Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə104/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   100   101   102   103   104   105   106   107   ...   175
haqqında”  qərarı  var,  Proletar  Yazıçılar  İttifaqı  ləğv  olunub, 

Şura  Yazıçıları  İttifaqı  yaratmaq  məqsədilə  Hacıbaba 

Nəzərlinin  başçılığıyla  təşkilat  komitəsi  yaradılıb,  o  qurum 

işə başlayanda hamıdan haqq-hesab istəyəcəklər: sən kimin 

tərəfindəsən?

 “Yusif Əfəndi, qurultaya əsər həsr eləyəcəksən?” – Abdul-

la Şaiq bir gün yarızarafat-yarıciddi soruşdu.

 “Vallah, Şaiq Əfəndi, – Yusif Vəzir gülümsündü. – İn di-

yəcən bu barədə fikirləşməmişəm. Hələ qurultaya çox qalıb”.

 “Deyirsən, tarixi-roman yazırsan, hə?” – Abdulla Şaiq söz-

lü-sözlü  nəzərlərini  ondan  çəkmirdi.  –  O  romanı  qurultaya 

həsr elə...”

 “Yəqin, qurultaya yeni dövr barədə əsər gözləyirlər...” – 

Yusif Vəzir tərəddüdlə onu süzürdü.

 “Hər halda, adın o biri siyahıya düşməz”, – həmsöhbəti 

bığaltı mənalı-mənalı gülümsünürdü.

 Belə... Görünür, Abdulla Şaiq haqlıydı, proletar şair, nasir, 

tənqidçi,  publisistlər...  çoşqun  həvəslə  bütün  qurultaylara, 




409

konfranslara, seçkilərə səs verir, əsərlər həsr eləyirdilər, yəqin 

yeni təşkilat qurulandan sonra “sular durulacaq”, cəbhələri 

müəyyənləşdirməyə 

başlayacaqdılar. 

Əqidəli 


şura 

tənqidçilərinə  necə  başa  sala  bilərsən  ki,  yaradıcı  adam 

ürəyinin  səsinə  qulaq  asmalıdı?  Deyərlər,  belə  çıxır,  sənin 

ürəyin  Şura  hakimiyyətilə  döyünmür,  məsələ  daha  da 

qəlizləşər.

 “Dünya yenə çalxanır, – Abdulla Şaiq növbəti kərə fikirli-

fikirli  dillənirdi,  –  İtaliyanın  suyu  Almaniyaya  da  sıçradı, 

faşistlər  kitablardan  tonqal  qalayırlar.  Allah  axırını  xeyir 

eləsin”.

 Avropadan yeddi il idi gəlmişdi, indi orda nələr baş verdi-

yini o qədər də yaxşı bilmirdi, qəzetlər nə yazır, radio nə da-

nışırdısa, ondan xəbəri vardı.

 “Bircə müharibə-filan olmaya, – Yusif Vəzir də narahatlığı-

nı təzəcə büruzə verirdi, – dünya yenicə dinclik tapıb”.

 Sonra cəmi-cümlətanı on beş il əvvəl Krımda keçirdiyi ağır 

günlərdən, aclıqdan, qaçqınlardan danışırdı...

 

***


 O yay da ailəsini şəhərdən çıxara bilmədi. Amma bir neçə 

həftəliyə Novxanıda ev tutub dincələ bildilər. Onda saçını da, 

bığını da dibindən qırxdırmışdı, buna görə Bilqeyis xanımın 

tez-tez zarafatyana sataşmasından xüsusi ləzzət alırdı. Üzeyir 

bəylə  də  qonşuydular,  işlədiyini  bilib  tez-tez  narahat 

eləməməyə çalışsa da, həftədə azı iki dəfə görüşməli olurdu-

lar. Üzeyir bəy dilinə gətirməsə də Ceyhundan danışmağını 

çox  istəyirdi,  qardaşının  yazdığı  məktublardan  söz  açır, 

Parisə  gedə,  onu  və  ailəsini  görə  bilməməyinin  xiffətini 

çəkirdi. Belə vaxtlarda onun nə qədər böyük mənəvi sıxıntı 

içində olduğunu duyurdu: öz keçmişi, qardaşının “düşmən” 

ölkədə yaşayıb Şura quruluşuna qarşı çıxması hər an açıq itti-

hama çevrilə bilərdi...

 O il də Bilqeyis xanım yenicə hamiləlikdən azad olub ona 

qız  bəxş  eləmiş,  əməlli-başlı  sevindirmişdi.  Qayınanası  Ki-



410

çikxanım olmasaydı, yəqin, başını itirərdi: tədbirli qadın hər 

şeyi yoluna qoydu, qızının qulluğunda durdu, çətinliyi hiss 

etdirmədi. Düzdü, bir müddət körpə Tais yazıb-oxumağına 

mane oldu, amma taleyin üç övlad bəxş eləməsindən sonsuz 

xoşbəxtlik duyurdu.

 O ilin sarsıntılarından biri Zeynalabdin bəylə bağlı oldu. 

Mustafa iş yerinə zəng eləyib xəbər verdi ki, kişi rəhmətə ge-

dib. Dərhal dərsində əvəzlənməsini xahiş eləyib evə tələsdi, 

Bilqeyis xanımla birgə yas yerinə getdi. Uzun illər səhhəti sa-

rıdan  əziyyət  çəksə  də  üstlərində  haqqı-sayı  vardı,  Haşım 

bəydən sonra nəslin ağsaqqalı sayılırdı.

 Dürnisə, Aslan, Həmid, Rəna, Leyla boynuna sarılıb ağlaş-

dılar. Bu onu da kövrəltdi, beynindən keçirdi ki, qəribə şeydi, 

itki adamları daha da doğmalaşdırır. Mərhumun qırxınacan 

hər cümə axşamı Bilqeyis xanımla o evə ayaq basıb gücü ça-

tan təskinliyi verdi. 

 O ildə ən əhəmiyyətli hadisələrdən biri də Mir Cəfər Bağı-

rovla bağlıydı. Mirzoyan və dəstəsinin təzyiqilə respublika-

dan getmiş, Tiflisdə köhnə dostu Lavrenti Beriyaya sığınmış, 

Moskvada  oxumuş,  elə  Beriyanın  köməyilə  də  1932-ci  ilin 

oktyabrında Xalq Komissarları Sovetinə sədr təyin edilmişdi. 

1933-cü il dekabrın 10-da keçirilən fövqəladə iclasda təşkilat 

məsələləri  üzrə  ZÖK  katibi  Beriya  çıxış  etdi.  Məhz  onun 

təklifilə birgə iclas Mir Cəfər Bağırovu XKŞ sədri vəzifəsindən 

azad eləyib AK(b)P MK və BK-nın birinci katibi, AK(b)P MK-

nın ikinci katibi Hüseyn Rəhmanovusa XKŞ-nin sədri təsdiq 

etdi. Rəhmanovu AK(b)P MK-nın ikinci katibi vəzifəsində S.

Kudryavtsev, Həsən Rəhmanovusa BK-nın ikinci katibi pos-

tunda Stalinin şəxsi katibi işləmiş Atanas Akopov əvəz elədi. 

Deyirdilər,  Rubendən  Bağırov  yaxşıdı,  amma  kimsə  uzun 

illər  Fövqəladə  Komissiyanın  başçısı  olan  şəxsdən  yaxşı  nə 

gözləyəcəyini bilmirdi. 

 ...Elə həmin ilin son ayı yarı olmamış bir qəfil xəbərdən 

də  sarsıldı:  müəllimi  Əbdürrəhim  bəy  dünyadan  köçmüş-



411

dü. Onu tanıyanda uşaq idi, Şuşada realnı məktəbə gedirdi, 

kitablarını  da  sevə-sevə  oxumuşdu,  boynunda  haqqı-sayı 

vardı. 


 “Nə yaşı vardı axı?! – Dəfn vaxtı Abdulla Şaiqlə yanaşı da-

yananda beynindən keçirirdi. – Cəmi altmış üç il yaşadı”.

 “Nurlu insan idi, – Abdulla Şaiq, elə bil, onun fikirindən 

keçənləri oxuyub astadan dilləndi, – Peyğəmbər ömrü yaşadı, 

namusla yaşadı. Bir kərə də olsun, adı nahaq işlərdə hallan-

madı, qələminə xəyanət eləmədi...”

 “Hə, “cığırdaşlar”dan biri də getdi”, – Yusif Vəzirin do-

daqlarında acı təbəssüm göründü. 

 Abdulla Şaiq yan tərəfə baxırdı: üzünü o səmtə çevirəndə 

Ömər Faiq Nemanzadəni gördü: başını tərpədib onlarla sa-

lamlaşırdı.

  ...Amma  hələ  həyat  davam  eləyirdi.  Abdulla  Şaiqin 

məsləhətinə qulaq asıb “Qızlar bulağı” romanını Şura yazıçıla-

rının Ümumittifaq qurultayına həsr elədi.

 Roman çapdan çıxdı, yaxşı da qarşılandı, “bədii ədəbiyyat 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin