Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə98/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   94   95   96   97   98   99   100   101   ...   175
qanqsterə oxşatma”, “oxunaqlı və etibarsız”, “maraqlı, lakin əhə-

miyyətsiz”, “sadəcə, uydurma”, “sensassiyalı fiksiya”... Bir buna 

bax, Stalinin 1919-cu ildə təntənəli şəkildə Bakıya varid oldu-

ğunu yazıb, Əhməd bəy Ağaoğlunu və Nəsib bəy Yusifbəylini 

Müsavatın  rəhbərləri  kimi  təqdim  eləyib,  Məmməd  Əmin 

Rəsulzadəni heç xatırlatmayıb...

 “Özünün orijinal materialını təqdim eləyə bilməyən Əsəd bəy 

məlum faktlardan ustalıqla yararlanır, – Cozef Şaplin “Nyu-York 

Tayms”da yazırdı. – Bu töhfənin orijinallığı ondan ibarətdi ki, o 



gürcü kimi Stalinin düşüncəsinə və xarakterinə bələddi...”

 “...O, həddən artıq qabiliyyətli nağılbaz olmaqla yanaşı həddən 



artıq da etibarsız mənbə və yazıçıdı; o bir şeyi təsvir və təhlil eləməyə 

başlayanda  büsbütün  cəfəngiyat  danışır...”  –  icmalçılardan  biri 

qeyd eləyirdi...

 Əsəd bəy bunları oxuyur, sirli təbəssümlə öz aləminə qapı-

lırdı: “tarixi və biblioqrafik faktları təxəyyülün məhsulu olan uy-




392

durma əhvalatlarla birləşdirmək” – bəyəm, oxucu da elə bunu 

istəmir? Tarix yazmaq üçün tarixçilər var, qoy əsl həqiqəti on-

lar yazsınlar!

 Günlərin birindəsə Qriqol Robakidzenin Berlinə gəldiyini 

eşidib ondan müsahibə almaq fikrinə düşdü. Ehtiyac olanda 

əl atdığı fəndi işə salıb özünü həm Tiflisdə doğulmuş, Bakıda 

yaşamış jurnalıst, həm də ədəbiyyat üzrə doktor kimi təqdim 

elədi. Həmsöhbəti onu yaxşı qarşıladı, görünür, hələ “Şərqdə 

neft və qan” kitabıyla tanış deyildi, ondan nələr “əxz elədiyini” 

bilmirdi;  Əsəd  bəyin  “İlan  dərisi”  romanını  oxumasından, 

haqqında vəcdlə danışmasından məmnun oldu, hətta, sualla-

rının  tərtibinə,  cavabların  dolğun  çıxmasına  da  yardım 

göstərdi. Söhbət vaxtı öyrəndi ki, Robakidze də Stalin barədə 

kitab yazmaq fikrindədi. Əsəd bəy ona Kobayla bağlı kitabını 

artıq bitirdiyini bildirmədi, bunun düşəri-düşməzi olardı.

  Elə  o  vaxt  da  jurnalda  öz  həyatı  barədə  yazmaq,  bəzi 

məsləhət bildiyi məsələləri açmaq qərarına gəldi. “Doğulmaq? 

–  O  “Avtobioqrafiya:  Həyatımın  hekayəsi”  adlandırdığı  qeyd-

lərində özünəxas əyləncəli, yarıkinayəli tərzdə yazırdı. – Elə 

burdaca mənim mənşəyimlə bağlı problemlər başlayır. Adamların 

çoxu doğulduqları evi, ya da ən azı məkanı tanıyırlar. Qocalandasa 

həmin yerə, bəzənsə, həmin evə gedib xatirələrini yada salırlar. La-

kin mən öz xatirələrimi yada salmaq üçün ekspress qatarının vaqo-

nuna səyahət eləməliyəm...”

 Qəsdən doğulduğu yeri əsl milliyyəti kimi heç vaxt dəqiq 

yazmır, ya söyləmirdi; ətrafındakılar şəxsi həyatın barədə nə qədər 

az bilərlərsə, bir o qədər çox uğur qazanarsan – bu onun həyatının 

qızıl qanunuydu...

***

 ...Əsəd bəy Stalindən “qisasını alandan” az sonra taledən də 



intiqam almaq fikrinə düşdü. 

 Günlərin birində redaksiyada oğlansayağı geyinmiş, qısa 

qara saçlı, zərif, gülümsər sifətli bir qız gördü. Elə o gün də 



393

tanış oldular: Erika Lyövendalın cəmi-cümlətanı iyirmi yaşı 

vardı, katibə kimi işə başlamışdı, özüsə... ayaqqabı maqnatı 

Valter Lyövendalın varisiydi, işə sürücüsü olan şəxsi maşınıy-

la gəlib-gedir, üstəlik, şeir də yazırdı. 

 Erikanın maddi ehtiyacı yoxdu, redaksiyada yalnız ədəbi 

aləmdə görünmək üçün işləyir, həm də yazıçılarla tanışlıq ya-

radıb, ünsiyyətdə olmağı çox sevir; özü də nə az, nə çox on üç 

yaşından yazıçıya ərə getmək xəyalıyla yaşayıb, on dörd ya-

şından  da  məktəbdə  oxumağın  daşını  atıb,  atasının  istəyilə 

evdə  xüsusi  təhsil  görüb,  sonra  da  öz  arzusunu  gerçək-

ləşdirmək üçün müxtəlif yollara baş vurub: məşhur yazıçılar-

la tanış olub, onların qəlbinə girməyə can atıb; Ştefan Loran-

tın katibəsi olmağa cəhd göstərib, amma baş tutmayıb. Peter 

Flammla  “ünsiyyət  qurmağa”  çalışıb,  nəticəsiz  qalıb;  sonra 

gənc  və  məşhur,  həm  də  yaraşıqlı  Əsəd  bəylə  maraqlanıb, 

onun şərqli görkəmi, şərqli sehri qəlbinə dərhal yol tapıb. Re-

daksiyada da elə buna görə işə girib.

 İlk baxışdan gülümsər qara gözlərinə aşiq olduğu Erikanın 

açıq danışığı, məqsədini birbaşa deməsi Əsəd bəyin xoşuna 

gəldi: nə olar, Erika haqlıdı, oğlanın cəmi iyirmi altı yaşı var, 

məşhurdu,  yaraşıqlıdı,  geyim-kecimilə  hamıdan  fərqlənir, 

özü də gözəlliyin nə olduğunu dərk eləyir; xüsusilə, son dörd 

ildə qadınları yetərincə tanıyıb: “Melomania” kafesində tanış 

olduğu qızları kinoya, başqa xudmani yerlərə aparıb, ya da 

qəhvə içmək adıyla evlərinə gedib, hər dəfə də intim yaxın-

lıqdan sonra özündə heç bir duyğu tərpənişi hiss eləməyib, 

əksinə,  mənasızlıq  bataqlığına  batmış  kimi,  yuyunub-

təmizlənməyə çalışıb. Amma Erika tamam ayrı tipdi: açıq-aş-

kar onun xoşuna gəlməyə, ərə getməyə çalışır, məqsədini də 

gizlətmir.

 Əsəd bəy tezliklə onu da öyrəndi ki, lyövendallar Leyp-

siqdən Berlinə, az qala, iyirmi il əvvəl köçmüş yəhudi ailəsidi. 

Əvvəllər bir elə imkanları olmayıb, Valterin Lyövendalın əli 

sonra  gətirib,  topdansatış  ayaqqabı  ticarətilə  məşğul  olub, 



394

üstəlik,  Praqadakı  “Bat’a”  ayaqqabı  fabrikindəki  şərikinin 

köməyilə Çexiya hökumətinin Berlindəki konsulu kimi fəxri 

vəzifəni yerinə yetirir; Erikanın anası Truda gözəl geyimləri 

çox  xoşlayır,  on  iki  yaşlı  qardaşı  kiçik  Valtersə,  əylənməyə 

meyillidi, gələcəkdə ondan nə çıxacaq, bunu təkcə Allah bilir.

 “Şərq şahzadəsi”, şübhəsiz, Erikanın cazibəsi, zərif sevgi 

oyunları qarşısında tab gətirə bilmədi: qız oğlansayağı kost-

yum  geyinəndə  də,  dar  və  gödək  tuman,  dekolte  köynək 

geyinəndə də cəlbediciydi, masanın altından görünən nazik 

ipək  corablı,  düz,  qəşəng  ayaqları,  incə  qırmızı  dodaqları, 

gözəl boynu onun qanını qaynadırdı. Erika həm də savadlıy-

dı, onunla hər mövzuda söhbət eləmək olurdu.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin