“Xoşbəxtlik axtaran müharibə uşağı” adlı roman yazıb Lüsi
vasitəsilə Piterə vermişdilər, amma o, əlyazmanı oxuyub
bəyənməmiş, Elfridanı dəvət eləyib işlərinin yaxşı
getmədiyindən, çətinlikləri aradan qaldırmaq üçün çalışdı-
ğından, buna görə də bütün yollara əl atdığından danışmışdı:
Üçüncü Reyx kitab bazarını təcrid eləyəndən sonra işlər lap
pisləşib: bir vaxtlar Stefan Svayqı, Herman Hesseni, Aqata
Kristini, Somerset Moemi, Uolt Uitmeni, Torlton Uaylderi,
Henrix Heyneni... nəşr eləyən Ernst Piter Tal indi böhrandan
çıxmaq üçün hər cür imkanı sınaqdan keçirir; bax, elə indicə
arxivindən iri bir qovluq tapıb, müəllifinin kim olduğunu xa-
tırlamır, bəlkə frau Elfida vaxt tapıb oxusun, əgər dəyərlidisə,
482
nəşri barədə fikirləşsin; əlbəttə, frau Elfridanın zövqünə ina-
nır, həm də yəqin Lüsinun xətrinə bu işi boynuna götürər.
Boynuna götürmüşdü, çoxdan görmədiyi Lülsiyə salam
göndərib o qovluqla evə qayıtmışdı. Bununla belə, həmin
günlərdə başı öz şərikli romanını çap etdirməyə yer tapmaq
qayğısına bərk qarışdığından qovluğun bağını da açmağa
macal tapmamışdı. Axır ki, “Praqer Tagblatt” qəzetilə dil ta-
pandan sonra qovluğu xatırlamışdı. Amma görüşlərindən
heç iki həftə keçməmişdi ki, gözlənilməz xəbərdən sarsıldı:
noyabrın son günü Ernst Piter Tal qəfil ürəktutmadan elə
kabinetindəcə keçinmişdi.
Yasa getdi, Lüsiyə başsağlığı verdi, amma qovluq barədə
söz salmadı: bir qədər utanırdı ki, Ernstin xahişinə vaxtında
əməl eləməyib, həm də qovluqda nə olduğunu o vaxta qədər
bilmirdi. Qovluğu da Talın dəfnindən qayıdandan sonra
açdı. İçində iki dəst əlyazma vardı. Birincinin üstündə səliqəli
xətlə “Qurban Səid. Əli və Nino”, digərinin üstündəsə “Qur-
ban Səid. Qızılbuynuzlu qız” yazılmışdı. Müəllifin adını heç
eşitməmişdi, beynindən keçirdi ki, yəqin, türk olar, türk ol-
masa da, hər halda, şərqlidi, bu barədə Rolfdan soruşar. An-
caq Rolfa Qurban Səid ad-soyadı tanış deyildi, roman-filan
onu heç maraqlandırmırdı, Elfrida da qovluğu bağlayıb bir
tərəfə qoymuşdu.
...Əlbəttə, bütün bunları Əsəd bəyə danışmadı. Bəlkə heç
qovluq da yadına düşməyəcəkdi, Ömər-Polf Ernst arada Piter
Talın qəfil vəfatından söz salanda xatırladı.
“Bilirsiniz, Əsəd bəy, – dedi, – bu da Allahın xoş təsadüfüdü,
– məndə sizin üçün qovluq var, istərdim ki, oxuyub fikrinizi
söyləyəsiniz, üzə çıxarmağa dəyər, ya yox?”
“Hər halda, yəqin, mənim maraq dairəmə daxildi, frau Elf-
rida”, – Leo ümidlə onun üzünə baxdı.
“Şübhəsiz, – ev sahibəsi qovluqdakı əlyazma dəstlərindən
birini götürüb ona verdi. – Şərq mövzusundadı, üstəlik, əgər
Rolf düz məlumat veribsə, bildiyimə görə, hadisələr sizin do-
483
ğulduğunuz yerlə, Bakıyla bağlıdı. Elə bilirəm ki, diqqətinizi
çəkəcək”.
Leo əlyazmanın ilk vərəqini oxuyub qaşlarını dartdı: Bakı
bir yana, burda söhbət iyirmi il əvvəl onun yaşadığı
məhəllədən, oxuduğu məktəbdən, gəzdiyi küçələrdən gedir-
di. Həyəcanlandı, səbrini basa bilməyib kağızları dəstələdi:
“Onda mən bunu götürə bilərəmmi? Elə sabah axşama fik-
rimi sizə bildirərəm”.
“Əlbəttə, əlbəttə, götürün, sonra ətraflı danışarıq, – Elfrida
bir qədər etinasızlıqla dilləndi. – Xoşunuza gəlsə, çox
sevinərəm”.
“Belə ha, Leo, – Rolf salonun o başında nəyləsə məşğul idi,
söhbəti yarı-yarımçıq eşitsə də atmacasından qalmadı, – Elfri-
dayla dərhal dil tapmağınıza sevindim”.
Əsəd bəy atmacaya cavab vermədi, indi yeganə arzusu evə
tez çatmaq, qapını bağlayıb divana uzanmaq, əlyazmanı tez
oxumaq idi. Azı, on ildi, yazırdı, amma heç vaxt belə həyəcan-
lanmamışdı; düzdü, ilk yazılarını qələmə alanda, “Şərqdə
neft və qan” əlyazması üzərində işləyəndə də həyəcan duy-
muşdu; bir də Stalindən yazında əndişə içindəydi, bu da Ko-
baya heyranlıq qarışıq nifrət duymasından irəli gəlirdi, bu-
nunla belə, həmin duyğu bu qədər bütöv və amansız, oxudu-
ğu ilk cümlə bu cür təsirli deyildi, nəfəsini kəsmirdi...
***
Atasının və frau Şultenin narahat şəfqətli baxışları altında
kabinetinə çəkildi, paltosunu soyunmağa güclə səbri çatdı,
elə o cür də özünü divana atdı. Səhifələri oxuyur, vəcddənmi,
aldığı
təəssüratın
böyüklüyündənmi,
neylədiyini
bilmədiyindənmi, vərəqləri döşəməyə atırdı. Oxuduğu ro-
manda bütün mənzərəsi, ab-havası, heyrətamiz dərəcədə ta-
nış adamlarıyla Bakı vardı, müsəlman zadəganı Əli xan Şir-
vanşir və gürcü gözəli Nino Kipiani vardı, onları saf, roman-
tik, faciəvi sevgisi vardı. Leo istər-istəməz hadisələrin bir
484
personajına çevrilmişdi, tanış küçələrdən keçir, tanış adam-
larla görüşür, uşaqlıq və yeniyetməlik yaddaşında qalanları
xəyalında bir də canlandırırdı.
Əlyazmanın son səhifələrində keçirdiyi həyəcandan
taqətsizləşib yuxuya getdiyini də hiss eləmədi.
Səhəri gün yuxudan həmişəkindən xeyli gec, günorta
yaxın ayıldı, fikri dağınıq halda, frau Şultenin yemək və pal-
tar barədə dediklərinə qulaq asmadan evdən çıxdı. Yalnız
“Herenhof” kafesindəki bədənnüma güzgünün qarşısından
keçəndə sezdi ki, görkəmi heç xoşagələn deyil, paltarısa əzik-
üzükdü.
“Bütün bunlar artıq yazılıb, həm də yaxşı yazılıb, peşəkar
romançının qələmindən çıxıb, – Leo Əsəd bəy kafenin
pəncərəsindən qarlı küçəyə baxa-baxa fikirləşirdi. – Amma
kimin yazdığını Elfridadan soruşmaq, şübhəsiz, səfehlik olar.
O məndən yeddi ildə on altı kitabı necə yazdığımı soruşmadı.
Yəqin, əlyazma üzərində işləməyimi umur. Əlbəttə, şərtləri
məqbul olmasa belə, bundan boyun qaçırmaq səfehlikdi.
Məsələnin maddi tərəfi bir yana, indiki vəziyyətimdə
müvazinətimi saxlamağa kömək eləyər. Şübhəsiz, təxəllüsün
Dostları ilə paylaş: |