Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə128/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   124   125   126   127   128   129   130   131   ...   175
 “Öz kontrrevolyusion əsərləri və hərəkətləri ilə Azərbaycan Sovet 

Yazıçılar İttifaqını zibillədiklərinə və bu günə kimi heç bir sovet temati-

kasında əsər yazmadıqlarına, Sovet Yazıçılar İttifaqının nizamnaməsinə 

riayət etmədiklərinə və beləliklə, sovet yazıçısı kimi ən yüksək bir adı 

daşımağa layiq olmadıqlarına görə Hüseyn Cavid, Hacı Kərim Sanılı, 

A.Musaхanlı,  Yusif  Vəzir  Çəmənzəminli,  Seyid  Hüseyn,  Salman 

Mümtaz, S.M.Qənizadə, Qantəmir və s. Sovet Yazıçıları İttifaqı sırala-

rından  хaric  etməli,  bunların  yaradıcılığındakı  kontrrevolyusion 

mahiyyəti həm ümumi iclasda, həm də mətbuatda ifşa etməli”. 

 Hüseyn Cavid, Hacıkərim Sanılı və Mikayıl Müşfiq, Yusif 

Vəzir, Atababa  Musaxanlı,  Salman  Mümtaz,  Qurban  Musa-

yev, Seyid Hüseyn, Qantəmir, Zinnət Zakirov və Sultanməcid 

Qənizadənin  İttifaqda  qalması  dözülməz  hesab  olundu, 

üzvlükdən çıxarıldılar.



 “Xeyirxah” Hidayət Əfəndiyev də unudulmadı, “ikiüzlülük 

elədiyinə”, “ailəçilik yeritdiyinə”, “gənc kadrlara qaba rəftar göstər-

diyinə görə” tənqid seksiyasının sədrliyindən azad olundu.

 Seyfulla Şamilov və Səməd Vurğun da cəzadan yaxa qur-

tara  bilmədilər,  “onlara  tapşırılan  vəzifələri  aparmağı  bacara 

bilmədiklərindən” kürsülərilə vidalaşmalı oldular. Yeni yeddi 

nəfərlik  idarə  heyəti  seçildi,  sədrlik  Əli  Məmmədova, 

katibliksə Ağahüseyn Rəsulzadəyə tapşırıldı.

 Qərarın oxunuşu başa çatan kimi salonda səs ucaldı:

 “Sən bu ölkəni sevmirsən!”

 Dönüb bu sözləri deyən hündürboy, qaraşın oğlana baxdı:

  “Niyə  axı?  Mən  öz  ölkəmi  sevirəm!”  –  Bunu  deyəndə 

səsinin titrədiyini hiss elədi.

 “Sevsəydin, gedib fransızca öyrənməzdin! – Oğlanın səsi 

daha ötkəm çıxdı. - Ver dınışqanı, ver!”

 Acı təbəssümlə üzvlük vəsiqəsini çıxarıb rəyasət heyətinin 

əyləşdiyi masanın üstünə qoydu, ağır addımlarla iclas salo-

nundan çıxdı.

  Bayırda  bürküydü.  Nəfəsinin  daraldığını  hiss  eləyib 

köynəyinin  üst  düyməsini  açdı,  qalstukunu  boşaldıb  hara 

gedəcəyini bilmədən küçə boyu addımladı.




477

 Üç aydan sonra özünün əlli yaşı, yaradıcılığının otuz ili 

tamam olacaqdı. Ötən il bu vaxt yubileyinin necə keçiriləcəyi 

barədə fikirləşirdi, indisə işsizdi, kitabları, pyesləri, ssenariləri 

nəşriyyatlara, teatrlara, kinostudiyaya yaxın buraxılmır, İtti-

faqdan çıxarılıb, ev növbəsindən çıxarılıb, “mürtəce”, “kontrre-



volyusion-müsavatçı”,  “əclaf”  yarlıqlarına  layiq  görülüb,  res-

publika və ölkə rəhbərlərinə göndərdiyi məktublara hələ də 

cavab yoxdu; şübhəsiz, bütün bunlar da həbslə nəticələnəcək.

 Ürəyi bir də sancdığından ayaq saxladı. Bu vaxt qoluna əl 

toxunduğunu hiss eləyib çevrildi. Abdulla Şaiq idi, məhzun-

məhzun üzünə baxırdı.

 Fikirləşdi ki, elə dostlar var, onlara yemək kimi hər gün ehtiya-

cın  olur;  elə  dostlar  var,  belələrinə  dərman  kimi  özünü  pis  hiss 

eləyəndə ehtiyac duyursan; elə dostlar da var, xəstəlik kimi özləri 

səni tapırlar; elələri də var, hava kimidilər, gözə görünmürlər, amma 

həmişə sənin yanındadılar. Şaiq Əfəndi axırıncı dostlardan idi.

 “Gedək bizə, – Abdulla Şaiq qolunu buraxmadan dilləndi. 

–  Şahzadə  xanımın  çayını  içərik,  ağlımız  bir  az  başımıza 

gələr”.


  “Mən  “mürtəceyəm”,  “qəddar  burjua  millətçisi”yəm, 

“kontrrevolyusion-müsavatçı”yam”, “əclaf”am, Şaiq Əfəndi! 

– Səsi qəzəbdən və ağrıdan titrəyirdi. – Bunu balalarıma necə 

başa salım?!”

 “Gəl, gün doğmamış nələr doğular, – Abdulla Şaiq ürək-

dirək verməyə çalışdı. – Yəqin, məsələni araşdırarlar, günah-

sız olduğun üzə çıxar, səbir elə...”

 Yox, daha səbirdən keçmişdi. Dözümünün haracan çataca-

ğı barədə fikirləşirdi. On iki il əvvəl Parisdə qəlbinə gizlicə 

soxulmuş  səksəkə  artıq  özünü  bütün  çılpaqlığıyla  büruzə 

vermişdi...

 Həmin axşam “İki od arasında” romanını bitirib son nöqtəni 

qoydu.  Fikrincə,  pis  alınmamışdı.  Nə  vaxtdan  bəri  tutqun 

olan siması açılmışdı.

 “Axır ki, bitirdim, Bulqu, – əlyazmasını yığdığı qovluğu 

göstərdi. – Başıma bir iş gəlsə, bu qovluqdan muğayat olar-




478

san. İtirdiklərimi daha geri qaytara bilmərəm, heç olmasa, bu 

qalsın”.

  “Bədbin  danışma,  –  Bilqeyis  xanım  da  əhvalı  durulmuş 

halda gülümsədi, – İnşallah, indiyəcən bir şey olmadısa, bun-

dan sonra da olmaz. Bu çətinlikdən də birtəhər çıxarıq, təki 

sən sağ-salamat yanımızda ol”.

 Masanın üstündən Lev Tolstoyun cildini götürüb bəxtəbəxt 

açdı, ilk gözünə sataşan cümləni oxuyub örtdü, kitabı yerinə 

qoyub köksünü ötürdü, iztirab dolu səslə dilləndi:

 “Deyəsən, ayrılacağıq, Bulqu, buna hazır ol...”

 Bilqeyis xanımın rəngi ağardı, gözləri doldu, bununla belə, 

özünü ələ ala bildi.

 “Ürəyimizi üzmə, – dedi, – hələ ki, Allaha şükür, salamat-

lıqdı”. 

  Axır  ki,  doğulub-böyüdüyü,  itkilərilə  ürəyinin  yarasına 

çevrilən Şuşaya borcunu vermişdi... 

 Əsərin çapı haqqındasa indi fikirləşmək istəmirdi, yəqin, 

onun da zamanı gələcəkdi...



479


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin