XXVI FƏSİL
TUFANQABAĞI SAKİTLİK
Yusif Vəzir
Bakı, Quba, Qusar, Bakı
Noyabr 1929-cu-yanvar 1935-ci illər
...Ölkədə başqa havaydı, bir halda ki, öz istəyilə gəlmişdi,
o havaya uyğunlaşmalıydı, uyğunlaşa bilməsə də, o havanı
dəyişməyə çalışmamalıydı, yoxsa nəhəng qüvvənin tırtılları
altına düşərdi – Yusif Vəzir bunu çox gözəl dərk eləyirdi.
Həm də həmin nəhəng qüvvə ikiydi: biri dövlət maşını,
Mərkəzi Komitə, Baş Siyasi İdarə, çekistlər, digəri dövlət ma-
şınına qulluq göstərən, tanınmaq, məşhurlaşmaq, vəzifə tut-
maq eşqilə alışıb-yanan adamlar.
Yusif Vəzir birinci qüvvədən çox ikinci qüvvədən,
məcburən ünsiyyətdə olduğu bəzi qələm yoldaşlarından –
proletar yazıçılardan ehtiyat eləyirdi, çünki ikincilər “qara
siyahıya” salmasaydılar, birincilər sənin kim olduğundan
xəbər tutmazdılar...
Yazıçı-şairlərin ilk böyük və kütləvi birləşməsi 1926-cı ildə
yaradılan “BAPP” (Bakı Proletar Yazıçıları Assosiasiyası) ol-
401
muş, həmin təşkilatda əsasən Bakıda yaşayıb-yaradan qələm
sahibləri yığışmışdılar. Az sonra da ikincilər qeyri-proletarla-
ra qarşı təşkilatlanıb “fəhlə və kəndlilərin zövqünə müvafiq
əsərlər yazmaq” məqsədilə “Gənc Qızıl Qələmlər Cəmiyyəti”
yaratmışdılar, sonra onu “Qızıl Qələmlər İttifaqı”na çevirdilər,
üstəlik, “Maarif və mədəniyyət” məcmuəsinə yiyələndilər,
ardınca da Böyükağa Talıblının sədr, Əhməd Cavadın katib,
Əlibəy Hüseynzadənin fəxri üzv olduğu, mümkün qədər
tərəfsiz olmağa çalışan “Ədəbiyyat Cəmiyyəti”ni partiyanın
əlilə özlərinə birləşdirdilər.
1928-ci ildə altmış beş üzvdən və iyirmi beş üzvlüyə
namizəddən ibarət Azərbaycan Proletar Yazıçıları Assosiasi-
yası yaradıldı. Həmin Assosiasiyanın birinci qurultayı o il
yanvarın 13-də Teymur Hüseynovun sədrliyilə keçirildi, qu-
rultayda gənc şair Süleyman Rüstəmzadə məruzəylə çıxış
elədi. Fəxri rəyasət heyətininə Ruhulla Axundov, Hacıbaba
Nəzərli, Mustafa Quliyev, Süleyman Rüstəmzadə, Mustafa
Quliyev, Əhməd Triniç, Anri Barbüs, Maksim Qorki, Alek-
sandr Serafimoviç və Nazim Hikmət seçildilər. Hətta, Avro-
padan proletar yazıçıların solçu həmkarları Bela İmreş, İo-
hannes Beher, Mate Zalka, Lüdviq Renn də gəlmişdilər. Yeni
qurum “beşillik planla əlaqədar yazıçıların vəzifələri”ni müəyən-
ləşdirdi, “bəzi zərərli təmayüllərə qarşı mübarizə tədbirləri”
nəzərdə tutdu.
Bircə il keçmədi ki, proletar yazıçılar ikinci qurultaylarını
da keçirdilər, ölkənin hər yerində ədəbi dərnəklər yaradıb
həvəskar gəncləri bir yerə yığdılar, üstəlik, “Hücum” adlı ay-
lıq dərgi də nəşr elədilər. İndi şövqlə yazıb-yaradır, kolxozu,
pambığı, nefti, zavod-fabriki, fəhləni əsərlərinə gətirirdilər,
bunu bacarmayanları – Mirzə Cəlili, Əbdürrəhim bəyi, Seyid
Hüseyni, Hüseyn Cavidi, Seyid Hüseyni, Tağı Şahbazini, Ab-
dulla Şaiqi, Yusif Vəzirisə “cığırdaş” adlandırır, “köhnəpərəst”
sayırdılar.
Hərdən Abdulla Şaiq Şahzadə xanımla gəlir, ya da Bilqeyis
xanımla uşaqları götürüb onlara gedirdilər.
402
“Yoldaş çığırdaş xoş gəlib, səfa gətirib, – ev sahibi onu za-
rafatyana qarşılayırdı, – de görək, proletar ədəbiyyatımıza
hansı töhfəni vermisən?”
“Vallah, Şaiq Əfəndi, – Yusif Vəzir də zarafat havasına
uyurdu, – bilmirəm töhfədi, ya yox, amma axır ki, “Studentlər”
romanımın redaktəsini bitirib nəşriyyata verdim, yəqin, yaxın
həftələrdə cap olunar”.
“Studentlər” sənin Kiyevdə oxuduğun dövrdəndi, yuxarı-
dansa yeni dövr barədə əsərlər istəyirlər”, – Abdulla Şaiq bı-
ğaltı gülümsünüb qonağı süzürdü.
“Hekayələrimi də nəşrə hazırlayıram, adını “Qazanc yolun-
da” qoymuşam...” – Yusif Vəzir yenə özünü sığortalamağa
cəhd göstərirdi.
“O hekayələr inqilabdan əvvəlki dövrə aiddi, indi şanlı
proletar işindən bəhs eləyən, həm də irihəcmli, parlaq əsərlər
tələb olunur”, – Abdulla Şaiq, az qala, onu tərk-silah eləyirdi.
“Beynimdə bir neçə mövzu var, inşallah, nəsə fikirləşirəm”,
– Yusif Vəzir dostunu başa düşdüyünü bildirən tərzdə
mənalı-mənalı üzünə baxırdı.
Əlbəttə, proletar yazıçılar zarafat-filan eləmirlər, hətta,
Əhməd Cavadı, Mikayıl Müşfiqi də yeni quruluşdan yazmaq
məcburiyyətində qoyublar; “cığırışdaşlar”ın nazıyla da çox
oynamayacaqlar, bir gün yaxalarından yapışıb “fəhlə-kəndli
Dostları ilə paylaş: |