“ziyankar”, “diversant”, “casus” yazıçıları tezliklə tapıb ifşa
olunmasını, “gənc yazıçıları sovet hökumətindən iyrəndirməyə ça-
lışan Ruhulla Axundovun ciddi cəzalandırılmasını” tələb elədilər.
İclasın qərarında da elə beləcə yazıldı: “Biz yazıçılar gələcək
əsərlərimizdə sinfi düşmənin bu həyasız metodlarını bədii obrazlarla
ifşa edərək, onun bütün qalıqlarını ifşa etməyə çalışacağıq”.
“Sinfi düşmənlərin bütün qalıqlarını... – iclasdan qayıdan-
da Abdulla Şaiq başını bulayıb dilləndi. – Daha qohum-qonşu
da gedib-gəlmir ki, birdən sinfi düşmən hesab olunarlar. Ağır
zaman gəldi, çox ağır...”
“Adamdan keçmişinə görə haqq-hesab istəmək nə dərəcədə
doğrudu, Şaiq Əfəndi? – Yusif Vəzir kitab pasajının yanından
ötəndə deyirdi. – Keçmiş yaşanıb, bitib, çəkilən mənəvi
əzablar hər şeyin əvəzini verib axı”.
“Can qorxusu pis şeydi”, – Abdulla Şaiq fikirli-fikirli
dillənib köksünü ötürdü.
Elə o can qorxusu da bir neçə gün sonra özünü onun
taleyində bir daha göstərdi. “Azərnəşr”in direktoru İsmayıl
Katib Yusif Vəziri kabinetinə çağırıb yer göstərdi, bir qədər
ordan-burdan danışandan sonra dərdini dedi:
“Yoldaş Yusif Vəzir, belə məsləhət oldu ki, siz daha bu
idarədə işləməyəsiniz...”
463
“Necə?!. – Oturduğu stuldan azca dikəlib təəccüb və
çaşqınlıqla ona baxdı. – Axı mən ailə sahibiyəm, üç uşağım
var, işləməliyəm...”
“Başa düşürəm, – direktor nəzərlərini qaçırıb masasının
üstündəki kağızlara dikdi, – ancaq belə məsləhətdi, heç bir
kömək eləyə bilmərəm”.
Kabinetə sükut çökdü, o sükut hətta gicgahındakı damar-
ların necə döyündüyünü də eşitdi.
“Neynək, belə məsləhətdisə, gedərəm”, – ağır-ağır qalxıb
qapıya doğru yönəldi...
...Evdə Bilqeyis xanım bu gəlişinin tamam başqa cür oldu-
ğunu dərhal hiss eləyib narahatlıqla üzünə baxdı.
“Uşaqların xəbəri olmasın, Bulqu, – portfelini masanın
üstünə qoyub stula çökdü. – Məni bu işdən də çıxardılar”.
Bilqeyis xanımın rəngi qaçdı, özünü itirdiyindən üzbəüz
stulda oturub bir müddət susdu, sonra iztirablı təbəssümlə
gülümsədi:
“Neynək, ürəyini sıxma, dur, paltonu soyun, Allah
kərimdi, bir qapı açılar”.
“Hələ ki, açıq qapılar bir-bir örtülür, – qalxıb paltosunu
soyuna-soyuna dilləndi. – Çox pis zəmanə gəldi...”
İndi işə getməyəcəyini, işsizlikdən yaranan sıxıntılarını
uşaqlara necə başa salsın? İşdən çıxarıldığını eşidən qonum-
qonşu onlardan uzaq dolanmağa başlayacaq, evlərindən ayaq
kəsiləcək, qəzet-jurnallar yazılarına, nəşriyyatlar kitablarına
yaxın durmayacaqlar. Hər şey bununla bitsə, dərd yarıdı,
“gənc tənqidçilər”, “xalq düşmənləri”ni ifşa eləmək üçün
fürsət gözləyənlər qələmlərini çəkib meydana atılacaqlar.
Hara getsin, iş üçün kimə üz tutsun? Qəzənfər Musabəyov
Moskvadaydı, yəqin, Ruhulla Axundovdan, Sultanməcid
Əfəndiyevdən, Həmid Sultanovdan, Əliheydər Qarayevdən,
Həbib Cəbiyevdən... ibarət siyahıda onun da adı vardı, son
vaxtlar səs-səmiri çıxmırdı; Üzeyir bəyin yanına getmək
istəmirdi, onsuz da o Ceyhun bəyə görə daim təhlükə altında
464
yaşayırdı, üstəlik, öz dərdini də onun çiyninə qoya bilməzdi;
Abdulla Şaiqin gözlərindəki əlacsızlıq ürəyini göynədirdi,
ona söz deyə ehtiyac yox idi, imkanı olsaydı, söszüz-sovsuz
nəsə eləyərdi; Məmməd Səid ayıq adam idi, daha küçənin o
biri tərəfilə gedirdi, görünür, qarşılaşmaq ondan ötrü də çətin
idi; Səməd Vurğun rastlaşanda günahkar-günahkar gülüm-
səyir, elə bil, demək istəyirdi: “Bağışlayın, Yusif Əfəndi, Yazı-
çılar İttifaqının katibi olsam da, əlimdən bir şey gəlmir”; papi-
rosunu sümürməsindən də məlum olurdu ki, baş verənlərə
görə mənəvi əzab çəkir.
Nə vaxtdı, Aslandan da, Mustafadan da xəbəri yox idi. As-
lan professorluğacan yüksəlsə də, keçmişini, əsil-nəcabətini
heç vaxt yaddan çıxarmazlar, yəqin, vəziyyəti o qədər yaxşı
deyil; Mustafa da hüquq professoru olmuşdu, kitablar yaz-
mışdı, amma o da keçmişinin, əsil-nəcabətinin girovuna çev-
rilmişdi; yalnız qayınanası, baldızları, qaynı gəlib-gedirdilər,
onların da hər gəlişlərindən sonra ovqatlarındakı ağırlıq
gözgörəti hiss olunurdu.
“Bulqu, – hətta, bir dəfə ehtiyatla arvadına dedi, – başqa
cür başa düşmə, gəlib-getmələrinin onlara ziyanı dəyər,
bəlkə...”
“Niyə, – Bilqeyis xanım sözünü kəsmişdi, – xalq düşməni
deyilsən ki... Adam işə də girər, işdən də çıxar, burda nə var
axı?”
Onda susdu, amma bilirdi ki, arvadı belə şeyləri nəzərə
almamış olmaz, yəqin, təhlükə hələ gözlədiyi qədər ciddi de-
yil...
Bunu bir neçə həftə sonra da hiss elədi. Martın əvvəllərində
Orxanla hardansa gəlirdi. Kitab pasajının yanından keçəndə
cavan yazıçı Sabit Rəhmanla rastlaşdılar. Sabit Rəhman onu
görən kimi, üstünə gəlib hərarətlə görüşdü:
“Mənim üçün çox xoşdu, nə vaxtdı fikirləşirdim ki, rastla-
şasınız, sizə yeni kitabımı verim”.
“Çap olunmağından xəbərim var, – nəzakətlə dilləndi. –
Xeyirli olsun”.
465
“Bir dəqiqə vaxtınızı alacağam, – Sabit Rəhman cəld düka-
na girib çox keçmədən əlində “Gənclik hekayələri” kitabıyla qa-
yıtdı, tələsə-tələsə kitabın titul vərəqinə avtoqraf yazıb ona
uzatdı. – Buyurun, şagirddən müəllimə kiçik bir ərməğandı”.
“Sağ ol, zəhmət çəkdin, – kitabı aldı. – Vaxt tapıb mütləq
oxuyaram”.
Kitabdakı “Böyük yazıçıya kiçik yazıçıdan hədiyyə. 05.03.37”
avtoqrafını oxuyub bir qədər toxtadı; hər halda, qələmdaşları
arasında onu qiymətləndirənlər, hörmət bəsləyənlər var...
***
Günlər ağır, üstəlik, ağrılı keçirdi. Lap uşaqlıq çağlarından
sevdiyi Novruz bayramının da dadı-tamı qalmamışdı, amma
uşaqların ovqatını korlamamaq üçün özündə sevinməyə güc
tapdı. Bayram ərəfəsinə Yazıçılar İttifaqının plenumu təyin
olunmuşdu, nələr baş verəcəyini dəqiq bilməsə də, mütləq
tənqidlərə tuş gələcəyini hiss eləyirdi. Zənni bu dəfə tamam
doğru çıxmışdı.
“Xalq düşmənlərini ifşa” kampaniyası qarşısıalınmaz
prosesə çevrilmişdi, bütün təşkilatlar bu çağırışa “öz
Dostları ilə paylaş: |