Neriman Qurban indd


partiyasız yoldaşların əbləhlik xəstəliyi olan qayğısızlığa tutulduq-



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə127/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   123   124   125   126   127   128   129   130   ...   175
partiyasız yoldaşların əbləhlik xəstəliyi olan qayğısızlığa tutulduq-

larından irəli gəlmirmi?”

  O  ucaboy,  alagöz  göyçaylı  oğlanı  da  tanıyırdı,  şeirlərini 

oxumuşdu,  istedadlı,  ümidverən  şair  hesab  eləyirdi,  rastla-

şanda hörmətlə salam verirdi. Bəs bunları yazmağa onu nə 

vadar eləmişdi – bunu başa düşmürdü.

 «...Yazıçılar İttifaqına hal-hazırda şübhəli olan Müsavat partiya-

sının sabiq üzvləri (Çəmənzəminli, Seyid Hüseyn), ikiüzlü trotskist 

millətçi xalq düşmənləri (Tağı Şahbazi, Talıblı, Əli Nazim), qolço-

maq şair və münəqqidləri (Sanılı, Musaxanlı), əxlaqsızlar, piyanis-

kalar (Əli Nəzmi, Əli Razi), köhnə kitab dəllalları (Səlman Müm-

taz),  «mötəbər  əfəndilər»  (H.Cavid  kimi)  ümumiyyətlə,  xalq 

düşmənləri qəbul edilmişlər...» 

 Bu sətirlərin altındasa Osman Sarıvəllini imzası vardı. Onu 

da  tanıyırdı,  şeirlərindəki  təbiiliyi  dəfələrlə  öz-özlüyündə 

Molla Pənah Vaqifin nəfəsilə müqayisə eləmişdi...

 “Ə.Cavad, Yusif Vəzir, Musaxanlı, Sanılı, Simurq və başqaları 

cərgələrimizdə  özlərinə  yurd  salaraq  öz  qara  keçmişlərindən  əl 

çəkməmişlər  və  ədəbiyyatımıza  az  ziyan  verməmişlər.Talıblı,  Əli 

Nazim,  Hüseyn  Cavid,  Müşfiq  kibi  alçaqlar  öz  kontrrevolüsyon 

fikirlərini ədəbiyyat sahəsində də aparmışlar”.

 Səməd Vurğunun belə sözlərə imza atmasına inana bilmir-

di. Amma, görünür, adamları qınamaq olmazdı, xof onu dərk 

elədiyindən də vahiməliydi. 

 Bu tərəfdən də “Gənc işçi” qəzetində Rıqlın soyadlı müəl-

lifin “Düşmənlərin hiylələri” məqaləsi çap olunmuşdu. “Şa-



475

milovun  redaktorluğu  ilə  çıxan  azərbaycanca  “Ədəbiyyat 

qəzetəsi”nin  son  nömrələrinin  birində,  –  Rıqlin  yazırdı,  –  çap 

edilən məqalədə Yusif Vəzirin kontrrevolyusion “Studentlər” kitabı 

bir “əhəmiyyətli ədəbiyyat əsəri” kimi qeyd edilmişdir”.

 Ürəyi yenə sancdı: bütün bunları oxumaq məşəqqət idi. 

İndi  kimə  deyəydi  ki,  günün  adamı  olmağa  çalışma,  həqiqətin 

adamı olmağa çalış, çünki gün dəyişir, amma həqiqət dəyişmir...

***


  ...Hökm verildi, məsələyə Moskvada qarışdı, beşcə gün 

sonra “Pravda” iri bir məqalə çap elədi: “Düşmənin hiylələri”. 

Düşmən  Ruhulla  Axundov  idi,  o  “bütün  rəhbərlik  elədiyi 

idarələri öz adamlarıyla, gizli və açıq düşmənlərlə” zibilləşmişdi; 

“gizli və açıq düşmənlər” də Mir Cəfərin sadaladığı və “başqa 

əclaflar”ın siyahısında olanlar idilər.

 Əlbəttə, bu səviyyədə verilən hökmdən sonra Yazıçılar İtti-

faqı  hərəkətə  gəlməyə  bilməzdi.  “Ədəbiyyat  qəzetəsi”nin 

növbəti sayındasa Səməd Vurğunun Hüseyn Cavidə ünvan-

ladığı şeir çap olundu. Onu şeir adlandırmağa xəcalət çəkdi. 

Hətta, redaksiyadakılar belə, biədəb ifadələr işlətdiyinə görə, 

bir  misranı  çıxarıb  yerinə  nöqtələr  düzmüşdülər.  Fikirləşdi 

ki, can hövlü pis şeydi, insanın ədalət hissini də, mərhəmət duyğu-



sunu da korşaldır...

 Səhəri gün Yusif Vəziri Yazıçılar İttifaqının üçgünlük icla-

sına  çağırdılar.  Xəstəliyini  bəhanə  gətirib  iştirak  eləməmək 

barədə düşündü, amma bunun daha kəskin ittihamlara rəvac 

verəcəyini beynindən keçirib getdi.

  İttifaqın  belə  qızğın  iclasını  və  plenumunu  xatırlamırdı. 

Sədr Seyfulla Şamilovun “Tarixi beş il” adlanan çıxışı Bağıro-

vun  qurultaydakı  nitqinin  müddəaları  üzərində  qurulmuş-

du. Eyni adamlara Yusif Vəzir də daxil olmaqla “mürtəce yazı-

çılar” yarlığı yapışdırıldı.

 İdarə Heyətinin 8 iyun 1937-ci il tarixli 9 saylı protokolun-

dan çıxarılmış qərar təsdiqləndi: 



476


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin