Neriman Qurban indd


XXVII FƏSİL VYANA VƏ NYU-YORK ARASINDA  Muhamməd Əsəd bəy



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə106/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   102   103   104   105   106   107   108   109   ...   175
XXVII FƏSİL

VYANA VƏ NYU-YORK ARASINDA



 Muhamməd Əsəd bəy

 Vyana, Rapallo, Nyu-York, Vyana 

 Aprel 1933-cü-aprel 1935-ci illər

  Doğrudanmı  hər  şey  –  şöhrət,  maraqlı  və  qaynar  həyat, 

sevdiyi, dostlaşdığı adamlar orda, nasional-sosialistlərin ələ 

keçirdikləri Almaniyada qaldı, bir daha Berlinə – görə, ömrü-

nün  on  ildən  artıq  dövrünü  keçirdiyi  şəhərə  qayıda 

bilməyəcək?..

 Amma yox, bunun bir çıxış yolu olmalıdı...

  Əsəd  bəy  narahatlıq  içində  qəzetləri  oxuyur,  radionu 

dinləyir,  Berlində  baş  verənlərdən  xəbər  tutur,  atasının  və 

frau Şultenin nə vaxt gəlib çıxacaqlarını gözləyirdi.

  Yaxşı  ki,  çamadanını  və  portfelini  polis  tapmışdı,  səfər-

qabağı Şendelin verdiyi əlyazma köməyinə çatırdı. Otel ota-

ğında qəfəsə salınmış vəhşi heyvan kimi vurnuxur, əlyazmanı 

oxuyur,  düzəldir,  ixtisar  eləyir,  əlavələrini  yazırdı.  Amma 

Erikasız iş istədiyi kimi getmir: Erika çox həssasdı, çevikdi, 

fikrini dərhal tutur, hətta, yarımçıq söylədiyi cümlələri uğurla 




418

tamamlayır, deyilənləri öz sözlərilə qüvvətləndirməyi baca-

rır. Düzdü, “şeyx əri” bəzən həddən artıq qızışır, az qala, cəzb 

olunur, gerçəkliyi unudur, amma bütün bunlar, görünür, ona 

xüsusi zövq verir ki, artıq bir ildən çoxdu Əsəd bəyin yanın-

dadı, üstəlik, özünü hər yerdə “Erika Əsəd bəy” kimi təqdim 

eləməkdən ləzzət alır.

 “Erika gəlməsə, neyləyər, görəsən?!.” Qəfil beynində pey-

da olan bu fikir içini qurd kimi gəmirməyə başlamışdı. Amma 

hər şey yaxşı qurtardı, iki aydan sonra lyövendallar gəlib çıx-

dılar.  Ata  Lyövendal  təhlükəni  vaxtında  duyubmuş, 

hakimiyyətdəki dostları vasitəsilə viza almış, sərhədi sağ-sa-

lamat keçə bilmişdilər. 

 Əsəd bəyin Erikayla bağlı səksəkəsi sovuşdu. Digər lyö-

vendallar onu az maraqlandırırdı: kifayət qədər pulları var, 

qoy  xərcləyib  istədikləri  kimi  yaşasınlar.  Onu  atasının 

vəziyyəti  narahat  eləyirdi:  Abram  Nussimbaum  və  Alisa 

Şultesə  ləngiyirdilər.  Avstriya  hökuməti  Abrama  viza 

verməmişdi ki, qaçqın statusu olan yəhudinin ölkəyə gəlişinin 

məqsədi tam aydın deyil. Yəqin, indi izin almaq üçün yollar 

axtarır. 

 Erikayla dərhal yeni əlyazma üzərində işə başladılar: Ver-

ner  Şendel  məktubuna  cavab  yazmışdı:  düzdü,  ab-hava  bir 

qədər dəyişib, amma işlərini davam etdirə bilərlər; sən demə, 

Xarici İşlər Nazirliyindəki “xeyirxah”ı Kurt Simke ovaxtkı işi 

bağlamayıbmış,  üstəlik,  “adının  ətrafında  qalmaqallar  səngi-



məyən  şübhəli  tipi”  izləyirmiş,  qovluğu  başqa  ad  altında 

gizlənmiş yəhudilər haqqında hər şeyi bilmək istəyən Təbliğat 

Nazirliyinə göndərib – Göbbelsin “maşını” ona lazımi dərsi 

verə, “həddən artıq məhsuldar yəhudinin saxtalaşdırmalarına qar-



şı” ölçü götürə bilər; təbliğat nazirisə Əsəd bəyə münasibətdə 

təmkinli  davranıb,  onun  həmin  ad  altında  gizlənən  yəhudi 

olduğuna  dair  sübut  tapmadıqlarını  bildirib,  bu  da  azmış 

kimi, kitablarını almanlar üçün məsləhət görülən əsərlər siya-

hısına  salıb:  “Stalin”,  “OQPU”,  “Ağ  Rusiya”  elə  Göbbelsin 

istədikləri  kitablardı  –  Əsəd  bəy  onlarla  bir  cəbhədə 




419

bolşeviklərə qarşı mübarizə aparır; çox da “Siqima veri” adlı 

antisemit lüğətin ötənilki sayında Əsəd bəy – Nussimbaum 

(Nussembaum, Nousimbaum) – “saxta tarixlər yazan dələduz” ad-

landırılıb, nazirlik üçün o lüğət etibarlı mənbə sayılmır.

 Verner Şendel Üçüncü Reyxin Alman Yazıçıları İttifaqının 

və Ədəbiyyat Palatasının üzvlük biletlərini də göndərmişdi: 

heç bir təhlükə gözlənilmir, nəşr icazəsi var, Vyanada yaşaya-

yaşaya da işlərini davam etdirə bilərlər, oxucular ondan yeni 

kitablar gözləyirlər.

 Nə olar, hadisələrin bu cür gedişi də hələ Əsəd bəyə sərf 

eləyir:  hər  halda,  Avstriyada  qalmaqda  ağıllı  iş  görüb, 

təhlükədən uzaqdadı, istədiyi vaxt Vyanadan çıxıb gedə bilər; 

daha vacibi də Erika artıq yanındadı, atası da, yəqin ki, bir yol 

tapıb Berlin çıxılmazlığından qurtaracaq.




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin