Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə109/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   105   106   107   108   109   110   111   112   ...   175
 “Kayzerin məhkəməsi”ni tamamlayıb Virekə göndərib arva-

dını yenə yazı makinası arxasında oturtdu: yazmaq, işləmək 

lazımdı. Erika onu gəzmək, dincəlmək, həyatdan zövq almaq 

üçün dilə tutur, bəzən mübahisələri böyüyüb qızğın atışmaya 

çevrilirdi, amma axırda dil tapıb işlərini davam etdirirdilər: 

Leo kağızların arasında eşələnir, artistsayağı diktə eləyir, Eri-

ka deyilənləri makinada yazır, üstəlik, redaktəsinə də yardım 

göstərirdi.

 Son əlyazmanı Verner Şendelə göndərəndən sonra ondan 

yenə  xəbərdarlıq  məktubu  almışdı:  Əsəd  bəy  ağlagəlməz 

sürətlə işləyir, kitablar arasında, ən azı, bir il fasilə vermək 

lazımdı ki, şübhə doğurmasınlar; Şendel həm də onun üçün 



Ənvər Paşa, Uorren Hardinq və Böyük Pyotr haqqında kitabların 

əlyazmalarını hazırlamışdı, fürsət düşən kimi göndərəcəkdi. 

 Əsəd bəyisə artıq dayandırmaq mümkün deyildi. Nə olar, 

Şendel  üçün  fasilə  verər,  amma  budur,  çamadanında  iki 

əlyazma var: “Sevgi və neft”, “Manuela”. “Sevgi və neft” novel-

lasının qəhrəmanlarından biri Parisə mühacirət eləmiş iş ada-




426

mı Petros Petrosyan neft satışından öz xeyrini götürən iş ada-

mıydı.  Əsəd  bəy  novellada  Avropada  “Cənab  beş  faiz” 

ləqəbilə tanınmış erməni milyonçu Qalust Gülbəngyanın pro-

totipini yaratmışdı, gələcəkdə onun haqqında da kitab yaz-

maq fikrindəydi. Həmin novellalara əl gəzdirib, məsələn, Pol-

şada çap etdirmək olar, Vyanada üzə çıxsa, naşirləri narazı 

qalarlar. 

 Dərhal Lodzın “Respublika” nəşriyyatına məktub yazdı, 

bu  yaxınlarda  əsər  üçün  müraciət  eləmişdilər,  əlyazmaları 

göndərib  tərcümə  və  çapıyla  bağlı  razılaşdı.  Yalnız  orda 

işlərin  sürətlə  getdiyinə  əmin  olandan  sonra  bir  qədər 

sakitləşə bildi... 

 

***



 Həmin vaxtlarda Erikanın dostları arasında Rene Fülöp-

Miller  peyda  olmuşdu.  Rene  Macarıstan  ərazisindəki 

Karansebeşdə doğulmuşdu, qırx yaşlarında, yaraşıqlı, məşhur 

yazıçı,  sənət  tarixçisiydi,  hətta,  Əsəd  bəyin  rəqibi  sayılırdı, 

Şərq, daha doğrusu, Rusiya tarixi üzrə mütəxəssis idi, kitabla-

rı çap olunmuşdu; “Rasputin: müqəddəs şeytan”, “Bolşevizmin 



zəkası  və  siması”,  “Lenin  və  Qandi”  əsərlərini  Əsəd  bəy  oxu-

muşdu, rus teatrı, rus gizli polisi, Lev Tolstoy, Yelizaveta Na-

rışkina-Kurakina barədə kitabları olduğunu bilirdi; oxuduq-

larını bəyənsə də, fikrincə, o kitablarda vacib saydığı şeylər – 

macəra, avantüra, sehr, yəni oxucunu cəlb eləyən gözəl yalan-

lar yox idi. Sözarası dediyinə görə, indi XIII Lui və liderlər, 

xəyalpərəstlər, kütlələr barədə nəsə yazırdı.

 Əslində, onları hər ikisinin Amerikadakı naşiri, “Vikinq” 

nəşriyyatının baş redaktoru Ben Hübş Vyanaya gələndə tanış 

eləmişdi, sonra Binks və Cey də tanışlığa qoşuldular, ardınca 

Rene opera müğənnisi olan arvadı Heddini sıralarına qoşdu. 

Hübş gedəndən sonra tez-tez görüşürdülər, amma Amerika-

dan  qayıdandan  bəri  Rene  çox  vaxt  tək,  həm  də  Erika 

işləməyən saatlarda  gəlirdi,  Əsəd bəyin  başı  sənədləri oxu-




427

mağa, redaktəyə qarışanda onlar qonaq otağında, ya da ey-

vanda  qəhvə,  yaxud  viski  içib,  siqaret  çəkə-çəkə  söhbət 

eləyirdilər.  Beynindən  keçirirdi  ki,  səfeh  kişi  qadını  tərbiyə 



eləməyə çalışar, ağıllı kişisə onu öyrətməyə can atar, yalnız müdrik 

kişi  mümkün  olmayan  bir  işə  –  onu  olduğu  kimi  sevməyə  cəhd 

göstərər, ona görə də onların münasibətinə mane olmurdu.

 Əsəd bəy 1934-cü ilin son ayında Verner Şendeldən II Ni-

kolay  və  Leninlə  bağlı  qovluqlar  aldı:  Şendel  yazırdı  ki, 

müqavilə üzrə kitablardan çatacaq qonorar hesabına köçürü-

lür,  hələ  Göbbelsin  nazirliyi  tərəfdən  təhlükə  gözlənmir, 

naşirlər son rus çarı və Lenin haqqında oxucuların diqqətini 

çəkəcək  kitablar  istəyirlər,  amma  çox  tələsməsin,  kifayət 

qədər  vaxtı  var;  Keppenhauerdən  rus  çarı  haqqında  kitab 

üçün yüksək qonorar almaq tələbini yerinə yetirəcək, xanım 

Əsəd bəyin rəfiqəsilə bağlı kiçik xahişinə əməl eləyəcək...

 Erikasa yenə Nyu-Yorka getmək fikrinə düşmüşdü, ərinin 

bütün səylərinə baxmayaraq, fikirindən dönmədi: ailəsi üçün 

darıxıb, bir neçə ay onların yanında dincəlsələr, pis olmaz – 

axı qayıdanda belə razılaşıblar. İsrarlar dözülməz həddə ça-

tanda Əsəd bəy axır ki, razılıq verdi: nə olar, gedərlər, amma 

əvvəla, rus çarı haqqında əlyazmanı mümkün qədər tez ha-

zırlayıb  Berlinə  göndərmək  lazımdı,  Hollenin  nəşriyyatı 

gözləyir,  ikincisi,  çox  orda  uzun  müddət  qalmayacaqlar, 

Nyu-Yorkda özünü narahat hiss eləyir, Virekdən başqa ürək 

qızdırdığı bir kəs yoxdu.

  Erika  görünür,  səfər  xətrinə  razılaşdı,  hətta  qonşularla 

ünsiyyəti  bir  qədər  azaltdı,  Rene  də  çox  az-az  görünməyə 

başladı.  Demək  olar,  ay  yarımdan  sonra  əlyazma  hazır  idi, 

Nyu-Yorka bilet də sifariş olunmuşdu. Əsəd bəy “II Nikolay: 



Sonuncu  çarın  yüksəlişi  və  süqutu”  adlandırdığı  əlyazmanı 

naşirinə göndərib çamadanını yığışdırdı...

  Yenə  Berlindən  Venesiyaya  qatarla,  Venesiyadan  Nyu-

Yorka  transatlantik  paroxodun  birinci  dərəcəli  kayutunda 

getdilər.  Yenə  Erika  ərinin  yazacağı  kitablardan  danışanda 



428

coşqun, yataqda yorğun halının şahidi oldu. Əsəd bəy indi 

də  Lenin  barədə  danışırdı:  gələcək  personajı  barədə 

əlyazmanı, sənədləri, qəzet-jurnal kəsiklərini oxuyur, qeydlər 

aparır, işarələyir, çox bəyəndiyi məqamlar olanda özünü sax-

laya bilmirdi:

 “Bir buna bax, Eri...”

 Erikanın ona qulaq asmağa hövsələsi çatmırdı, xəz yarım-

paltosuna bürünüb göyərtəyə çıxır, yuxusu gələnə qədər vax-

tını keçirməyə çalışırdı. Gözəl şəhərdə, kübar rayonda, impe-

rator sarayı, müqəddəs Stefan kilsəsi və Opera teatrının ya-

nındakı  dəbdəbəli  mənzillərdə  yaşayırlar,  pul  sarıdan 

çətinlikləri yoxdu, amma daha münasibətlərində əvvəl duy-

duqları vəcd, coşqunluq, ehtiras, sevgi yoxdu; aradan cəmi üç 

il keçib, Erikanın fəth elədiyi “şahzadə” artıq adiləşib, əvvəlki 

cazibəsini və sehrini itirib, üstəlik, çox dəyişib, öz hisslərilə 

bacara bilmir.

  Nyu-York  Əsəd  bəydən  ötrü  darıxdırıcı,  Erikadan  ötrü 

əyləncəliydi.  Naşirilə  görüşdü,  Virekə  baş  çəkdi,  qəzet-

jurnallara müsahibə verdi. Berlinin “Holle” nəşriyyatında rus 

çarı haqqında nəşr olunmuş kitabının sorağı artıq okeanın bu 

tayına gəlib çatmışdı. “Nyu-York Tayms”ın müxbirinə kitab 

barədə danışdı, o da yazdı: “İkinci Nikolayın bioqrafı redaksiya-

mızda oldu: Əsəd bəyin fikrincə, çarı heç kəs başa düşmürdü”. 

 Vəssalam, bununla da Amerikadan doydu.

 Təəccübünə rəğmən Erikanı Vyanaya tez qayıtmaq üçün 

dilə tutmalı olmadı, arvadı elə ilk cəhddəcə razılaşdı.

 “Əlbəttə, qayıdaq, bizi Vyanada vacib işlər gözləyir”.

  Lyövendalların  onları  mehribancasına  yola  salmasından 

da təəccübləndi, amma ağlına başqa bir şey gəlmədi: görü-

nür,  Erika  münasibətlərindəki  bəzi  mətləbləri  dərk  eləyib, 

ərinin istəklərinin əleyhinə getməməyi qərara alıb!

 Vyanaya yazın ən gözəl vaxtında çatacaqlar... 

 Bəlkə, yayı Yunanıstana, ya da Norveçə getsinlər?.. 

 Nə olar, bunu vaxtı çatanda götür-qoy eləyərlər... 

 Hələ ki, qarşıda uzun dəniz səfəri durur...



429


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin