul idi;
onda Molla Pənah Vaqif öldürülmüşdü, Qacar qətlə yetiril-
mişdi. O dövr məmləkət tarixinin ən faciəli dövrlərindən bi-
riydi. İndisə ondan Azərbaycan əməkçilərinin rəşadətli
əməyindən bəhs eləyən əsərlər istəyirlər...
O günlərin birində Lermontov küçəsinin tinində Səməd
Vurğunla rastlaşdılar. Cavan şair gözlərindən gülə-gülə
yaxınlaşdı, hörmətlə görüşdü, sonra bir qədər çəkinə-çəkinə
dilləndi:
431
“Mirzə, Molla Pənah Vaqif haqqında mənzum dram yaz-
maq fikrim var, mövzuyla, dövrlə bağlı əlimə keçəni oxumu-
şam, amma hiss eləyirəm ki, məsləhətə ehtiyacım var.
Mümkünsə, aradabir gəlim, mənə bu barədə məsləhət verin”.
Əvvəlcə çaşdı, cavan şairin onu “Mirzə” adlandırması
qəribə göründü, üstəlik, cavan şairin də Vaqif haqqında əsər
yazmaq niyyətindən çaşdı: Allahın ağlagəlməz təsadüfünə
bax! Sonra artıq həmin mövzuda roman başladığını demək
istəmədi: cavan səhv başa düşər, özü yazdığına görə ondan
nəsə gizlətdiyini fikirləşər; hər kəsin öz duyumu, öz dəsti-
xətti, öz görümü var, kim necə bacaracaqsa, elə də yazacaq.
“Çox sevindim, maraqlı dövr, gözəl mövzudu, – dedi. –
Qapımız həmişə üzünə açıqdı, nə vaxt istəsən, gələ bilərsən,
mən də bildiklərimi əsirgəmərəm”.
“Çox sağ olun, Mirzə, – Səməd razılıqla gülümsədi, – sizin
qədər mütaliə eləməmişik, maşallah, xeyli dil də bilirsiniz,
həm də Şuşada, yəqin, çox şey eşitmisiniz”.
“Gələrsən, danışarıq, – ərklə cavan şairin qoluna girdi, –
yaxın qonşuyuq, bir stəkan çayımızı da içərsən”.
“Gələrəm, – Səməd razılıqla onun əlini sıxdı. – Allah sizə
ömür versin”.
Bu cavan şairdən xoşu gəlirdi: istedadı Allah vergisiydi,
üstəlik, digərləri kimi özünü oda-közə vurub “yenilikçi prole-
Dostları ilə paylaş: |