469
Qürbətdəki tələbə və yazıçı yoldaşlarına kələk gələn fırıl-
daqçı bakılı mühacir haqqında “Həzrəti-Şəhriyar”, köhnəliklə
yeniliyin mübarizəsini əks etdirən “Telli” komediyalarına te-
atrlar yaxın durmadılar: pis deyil, amma bu əsərlərdə “xalq
düşmənlərinin ifşası” yoxdu...
“Altunsaç” kinossenarisi “Azərfilm”də oxunub bəyənilmiş,
göstərilən iradlar aradan qaldırılmışdı. Müəlliflə müqavilə
bağlanmasısa Yazıçılar İttifaqının iclasından sonraya təsadüf
elədiyindən kinostudiyanın direktoru Merkel daş atıb başını
tutdu: “Studentlər” romanınız tənqid olunub, mən sizinlə
müqavilə bağlaya bilmərəm...
“Çapayev” filmi kinoteatrlarda göstərilirdi, qəzetlərdə
təriflənirdi, hətta filmin rejissorları Vasilyev qardaşları ona
gözəl tərcümə üçün təşəkkür eləmişdilər. Bununla belə,
həmin Merkel halal qonorarını cürbəcür bəhanələrlə vermək
istəmirdi...
Onda hələ bilmirdi ki, aprelin 4-dəki istintaqda Ruhulla
Axundov “respublikada və Azərbaycan SSR EA-da əksinqilabi
burjua-millətçi təşkilatın rəhbəri olduğunu, təşkilata Salman Müm-
taz, Bəkir Çobanzadə, Yusif Vəzirov, Seyid Hüseyn, Üzeyir
Hacıbəyov, Hacıkərim Sanılı, Səməd Vurğun, Mikayıl Müşfiq,
Əhməd Cavad, Hüseyn Cavid, Əmin Abid, Münzib, Sultan Məcid,
Vəlixanov, Aşurbəyov, Qəzənfər Musabəyov və başqalarını cəlb
elədiyini” artıq “boynuna alıb”.
Aprelin son günü Opera və Balet Teatrında Üzeyir bəyin
“Koroğlu” operasının təntənəli premyerası oldu. Deyilənə
görə, operanı Mircəfər Bağırovun tövsiyəsilə yazmışdı ki, so-
vet quruluşunun tərəfdarı olduğunu əsaslandırsın. Premye-
raya dəvət olunmamışdı, olunsa belə, getmək iqtidarında de-
yildi. Amma tamaşa haqqında verilişə radioda qulaq asdı.
Sinəsi qürurdan qabardı: bir vaxtlar Şuşada tay-tuşu olan oğ-
lan indi zirvələr fəth eləyirdi.
Zülfüqar bəyin də vəziyyəti yəqin ki, ondan fərqli deyildi.
Abdulla Şaiqin librettosu əsasında “Nüşabə” operası üzərində
470
işləyirdi, Şaiq Əfəndinin dediyinə görə, o da çətin günlər ya-
şayırdı...
Daha gedəsi yeri yox idi, qapılar bir-bir bağlanırdı...
***
Mayın iyirmisində Mir Cəfər Bağırova məktub yazdı.
Məktub uzun oldu, ömrünün əlli yaradıcılığının otuz ili
ərzində yaşadığı ən vacib məqamları, səfirliyindən tutmuş
mühacirliyinə, Vətənə qayıtmağına qədər hər şeyi təsvir
elədi, Dneprostroya və Tərtərə getmək üçün şərait yaradılma-
dığını, İttifaqa buraxılan pulun bölüşdürülüb onun yaddan
çıxarıldığını, ssenarisinin qəbul olunmadığını qələmə aldı;
yazdı ki, “əmin olun, talesizliyimə Kərəm-lələ kimi yanıram, yazıq
körpələrim də mənimlə bərabər yanırlar. Bunların günahı nədir
bilmirəm; yazdı ki, yoldaş Mir Cəfər, lütfən, bir hakim sifətilə məni
mühakimə eləyin, günahım varsa, cəza verin, bilim ki, bu artıq son
cəzadı; yazdı ki, mən maddi kömək istəmirəm, ancaq hər bir yazıçıya
verilən şərait və imkan arzusundayam”.
Məktubu poçtla yola salıb ümidlə gözlədi, amma heç ça-
tıb-çatmadığı barədə də cavab almadı...
Bu tərəfdən də mayın axırlarında “Ədəbiyyat qəzetəsi”ndə
Sabir Rəhmanın “Sıralarımızı dərindən yoxlamalıyıq” adlı yazısı
çıxdı. İki ay əvvəl kitabını sevincək “böyük yazıçı”ya təqdim
eləyən “kiçik yazıçı” bu dəfə sosialist inqilabının XX illiyinə
həsr edilmiş nəşrdəki işini, aldığı qonorarı əlində dəstəvuz
eləyib baltanı lap kökündən vurmuşdu:
“Məgər bu antologiyada faşist ideyaları daşıyan “Studentlər”
Dostları ilə paylaş: